Hicr surəsi 99 ayədən ibarətdir. Surənin adı 80-ci ayədə keçən “hicr” kəlməsindən götürülmüşdür. Hicr Mədinənin şimalında vaxtilə Səmud qövmünün yaşadığı bir yerin adıdır.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
الَرَ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ
رُّبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُواْ لَوْ كَانُواْ مُسْلِمِينَ
- Kafirlik edənlər zaman zaman “Kaşki biz də müsəlman/Allaha təslim olan kəslər olsaq!” – deyə, çox arzu edərlər.[4]
ذَرْهُمْ يَأْكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلْهِهِمُ الأَمَلُ فَسَوْفَ يَعْلَمُونَ
- Burax onları yesin-içsin, (nemətlərdən faydalansınlar![5] Xam xəyalları başlarını qatsın! Necə olsa irəlidə (həqiqəti) biləcəklər.[6]
وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلاَّ وَلَهَا كِتَابٌ مَّعْلُومٌ
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ
- Heç bir ümmət öz əcəlini qabaqlaya bilməz, nə də gecikdirə bilməz.[9]
وَقَالُواْ يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ
- (Kafirlər) dedilər ki: “Ey özünə Zikr[10]/Quran nazil edilən kəs! Sən həqiqətən cinlərin təsirindəsən![11]
لَّوْ مَا تَأْتِينَا بِالْمَلائِكَةِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ
- Əgər doğru danışanlardansansa, bizə mələkləri gətir![12]
مَا نُنَزِّلُ الْمَلائِكَةَ إِلاَّ بِالحَقِّ وَمَا كَانُواْ إِذًا مُّنظَرِينَ
- (Halbuki) Biz mələkləri haqqa/hikmətə uyğun bir vəzifəylə endirərik. O zaman da onlara möhlət verilməz.[13]
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِي شِيَعِ الأَوَّلِينَ
- Əlbəttə, səndən əvvəlki cəmiyyətlərə də elçilər göndərdik.[16]
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلاَّ كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ
- Onlara nə vaxt bir elçi gəlsə, onunla mütləq istehza edirdilər.[17]
كَذَلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ
- Onu (o zikrin həqiqət olduğunu) günahkarların qəlblərinə bax belə yeridərik.[18]
لاَ يُؤْمِنُونَ بِهِ وَقَدْ خَلَتْ سُنَّةُ الأَوَّلِينَ
- Əvvəlkilərə tətbiq olunan sünnət/ qanun[19] ortada olduğu halda bunlar (da o zikrə) inanıb güvənməyəcəklər.[20]
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ السَّمَاء فَظَلُّواْ فِيهِ يَعْرُجُونَ
- Onlara göydən bir qapı açsaq, oradan yuxarı çıxmaya başlasalar belə[21]
لَقَالُواْ إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ
- Mütləq yenə də: “Gözlərimiz dumanlandı, biz yəqin ki, sehrlənmiş bir xalq olduq”, – deyərdilər.[22]
وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ
- Biz göydə bürclər[23] yaratdıq və onu baxanlar üçün bəzədik.
وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ
- Onu, qovulmuş hər şeytandan qoruduq.[24]
إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ
- Ancaq gizlicə qulaq asıb söz oğurlamağa qalxan olarsa onu dərhal parlaq bir işıq təqib edər.[25]
وَالأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍ
- Yer üzünə sabit dağlar[26] yerləşdirib, yerin sahəsini artırdıq[27] və orada hər şeydən müəyyən ölçüdə lazım olduğu qədər bitirdik.
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَن لَّسْتُمْ لَهُ بِرَازِقِينَ
- Orada həm sizə həm də ruzisi sizə bağlı olmayanlara dolanışıq imkanları yaratdıq.[28]
وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ
- Elə bir şey yoxdur ki, onun xəzinəsi yanımızda olmasın.[29] Biz onu ancaq müəyyən bir ölçü ilə endiririk.[30]
وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنْتُمْ لَهُ بِخَازِنِينَ
- Küləkləri də tozlandırıcı[31] olaraq göndərdik. Göydən su endirir, onunla su ehtiyacınızı qarşılayırıq. Onu (göydə) xəzinə kimi yığıb saxlayan siz deyilsiniz.[32]
وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ
وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ
- Əlbəttə, içinizdən qabaqda gedənləri də yaxşı bilirik, geridə qalanları da yaxşı bilirik.[35]
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
- Şübhəsiz Sənin Rəbbin, onları (haqq-hesab günü) bir yerə toplayacaqdır.[36] O, bütün qərarları doğru olan və haqqı ilə biləndir.[37]
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ
- Cinləri isə daha öncə, zəhərli alovdan yaratmışdıq.[40]
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
- Bir zaman Rəbbin, mələklərə belə demişdi: “Mən qurumuş bir palçıqdan, şəkilləndirilmiş iyli qara palçıqdan bir bəşər[41] yaradacağam.
فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُ سَاجِدِينَ
- Ona son şəklini verib içinə ruhumdan üflədiyim zaman (onu bilgəlik verəndə[42]) onun qarşısında səcdə edin[43]/hörmətlə əyilin.[44]
فَسَجَدَ الْمَلآئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
- Bütün mələklər hamısı səcdə etdi.[45]
إِلاَّ إِبْلِيسَ أَبَى أَن يَكُونَ مَعَ السَّاجِدِينَ
- Ancaq İblis səcdə edənlərlə bərabər olmaqdan imtina etdi.[46]
قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلاَّ تَكُونَ مَعَ السَّاجِدِينَ
- Allah dedi: “Ey İblis! Sənə nə oldu ki, səcdə edənlərlə bərabər olmadın?[47]
قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
- İblis: “Mən; qurumuş palçıqdan, şəkilləndirilmiş iyli qara palçıqdan yaratdığın bir bəşərə səcdə edəcək deyiləm!” – dedi.[48]
قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
- Allah da dedi ki: “Madəm belə, çıx oradan! Artıq sən qovuldun![49]
وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَى يَوْمِ الدِّينِ
قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ
- İblis: “Rəbbim! Elə isə onların yenidən dirildiləcəkləri günə qədər mənə möhlət/yaşama fürsəti ver!”[52] – dedi.
قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ
- (Allah) dedi ki: “Sən möhlət/yaşama fürsəti verilənlərdənsən.[53]
إِلَى يَومِ الْوَقْتِ الْمَعْلُومِ
قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِي لأُزَيِّنَنَّ لَهُمْ فِي الأَرْضِ وَلأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
- İblis dedi: “Rəbbim! Madəm Sən məni azdırdın, mən də yer üzündəkiləri onlara çox gözəl göstərəcəyəm və onların hamısını azdıracağam.[56]
إِلاَّ عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
- Ancaq onlardan muxləs/şirkdən arındırılmış qulların xaric.[57]
قَالَ هَذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ
- (Allah) dedi ki: “Bu, mənim doğru qəbul etdiyim yoldur.[58]
إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلاَّ مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ
- Azğınlardan sənə tabe olacaq kəslər xaricində bəndələrim üzərində sənin bir hakimiyyətin/gücün yoxdur!”[59]
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
- Şübhəsiz ki, onların hamısına vəd olunan yer cəhənnəmdir.[60]
لَهَا سَبْعَةُ أَبْوَابٍ لِكُلِّ بَابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُومٌ
- Onun yeddi qapısı vardır. Hər bir qapıya o azğınlardan bir dəstə ayrılmış olacaqdır.[61]
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ
- Şübhəsiz, müttəqilər/pis işlərdən çəkinənlər cənnətlərdə və bulaq başlarında olacaqlar.[62]
ادْخُلُوهَا بِسَلاَمٍ آمِنِينَ
- Oraya sağ-salamat, əminliklə daxil olun![63]
وَنَزَعْنَا مَا فِي صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَانًا عَلَى سُرُرٍ مُّتَقَابِلِينَ
- Biz onların köksündəki kin-küdurəti çıxarıb atdıq.[64] Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.[65]
لاَ يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ
نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ
- (Ey Muhamməd!) Bəndələrimə bunu bildir: Mən çox bağışlayanam, mərhəmətliyəm.[68]
وَ أَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الأَلِيمَ
- Əzabım isə ağrılı-acılı bir əzabdır.[69]
وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِ بْراَهِيمَ
- Onlara İbarhimin qonaqlarından da xəbər ver.[70]
إِذْ دَخَلُواْ عَلَيْهِ فَقَالُواْ سَلامًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ
- Bir zaman İbrahimin yanına daxil olub: “Salam!” – dedilər. İbrahim: “Biz həqiqətən sizdən qorxuruq” – dedi.[71]
قَالُواْ لاَ تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلامٍ عَلِيمٍ
- “Qorxma!” – dedilər. Biz sənə elm sahibi olacaq bir oğul müjdələyirik.[72]
قَالَ أَبَشَّرْتُمُونِي عَلَى أَن مَّسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
- “Qocalıq üstümə çokdüyü bir vaxtdamı mənə müjdə verirsiniz!” – dedi.[73]
قَالُواْ بَشَّرْنَاكَ بِالْحَقِّ فَلاَ تَكُن مِّنَ الْقَانِطِينَ
- Dedilər ki: “Sənə həqiqəti müjdələdik. Əsla ümidsizliyə qapılanlardan olma!”[74]
قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِ إِلاَّ الضَّآلُّونَ
- O da belə dedi: “Zəlalətə düşənlərdən başqa kim Rəbbinin rəhmətindən ümidini kəsər?”[75]
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ
- “Bəs, sonrakı vəzifəniz nədir, ey elçilər!” – dedi.[76]
قَالُواْ إِنَّا أُرْسِلْنَا إِلَى قَوْمٍ مُّجْرِمِينَ
- Dedilər ki: “Biz, günaha batmış bir xalqa göndərildik.”[77]
إِلاَّ آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ
- Ancaq Lutun ailəsi onlardan deyildir. Onların hamısını xilas edəcəyik.[78]
إِلاَّ امْرَأَتَهُ قَدَّرْنَا إِنَّهَا لَمِنَ الْغَابِرِينَ
- Ancaq avradından başqa! Biz, onun (bədəninin) qalıntısının qalmasına qərar verdik.[79]
فَلَمَّا جَاء آلَ لُوطٍ الْمُرْسَلُونَ
- Elçilər Lutun ailəsinə gəldikləri zaman,[80]
قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ
- Lut (onlara): “Siz buralarda tanınmayan adamlarsınız!”- dedi.[81]
قَالُواْ بَلْ جِئْنَاكَ بِمَا كَانُواْ فِيهِ يَمْتَرُونَ
وَأَتَيْنَاكَ بَالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ
- Sənə (Allahdan gələn) həqiqəti gətirdik.[84] Biz həqiqətən doğru danışanlarıq.
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلاَ يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَامْضُواْ حَيْثُ تُؤْمَرُونَ
- Bu gecənin bir bölümündə ailəni (səhər vaxtı[85]) ən təpəyə çıxart,[86] sən də arxalarından get. İçinizdən heç kim dönüb arxasına baxmasın. Sizə əmr olunan yönə doğru gedin!
وَقَضَيْنَا إِلَيْهِ ذَلِكَ الأَمْرَ أَنَّ دَابِرَ هَؤُلاء مَقْطُوعٌ مُّصْبِحِينَ
- Ona bu qərarımızı bildirdik: “Səhərə çıxdıqları vaxt bunların kökü kəsilmiş olacaq.”[87]
وَجَاء أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ
- Şəhər əhalisi, (qonaqları görüncə) bir-birlərinə müjdə verərək gəlmişdilər.[88]
قَالَ إِنَّ هَؤُلاء ضَيْفِي فَلاَ تَفْضَحُونِ
- Lut demişdi ki: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!
وَاتَّقُوا اللّهَ وَلاَ تُخْزُونِ
- Allaha qarşı çıxmaqdan çəkinin! Məni rüsvay etməyin!”[89]
قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ
- Onlar dedilər: “Biz sənə el aləmin işinə qarışmağı qadağan etmədikmi?”[90]
قَالَ هَؤُلاء بَنَاتِي إِن كُنتُمْ فَاعِلِينَ
- (Lut) dedi: “Bunlar mənim qızlarım! Əgər bir şeylər edəcəksinizə, (onlarla evlənin)!”[91]
لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ
- (Mələklər Luta belə dedilər) “Sənin həyatına and olsun ki, onlar sərxoşluqları içində çaş-baş (çaşqın) qalıblar.”[92]
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ
- Günəş doğanda isə qorxunc uğultulu səs onları yaxaladı.[93]
فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ
- Oranın altını üstünə çevirdik və onların üstünə qatılaşmış palçıqdan daş yağdırdıq.[94]
إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّلْمُتَوَسِّمِينَ
- Düşünüb-daşınan/qalıntıları oxuya bilənlər[95] üçün bunda ibrətlik ayələr vardır.
وَإِنَّهَا لَبِسَبِيلٍ مُقِيمٍ
- O ayələr, hələ də işlək bir yol üzərindədir.[96]
إِنَّ فِي ذَلِكَ لَآَيَةً لِلْمُؤْمِنِينَ
- Həqiqətən bunda inanlar üçün qəqiq bir ayə/ibrət vardır.[97]
وَإِن كَانَ أَصْحَابُ الأَيْكَةِ لَظَالِمِينَ
- Əykə[98] əhalisi də şübhəsiz, zalım idilər.
فَانتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
- Onlardan da intiqam aldıq/layiq olan cəzalarını verdik.[99] Hər ikisi də (Lutun yaşadığı və Əykə şəhərləri) açıq ana bir yol üzərində idi.
وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الحِجْرِ الْمُرْسَلِينَ
- Hicr[100] əhalisi də gələn elçiləri yalancı saymışdılar.
وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُواْ عَنْهَا مُعْرِضِينَ
- Onlara ayələrimizi çatdırdıq, amma onlar bu ayələrdən uzaq durdular.[101]
وَكَانُواْ يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ
- Güvənlik içərisində qalmaları üçün dağlardan evlər yonurdular.[102]
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ
- Nəticədə səhərə çıxdıqları zaman o qorxunc uğultulu səs onları da yaxaladı.[103]
فَمَا أَغْنَى عَنْهُم مَّا كَانُواْ يَكْسِبُونَ
- Qazandıqları şeylər isə onların heç bir işinə yaramadı.[104]
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالأَرْضَ وَمَا بَيْنَهُمَا إِلاَّ بِالْحَقِّ وَإِنَّ السَّاعَةَ لآتِيَةٌ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ
- Göyləri, yeri və bu ikisi arasında olanları, ancaq bir həqiqət üçün (sizi imtahan etmək) yaratdıq.[105] O saat/təkrar dirilib qalxma saatı mütləq gələcəkdir.[106] Elə isə sən bunlara gözəl rəftar et, yeni bir səhifə aç.[107]
إِنَّ رَبَّكَ هُوَ الْخَلاَّقُ الْعَلِيمُ
- Sənin Rəbbin, mükəmməl yaradandır, hər şeyi biləndir.[108]
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
- Sənə o məsanidən (cüt xarakterli ayələrdən) yeddisini, o əzəmətli anlam bağlarını (ayələri) verdik.[109]
لاَ تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ وَلاَ تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ
- (Kafirlərin) bir qisminə verdiyimiz keçici şeylərə gözünü dikmə![110] Onlara verilən şeylərdən ötrü də üzülmə![111] Sən möminlərə/inanıb güvənənlərə qol-qanad ol![112]
وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ
- De ki: “Mən, həqiqətən, açıq-aşkar xəbərdar edənəm!”[113]
كَمَا أَنزَلْنَا عَلَى المُقْتَسِمِينَ
- (Sənə Quranı endirdiyimiz kimi) Eynilə kitablarını parça-parça bölənlərə də kitab endirdik.[114]
الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ
- Onlar Quranı da (bir qisminə inanıb bir qismini inkar edən) parçalara bölənlərdir.[115]
فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِيْنَ
- Rəbbinə and olsun ki, onların hamısını mütləq haqq-hesaba çəkəcəyik![116]
فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِيْنَ
- Etdiklərindən ötrü.[117]
فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ
- İstehza edənlərə qarşı biz sənə yetərik![120]
الَّذِينَ يَجْعَلُونَ مَعَ اللّهِ إِلـهًا آخَرَ فَسَوْفَ يَعْلُمَونَ
- Onlar, Allah ilə bərabər başqa bir ilah icad edənlərdir. İrəlidə biləcəklər![121]
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
- Əlbəttə Biz, onların söylədiklərindən ötrü köksünün daraldığını əlbəttə bilirik.[122]
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ السَّاجِدِينَ
- Sən, həmd ilə Rəbbinə boyun əy[123] və səcdə edənlərdən ol!
وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ
- Sənə ölüm gələnədək Rəbbinə qulluq et.[124]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur.
[2] Quran, قرأَ يقرأ (قَرْأ وقِراءَة) وقرآناً felinin masdarı olan “qur القُرْء veya qar القَرْء” əmələ gəlmişdir. Ona bu adın verilməsi, hərflərin və kəlmələrin bir araya gəlməsi səbəbiylədir. Yəni Quranın əsl mənası “toplamaq” və “oxumaq”- deməkdir. (Lisanul Ərəb). Quran deyiləndə bir çoxunun ağlına hal-hazırda əlimizdə mövcud olan bütöv bir kitab gəlməkdədir. Bəli, bu doğrudur. Amma bununla yanaşı, mövzu ilə bağlı hökm ifadə edən birdən çox ayələrə də quran deyilməkdədir. Bunu bizə izah edən Uca Allahdır:
“Biz onu, quranlar/anlam bağları şəklində ayırdıq ki, ona (ayələr bağının tamamlanmasına) riayət edərək insanlara öyrədəsən. Onu parça-parça nazil etdik.” (İsra 17/106).
[3] Nəml 27/1.
[4] Müsəlman, Qurani Kərimin bildirdiyi şəkildə inanıb güvənmiş və Allaha təslim olmuş şəxsdir. Kafir isə, inandıqdan sonra imanın üstünü örtən şəxsdir (Ali İmran 3/86-90, 106). Örtdüyü inanç qəlbində olduğu üçün özünü mömin sayar amma Allaha təslim ola bilmədiyini yeri gələndə etiraf edər. Belələri, fitrətlərinin onlara təlqin etdiyi həqiqətləri yaşama arzusu da duyarlar, bu səbəblə, bir çox hallarda iç hüzursuzluqları yaşayırlar. Bu sıxıntılar haqqa dönmələri üçün Allah tərəfindən onlara verilən ilhamdır (Ənam 6/125; Şəms 91/8).
[5] Möminun 23/54, Zuxruf 43/83, Tur 52/45, Məaric 70/42.
[6] Hicr 15/96, Mömin 40/70, Zuxruf 43/89.
[7] Elçi göndərilməyən heç bir xalq həlak edilməz: Ənfal 8/53-54; İsra 16/15-17; Möminun 23/44-49; Qəsas 57/59.
[8] Rad 13/38.
[9] Əraf 7/34; Yunus 10/49; Möminun 23/43.
[10] Hicr 15/9.
[11] Hər Nəbiyə, cinlərin təsirində qaldığı, ağlını itirdiyi iftirası edilmişdir (Hud 11/87, Şuara 26/27). Muhəmməd əleyhissəlama da atılan bu iftiralar ayələrlə çürüdülmüşdür (Əraf 7/184, Möminun 23/70, Səbə 34/46, Tur 52/29, Qələm 68/2, Təkvir 81/22). Nəbilər vəhy alanda yanlarına şeytanlar yaxınlaşdırılmaz və mələklərlə qorunur (Cin 72/26-28). Şeytanların onlara vəsvəsə verməyə çalışdıqları amma Allahın o vəsvəsəni dəf etdiyi bildirilməkdədir (Həcc 22/52).
[12] İsra 17/92, Furqan 25/7.
[13] Ənam 6/8; Məryəm 19/64.
[14] Zikr, həm əvvəlki kitabların həm də Quranın müştərək adıdır: Hicr 15/15/6; Nəhl 16/43-44; Ənbiya 21/7,24.
[15] Quranı Kərimin nazil olma anından qiyamətə qədər Allah tərəfindən qorunma altına alınmışdır. Belə ki, Onun mətnində nə bir əksiltmə edilə bilər nə də artırma edilə bilər. (Füssilət 41/42; Vaqiə 56/77-79; Cin 72/26-28). Ancaq bəzi həddini bilməzlər, mətndəki kəlmələrin mənalarını özləri istədiyi səmtə çəkərək, öz arzularına, düşüncələrinə alət edə bilərlər (Bəqərə 2/75; Ali İmran 3/7; Füssilət 41/40).
[16] Nəhl 16/36, Rum 30/47.
[17] Ən am 6/10, Rad 13/32, Ənbiya 21/41, Yasin 36/30, Zuxruf 43/7.
[18] Burada günahkarların qəlbinə yeridilən, Allahın kitabıdır. Bir şeylə istehza etmək üçün onda əksiklik axtarmaq lazımdır. Allahın kitabında əksiklik axtaranlar, fərqində olmadan Onun doğruları ilə qarşılaşmış və qavramış olurlar. Onun üçün bütün kafirlər, həqiqətləri örtmək və yalan danışmaq məcburiyyətində qalırlar (Ənam 6/33; Şuəra 26/192-200).
[19] Ənfal 8/38, Fatır 35/43, MÖmin 40/85.
[20] Ənbiya 21/6.
[21] Ənam 6/35-37.
[22] Ənam 6/7, 109-111, Yunus 10/97.
[23] Bürc (بُرج), Ərəb dilində köşk və qala mənalarına gəlir (Məqayis). Birinci qat səmanın hər tərəfini süsləyən ulduz topaları uzaqdan köşklər və qalalar kimi görünürlər (Nisa 4/78; Furqan 25/61; Buruc 85/1).
[24] Saffat 37/6-7, Fussilət 41/12, Mülk 67/5.
[25] Şuəra 26/212, Saffat 37/8-10, Cin 72/8-9.
[26] “Sabit dağlar” ifadəsi haqqında ətraflı məlumat üçün bax: Rad 13/3-cü ayənin dipnotu.
[27] Dağlar, yer qabığının üzərində yaşayan canlıları uçurmaqdan əngəllər (Nəhl 16/15; Ənbiya 21/31; Loğman 31/10). Dağların üzərindəki qatlar çox olduğu üçün, yer üzünü genişlədir (Rad 13/3; Kaf 50/7).
[28] Əraf 7/10, Hud 11/6, Ənkəbud 29/60, Zuxruf 43/32.
[29] Münafiqun 63/7.
[30] Əraf 7/26, Möminun 23/18, Şura 42/27, Qəmər 54/49, Hədid 57/25.
[31] Əraf 7/57, Furqan 25/48-49, Rum 30/48, Fatır 35/9.
[32] Vaqiə 56/68-70, Münafiqun 63/7, Mülk 67/30.
[33] Yasin 36/12, Kaf 50/43.
[34] Məryəm 19/40.
[35] Yaxşı işlər görməkdə irəlidə olan və qabaqcıllıq edənlər olduğu kimi, buna məhəl qoymayıb geridə qalanlar da vardır (Fatır 35/32; Vaqiə 56/7-14; Müddəssir 74/37).
[36] Ənam 6/22, 128, Kəhf 18/47, Məryəm 19/68, Furqan 25/17, Səbə 34/40.
[37] Zuxruf 43/84.
[38] İlk insan olan Adəm ilə daha sonra yaradılan zövcəsi Həvva, digər insanlar kimi mayalanmış yumurtadan yaradılmışdır. Torpaq, Adəm və zövcəsi üçün ana rəhmi vəzifəsi yürütmüşdür (Möminun 23/12-14).
[39] Rəhman 55/14.
[40] Rəhman 55/15.
[41] İnsan bədəninin xarici qisminə yəni cildinə “bəşər (البشرة )” deyilir. Bəşər (البشر) kəlməsi Quranda, insan mənasında keçər və bununla, insanın digər canlılardan fərqli olan fiziki yönünə diqqət çəkilir. İnsan, paltar geyinmək məcburiyyətində qalan tək varlıqdır. Paltar, onun dünyanın hər yerində və hər mövsümdə yaşamasına imkan verir (Əraf 7/26; Nəhl 16/5, 81). Quran, ilk insan olan Adəm əleyhissəlamın torpaqdan yaradılan ilk bəşər olduğunu açıq şəkildə bildirir (Furqan 25/54; Rum 30/20; Sad 38/71). Bütün bunlar, insanın başqa bir varlıqdan təkamül edərək yarandığı iddialarını rədd etməkdədir.
[42] Bəqərə 2/30-33.
[43] Səcdənin kök anlamı əyilməkdir (Müfrədat). Bu səbəblə Günəş, Ay, planetlər, dünya və ulduzlar arasında meydana gələn əyilmələr və ona bağlı olaraq kölgənin uzanıb qısalması, “səcdə” kəlməsi ilə ifadə edilmişdir (Nəhl 16/48; Rad 13/15). Bəzi ayələrdə sadəcə itaət anlamında (Həcc 22/18; İnşiqaq 84/21), bəzilərində isə itaət ilə birlikdə fiziki əyilmə anlamında keçər (Bəqərə 2/34, 58; Nisa 4/154; Əraf 7/161; Yusuf 12/4, 100). Belə ki, namazda vücudumuz ayaqlar, əllər və dizlər üzərində yerə paralel vəziyyətdə alnı yerə qoymaq da Allaha itaət edərək əyilmə anlamındakı səcdədir (Nisa 4/102-103).
[44] Bəqərə 2/34, Əraf 7/11, İsra 17/61, Kəhf 18/50, Tə-ha 20/116, Sad 38/72.
[45] Sad 38/73.
[46] Sad 38/74.
[47] Əraf 7/12; Sad 38/75.
[48] Əraf 7/13; İsra 16/61-62; Sad 38/76.
[49] Əraf 7/13; İsra 16/63; Sad 38/77.
[50] Din, “adət, borç, cəza, boyun əymə, qarşılıq görmək və itaət anlamlarına gəlir (Əs-SIHAH). Bunlardan “boyun əymə” və “qarşılıq görmə” anlamları daha çox önə çıxar. Dində boyun əyilən tək varlıq Allahdır. Onun əmrlərinə qeydsiz-şərtsiz itaət edilir və qarşılığı ondan gözlənilir. “Din günü” də dünyada edilənlərin qarşılığının alınacağı gündür (Fatihə ¼-5; Nur 24/25; Sad 38/78; Zariyat 51/6 12-13, Vaqiə 56/56, Məaric 70/26, Müddəssir 74/46, İnfitar 82/9, 15-19).
[52] Əraf 7/14; Sad 38/79.
[53] Əraf 7/15; Sad 38/80.
[54] “Məlum vaxt” ilk sura üfləndiyi vaxtdır. O zaman, Allahın seçdikləri xaric bütün canlılar öləcəkdir (Zümər 39/68). Yenidən dirilən insana, ölümlə dirilmə müddəti arasında keçən vaxt, göz açıb yumana qədər hətta daha da az gəlir (Nəhl 16/77; Qəmər 54/50). İblis, ən son ölən canlı da olsa, o da eyni şeyi hiss edəcəkdir. Bu ayədən Mələklərin də öləcəkləri ancaq bəzilərinin Qiyamət/məzardan qalxma gününə qədər yaşama haqqı tanındığı başa düşülür.
[55] Sad 38/81.
[56] Əraf 7/16-17; İsra 16/64; Sad 38/82.
[57] “Müxləs/şirkdən arındırılmış” anlamı verdiyimiz “müxləs” kəlməsinin məsdəri ixlasdır. İxlas, lüğətdə bir şeyi kirlilikdən, bulanıqlıqdan təmizləyib arındırmaq, saflaşdırmaq, arı və duru hala gətirməkdir. Bu kəlmə Quranda dini Allaha xas edən yəni, Allahın dininə bir şey qatmayıb qulluğu təkcə ona edən, riyakarlıqdan və şirkdən uzaq olan səmimi insanların ortaq vəsfini ifadə etmək üçün işlədilir. Bu vəsfə sahib olana “müxlis”, bu vəsfi Allah tərəfindən təsdiqlənmiş olana da “muxləs” deyilir. İblis, bu vəsfə sahib olanları yoldan çıxara bilməz (Həcc 15/40; İsra 17/65; Sad 38/83).
[58] Sad 38/84.
[59] Nəhl 16/98-101; Səbə 34/20-21.
[60] Əraf 7/18, İsra 17/63, Sad 38/85.
[61] Zümər 39/71-72.
[62] Duhan 44/51-52, Zariyat 51/15, Mürsəlat 77/41.
[63] Zümər 39/73, Kaf 50/34.
[64] Əraf 7/43.
[65] Saffat 37/44, Tur 52/20, Rəhman 55/54, Vaqiə 56/15.
[66] Fatır 35/35, Yasin 36/55–58.
[67] Bəyyinə 98/7-8.
[68] Tə-ha 20/82, Zümər 39/53.
[69] Əraf 7/156, İbrahim 14/7.
[70] İbrahim əleyhissəlam ilə mələklər arasında keçən hadisə haqda ətraflı məlumat üçün bax: Hud 11/69-76, Ənkəbud 29/31–32, Zariyat 51/24–34.
[71] Hud 11/69, Zariyat 51/25.
[72] Hud 11/71, Zariyat 51/28.
[73] Uşaq müjdəsi qarşısında İbrahim əleyhissəlamın arvadı çox təəccüb edir (Hud 11/72, Zariyat 51/29.)
[74] Hud 11/73, Zariyat 51/30.
[75] Yusuf 12/87, Ənkəbud 29/23.
[76] Zariyat 51/31.
[77] Hud 11/70, Ənkəbud 29/31, Zariyat 51/32-34.
[78] Şuəra 26/170, Saffat 37/134, Qəmər 54/34.
[79] “Bədəninin qalıntısı qalacaq” ifadəsi (غابر)’dir (Lisanul Ərəb). Bu kəlmə sadəcə inanmadıqları üçün vulkan patlaması nəticəsində lav küllərinin altında qalan Lut əleyhissəlamın arvadı və digərləri ilə əlaqəli olaraq ta myeddi dəfə keçər (Əraf 7/83, Şuəra 26/171, Nəml 27/57, Ənkəbud 29/32-33, Saffat 37/135). Yanardağ külləri altında qalan cəsədlərin içi yox olur amma çölündə bir şeylər qalır (Səffat 37/137-138).
[80] Lut əleyhissəlamın qissəsi haqda ətraflı məlumat üçün bax: Əraf 7/80–84, Hud 11/77-83, Ənbiya 21/74–75, Şuəra 26/160–174, Nəml 27/54–58, Ənkəbud 29/28–35, Saffat 37/133–138, Zariyat 51/31–37, Qəmər 54/33–40.
[81] Hud 11/77, Ənkəbud 29/33.
[82] Ənkəbud 29/33.
[83] Qəmər 54/36.
[84] Hicr 15/8, Məryəm 19/64, Ənkəbud 29/34.
[85] Qəmər 54/34.
[86] “Təpəyə çıxar” anlamı verdiyimiz kəlmə “yüksəlmə anlamına gələn sərah (سرِاة) kökündən olan “əsri” (أَسْرِ) əmridır (Tehzibul-luğa və Lisanul-Ərəb (سرا) mad).
[87] Hud 11/81.
[88] Hud 11/78, Qəmər 54/37.
[89] Hud 11/78.
[90] Onlar, Lut əleyhissəlamı yaşadığı yerdən çıxartmağa niyyət etmişdilər. (Əraf 7/82; Şuara 26/167, Nəml 27/56).
[91] Quranda cinsi yaxınlıq sadəcə nikahla ola biləcəyi üçün, Lut əleyhissəlamın o insanlara qızlarıyla evlənməyi təklif etdiyi başa düşülür. Tövratda da yazılanlar bunu təsdiqləyir: “Baxın! Heç kişi əli dəyməmiş iki qızım var. Onları gətirim gözünüzdə yaxşı olanı onlarla edin. Amma bu adamlara bir şey etməyin! Çünki, onlar mənim himayəmə sığındılar.”
[92] Hud 11/79.
[93] Qəmər 54/38.
[94] Əraf 7/84, Hud 11/82-83, Şuəra 26/172–173, Nəml 27/58, Saffat 37/116, Qəmər 54/38–39. Bu daşlar, Tövratın Yaradılış 19/24 bölümündə göydən yağdırılan Kükürd və atəş olaraq tərif edilmişdir. Bu maddələr çox vaxt bir yanardağ patlaması nəticəsində yaranır.
[95] “Qalıntıları oxuya bilənlər üçün” anlamı verdiyimiz “mütəvəssim” kəlməsi, “bir isə baxaraq o izin sahibini tanıya bilən” deməkdir. Bu qalıntılar üzərində incələmə edənlər, o xalqın başına nələr gəldiyini başa düşərlər.
[96] Hud 11/83, Saffat 37/137-138.
[97] Şuəra 26/174, Ənkəbud 29/35, Zariyat 51/37.
[98] Əykə, Şueyb əleyhissəlamın elçi göndərildiyi Mədyənin (Əraf 7/85) digər adıdır (Şuəra 26/176-189, Sad 38/13, Kaf 50/14).
[99] Əraf 7/92–93, Hud 11/94, Şuara 26/189, Ankebut 29/37.
[100] Hicr, Salih əleyhissəlamın elçi göndərildiyi Səmud xalqının yaşadığı yerdir. Salih qissəsi haqqında ətraflı məlumat üçün bax: Əraf 7/73–79, Hud 11/61-68, Şuara 26/141–159, Neml 27/45–53, Fussilet 41/17–18, Zariyat 51/43–45, Kamer 54/23–31, Hakka 69/4–5, Şems 91/11–15.
[101] Qəmər 54/23-25.
[102] Əraf 7/74, Şuəra 26/149.
[103] Əraf 7/78, Hud 11/67-68, Şuəra 26/158, Nəml 27/51–52, Fussilət 41/17, Qəmər 54/31 Haqqa 69/5, Şəms 91/14.
[104] Mömin 40/82.
[105] Allah, göyləri, yeri və ikisi arasında olan varlıqları, cinləri və insanları çətin bir imtahandan keçirmək üçün yaratmışdır. Bunu Hud surəsinin 7-ci ayəsində izah etmiş, digər ayələrdə də “(بِالْحَقِّ) o haqq üçün” ifadəsi ilə buna işarət etmişdir (Ənam 6/73, Hud 11/7, İbrahim 14/19, Nəhl 16/3, Ənkəbud 29/44, Rum 30/8, Zümər 39/5, Duhan 44/39, Casiyə 45/22, Əhqaf 46/3, Təğabun 64/3).
[106] Tə-ha 20/15, Həcc 22/7, Səbə 34/3, Mömin 40/59, Casiyə 45/32.
[107] Zuxruf 43/89.
[108] Yasin 36/81.
[109] Ayədə keçən “o əzəmətli ayə topunu” ifadəsi ilə yeddi ayəlik Fatihə surəsi qəsd edilmişdir. Bununla əlaqəli olaraq Nəbimizdən belə bir rivayət nəql edilmişdir: “Əlhamdulillahi Rabbil aləmin (Fatiha) mənə “məsanidən” verilmiş yeddi ayədir, əzəmətli ayə topasıdır.” Məsani (مثَانِي), cüt xarakterli deməkdir. Ayələr, möhkəm və mütəşabih/bənzərlərdən ibarətdir. Bunların arasında ikili əlaqə olur. Bu əlaqələri ifadə edən kəlmə məsanidir.
[110] Tövbə 9/55, 85, Tə-ha 20/131.
[111] Nəhl 16/127, Nəml 27/70.
[112] Kəhf 18/28, Şuəra 26/215.
[113] Əraf 7/184, Hud 11/2, Həccc 22/49, Ənkəbud 29/50, Fatır 35/23, Sad 38/70, Əhqaf 46/9, Zariyat 51/50-51, Mülk 67/26,
[114] Ənam 6/91, Rum 30/32.
[115] Ali İmran 3/98-100, Rad 13/36.
[116] Əraf 7/6
[117] Nəhl 16/93.
[118] Maidə 5/67.
[119] Ənam 6/106, Səcdə 32/30, Nəcm 53/29.
[120] Bəqərə 2/137, Zümər 39/36.
[121] Hicr 15/3.
[122] Ənam 6/33-34, Hud 11/12.
[123] Tə-ha 20/130, Mömin 40/55, Kaf 50/39-40, Zariyat 52/48-49.
[124] Hud 11/123, Məryəm 19/65, Zümər 39/66.