Müsəlmanlar
Qurana əsasən əsl kafirlər kimlərdir?

Qurana əsasən əsl kafirlər kimlərdir?

Sual: Qurani-Kərimə əsasən əsl kafirlər kimlərdir?

Cavab: Əsl kafirlər: “Biz buna inanırıq, amma ona inanmırıq. Filan məsələni qəbul edirik, ancaq filan şeyi qəbul etməyimiz mümkün deyil”, – deyib dində xoşlarına gələn şeyləri təsdiq, sevmədikləri şeyləri də inkar edənlərdir.

Allah Təala bunu Quranın Nisa surəsinin 150-151-ci ayələrində bu cür izah edir:

“Allahı və Onun elçilərini inkar edənlər­, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq”.

Bu ayədən də göründüyü kimi, kafirlər özlərinə görə Allahla peyğəmbərlərin arasını ayırırlar. Yəni, deyirlər ki, bunlardan birinə inanırıq, digərinə isə inanmırıq. Onsuz da ateistlər Allaha inanmayan insanlar deyil. Onlar bundan çox özlərini bu cür təqdim edənlərdir. Bir sözlə, ateist: “Allah mənə əmr verməsin, nəyi isə yerinə yetirməyi tapşırmasın, mən belə bir Rəbb istəmirəm, çünki mənə bəzi öhdəlik və cavabdehliklər yükləyir, məni nədənsə məsul hesab edir. Mən öz həyatımı istədiyim kimi yaşamaq istəyirəm”, – deyir. Onun tutduğu mövqe bunu göstərir. Allahın əmrini gətirən peyğəmbər olduğuna görə ateist onu sevmir, istəyir ki, Allah ona hər şey versin, amma əmr verməsin. Peyğəmbər ona bir növ “sərf etmir”.

Bəzi “dindarlar” da deyirlər ki, bəli, biz filan-filan işləri görərik, ancaq filan işlər bizlik deyil. Misal üçün, son vaxtlarda bunlardan bəziləri hər gün cəmi 2 vaxt (səhər və axşam) namazın kifayət edəcəyini deməyə başlayıblar. Bu adamlar da kafirdirlər. Qurana əsasən bunun adı belədir, başqa izahı yoxdur!

Kafir və kafirlik məsələsi ilə əlaqədar olaraq aşağıdakı yazını da oxumağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/1899.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.