Müsəlmanlar

Bankların vədəsiz hesab əməliyyatlarına pul yatdırmağın hökmü nədir?

Sual: Faizli bankların vədəsiz hesablarına pul yatdırmaq haramdırmı? Çünki, Din İşləri Yüksək Təşkilatı, vədəsiz mövdüatla/yatdırılan pulla əlaqəli bu fətvanı verib: “Vədəsiz mövdüat hesabına yatdırılan pulun faiz kimi dini yöndən halal olmayan işlərdə xərclənməsi mövzubəhs olacağı üçün, pulun halal işlətmə yerləri olduğu müddətcə, məcburiyyət olmadan pulun belə bir hesabda tutulması dini cəhətdən uyğun deyildir.”

Cavab: Vədəsiz hesab əməliyyatları, heç bir qeydə və şərtə bağlı olmadan istənilən halda bankdan çəkilən hesablardır.

Banklar iki cür əməliyyat işləri aparır:

  1. Bank xidməti. Buna hər kəsin ehtiyacı ola bilər. Pulunuzu qoruyur, bir yerdən başqa yerə köçürər və buna bənzər bir çox əməliyyatlarda sizə xidmət edər.
  2. Kredit alıb-vermə işləri. Kredit, faiz qarşılığında vədəli borcdur. Bankın haram olaraq gördüyü işlər, bu işləridir. Kredit alan da verən də haram işləyir.

Verdiyiniz suala gəlincə; əlbəttə əlimizdə olan mal, imkan və pulllarımızı hər hansı sərmayəyə, ticarət əməliyyatlarına yatdırmaq, pulu dövriyə etdirmək həm bizim həm də cəmiyyətimizin iqtisadiyyatı üçün daha faydalıdır. Ancaq bizim bankda olan pulumuzu və ya banka yatdırdığımız pulu bu bank faizə və hər hansı haram işlərə işlədir deyə, hər hansı bank əməliyyatlarına, oraya pul yatdırmağın və götürməyin haram olduğuna fətva vermək doğru deyildir. Çünki, pulu verdiyimiz tərəfin o pulu nəyə və hara xərclədiyi bizi əlaqədar etməz. Bizi əlaqədar edən, pulu bizim necə qazandığımız və xərclədiyimizdir. Məsələn, mağazamıza gələn biri içki içən ya da günah işləyən biri biri isə və bizdən hər hansı ehtiyacı üçün borç istəyərsə və ya pulunu verib mal alarsa, biz ona “yox sən içki içirsən, günahkarsan, sənə heçnə vermək olmaz haramdı” deyə, bilərikmi?

Buna görə də bizim pulumuzu bank faizə yatdırır və ya haram işlərə sərf edirsə, bunda günahkar biz yox, bankın özüdür.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Faizlə əlaqəli sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Faiz

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.