Müsəlmanlar
Alverdə gəlirin həddi

Alverdə gəlirin həddi

Sual: Nisyə satışlarda bəzən elə olur ki, 100 faizdən çox gəlir qazanılır. Məsələn, 80 manata alınan bir mal nağd 100 manata satıldığı halda, nisyə verildiyi vaxt 200 manata satılır. Alış-satışda gəlirin bir həddi (limiti) varmı?

Cavab: Alış-satışda mənfəətin həddi olmur. Həzrəti peyğəmbər (s. a. v.) qiymətlərin azad rəqabət şəraitində müəyyənləşdirilməsinə əhəmiyyət vermiş və buna mane olan şeyləri qadağan etmişdir. Bir dəfə Mədinə şəhərində qiymətlər artmış, camaat peyğəmbərdən (s. a. v.) tələb etmişdi ki, bazarda bir nırx (məzənnə) qoysun.  Nırx qoymaq bir malın ən baha neçəyə satılmasının səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi deməkdir. Peyğəmbər (s. a. v.) camaatın bu tələbinə belə cavab vermişdi:

“Qiymətləri müəyyən edən, daraldan (azaldan), genişləndirən (artıran) və ruzi verən Ulu Allahdır. Mənim əsl diləyim odur ki, sizin birinizin qanı və malı məsələsində hər hansı bir haqsızlığa görə məndən bir tələbi olmadan Rəbbimə qovuşum”. (( Tirmizi, Büyu, 73.))

Peyğəmbər (s. a. v.) bu sözü ilə nırx qoymağı qadağan edib. Bəzi fəqihlərin nırx qoymağa fitva verməyi tamamilə zəruri və qaçılmaz hallarla əlaqədardır. Amma bu fitvalar həm qoyulan qadağaya ziddir, həm də uzun müddət ərzində camaatın ziyana düşməyinə səbəb olur. Çünki bir şeyə nırx qoyulduğu vaxt bazara daha az mal gəlir. Belə olduqda qıtlıq baş verir və möhtəkirlik meydana gəlir. Bolluq və ucuzluq isə ancaq və ancaq azad bazar vasitəsilə təmin edilə bilər.