Müsəlmanlar
Ayaqqabıları çıxarmadan namaz qılmaq olar?

Ayaqqabıları çıxarmadan namaz qılmaq olar?

Sual: Mən elə bir yerdə işləyirəm ki, namaz qılmaqda çətinlik çəkirəm. Yerdəki betonun üstünə kağız sərib ayaqqabılarımı soyunmadan namaz qılmalı oluram. Məscid uzaqdır. Bina da pis vəziyyətdədir. Babat bir yer var, o da pilləkənlərin altıdır. Namazı orda qılıram. Ayağımı soyunmuram. Ancaq narahat da oluram. Bilmək istəyirəm: Məcburiyyət qarşısında qalıb bu cür namaz qılmaq düzgündür?

Cavab: Təmiz olmağı şərti ilə kim istəsə, ayaqqabı ilə, yalın ayaqla və ya corabla namaz qıla bilər. Bu məsələdə hamı azaddır. Peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) də bəzi vaxtlarda ayaqqabılı, bəzən də yalın ayaqla namaz qılıb.

Bu məsələyə dair ətraflı məlumat üçün buraya daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2845.html

http://www.muselmanlar.com/fitvalar/2847.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.