Müsəlmanlar

Alverdə arada vasitəçilik edənin komisyon/bədəl alması halaldırmı?

Sual: Ev və ya maşın satan adam, bir başqasına deyir ki: “Mən bu evi və ya maşını 100 minə satıram. Mənə 100 mini gətir. Sən üstünə nə qədər qazanc qoyursan qoy, üstü sənindir.” – deyir. Bu cür vasitəçilik yolu ilə edilən alver və bu vasitəçinin əldə etdiyi qazanc halaldırmı?

Cavab: Bu aracı ya da vasitəçi olan şəxs, mal sahibinin vəkili ya da bir anlamda reklamcısı vəzifəsini görür. Mal sahibi öz malını istədiyi şəkildə sata bilər. Alverdə hər iki tərəfin razılığı əsasdır.

Heç bir malın sabit qiyməti olmaz. Qiymətini mal sahibi özü müəyyənləşdirir. İstəsə bir müştəriyə 10 manat, başqa bir müştəriyə 15 manat deyə bilər. Bu cür satışın haram bir tərəfi yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/732.html

https://www.muselmanlar.com/fitvalar/7821.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.