Müsəlmanlar
Faiz pulu ilə qaynayan qazandan xörək yemək düzdür?

Faiz pulu ilə qaynayan qazandan xörək yemək düzdür?

Sual: Mənim sizə bir sualım var: Faizdən götürülən qazancla bişirilən xörəkləri yemək olar? Bəzən elə olur ki, bankların təşkil etdiyi qonaqlıq məclislərinə getməli oluram. Həmin banklar faizlə işləyirlər. Orada yemək yeyirəm. Bu nə dərəcədə düzdür?

Cavab: Haramlıq ya bir şeyin özündə olur, ya da onu qazanmaq və əldə etmək formasında. Əgər haramlıq bir şeyin (içki və donuz əti kimi) özündədirsə, ona haram li eynihi deyilir və bu, hər bir müsəlmana haramdır. Amma faiz, oğurluq və qarət kimi əldə olunmaq forması baxımından haramdırsa, ona haram li qeyrihi deyilir. Bu isə sadəcə olaraq o işi görən, yəni, belə bir əməl törədən şəxsə haram olur. Əgər belə olmasaydı, hamı aldığı pulun və ya hansısa bir malın mənbəyini soruşmağa məcbur qalardı. Bunu isə heç kim etməz.

İndi isə haram və növləri barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/900.html

Biz müsəlmanların oğurluq və ya qarət (talan, soyğun, qəsb) yolu ilə əldə olunduğunu bildiyimiz bir şeyi özümüzə götürüb qəbul etməyimiz düzgün deyil. Amma burada çox mühüm bir məsələ var: Bu həmin şeyin bizə haram olduğuna görə deyil, oğurluq əməlini haqlı çıxarmaq kimi bir nəticənin yaranmasına görə belədir.

Faiz pulu bir müqavilə ilə götürülür. Yəni, oğurluq və qarət yolu ilə əldə olunan şeylərdən fərqlidir. Belə insanlara Quranın müvafiq ayələrini oxumaq və onları məsələdən xəbərdar etmək lazımdır. Əgər onun malı onu bir növ təqdir və təsdiq etmək mənasına gəlmirsə və daha yaxşı bir məqsədə xidmət edirsə, yemək olar.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.