Bədr döyüşü və Qədər
Qədər bir şeyin dəyərini, özəlliklərini və hüdudlarını göstərən ölçüdür (1). Allah Təala belə buyurur:
“Şübhəsiz ki, biz hər şeyi bir qədərə/ölçüyə görə yaratdıq” (Qəmər 54/49)
“Bütün hakimiyyəti əlində tutan Allah, nə uca bir bərəkət qaynağıdır! O, hər şeyə bir qədər/ölçü qoyandır. O, hansınızın daha gözəl iş edəcək deyə sizi yorucu bir imtahandan keçirmək üçün ölümü və həyatı yaradandır. O, daima üstün olan və çox bağışlayandır” (Mülk 67/1-2)
Allah, sistemini imtahan üçün qurmuş, bunun bir bilgi imtahanı deyil, cihad və səbr imtahanı olduğunu bildirmiş, bu səbəblə kimin başarılı olacağını öncədən bilmədiyini belə açıqlamışdır:
“Biz, içinizdən cihad edənləri və səbirli davrananları bilənə qədər, iç üzünüzü ortaya çıxarana qədər sizi, hökmən çətin bir imtahandan keçirəcəyik” (Muhamməd 47/31)
“Yoxsa Allah içinizdən cihad edənləri/əlindən gələni edənləri bilmədən, səbr edənləri də bilmədən Cənnətə girəcəyinizimi hesab etmişdiniz!” (Ali İmran 3/142)
Cihad, düşmənin, şeytanın və arzuların təzyiqinə var gücü ilə dirənməkdir (2). Səbr isə şərtlər nə olursa olsun qərarlı davranıb duruşunu pozmamaqdır (3). Duruşunu pozmadan yoluna davam etmək, cihadı da əhatə etdiyi üçün Quranda daha çox səbirli olmağa vurğu edilir (4). Doğruları ilk sıraya qoyanlar imtahanı qazanır. Mənfəətlərini ilk sıraya qoyanlar isə imtahandan kəsilərlər.
İnsan və cin şeytanları, doğru yolun üstündə oturar, zehinləri qurdalayaraq insanları o yoldan uzaqlaşdırmağa çalışarlar. Bu, hər kəsin edə biləcəyi bir iş deyil. İsrailoğulları, özlərinə ən çox nəbi və kitab göndərilmiş toplum olduğu üçün ayələri qarışdırmağı ən yaxşı bilənlər onlardan çıxar. Nəbimiz hələ həyatda ikən Mədinədə, ayələri qarışdıran Yəhudi münafiqlər var idi. Allah Təala, onları bizə belə tanıtmışdır:
“İndi bunların (bu yəhudilərin) sizə inanıb güvənmələrini gözləyirsiniz? İçlərindən bir qrupu Allahın sözünü/Quranı dinləyər, (öz kitabı ilə) bağlantısını qurduqdan sonra onu təhrif edərlər (5)/ mənasını sürüşdürərlər. Bunu bilə-bilə edərlər.
Allahın kitabına inanıb güvənənlərlə qarşılaşdıqda “Biz də ona inanıb güvəndik!” deyər, bir-birləri ilə baş başa qaldıqda da belə deyərlər: “Allahın sizə göstərdiyi şeyi (Quranın Tövratı təsdiq etdiyi gerçəyini) Rəbbinizin qatında sizə qarşı dəlil olaraq işlətsinlər deyəmi onlara söyləyirsiniz? Bu bağlantını qura bilmirsiniz?” (Bəqərə 2/75-76)
Yəhudilərin, Nəbimiz həyatda ikən başladıqları azdırmalar, bu gün də davam etməkdədir. Daha sonra görüləcəyi kimi onların azdırmaları nəticəsində ənənəvi quruluş, belə bir inanc meydana gətirmişdir:
“Hərhansı bir şeyin təyin olunmuş şəkildə meydana gəlməsini, Allahın əzəldə diləmiş olmasına qədər, o şeyi, vaxtı gəldikdə meydana gətirməsinə də qəza deyilir. Allahın əzəldən dilədiyi bir şeyin olmaması mümkün deyil. Allahın elmi, qulun seçiminə bağlı olub, Allahın əzəli mənada bir şeyin bilməsinin, qulun iradə və seçimi üzərində məcbur edici bir təsiri yoxdur (6)”
Mədrəsələrdə və məktəblərdə, zehinləri illərlə şərtləndirilmiş insanlar, Müsəlmanların qarşısına alim sifəti ilə çıxarıldıqları üçün bu mövzuda ağılın işlədilməsi də qadağan oluna bilinmiş və belə deyilmişdir:
“Qədər, iç üzünü ancaq Allahın bilə biləcəyi, mütləq və qəti bir biçimdə açılması mümkün olmayan ilahi sirrdir (7). Qədər mövzusunu qəti biçimdə açmağa girişmək, insanın gücünü sıxışdırması və imkansız şeyi tələb etməsi deməkdir (8)”.
Halbuki “Allah, ağılını işlətməyənlərin üzərində pisliklər ərsəyə gətirir. (Yunus 10/100)
Bu yazıda, Qurandakı inanc əsasları göstərildikdən sonra ənənəvi qədər anlayışının yanlışlığı, Bədr döyüşü ilə əlaqədar ayələr işığında ortaya qoyulacaqdır. O ayələrin, Bədr döyüşü ilə əlaqəsinin yaxşıca qoparıldığına da diqqət edilərsə oynanılan oyunun böyüklüyü çox aydın olaraq görülə bilir.
A – QURANDA İNANC ƏSASLARI
Qədəri, inanc əsasları içinə dürtənlər, imanın şərtlərini altıya çıxarmışlar, amma Quranda imanın şərti beşdir. Bunları bu iki ayədən öyrənirik:
“Yaxşılıq üzünüzü şərq və qərb tərəfə çevirməyiniz deyil. Yaxşı olan kəs; Allaha, axirət gününə, mələklərə, kitablara, nəbilərə inanıb güvənən kəsdir” (Bəqərə 2/177)
“Ey inanıb güvənənlər! Allaha, elçisinə, elçisinə endirdiyi kitaba və daha öncə endirdiyi kitablara inanıb güvənin. Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edər/görməzlik edərsə dərin bir azğınlığa düşmüş olar” (Nisa 4/136)
Bu ayələrdə Allaha, mələklərinə, kitablarına, elçilərinə və axirət gününə inanmaq, imanın şərti sayılmış amma qədərə imandan bəhs olunmamışdır. Qədərə iman sözü, Quranda yoxdur.
Qədərə iman barəsindəki dəlil, məşhur “Cəbrail hədisi”dir. Rəvayətə görə Cəbrail (ə.s.) Nəbimizə: “İman nədir?” deyə soruşmuş, o da: “Allaha, mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərə, onun xeyirinə də şərrinə də inanmandır” cavabını vermişdir (9). Bu hədisi ən əhatəli şəkildə rəvayət edən Səhih Muslimin qədər ilə əlaqədar ifadəsi belədir:
“Qədərə yəni onun xeyir ilə əlaqədar olanına da şərr ilə əlaqədar olanına da inanmandır.”
Hər şeyin qədərini/ölçüsünü təyin edən Allah, əlbəttə xeyirin də şərrin də qədərini/ölçüsünü təyin etmişdir. Buna inanmayan kəs, Müsəlman ola bilməz. Allah bununla da qalmamış, xeyir və ya şərr edənlərə verəcəyi qarşılığın ölçülərini də təyin etmiş və belə buyurmuşdur:
“Gözəl davrananlara daha gözəli və artığı vardır. Üzlərində bir qara ləkə və alçaldılmışlıq izi olmaz. Məhz bunlar cənnət əhalisidir, onlar orada ölümsüz olaraq qalacaqlar. Pis əməllər edənlərin cəzası isə etdikləri pisliyin qarşılığıdır.” (Yunus 10/26-27)
Göründüyü kimi Cəbrail hədisi, xeyirin də şərrin də bir qədərinin, yəni ölçüsünün olduğuna inanmaqdan əlavə bir məna ifadə etməz. Onun qədərçilərə dəlil olması mümkün deyil. Qaldı ki, hədis kitablarında Cəbrail hədisinin “qədərə iman” ifadəsini daşımayan rəvayətlər də mövcuddur.
İndi İslam tarixində çox önəmli yeri olan Bədr döyüşünü, Allahın qoyduğu qədərə, yəni ölçüyə və qaydalara riayət etməmənin nələrə bais olduğunun örnəyi olaraq baxacağıq.
B- BƏDR DÖYÜŞÜ ÖNCƏSİ MƏKKƏ
Nuh tufanından sonra Kəbəni yenidən inşa edən İbrahim əleyhissalama Allah Təala bu əmri vermişdi:
“İnsanlara həcci elan et, istər piyada istərsə istər yorğun dəvələrlə dağlar arasındakı yolları aşıb gəlsinlər. Özlərinə olan faydaları yaşayaraq görmək və Allahın onlara ruzi olaraq verdiyi ənam növü heyvanlar üzərinə, bilinən günlərdə onun adını anaraq qurban kəsmək üçün (gəlsinlər). (Ey qurban kəsənlər) Onlardan siz yeyin, kasıb olub çətin vəziyyətdə qalana da yedirin.”- (Həcc 22/27-28)
O zaman İbrahim əleyhissəlam da Allah Təaladan bunları istədi:
“Bir gün İbrahim belə yalvardı: “Rəbbim /Sahibim, buranı güvənli bir şəhər et! Buranın xalqından Allaha və axirət gününə inananları hər məhsuldan ruziləndir!” Allah da belə dedi: “Ayələri görməzlikdə dirənəni də az bir nemətlərdən yararlandırar, amma daha sonra onu atəş əzabına məhkum edərəm. Necə pis hala gəlməkdir o!” (Bəqərə 2/126)
Bu tarixdən etibarən Məkkə, dünyanın ən güvənli şəhəri olmuşdur. Həccə və ümrəyə gələn, qurban kəsən və orada qurulan yarmarkalara qoşulanlar, oranı çox hərəkətli bir şəhər halına gətirmişdi. Bu da Məkkəlilərə böyük bir etibar təmin edirdi. Məkkəlilər, Muhamməd əleyhissəlamın Allahın elçisi olduğunu anlamışdı, amma fərqli diskursların, özlərinə etibar itirəcəyini düşündükləri üçün ona qarşı çıxırdılar. Bunu bu ayədən öyrənirik:
(Məkkəlilər) “Bu rəhbərə/ Qurana səninlə birlikdə itaət etsək yerimizdən yurdumuzdan edilərik.” (Qəsas 28/57)
- Məkkəni itirmək xəbərdarlığı
Müşriklər, etibar itirmək qorxusu ilə Nəbimizdən və möminlərdən qurtulmaq üçün təzyiqlərini artırdıqları vaxt bu ayələr endi:
Səni o torpaqdan (Məkkədən) çıxarmaq məqsədilə azqala yerindən edəcəklər. Bunu edərlərsə, onlar da sənin ardınca orada çox qala bilməzlər. Səndən öncə göndərdiyimiz elçilərə tətbiq edilən sünnə/qanun budur. Bizim sünnəmizdə bir dəyişiklik tapa bilməzsən.” (İsra 17/76-77)
Məkkədə enən bu ayələrlə də oranın, Müsəlmanların hakimiyyətinə keçəcəyi elan edildi:
“(Ey müşriklər!) Başınıza gələcəyi söylənənlər, mütləq gələcəkdir. Siz bunun qarşısını ala bilməzsiniz. (Muhamməd!) Onlara de ki, “Ey xalqım! Əlinizdən nə gəlirsə edin. Mən də edəcəyəm. Axırda bu yurd (Məkkə) kimin olacaq, öyrənəcəksiniz. Bu bir gerçəkdir ki, yanlışlar içində olanlar umduqlarına çata bilməzlər.” (Ənam 6/134-135)
- Farsların Romalılara qalib gəlməsi
Təzyiqlərin artdığı vaxt Farsların Romalılara qalib gəldiyi xəbəri yayıldı. O zaman bu ayələr endi:
“ Əlif! Lam! Mim! Rumlar məğlubiyyətə uğradılar, Yer üzünün ən çökək yerində (Lut gölü bölgəsində). Onlar, bu məğlubiyyətin ardından qalib gələcəklər. Bir neçə il içində {10}! Bunun öncəsində də sonrasında da hər iş Allahın əlindədir. O gün möminlər də sevinəcəklər. Allahın yardımı ilə! Allah seçim etdiyinə yardım edər. O daima üstündür, ikramı çoxdur. Bunu Allah vəd etmişdir. Allah vədindən dönməz. Ancaq insanların çoxu bunu bilməz.” (Rum 30/1-6)
Bu ayələri, öncəki ayələrlə birlikdə düşündükdə ilk ağıla gələn, Müsəlmanların 9 il içində Məkkəyə hakim ola biləcəyidir. Bu, Məkkəlilərdə narahatlıq yaratmış olmalıdır. Etmələri gərəkən şey, Müsəlmanlardan tamamən qurtulmanın yollarını axtarmaqdır.
Ənənəvi qədər inancı, imtahanın cihad və səbr imtahanı olduğunu unutdurub zehinlərə, bilgi imtahanı kimi yerləşdirdiyi üçün ona inananlar, gələcəkdən xəbər verən ayələri, özlərinə dəlil götürməyə çalışırlar. Halbuki onlar, hərəsi bir imtahan sualı kimidir. Aşağıda görüləcəyi kimi, Bədr döyüşündə Müsəlmanlar Allahın döyüş üçün qoyduğu qədərə, yəni ölçüyə riayət etmək üçün gərəkən səbri və səyi göstərmədikləri üçün Məkkəni ala bilmədilər. O döyüşdə qalib gəlmələri, sırf Allahın yardım sözü vermiş olmasına görədir. Yoxsa məğlub olacaqdılar. Yəni döyüşü qazandılar, amma imtahandan kəsildilər.
- 3. Döyüş Hüququ ilə əlaqədar ayələr
Məkkəli müşriklərin hər keçən gün artan təzyiqləri, həm Nəbimizi həm də ona inananları Mədinəyə hicrət etməyə məcbur etdi. Allah Təala onların Məkkəni əldə etmələrini istədiyi üçün Mədinədə döyüş hüququ ilə əlaqədar bu ayələri endirdi:
“Ey Nəbi! Möminləri döyüşə təşviq et. Sizdən səbirli/ duruşunu pozmayan iyirmi nəfər olarsa, iki yüz nəfərə qalib gələr; içinizdən yüz nəfər olarsa onlar da kafirlik edənlərdən min nəfərə qalib gələr. Çünki onlar (dirənmənin önəmini) qavraya bilməyən bir topluluqdur.” (Ənfal 8/65)
“Kafirlik edənlərlə döyüşdə qarşılaşdıqda boyunlarını vurun. Nəhayət (qüvvələrini sındırıb) onları zərərsiz hala gətirdikdə kəndirlərini möhkəm bağlayın (əsir alın). Sonra ya qarşılıqsız ya da fidyə qarşılığı sərbəst buraxın ki, döyüşün meydana çıxardığı ağır sıxıntılar ortadan qalxsın. Etməniz gərəkən budur. Allah fərqli seçim etsəydi onların öhdəsindən qətiliklə özü gələrdi. Bunu etməməsi, birinizi digərinizlə yorucu bir imtahandan keçirmək üçündür. Allah yolunda öldürülənlərə gəldikdə, Allah onların əməllərini əsla boşa çıxarmaz.” (Muhamməd 47/4)
“Ey inanıb güvənənlər! Ordu halında kafirlərlə qarşılaşdığınızda aman geriyə dönməyin! Döyüş taktikası olaraq yer dəyişdirmək ya da bir birliyin yanında yer almaqdan başqa kim o gün onlara kürəyini çevirərsə Allahın qəzabına uğrayar. Onun qalacağı yer cəhənnəmdir. Necə də pis hala düşməkdir o!” ( Ənfal 8/15-16)
Bütün bunlar, Allahın döyüş üçün təyin etdiyi qədər, yəni qoyduğu qaydalardır. Müsəlmanlar bu gün də bu qaydalara riayət etməzlərsə girdikləri hər döyüşü uduzarlar.
- Bədr döyüşünün ayaq səsləri
Məkkənin hakimi olan Qureyşlilər, ticarət üçün qışda Yəmən və Həbəşistana, yayda Fələstin, Şam, Misir və İraq bölgələrinə gedərdilər (11). Öz adlarını daşıyan bu surə onların, həm ticari tərəfdən, həm də digər tərəflərdən hörmətli mövqedə və tam bir təhlükəsizlik içində olduqlarını bildirir:
“Qureyşlilər, isti münasibət gördükləri üçün, isti münasibəti, qış və yay yolçuluqlarında da gördükləri üçün bu Beytin (Kəbənin) Sahibinə qulluq etsinlər! Onlara yeyəcək verib ac qoymayan, onları təhlükələrdən əmin qılan Sahibinə!” (Qureyş 106/1-4)
Qureyş, təhlükəsizlikdə idi, amma ətraflarında təhlükəsizlik yox idi. Bunu da bu ayədən öyrənirik:
“Məkkəni toxunulmaz və təhlükəsiz bir yer etdiyimizi görmədilərmi? Halbuki ətraflarında (kı yerlərdən) insanlar zorla alınıb aparılır. Hal belə ikən batilə inanıb Allahın nemətini görməzlik edirlər?” (Ənkəbud 29/67)
Əbu Sufyanın başçılığı ilə Qureyşə aid böyük bir ticarət karvanı Suriyadan gələrkən Farslarla Romalıların döyüşəcəkləri xəbəri yayıldı. Karvan 1000 dəvədən ibarət idi (12). Rum surəsi 1-6-cı ayələrə görə döyüşü Romalılar qacanacaq və o gün Müsəlmanlar Allahın yardımı ilə xoşbəxt olacaqdılar. Məkkəlilər, tarixlərində ilk dəfə böyük bir təhlükə problemi yaşayırdılar. Karvan, hətta Məkkə belə əllərindən çıxa bilərdi. Xalqın qoşulması ilə qısa müddətdə böyük bir ordu topladılar.
Müsəlmanların ordudan xəbəri yox idi. Onlar, Allahın özlərinə karvanı verəcəyi ümidi ilə yola çıxdılar. Gözləmədikləri bir anda o ordu ilə qalşılaşdılar. Bunu bu ayələrdən öyrənirik:
“Siz vadinin (Bədirin) alt tərəfində, onlar vadinin üst tərəfində, karvan isə biraz aşağınızda idi. Vədələşsəydiniz belə dəng gətirə bilməzdiniz. Amma Allah, qərar verdiyi bir işi gerçəkləşdirsin; özlərini bitirənlər gerçəyi görərək bitirsinlər, yaşayanlar da gerçəyi görərək yaşasınlar deyə belə etdi. Əlbəttə Allah dinləyən və biləndir.” (Ənfal 8/42)
Bədir, Mədinədən cənub-qərb tərəfdə 160 km məsafədə, Qızıldənizdən 30 km aralı, Mədinə-Məkkə yolunun Suriya karvan yolu ilə kəsişdiyi yerdə, kiçik bir qəsəbə idi. Karvan tələyə düşməsin deyə Əbu Sufyan, Bədirdən uzaq olan və nadirən istifadə olunan sahil yolunu gedirdi (13). Karvanın, Müsəlmanlardan aşağıda olması bu səbəbdən idi. İki ordunun Bədirdə görüşməsi isə hər ikisinin də Suriyadan gələn ticarət karvanı üçün yola düşdüyünün açıq dəlilidir.
- Müsəlmanların Döyüşü İstəməməsi
Allah Müsəlmanlara, döyüşə hazır olmaq əmri vermiş, döyüş hüququ ilə əlaqədar ayələr endirmiş və Rum surəsi 1-6-cı ayələrlə yardım sözü verdiyi gündə onları Məkkə ordusu ilə üz-üzə gətirmişdi. Bu durumda Allah, ya vadinin üst tərəfindəki orduya qalib gətirərək onlara Məkkəni verəcək, ya da alt tərəfdəki karvanı verib onları köç etməyə məcbur edən müşriklərdən intiqam aldıracaqdı. Allah, Müsəlmanların döyüşüb Məkkəni ələ keçirməsini istəyirdi. Bunu bu ayədən öyrənirik:
“O vaxt Allah (Rum 1-6-cı ayələrlə) söz vermişdi, o iki topluluqdan biri qəti olaraq sizindir. Siz silahsız olanı (karvanı) istəyirdiniz. Halbuki Allah, (İsra 17/76-77-ci ayələrlə) etdiyi vədini gerçəkləşdirmək və o kafirlərin kökünü kəsmək istəyirdi. Günahkarların xoşuna gəlməsə də bunu, vədini gerçəkləşdirmək və o batılı (müşrik hakimiyyətini) bitirmək üçün edəcəkdi.” (Ənfal 8/7-8)
Allah Müsəlmanların döyüşüb Məkkəni fəth etməsini istəyirdi, amma onların bir bölümü karvanı təqib etməkdən belə qorxurdu. Bunu bu ayədən öyrənirik:
“O gerçək (Rum 1-6-cı ayələrdə verdiyi sözün gününün gəlməsi) səbəbilə Rəbbin səni evindən çıxardıqda, möminlərin bir kəsimi tam bir istəksizlik içində idi. Hər şey ortaya çıxdığı halda göz görə-görə ölümə sürüklənirmişlər kimi, o gerçək haqqında hələ də səninlə çəkişirdilər.” (Ənfal 8/5-6)
Əlaqədar ayələr, bağlantıları ilə birlikdə diqqətlə oxunduqda görülür ki, bu iki ayədə təkrarlanan “ o gerçək = الْحَقِّ”, Romalıların qalib gələcəyi gün Allahın Müsəlmanları sevindirəcəyi gerçəyidir.
“O gerçək səbəbilə Rəbbin səni evindən çıxardıqda…” ifadəsi də Nəbimizin Bədir ordusunu Allahın əmri ilə toplayıb oraya apardığını göstərir.
Bu açıq gerçəyə rəğmən karvanı belə təqib etməyə üşənən müsəlmanlar, döyüşü heç istəməzdi. Allah, o gün ilə əlaqədar vədinin gerçəkləşməsi üçün bir çox ayə endirərək möminləri cəsarətləndirdi.
- Döyüş ilə əlaqədar Nəsx
Allah Təala, Müsəlmanların istəksizliyini gördükdə onlara, Ənfal 65-ci ayə ilə yüklədiyi, özlərindən on qat çox olan düşmənlə döyüşmək məcburiyyətini, bu ayə ilə nəsx etdi və iki qatına düşürdü:
“Allah, sizdə bir zəiflik olduğunu bildi və indi yükünüzü yüngülləşdirdi. Allahın izni ilə, sizdən dözümlü yüz nəfər olarsa iki yüz nəfərə qalib gələr, sizdən min nəfər olarsa onlar da iki min nəfərə qalib gələr. Allah dözüm göstərənlərlə bərabərdir.”(Ənfal 8/66)
İmtahan, səbr və cihad imtahanıdır. Daha öncə Allah belə demişdi: “Sizdən səbirli/ duruşunu pozmayan iyirmi nəfər olarsa, iki yüz nəfərə qalib gələr; içinizdən yüz nəfər olarsa onlar da kafirlik edənlərdən min nəfərə qalib gələr. (Ənfal 8/65).” Allah, Müsəlmanların Məkkə ordusu qarşısında səbr göstərib dirənə bilməyəcəyini gördükcə məsuliyyətlərini yüngülləşdirən yuxarıdakı ayəni endirdi ki, Məkkədə verdiyi sözü yerinə yetirsin.
Allah Təala bu endirimi etdi, amma Məkkə ordusu onların iki qatından çox idi. Bu dəfə də düşməni Nəbimizə yuxusunda az göstərdi. Bunu da bu ayədən öyrənirik:
“(Ya Muhəmməd!) Allah onları yuxunda sənə az göstərdi. Çox göstərsə cəsarətinizi itirib döyüşmək barəsində bir-birinizlə mübahisə edərdiniz. Amma Allah, sizi bu hala düşməkdən qurtardı. Çünki O, içinizdə olanları bilir.” (Ənfal 8/43)
Allah, Məkkə ordusunu Müsəlmanlara, Müsəlmanları da Məkkə ordusuna az göstərdi ki, qərarlaşdırdığı Məkkənin fəthi, Bədir döyüşü ilə gerçəkləşsin. Əlaqədar ayə belədir:
“Onlarla (Məkkə ordusu ilə) qarşılaşdığınızda da Allah, sizin gözünüzdə onları az göstərmiş, onların gözündə də sizi az göstərmişdi. Allah, qərarlaşdırılan bir işi gerçəkləşdirsin deyə belə etmişdi. Bütün işlər Allaha ərz edilir. (O, ol demədən olmaz). (Ənfal 8/44)
Allahın müşrik ordusunu Müsəlmanlara nə qədər göstərdiyini də bu ayədən öyrənirik:
“(Bədirdə) Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət vardır. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. (Möminlər) Onlara baxanda özlərindən iki qat çox olduqlarını gözləri ilə görürdülər. Allah, səy göstərəni öz köməyi ilə gücləndirir. Şübhəsiz ki bunda, bəsirət sahibləri üçün həqiqətən alınacaq bir ibrət vardır.” (Ali-İmran 3/13)
Allahın, Məkkə ordusunu, Müsəlmanların iki qatı göstərməsinin səbəbi onlara, özlərinin iki qatı düşmənlə döyüşmək vəzifəsi yükləmiş olması idi. Çünki ancaq bu şəkildə səbir və cihad imtahanına girməyə cəsarət edə bilərdilər. “Sizdən min nəfər olarsa onlar da iki min nəfərə qalib gələr. Allah səbr edənlərlə bərabərdir.” (Ənfal 8/66) buyurulmasının səbəbi bu idi. Müşriklərə Müsəlmanları az göstərməsi də onların döyüşdən çəkinməməsi üçün idi (Ənfal 8/44).
- Mələklərlə Verilən Dəstək
Müsəlmanların çarəsizliyi keçmədiyi üçün Allaha yalvarıb yaxarır, ondan yardım istəyirdilər. Allah Təala onlara həm yardım etdi, həm də gecə, rahat bir yuxu verdi.
“O gün (Bədir günü) Rəbbinizdən yardım istəyirdiniz. O da “ard-arda gələn min mələk ilə sizi dəstəkləyirəm.” deyə cavab verdi. Allah bunu, sırf sizə bir müjdə olsun və qəlbləriniz sakitləşsin deyə etdi. Yoxsa zəfər, sadəcə Allah qatındandır (14). Allah güclüdür, doğru qərarlar verir.
O gün sizi təhlükəsizlik içində yuxuya verdi. Sizi təmizləmək, şeytanın yol açdığı yıxımı aradan qaldırmaq, qəlblərinizi gücləndirmək və sağlam bir dayanış göstərmənizi təmin etmək üçün üzərinizə göydən yağmur da yağdırdı.
Mələklərə də bunu vəhy edirdi: “Mən sizinlə bərabərəm, siz möminləri cəsarətləndirin. Mən də kafirlərin ürəklərinə qorxu salacağam. Elə isə (15) (ey möminlər) siz də onların boynunun köklərinə və barmaq uclarına vurun! Bunu edin!
Çünki bu kafirlər, Allahın və Elçisinin qarşısında yer aldılar. Kim Allahın və Elçisinin qarşısında yer alarsa bilsin ki, Allahın cəzalandırması çətindir. Haydı dadın o cəzanı baxaq. O kafirləe üçün bir də atəş əzabı vardır.” (Ənfal 8/12-14).
Bütün bunlara rəğmən Müsəlmanlar yenə də döyüşə cürət edə bilmirdi. Cəsarətlərini toplasınlar deyə dəstək, min mələkdən üç min mələyə çıxarıldı. Bunu da bu ayələrdən öyrənirik:
“Bədirdə çox zəif durumda idiniz, Allah sizə yardım etdi. Elə isə, Allaha qarşı yanlış etməkdən çəkinin ki, vəzifənizi yerinə yetirə biləsiniz.
O gün möminlərə belə deyirdin: “endirdiyi üç min mələk ilə Rəbbinizin imdadınıza yetişməsi sizə yetməzmi?” Yetər əlbəttə. Əgər səbr edər/ duruşunuzu pozmaz, qorunma tədbirlərinizi alsanız, onlar da belə ani bir basqınla üzərinizə gələrsə Rəbbiniz, yanınızdan ayrılmayan beş min mələklə imdadınıza yetişər. Allah bu dəstəyi, sadəcə bir müjdə olsun və qəlbləriniz sakitləşsin deyə verir. Zəfər yalnız üstün olan və bütün qərarları doğru olan Allah qatındandır. Allahın verdiyi bu dəstək Kafirlərin/ ayələri görməzlikdə dirənənlərin bir bölüyünü ayırıb atmaq və ya onlara boyun əydirmək üçündür ki, xəyalları puça çıxsın və alt-üst olsunlar.” (Ali İmran 3/123-127)
Ayədə keçən “qorunma tədbirlərinizi alaraq səbrli davransanız” ifadəsi, zəfərin səbirli davranmağa, duruşunu pozmadan döyüşə davam etməyə bağlı olduğunu anlatmaqdadır. Mələklər də sadəcə motivasiya dəstəyi verəcəkdi. Bunların heç biri, əzəldən bəlli olacaq şeylər deyildi.
C- BƏDİR DÖYÜŞÜ
Bu qədər yardım və dəstəkdən sonra Müsəlmanlar, Əbu Cəhil tabeliyindəki Qureyş ordusu ilə döyüşə girdilər və Əbu Cəhil başda olmaqla yetmiş müşriki öldürdülər. Müsəlmanlardan da on dörd nəfər şəhid oldu. Bu arada Müsəlmanların, səbirli davranıb duruşlarını pozmadan döyüşü davam etdirməsi və geri çəkilən müşrikləri təqib etməsi gərəkirdi. Onu etmədikləri kimi hələ yetmiş nəfəri də əsir götürüb Mədinəyə qayıtdılar. Halbuki Allah Təala, daha öncə bu ayələri endirmişdi:
“Ey inanıb güvənənlər! Ordu halında kafirlərlə qarşılaşdığınızda aman onlara arxa çevirməyin. Döyüş taktikası olaraq yer dəyişdirmə ya da bir birliyin yanında yer almaq məqsədindən başqa kim o gün onlara arxasını çevirərsə Allahın qəzəbinə uğrayar. Onun qalacağı yer cəhənnəmdir. Nə pis hala düşməkdir o!” (Ənfal 8/15-16).
Onları döyüşdə yaxalarsan elə bir dağıt ki, arxalarındakılar da dağılsınlar. Bəlkə ağıllarını başlarına alarlar. (Ənfal 8/57).
Allahın bu qədər yardımına rəğmən Müsəlmanlar Bədirdə səbir və cihad imtahanından kəsildilər. Bunu, o zaman enən bu ayədən öyrənirik:
“Döyüş meydanında düşməni zərərsiz hala gətirənə qədər heç bir nəbinin əsir almaq haqqı yoxdur. (Ey Müsəlmanlar) Siz, dərhal əlinizə keçəcək şeylər istəyirsiniz. Allah isə sonrasını istəyir. Üstün olan və doğru qərarlar verən Allahdır.” (Ənfal 8/67).
Allah Təala heç kimi gücünün üstündə bir şeydən məsul tutmaq (Bəqərə 2/286). Başda Nəbimiz olmaqla bütün səhabəni, düşməni zərərsiz hala gətirmədən əsir aldıqları üçün məsul tutmuş olması, bunu qadağan edən Muhamməd 47/4-cü ayənin daha öncə endiyinin açıq dəlilidir. O ayədəki əmrə riayət etməyən Müsəlmanlar, əllərinə keçəcək qəniməti istəyir, Allah isə Məkkəli müşrikləri tamamilə zərərsizləşdirmələrini istəyirdi. Allah Təala bu iradəsini belə açıqlamışdı:
“Allah, (İsra 17/76-77 ayələrlə) verdiyi vədini gerçəkləşdirmək və o kafirlərin kökünü kəsmək istəyirdi.” (Ənfal 8/7)
Bunun üçün daha öncə döyüşlə əlaqədar bu qaydanı qoymuşdu:
Ayələri görməzlikdə dirənənlərlə (kafirlərlə) döyüşdə qarşılaşdıqda boyun köklərini vurun. Zərərsiz hala gətirincə onları, möhkəm təhlükəsizlik dairəsinə alın (əsir alın).” (Muhamməd 47/4)
Nəbimiz başda olmaqla Bədir döyüşünə qatılan Müsəlmanlar, bu ayələrə zidd davranaraq iki böyük günah etmişdilər. Bunlardan biri düşməni təqib etməmək, digəri də onları zərərsiz hala gətirmədən əsir almaq günahı idi. Bu səbəbdən Allah, Məkkənin fəthi ilə əlaqədar iradəsinin ardınca “ol” əmrini vermədi və fəth gerçəkləşmədi. Əgər Allahın iradəsi gerçəkləşsəydi Məkkəlilər bitəcək, Uhud və Xəndək döyüşləri olmayacaq, Hudeybiyyə anlaşmasına da ehtiyac qalmayacaqdı.
Burada Allahın iradəsi ilə əlaqədar təhrif olunmuş məlumatlara diqqət etmək gərəkir. Ömer Nasuhi Bilmen bu mövzuda belə yazır:
Allahın iradəsi əzəlidir. Allah yaradacağı şeyləri bu iradə sifəti ilə hikmətinə görə meydana gətirməyi diləyər və dilədiyi şey mütləq həyata keçir (16).
Bu anlayış Qurana ziddir. Çünki Allahın iradəsi ancaq Onun “ol” əmrini verməsi ilə gerçəkləşir. Allah Təala belə buyurur:
“Bir şeyin olmasını iradə etdiyində etdiyi tək şey onun üçün “Ol!” deməsidir, sonra o şey yaranır.” (Yasin 36/82)
İradə edildiyi zaman o şeyin sadəcə qədəri/ ölçüsü vardır. Yarandıqdan sonra da özü var olur.
Müsəlmanların etdiyi iki böyük günaha rəğmən Allah, Rum surəsi 1-6-cı ayələrlə verdiyi sözü yerinə yetirdi və möminləri Bədir döyüşündə qalib gətirdi. Bunu da bu ayədən öyrənirik:
“(Romalıların Farslara qalib gələcəyi gün sizi sevindirəcəyinə dair) Allahın daha öncə yazılmış bir qərarı olmasa idi, aldığınız şeydən ötrü sizə qətiliklə böyük bir əzab dəyərdi.” (Ənfal 8/68)
Böyük əzab ifadəsi tam on dörd ayədə keçir. Bunların yeddisi kafirlər, ikisi münafiqlər, beşi də böyük günah işləmiş möminlər üçündür (19). Bu ayə də son beş ayədən biridir.
Allah bu ayəni endirdi və Müsəlmanlara o əsirlərdən fidyə almaq icazəsi verdi və onları sevindirdi:
“Artıq qənimət olaraq aldıqlarınızdan halal və təmiz olanları yeyin. Allaha qarşı yanlış etməkdən qorunun. Şübhəsiz Allah, çox bağışlayan və ikramı bol olandır.” (Ənfal 8/69)
Göründüyü kimi, döyüşü qazanmaq imtahanı qazanmaq deyildir. Ələ keçən imkanlar və ya bunlardın əldən çıxması, hərəsi bir imtahan sualıdır. İmtahanı qazandıran şey, şərtlər nə olursa olsun, insanın duruşunu pozmadan, Allahın əmrlərinə riayət etmək üçün əlindən gələni etməsidir.
D – BƏDİR DÖYÜŞÜ SONRASI YAŞANANLAR
Müsəlmanlar Bədir Döyüşündə həm düşməni təqib etməmək həm də onları zərərsiz hala gətirmədən əsir almaq günahı etdikləri üçün tövbə etmələri gərəkirdi. Tövbə, etdiyi əmələ peşman olub o günahı tərk etmək, təkrar etməməyə qərar vermək və etdiyi yanlışı, imkanları ölçüsündə düzəltməkdir (20). Allah Təala belə buyurmuşdur:
“Ayələrimizə inanıb güvənənlər sənə gəldikdə de ki; “Salam sizə! Rəbbiniz, bol-bol ikram etməyi özünə vəzifə olaraq yazmışdır. Belə ki; içinizdən kim özünü saxlaya bilməyərək (21) pislik edər, ardından da tövbə edib/dönüş eləyib özünü düzəldərsə yaxşı bilsin ki, Allah çox bağışlayan və ikramı bol olandır.” (Ənam 6/54)
“Zatən sənin Rəbbin, özünü saxlaya bilməyərək pislik edən, ardından da tövbə edib/dönüş eləyən və özünü düzəldənlərin yanındadır. Beləcə sənin Rəbbin bütün bunların ardından çox bağışlayan və ikramı bol olandır.” (Nəhl 16/119)
Bu ayələr səbəbindən Nəbimiz başda olmaqla Bədir Döyüşünə qatılan Müsəlmanların, etdiklərinə peşman olub o günahları bir daha etməmələri və imkan daxilində Məkkəni fəth etmək səyi edərək tövbələrinin qəbul edilməsi üçün çalışmaları gərəkirdi.
- Uhud Döyüşü
Bədir döyüşündə Müsəlmanların başarısız olduğunu bildirən ayələrin Məkkəlilərə yetişməmiş olması düşünülə bilinməz. Müşriklər Bədirdən sonra Nəbimizin, Mədinə vəsiqəsinə zidd davranan Yəhudi qəbiləsi Bəni Qaynukanı sürgün etməsini fürsət bilərək Yəhudi liderlərindən Kab b. əl-Əşrəf ilə görüşdülər və ondan dəstək sözü aldılar. Bir il sonra (7 şəvval 3/23 Mart 625) 3000 nəfərlik bir ordu ilə Mədinəyə basqına gəldilər. Nəbimiz onları, şəhərdən 5 km uzaqdakı Uhudda qarşıladı (22). Müsəlmanlar Allahın yardımı ilə onları məğlub etdi. Sonra cəsarətləri sındı, anlaşmazlığa düşdülər və yenə düşməni təqib etmədilər. Onların bir qismi qənimət dalınca düşdü. Bədirdə enən ayələr səbəbindən bunların Allahın qəzəbinə səbəb olacağını bilən müşriklər geri dönüb Müsəlmanlara ağır bir zərbə vurdular. Bunu bu ayədən öyrənirik:
“Baxın! Allah sizə verdiyi sözü tutdu; onun izni ilə kafirləri qırıb keçirdiniz. Əldə etmək istədiyinizi (qəniməti) göstərməsindən sonra boşaldınız, nə edəcəyiniz barəsində anlaşmazlığa düşdünüz və əmrimə qarşı gəldiniz (düşməni təqib etmədiniz). Kiminiz dərhal əlinə keçəcək olanı (qəniməti) istəyir, kiminiz də sonrasını (düşməni tam zərərsiz vəziyyətə gətirməyi) istəyirdi. Sonra (Allah) sizi, çətin bir imtahandan keçirmək üçün onlar qarşısında qalib ikən məğlub hala gətirdi. Amma yenə də sizi əfv etdi. Allah inanıb güvənənlərə lütüfkardır.” (Ali İmran 3/152)
Bu arada Müsəlmanlar Nəbimizi tək başına qoyub Uhud dağına doğru qaçdılar. Amma o, duruşunu pozmadı və Müsəlmanları əmrə riayət etməyə çağırdı. Bunu bu ayədən öyrənirik:
“Kimsəyə baxmadan dağa dırmaşdığınız sırada Elçimiz arxanızdan sizə səslənirdi. Allah, sizə qəm üstünə qəm verərək yaxşılıq etdi ki, əlinizdən qaçana da başınıza gələnə də üzülməyəsiniz (23). Allah etdiyiniz hər şeyin iç üzünü bilir.” (Ali İmran 3/153)
Muhamməd əleyhissəlamın onları Allahın rəsulu/elçisi sifəti ilə çağırması, onlara ayələr oxumasıdır. Çünki rəsulun vəzifəsi sadəcə ayələri təbliğ etməkdir (Maidə 5/99). O Allahın əmrinə riayət etdi, düşmənin önündə tək başına qalmasına rəğmən qaçmadı və bu ayələri yüksək səslə oxuyaraq Müsəlmanları da əmrə riayət etməyə çağırdı:
“Ey inanıb güvənənlər! Ordu halında kafirlərlə qarşılaşdığınızda aman geriyə dönməyin! Döyüş taktikası olaraq yer dəyişdirmək ya da bir birliyin yanında yer almaqdan başqa kim o gün onlara kürəyini çevirərsə Allahın qəzabına uğrayar. Onun qalacağı yer cəhənnəmdir. Necə də pis hala düşməkdir o!” ( Ənfal 8/15-16)
Bu ayələri duyan Müsəlmanlar dərhal geri döndülər. Çünki Bədirdə Məkkəni əllərindən qaçırmalarının əsl səbəbi, bu ayələrə riayət etməmələri idi. Yenə riayət etməzlərsə bu dəfə, hər şeylərini itirərdilər. Müsəlmanların geri döndüyünü görən Qureyşlilər panikaya düşüb qaçdılar. Əmrə riayət edənlər rahat bir nəfəs aldılar. Bunu bu ayədən öyrənirik:
“O qəmdən sonra sizə bir arxayınlıq hissi və sizdən bir bölümü rahatladan şirin bir yuxu verdi. Bir bölüm də öz dərdinə düşmüşdü. Allah haqqında gerçək olmayan xəyallara, cahiliyyə xəyallarına qapılaraq “Bu işdən əlimizə nə keçdi ki?” deyirdi. De ki, “Bu iş tamamilə Allah üçündür.” Sənə açıqlaya bilmədiklərini içlərində gizləyir, “Bu iş lehimizə olsaydı burada öldürülməzdik!” deyirdilər. De ki: “Evlərinizdə belə olsaydınız, öldürüləcəkləri yazılmış olanlar, yıxılacaqları yerə qədər gələrdilər.” Bunlar, Allahın içinizdə olanı yoxlaması və qəlblərinizdəki kirləri yaxşıca aparması üçündür. Allah içinizdə nə olduğunu bilir.” (Ali İmran 3/154)
Bu ayədə keçən “Evlərinizdə belə olsaydınız, öldürüləcəkləri yazılmış olanlar, yıxılacaqları yerə qədər gələrdilər” ifadəsi, gerçək qədəri göstərir. Çünki əcəl, ana rəhnindəki döllənmədən sonra qeydlərə keçər (Ənam 6/2). Əcəl gəldikdə bir an belə təxirə düşməz (Nəhl 16/61).
Allahın əmrlərinə riayət edib rahat bir gecə keçirən Müsəlmanlar, istirahət etdikdən sonra düşməni təqib etməyə başladılar və məğlub ikən qalib vəziyyətə gəldilər. Bunu bu ayələrdən öyrənirik:
“Döyüşdə yara aldıqdan sonra Allahın və elçisinin çağrısına riayət edənlərə, onların içindən yanlışlardan çəkinərək gözəl davranış göstərənlərə böyük bir mükafat vardır. Bunlara bəzi kəslər belə demişdi: “O insanlar (geri çəkilən Məkkə ordusu) sizə qarşı toplandı, qorxun onlardan.”(24) Bu söz onların güvənlərini artırdı və belə dedilər: “Allah bizə yetər. Ən yaxşı vəkil/dayanaq Odur!”
Sonra onlara bir pislik toxunmadan Allahın neməti və lütfü ilə geri döndülər. Onlar, Allahın rizasının izində idilər. Allah böyük lütf sahibidir.
O sözü söyləyən Şeytan, sadəcə öz yoldaşlarını qorxudur. İnanıb güvənirsinizsə onlardan qorxmayın, Məndən qorxun! (Ali İmran 3/172-175)
Uhud döyüşü ilə əlaqədar rəvayətlərdə Nəbimizin, bir qılınc zərbəsilə üzündən yaralandığı, dəbilqəsinin ikiyə bölünüb halqalarının üzünə batdığı, atılan bir daş ilə alt dodağının yarıldığı, bir dişinin qırıldığı, ayrıca alnından yaralandığı və bir çuxura düşüb diz qapaqlarının yaralandığı yer alır. Əbu Bəkir, Ömər və Əli ilə birlikdə bir qrup səhabənin onu qorumaq üçün ətrafında halqa əmələ gətirdiyindən də bəhs edilərək ayələrdə anladılan gerçəklər diqqətlərdən gizlədilir. Bunların doğru olma ehtimalı yoxdur. Çünki Quran, Nəbimizin düşmən qarşısında tək başına qaldığını və duruşunu pozmadan, Allahın elçisi olaraq təbliğ vəzifəsini davam etdirdiyini bildirir. Ayrıca Allah onu, insanlardan qoruyacağına dair söz vermişdir.
“Ey Rəsul! Rəbbindən sənə nə endirilmişsə sən onu təbliğ et / insanlara çatdır. Əgər belə etməsən, Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah, səni insanlardan qoruyacaqdır. Allah, ayələri görməzlikdə dirənən topluluğu yola gətirməz.” (Maidə 5/67)
- Bəni Qureyzə Muhasirəsi
Müsəlmanların qarşısıalınmaz naliyyətləri, başda Məkkəlilər olmaqla bütün ətrafı narahat edirdi. Hicrətin 5-ci ilində Qureyşlilər, Xeybər Yəhudiləri, Qatafanlılar, Fəzarəlilər, Əsədoğulları və Süleymoğulları kimi bir çox topluluq, Müsəlmanları boğmaq üçün hamısı birlikdə Mədinəyə basqın edib Xəndək döyüşünə səbəb oldular.
Mədinədə baş tutmuş anlaşmaya görə bu döyüşdə Bəni Qureyzə yəhudiləri, Müsəlmanların yanında yer aldı, amma döyüş zamanı anlaşmaya zidd olaraq Məkkə ordusuna dəstək verdilər (25). Mühasirə bitib düşmən çəkildikdə Nəbimiz, Bəni Qureyzəyə yönəldi və onları mühasirəyə aldı. Bu zaman baş verənləri bu ayələrdən öyrənirik:
“Allah, əhli kitabdan düşmənə dayaq çıxanları, qorunaqlı yerlərindən endirdi və onların qəlblərinə qorxu saldı. Bir qismini öldürür, (onların üstündə hakimiyyət qurduğunuzda da) digər qismini əsir alırdınız. Onların yerini yurdunu, mallarını və hələ ayaq basmadığınız yerləri də sizə miras buraxdı. Allah hər şeyə bir ölçü qoyar.” (Əhzab 33/26-27)
Muhəmməd surəsinin 4-cü ayəsinə görə Bəni Qureyzə əsirləri, fidyə qarşılığı və ya qarşılıqsız sərbəst buraxılacaqdı. Bütün malları əllərindən alındığı üçün əlbəttə ki, qarşılıqsız sərbəst buraxılmış olmalıdırlar. Nəbimiz Bədir döyüşündə bu ayəyə riayyət etmədiyi üçün ağır bir şəkildə ittiham olunmuşdu (Ənfal 8/67-68). Bu döyüşdə də riayyət etməsəydi daha ağır ittiham ilə qarşı-qarşıya gələrdi. Bu xüsus, çox açıq olmasına rəğmən hədis kitablarına soxulan iddialara görə Nəbimiz, Bəni Qureyzə əsirlərinə, Muhamməd surəsinin 4-cü ayəsini tətbiq etmək yerinə Əvs qəbiləsindən Sad b. Muazı hakim təyin etmiş, o da kişilərin öldürülməsinə, qadınlarla uşaqların və malların qənimət olaraq paylaşdırılmasına qərar vermiş, guya Nəbimiz də bu qərarı həyata keçirmişdir (26). Bu davranış, onu və əshabını kafir edər. Çünki, hər hansısa bir ayəni görməzlik edənlərlə əlaqədar olaraq Allah Təala belə buyurur:
“Allahın endirdiyi kitabdan bir şey gizləyən və qarşılığında müvəqqəti bir mənfəət əldə edənlər, qarınlarına sadəcə atəş doldurmuş olarlar. Allah qiyamət/ məzardan qalxma günü onlarla danışmaz və onları təmizə çıxarmaz. Onların qazandığı acı bir əzabdır.” (Bəqərə 2/174)
Təəssüf ki, məzhəblər, Nəbimizə və əshabına edilən bu böyük iftiranı dəlil götürərək döyüş əsirlərindən kişilərin öldürülə biləcəyini ittifaqla qəbul etmişdirlər (27). Beləcə həm Nəbimizin həm də əshabını etibarsızlaşdıran İsrailoğullarının oyununa düşüblər. İsrailoğullarının bu cür fəaliyyətlərinə qarşı Allah Təala Nəbimizdən belə bir xəbərdarlıq etməsini istəmişdi:
“Allahın ayələrini görməzlikdə dirənənlərə, haqlı bir səbəb olmadan nəbiləri öldürənlərə/ etibarsızlaşdıranlara acı bir əzabın müjdəsini ver. Çalışmaları, dünyada da axirətdə də boşa çıxacaq olanlar onlardır. Onların yardımçıları da olmaz.” (Ali İmran 3/21-22)
“acı bir əzabın müjdəsini ver” əmrini ilk yerinə yetirən Muhəmməd əleyhissalamdır. O zaman onun qarşısında hər hansı bir nəbini öldürmüş bir adam yox idi. Allah qoruma sözü verdiyi üçün onu da öldürə bilməzdilər (Maidə 5/67). Öldürmə mənası verilən qatl kəlməsi, etibarsızlaşdırma mənasına da gəlir (28). Bu səbəbdən bu kimi ayələrdəki qatl kəlməsinə “etibarsızlaşdırma”-dan başqa bir məna verilə bilinməz. Qurana görə bunu edənlər İsrailoğullarıdır (29). Bu ayələrə görə onlar, Nəbimizi etibarsızlaşdırma fəaliyyətlərini, o həyatda ikən başlatmışdılar:
“ Əhli kitabdan bir dəstəsi kitabdan oxuyurmuş kimi dillərini əzib büzürlər ki, oxuduqlarını kitabdan sanasınız. Amma kitabdan deyildir. “O Allah qatındandır.” deyərlər; amma Allah qatından deyildir. Allaha qarşı bilə-bilə yalan söylərlər.
Özünə Allahın kitab, hikmət və nəbilik verdiyi bir insanın durub insanlara, “Allahdan öncə mənə qul olun!” deməsi olacaq şey deyildir. Onun deyəcəyi budur: “Kitabı öyrədərək (30) və üzərinizdə daima çalışaraq özünüzü Rəbbinizin yoluna həsr edən adamlar olun.” (Ali İmran 3/78-79)
Allah sistemini, imtahan üçün qurduğundan heç kimi insan və cin şeytanlarına qarşı qorumaz. Necə ki, Adəm və Həvvanı İblisə qarşı xəbərdar etmiş, amma qorumamışdır. Eynilə bizi də Əhli kitabın bir hissəsinə qarşı xəbərdar etmiş, amma onlara qarşı qorumamışdır. Allahın xəbərdarlıqları belədir:
“De ki: “Ey əhli kitab /kitablarında mütəxəsis olan adamlar! Gerçəkliyinə şəxsən şahid olduğunuz halda niyə Allahın yolunda bir əyrilik olmasını istəyərək inanmış şəxsləri o yoldan əngəlləyirsiniz? Etdiyiniz heç bir şey Allaha gizli qalmaz.”
Ey inanıb güvənənlər! Özlərinə kitab verilənlərin bir hissəsinə könüllü olaraq boyun əysəniz inanıb güvəndikdən sonra sizi ayələri görməz hala gətirərlər (kafir edərlər).” (Ali İmran 3/99-100)
Yəhudilər, Tövratı ortadan qaldırmış, yerinə Yəhudi alimlərin şərhlərini daşıyan Sözlü Tövratı, yəni Talmudu keçirmişlər. Onlara görə Allah Musa əleyhissalama, kitab ilə birlikdə onun açıqlaması mahiyyətindəki Talmudu da vermişdir (31). Tövrat sadəcə ibadətdə oxunur. Tək mənbə Sözlü Tövrat, yəni Talmuddur. Problemlərin həlli Yazılı Tövratda deyil, Sözlü Tövratda axtarılır (32).
Sözün Ərəbcə qarşılığı “hədis”dir. Nəbimiz, hədislərin yazılmasını qadağan etmiş və belə demişdir:
“Məndən bir şey yazmayın. Kim məndən, Qurandan başqa bir şey yazmışsa onu yox etsin. Mənim sözlərimi anlada bilərsiniz, onda bir problem yoxdur.” (Müslim Ədəb 32)
Hədisləri bir yerə yığmağı düşünən Xəlifə Ömərin bunu çox düşündüyü və səhabələrlə məsləhətləşmələrdən sonra, “Sizə bir sünən kitabı yazmaqdan bəhs etmişdim. Fəqət sonradan düşündüm ki, sizdən öncə Əhli kitab Allahın kitabından başqa kitablar yazmış və o kitablar üzərinə düşərək Allahın kitabını tərk etmişlər. And içirəm ki, Allahın kitabını heç bir şeylə kölgələmərəm.”
Ömər r.a. qəza və qədərlə əlaqədar olan yanlış şərhləri əngəlləmişdir (33). Əli r.a. da yanlış qədər barəsində ciddi müdaxilələri var idi. Yaşlı bir nəfər ona, “qəza və qədər bizi necə istiqamətləndirir?” soruşduqda belə demişdi:
“Təəssüf olsun! Hər halda sən qəzanı məcburi, qədəri olmuş-bitmiş sanırsan! Elə olsa savab, cəza, vəd, əzab təhdidi, əmr və qadağalar mənasızlaşardı! Allahın günahkarı qınayan, yaxşı əməl sahiblərini də öyən bir sözü olmazdı. Gözəl davranan, pis davranana görə öyülməyə layiq olmaz, pis davranan da yaxşı davranana görə pislənməni haqq etməzdi. Sənin söylədiyin söz, bütpərəstlərin, şeytanın yoldaşlarının, yalançı şahidlərin, yaxşı davrananlara çəp baxanların sözüdür. Onlar bu ümmətin qədərçiləri və Məcusiləridir. Allah Təala seçim haqqı tanıyaraq əmrlər vermiş, xəbərdarlıqlar edərək qadağalar qoymuşdur. Asan şeylərlə məsul tutmuş, çətin vəziyyətdə qalanı üsyankar saymamış, heç kimi təzyiq ilə itaət altına almamışdır. Yaratdıqlarına əyləncə olsun deyə elçi göndərməmiş, göyləri, yeri və ikisinin arasındakıları boşuna yaratmamışdır. Sənin söylədiyin kafirlik edənlərin təxmin etdiyi şeydir. Kafirlik edənlərin atəşdən çəkəcəkləri var! (34)
Quranda olmayan bir inanc əsasının hədislərlə qoyulması Talmud anlayışının bir oxşarıdır. Tövrat yerinə Talmudu qoyanların müşrik olduğunda şübhə yoxdur. Allah Təala müşriklərin, qəza və qədər barəsində belə bir fəaliyyət edəcəyini bizə bildirmiş və belə demişdir:
“Şirkə düşənlər / Allahı ikinci sıraya qoyanlar deyəcəklər ki, “Allah fərqli bir seçim etsəydi biz də atalarımız da şirkə düşməz, heç bir şeyi də haram saymazdıq.” Onlardan öncəkilər də bu şəkildə yalana sarıldılar və sonunda basqınımız daddılar. De ki, “Yanınızda ( bu seçimi Allahın etdiyinə dair) bir bilgimi var ki, qarşımıza çıxara biləsiniz. Siz sadəcə zənninizin arxasınca gedirsiniz, siz sadəcə dəlilsiz danışırsınız.”
De ki: “Qəti dəlil Allahın dəlilidir. Seçimi (sizə verməyib) Allah etsə idi əlbəttə hamınızı yola gətirərdi.” (Ənam 6/148-149)
Allah Təala bu ayələrdə, özləri tərəfindən tərif edilən qədər inancını müdafiə edənlərə bu sualı soruşmamızı istəyir: “Yanınızda bir bilgi varmı ki, çıxarıb bizə göstərəsiniz.” Amma onlar “sadəcə zənnə qapındıqları və sadəcə atdıqları” üçün bu mövzuda sual verilməsini istəmirlər.
- Hüdeybiyə Sözləşməsi
Muhamməd əleyhissəlam Xəndək Döyüşündən sonra gördüyü bir yuxuya görə, həcc aylarından olan Zülqədə ayında Mədinədən əshabı ilə birlikdə həccə getmək üçün Məkkəyə tərəf yola düşdü. Mənbələrdə ümrə üçün getdiyi söylənsə də Quran bu səyahətin həcc üçün olduğunu açıq göstərməkdədir. Müşriklər, içlərindən bir şəkildə ata bilmədikləri qorxuları səbəbindən Müsəlmanların Məkkəyə daxil olmasını istəmədilər və qarşılarına Xalid b. Vəlidin komandanlığı altında 200 nəfərlik bir süvari dəstə çıxardılar. Bunun üstündən Rəsulullah, bir ağacın altında Müsəlmanlardan, Qureyş ordusu ilə toqquşacaqlarına dair söz aldı. Bunu bu ayədən öyrənirik:
O ağacın altında sənə beyət etdiklərində /bağlılıq sözləşməsi etdiklərində, Allah o möminlərdən razı oldu. Onların qəlblərində olanı bildi və onlara daxili rahatlıq verdi və onları yaxın bir fəth ilə mükafatlandırdı.” (Fəth 48/18)
Müsəlmanlardakı qərarlılığı görən Məkkəlilər, böyük bir qorxuya qapıldıqda Müsəlmanlar Məkkəni alacaq vəziyyətə gəldilər. Amma Allah, Nəbimizin döyüşə girməsini istəmədi və ayədə zikr etdiyi fəthin gerçəkləşməsini sonraya saxladı. Bunun səbəbini bu ayələrdən öyrənirik:
Məkkənin yanında sizi onlara üstün etdikdən sonra onların əlini sizdən, sizin əlinizi də onlardan çəkdirən odur. Allah nə etdiyinizi daima görəndir. Kafirlik edən, Məscidi Harama girmənizi və gözlədilən qurbanların çatacağı yerə getməsini əngəlləyən onlardır. Bilmədiyiniz mömin kişilərlə mömin qadınları, bilmədən əzib keçəcək və bundan ötrü çətin vəziyyətə düşəcək olmasaydınız (Allah sizə Məkkəni fəth etdirdi). Amma Allah, seçim etdiyinə ikram etmək üçün belə etdi. Əgər (möminlərlə kafirlər) bir-birlərindən ayrılmış olsalardı onlardan kafirlik edənləri qətiliklə acı bir əzaba uğradardıq.” (Fəth 48/24-25)
Nəbimizin Həcc üçün yola çıxmadan öncə gördüyü yuxu, sadiq yuxu idi. O il olmasa da daha sonra mütləq həccə gedəcəkdilər. Bu barədə Allah Təala belə buyurmuşdur:
“Allah, elçisini, onun yuxusunun gerçəkliyini qətiliklə təsdiqlədi. Allah gərəkli dəstəyi verərsə güvənlikə, kiminiz saçınızı keçəl etdirmiş, kiminiz də qısaltmış olaraq və qorxmadan Məscidi-Harama mütləq girəcəksiniz. Amma Allah sizin bilmədiyinizi bildiyinə görə, yuxunun gerçəkləşməsinin öncəsində, yaxın bir fəthə / Məkkənin fəthinə imkan verəcəkdir.” (Fəth 48/27)
Bu səyahətin ümrə deyil həcc səyahəti olduğunun dəlili, bu ayədə keçən, “saçlarınızı keçəl etdirmiş və ya qısaltmış olaraq, Məscidi-Harama güvən içində, qətiliklə girəcəksiniz.” İfadəsidir. Çünki bu ifadə sadəcə hacılar üçün işlədilir. Hacılar Ərəfat və Müzdəlifə vəqfələrini edib şeytanı daşladıqdan sonra saçlarını keçəl etdirir vəqfələrini edib şeytanı daşladıqdan sonra saçlarını keçəl etdirir və ya qısaldır, sonra Kəbəyə gəlib fərz olan təvaflarını edirlər. Ümrədə isə öncə təvaf sonra Səfa-Mərvə səyi edilir. Saçlarının keçəl edilməsi və qısaldılması ən sonda edilir.
4-Günahlarının əfvi üçün Məkkənin Fəthi Şərti
Hüdeybiyədən qayıdanda enən Fəth surəsində, Məkkənin fəthi önündə bir əngəl qalmadığını bildirən bu ayələr endi:
“Sənə, hər şeyin önünü açacaq bir fəthin/ Məkkə fəthinin yolunu açdıq. Allah bunu, (Bədirdə) etdiyin öncəki və sonrakı günahını bağışlamaq, sənə olan nemətini tamamlamaq və səni (hədəfə aparacaq) dosdoğru bir yola yönəltmək üçün etdi. Bir də Allah bunu, sənə güclü bir yardım etmək üçün etdi.” (Fəth 48/1-3)
Ayədə yer alan öncəki günah, Bədirdə düşməni təqib etməmək (Ənfal 8/15-16), sonrakı günah da düşməni zərərsiz hala gətirmədən əsir almaq günahıdır (Muhamməd 47/4). Allah Təala Nəsr surəsini endirərək, Nəbimizin etdiyi bu günahların əfvini, Məkkənin fəthi şərtinə bağladı.
“(Ya Muhamməd!) Allahın yardımı gəlib o fəth / Məkkənin fəthi gerçəkləşdikdə insanların bölüm-bölüm Allahın dininə girdiklərini görərsən hər şeyi gözəl edən Rəbbinə/ Sahibinə o zaman yönəl və məğfirət dilə! O, tövbələri /dönüşləri qəbul edər.”(Nəsr 110/1-3)
Nəbimizin başına gələn bu hadisələr, həm yanlış qədər inancının Müsəlmanlara yayılmaması həm də günahlardan necə tövbə ediləcəyinin insanlara göstərilməsi baxımından çox gözəl bir nümunədir. Ayrıca idarə edənlərin hədəflərinə çatmaları üçün tutmaları gərəkən tövrün nə olması gərəkdiyi barəsində də tapılmaz bir örnəkdir. Bütün bunlar, bu ayənin də gərəklərindəndir:
“Sizin üçün yəni Allahdan və axirət günündən gözləntisi olan və Allahı (onun sözlərini) daima ağlında tutanlar üçün, Allahın rəsulunda gözəl örnəklər vardır.” (Əhzab 33/21)
E- Müsəlmanların içləri yandıran halı
Bura qədər açıq göründüyü kimi məzhəblərin yaratdığı qədər inancı Qurana ziddir. Sünni məzhəblərin qədər anlayışının xülasəsini təkrarlayaq:
“Hər hansı bir şeyin bəlli bir şəkildə meydana gəlməsini, Allahın əzəldə istəmiş olmasına qədər, o şeyi, vaxtı gəldikdə meydana gətirməsinə də qəza deyilir. Allahın əzəldən dilədiyi bir şeyin olmaması mümkün deyildir. Allahın elmi, qulun seçiminə bağlı olub, Allahın əzəli mənada bir şeyi bilməsinin, qulun iradə və seçimi üzərində məcbur edici bir təsiri yoxdur. (36)”
Bunu qəbul etdirə bilmək üçün zamanın nisbi olduğunu, yəni onun üçün bir zaman məfhumundan bəhs oluna bilinməyəcəyini söylərlər. “Allahın əzəldən bilməsi” kimi təsvir etmələrinin səbəbi odur. Allah, olacaq hər şeyi əzəldən bilirsə onun bizləri imtahan etməsinin də bir mənası qalmamaqdadır. Onun üçün buna qarşı çıxaraq ayələrin mənasını pozmağa çalışanlar da vardır. Bu arada Sünni məzhəblər, əcəlin qısalmasını da qəbul etməzlər. Bunların ən pis nəticəsi isə Nəbimizin və dürüst səhabənin tanrılaşdırılmasıdır. İndi bu mövzulara qısaca toxunaq.
- Allahın Zamandan Münəzzəh Olduğu İddiası
Allahın imtahan üçün yaratdığı insan və cinlərin bütün davranışlarını öncədən bildiyi iddiasını müdafiə edənlər; indiki zaman, keçmiş və gələcək zaman məfhumlarının Allah üçün mövzu ola bilməyəcəyini söylərlər. Edə bildikləri tək şey, zamanı yaradılmış bir varlıq sayıb hər şeyi yaradanın Allah olduğuna dair ayələri özlərinə dəlil götürmələridir. Halbuki zaman, bir varlıq deyildir.
Zaman, hərəkətlər arasında öncəlik və sonralıq sıralamasını anlaya bilmək üçün ehtiyac duyulan məfhumdur. Allahın etdiyi işlərdə də öncəlik və sonralıq sıralaması olduğu üçün O, bütün zaman rejimlərini özü üçün də işlədir.
Zaman nisbidir. Allaha görə bir gün, bizə görə min il kimidir. Əlaqədar ayələr belədir:
“Göydən Yerə hər işi o düzənlər; sonra (nəticələri) sizin hesabınıza görə müddəti min il olan bir zaman dilimində ona yüksələr.” (Səcdə 32/5)
“Səndən əzabın tez gəlməsini istəyirlər. Allah sözündən əsla dönməz. Rəbbinin / Sahibinin qatındakı bir gün sizin saydığınız min il kimidir.” (Həcc 22/47)
Yeddi ayədə göylər ilə yerin altı gündə yaradıldığı bildirilir. Allaha görə bir gün, bizə görə min il olduğundan bu müddət bizim baxışımızdan altı min ildir. O ayələrdən biri budur:
“O, göyləri və yeri altı gündə yaratmış olandır. O arada Ərşi / idarəetmə mərkəzi (37) suyun üstündə idi. Onları yaratması, hansınızın daha yaxşı davranacaq deyə sizi çətin bir imtahandan keçirməsi üçündür. Onlara “Öldükdən sonra dirildiləcəksiniz” desən, ayələri görməzlikdə dirənənlər qətiliklə belə deyərlər: “Bu açıq bir sehirdən başqa bir şey deyil!” (Hud 11/7)
Ölən vücud üçün hərəkət dayanacağına görə zaman da dayanar. İlk ölən insan belə yenidən dirildildikdə öldüyünü düşünə bilməz, təzə yuxuya daldığını sanar. Allah Təala belə buyurur:
“ O saatın /qalxmaq saatının olması, göz açıb yumana qədər, bəlkə daha da yaxındır (38). Allah hər şeyə bir ölçü qoyar.” (Nəhl 16/77)
Bədən torpaqda çürümüş, yenidən yaradılmış, aradan milyardlarla il keçmiş amma o bunların fərqində belə olmamışdır. Ölüm və yenidən diriliş bizə məhz belə bir yuxulamaq qədər yaxındır. Bu mövzunu daha açıq olaraq anladan ayə budur:
“Göylərin və yerin qeybini / gizlinini xəlvətini bilmək Allaha məxsusdur. O saatın / qalxmaq saatının olması, göz açıb yumana qədər, bəlkə daha da yaxındır. Allah hər şeyə bir ölçü qoyar.” (Nəhl 16/77)
Vücud yenidən yaradıldıqda ruh gedib öz vücuduna girər. Əlaqədar ayələr belədir:
“nəfislər /ruhlarla bədənlər birləşdirildikdə, hər nəfis (o gün üçün) nə hazırladığını öyrənəcəkdir.” (Təkvir 81/7 və 14)
Axirətdə yenidən yaradılan bədənə gələn ruh ilə insan, yenicə yuxudan oyanmış kimi olar:
“Sura üfürülər, dərhal məzarlarından qalxar və sürətlə Rəbblərinə doğru gedərlər. ”” Vay halımıza! Yatdığımız (39) yerdən bizi kim qaldırdı? deyərlər.” (Yasin 36/51-52)
Bu ayələrə görə ilk ölən ilə son ölən insanın zaman anlayışı eynidir. Allaha görə isə ilk insanın ölümü ilə yenidən diriliş arasındakı müddət əlli min ildir. Bunu bu ayələrdən öyrənirik:
“Kimisi, (irəlidə) gerçəkləşəcək olan əzabı (dərhal indi) istədi. Kafirlərin başına gələcək olan və heç kimin mane ola bilməyəcəyi əzabı … (Göylərə) yüksəldən vasitələrin sahibi Allahdan gələcək əzabı … Müddəti əlli min il olan bir gündə /zaman bölümündə mələklər və ruhlarla birlikdə ona yüksələr.” (Məaric 70/1-4)
Quranda qəməri il əsas götürülür (Tövbə 9/36). Bir qəməri il 354 gündür. Allaha görə bir gün, bizə görə min il olduğu üçün Allaha görə bir il, bizə görə 354000 il edər. İlk insanın ölümü ilə yenidən diriliş arası Allaha görə əlli min il etdiyinə görə bunun bizə görə uzunluğu, 50000 X 354000 = 17700000000 (on yeddi milyard yeddi yüz milyon) il edir.
Bu ayəyə görə başlanğıcdan ilk insanın meydana gəlməsinə qədər keçən müddət də eynidir.
“O gün göyləri, yazılı səhifələri bükər kimi bükəcək, yaratmağı da ilk başlatdığımız kimi təkrarlayacağıq. Bu sözü verdik, biz bunu mütləq edəcəyik.” (Ənbiya 21/104)
Bütün bu ayələrə görə göylərin və yerin cəmi ömrü belədir:
17700000000 + 17700000000 = 35400000000 il (otuz beş tam onda dörd milyard il)
Bu qədər açıq ayələrə rəğmən, uydurduqları qədər inancını insanlara qəbul etdirməkdə çətinlik çəkənlərin zamanın ayrı bir varlıq olaraq yaradıldığını, bu səbəblə Allahın, zaman qavramı ilə əlaqəsinin olmadığını söyləmələri, qəbul edilə bilinməz.
- İmtahan Sisteminə Qarşı Davranış
Allah, düzənini imtahan üçün qurduğunu söyləsə də yanlış qədər inancı səbəbindən doğru düşünmə bacarığını itirmiş Müsəlmanların halını bu ayənin işığında bir dəfə daha görməyə çalışaq:
“Bir zaman Rəbbi /Sahibi, İbrahimi bir neçə məsuliyyət ilə çətin imtahandan keçirmiş, o da onları tam olaraq yerinə yetirmişdi.” (Bəqərə 2/124)
Təfsir alimlərindən Fəxrəddin ər-Razi (ölümü hicri 606-cı il) bu ayəni belə təfsir edir:
“Allah Təalanın İbrahim əleyhissalama yüklədiyi vəzifələri imtahan deyə sinifləndirməsi kəlmənin əhatəsini genişləndirməsidir. İmtahan, təcrübə və sınamaq kimi şeylər bizdə olar; çünki əmr verdiyimiz adamın nə edəcəyini bilmərik. Bizim adətimizdə belə istifadələr çox olduğu üçün Allahın, əmrini və qadağasını məcaz olaraq imtahan deyə sinifləndirməsi uyğun olmuşdur. Ona görə də imtahan etmək və bir şeyin iç üzünü öyrənmək cəhdi Allaha yaraşdırıla bilinməz. Çünki o, əzəldən əbədə, məhdudiyyətsiz bütün bilgiləri, ayrıntıları ilə birlikdə bilir (40).”
Maturidi məzhəbinin qurucusu Əbu Mansur əl-Maturidi (ölümü 333/944) də İbrahim əleyhissalamın imtahana çəkilməsini qəbul etməz. Onun sözləri belədir:
“Allahın insanı imtahan etmək ehtimalı yoxdur. Çünki o, əzəldən əbədə, olanı və olacağı bilir. Amma bir şeyi əmr etməsinə və ya qadağan etməsinə onun tərəfindən imtahan deyilmişdir (41).”
Allah Təala, yaratdığı və yaratmağı planladığı şeyləri əlbəttə bilir. Amma qulunun, imtahan vaxtı davranışını öncədən planlamadığı üçün belə buyurmuşdur:
“Biz, içinizdən cihad edənləri və səbirli davrananları bilənədək, iç-üzünüzü ortaya çıxarana qədər sizi, qətiliklə sıxıcı bir imtahana salacağıq.” (Muhəmməd 47/31)
İmam Maturidi, bu ayədə, ağıla sığmaz qarışdırmalar edərək qədər inancını qorumağa çalışır. Ona görə ayədəki “hətta naləmə = biz bilənə qədər” ifadəsi üç ayrı mənaya gələ bilər.
Birincisi belə ola bilər: “Allahın övliyası, içinizdən cihad edən və səbr edənlərlə, cihad etməyən və səbirsizlik göstərənləri bilənə qədər.”
Allahın övliyasının kimlər olduğunu bu ayədən öyrənirik:
“Biləsiniz ki, Allahın övliyası/dostları (42) üzərində bir qorxu olmaz. Onlar üzülməzlər də. Onlar inanıb güvənən və özlərini yanlışlardan qoruyan şəxslərdir.” (Yunus 10/62-63)
Övliya, vəli kəlməsinin cəm halıdır. Vəli, aralarında özlərindən başqa bir şey olmayan iki və ya daha çox şeyə deyilir. (Müfrədat) Allah ilə arasına, başqa birini qoymayan hər kəs Allahın vəlisidir. Araya başqasını qoyanın Allah ilə əlaqəsi kəsilir. Allah imtahanı, başqaları görsün deyəmi edir!
Maturidinin “hətta naləmə = biz bilənə qədər” sözünə verdiyi ikinci məna belədir:
“Elmdən məqsəd məlumdur. Dildə belə bir istifadə ola bilər. Məsələn “namaz Allahın əmridir” sözü, Allahın əmr etdiyi şeydir mənasına gəlir.”
Bu söz də qəbul oluna bilinməz. Çünki əmr isimdir; onun zamanla bir bağlantısı yoxdur. “biz bilənə qədər” sözü isə gələcək zamanı göstərən feldir. Ərəb dili baxımından bu sözü gələcək zamandan təcrid etmək mümkün deyildir.
İmam Maturidinin təfsirində keçən üçüncü baxış belədir:
“biz bilənə qədər” sözü, Allahın olacağını bildiyi şeyin olmasını bilməsi deməkdir (43).
Bu sözü də anlamaq mümkün deyildir. Allah özünümü imtahan edir ki, olacağını bildiyi şeyin olub-olmayacağını bilmək ehtiyacı olsun!
Qədəri bir inanc əsası halına gətirmək cəhdində olanlar, heç bir dəlilə söykənmədən, özlərini saldıqları bu quyudan çıxarmadıqları üçün son çarə olaraq bunu söylərlər:
“Qədər iç-üzünü yalnız Allahın bilə biləcəyi bir sirrdir.”
- Məşiət Qavramının Uydurulması
“Bir şeyi ərsəyə gətirmə” mənasına gələn şaə felinə iradə=istəmək mənası verilərək Quran, ziddiyyyətli bir kitab kimi göstərilmiş və çox sayda ayə, qədərçiliyə alət iedilmişdir.
Şaə, şey kəlməsinin məsdərindən yaranmışdır (44). Fel, məsdərin daşıdığı mənanı, zamanla əlaqəli vəziyyətə gətirir (45). Şey; isim olaraq varlıq (46), məsdər olaraq da var etmək mənasını verir.
Şaə, keçidli (mütəaddi) olduğu üçün bağlayıcı (məful) alır (47). Onun bağlayıcısı, cümlənin axışından anlaşıldığı üçün çox vaxt səsləndirilmir. İmanın ərsəyə gəlməsindən bəhs olunursa bağlayıcı “iman”, kafirliyin ərsəyə gəlməsindən bəhs olunursa “kafirlik”, başqa bir şeydən bəhs olunursa bağlayıcı o şey olur.
“Şeyi var etmək” mənasında olan “şaə” feli, insanın seçiminə bağlı şeylərin ərsəyə gəlməsi ilə əlaqədar mövzularda işlədildiyi üçün çox önəmlidir. Allah Təala belə buyurmuşdur:
“Quran, qətiliklə dəyərli bir elçinin / Cəbrailin gətirdiyi sözdür. Güclü və ərşin/ idarə mərkəzinin sahibi yanında etibarlı olan, orada özünə itaət edilən və güvənilən olan elçinin… Yoldaşınız (Muhamməd) cinlərin təsirində deyil. Cəbraili, o açıq üfüqdə (Nur dağında) qətiliklə gördü (48). O, (özünə bildirilən) qeybi /Qurandakı bilgiləri (49) heç kimdən gizlədəcək deyildir. Bu Quran, qovulmuş şeytanın (50) sözü deyildir. Elə isə haraya gedirsiniz? Quran, hər kəs üçün zehində tutulması gərəkən bir bilgidən / zikrdən başqa bir şey deyildir (51). İçinizdən dosdoğru olmağı seçən hər kəs üçün… Sizin bir şey etməyiniz, ancaq varlıqların sahibi olan Allahın, şərtləri ərsəyə gətirməsi ilə mümkündür.” (Təkvir 81/19-29)
Allah Təala hər kəsin imtahanı qazanmasını istər. Əlaqədar ayələrin bir qismi belədir:
Allah, hər şeyi sizə açıq-açıq göstərmək, sizi sizdən öncəkilərin sünnələrinə / yollarına
yönəltmək və tövbənizi qəbul etmək istər. Allah, daima bilən və qərarları doğru olandır. Allah, tövbənizi / dönüşünüzü qəbul etmək istər / iradə edər. Arzularının arxasınca gedənlər isə böyük bir azğınlığa düşmənizi istərlər / iradə edərlər.
Allah yükünüzü yüngülləşdirmək istər; çünki insanı zəif yaratmışdır(52) (Nisa 4/26-28)
Ayədə keçən sünnə , Allahın nəbilərinin tətbiq etdiyi yol və yöntəmlərdir. Bu yola girən şəxs, nəbilərin yoluna girmiş və sünnəyə riayət etmiş olar. Allahın bizdən istədiyi budur. Bir ayə belədir:
Allah Nuha nə əmr etmişsə onu, sizin üçün bu dinin şəriəti /qanunu (53) etmişdir. Sənə vəhy etdiyimiz, İbrahimə, Musaya və İsaya əmr etdiyimiz budur: “Bu dini qoruyub saxlayın və dində ayrılığa düşməyin!” Özlərinə etdiyin dəvət, müşriklərə nə qədər ağır gəldi! Allah seçdiyini özünə (elçi) secər; özünə yönələni bu dinə qəbul edər. (Şura 42/13)
“Seçimi (sizə verməyib) Rəbbin etsəydi yer üzündə olanların hamısı, qətiliklə inanardı. Vəziyyət belə ikən, mömin olsunlar deyə bu insanları sənmi məcbur edəcəksən? (Yunus 10/99)
Allahın iradə etdiyi şey, ancaq onun “ol” əmri ilə həyata keçir. Allah Təala belə buyurur:
“Biz bir şeyin olmasını istədiyimizdə, onun üçün sözümüz sadəcə “Ol!” deməkdir. Sonra o şey yaranır.” (Nəhl 16/40)
Allah, imtahanla əlaqədar mövzularda “ol” əmrini, sadəcə gərəkəni edənlər üçün verir. Gərəkəni etməyən, nəticəyə vara bilməz. Allah Təala belə buyurur:
“Kim də axirəti istər və bir mömin olaraq onun üçün gərəkdiyi kimi çalışarsa, məhz onların çalışması qarşılığını alacaqdır.” (İsra 17/19)
Mənfəətləri ilə üzləşənə qədər hər insan Allaha qul olmaq istər. Mənfəətlər önə keçərsə Allah xəbərdarlıq edər; insan o xəbərdarlığı öz daxilində hiss edə biləcəyi kimi başqalarından da duya bilər. Allah Təala belə buyurmuşdur:
“Allah, bir topluluğu yoluna qəbul etdikdən sonra nələrdən çəkinəcəklərini onlara açıq-açıq göstərmədən onları əsla azğın saymaz.” (Tövbə 9/115)
İnsan, etdiyinin yanlış olduğunu yaxşıca anladıqdan sonra mənfəətlərini üstün tutmağa davam edərsə Allah onun yoldan azmasını təsdiqləyər. Bunlardan bir çoxu, azğınlığını gizləmək üçün dini özünə uyğunlaşdırmağa çalışar. Allah Təala belə buyurmuşdur:
Göylərdə nə var və yerdə nə varsa özünə aid olan Allahın yoluna… Çətin bir əzabdan ötrü kafirlərin vay halına! Onlar, dünya həyatını xoşlayıb Axirətdən üstün tutan, (insanları) Allahın yolundan əngəlləyən və o yolda bir əyrilik olmasını istəyən kəslərdir. Onlar dərin bir azğınlıq içindədirlər. (İbrahim 14/2-3)
“Bir şeyi etdi” mənasına gələn şaə felinə, “bir şeyi istədi” mənasının verilməsi ilə ortaya çıxan təxribata bir neçə örnək verək:
“Biz, hər elçini (55) ancaq öz xalqının dili ilə göndərdik ki, (56) ayələri onlara açıq-açıq anladsın. Sonra Allah, (azğınlığı) seçəni azğın sayar, (doğru yolu) seçəni də yoluna qəbul edər (57). O daima üstün və bütün qərarları doğru olandır.” (İbrahim 14/4)
Təfsir və məalların çoxunda ayəyə bu məna verilmişdir:
“Biz, hər elçini öz toplumunun dili ilə göndərdik ki, onlara yaxşıca açıqlasın. Bundan sonra Allah, dilədiyini azdırır, dilədiyini də yola gətirir…”
Allah dilədiyini yola gətirəcək və dilədiyini azdıracaqsa niyə elçi göndərir? Bu vəziyyətdə elçinin, o toplumun dili ilə açıqlama etməsinin nə mənası olur?
“Şirkə düşənlər /Allahı ikinci növbəyə qoyanlar (58) deyəcəklər ki, “Allah fərqli bir seçim etsəydi biz də atalarımız da şirkə düşməz, heç bir şeyi də haram saymazdıq”(59). Onlardan öncəkilər də bu şəkildə yalana sarıldılar (60) və sonunda qəzəbimizi daddılar (61). De ki, “Yanınızda (bu seçimi Allahın etdiyinə dair) bir bilgi varmı ki, qarşımıza çıxara biləsiniz. Siz sadəcə zənnlərinizin ardınca gedirsiniz (62); siz sadəcə dəlilsiz danışırsınız.”
De ki, “qəti dəlil Allahın dəlilidir. Seçimi (sizə verməyib) Allah etsəydi əlbəttə hamınızı yola gətirərdi.” (Ənam 6/148-149)
Diyanet İşleri Başkanlığı məalı belədir:
“Allah diləsəydi hamınızı tək bir ümmət edərdi; fəqət O, dilədiyini azdırır, dilədiyini də doğru yola çatdırır. Etdiklərinizdən mütləq məsul tutulacaqsınız (64).”
Qədərçilərin Ərəb dilinə belə müdaxilə edib yanlış mənanı lüğətlərə qədər yerləşdirmiş olmaları, gerçəkdən çox təəccüblüdür. Bütün bunlar bu atalar sözünü xatırladır:
“Ət xarab olduqda duzdur çarə, duz xarab olduqda nədir çarə!
- Əcəl Mövzusu
Məqaləmizin girişində göstərildiyi kimi qədər, bir şeyin dəyərini, özəlliklərini və hüdudlarını göstərən ölçüdür. Əcəl də o şey üçün biçilmiş son müddətdir. Allah Təala belə buyurur:
“Göyləri, yeri və bu ikisinin arasında olanları sadəcə o gerçək üçün (sizləri imtahan etmək üçün) və bəlli bir müddətinə yaratdıq.” (Əhqaf 46/3)
İnsanlar haqqında da belə buyurulur:
“O, sizi palçıqdan (65) yaradan, sonra bir əcəl təyin edəndir. Onun qatında müddəti təyin olunmuş bir daha əcəl də vardır. Sonra siz, tərəddüd içindəsiniz.” (Ənam 6/2)
Ayələrə görə göylərin və yerin tək bir əcəli olduğu halda insanın iki əcəli vardır. Bunlardan biri, hər varlıqda olan əcəli-müsəmma yəni yaşayacağı ömür, digəri də təbii əcəldir. Təbii əcəl, vücudun dayanmaq müddətidir. Təbiblər ömür biçərkən ona baxarlar. Əcəli müsəmmanı Allahdan başqası bilə bilməz. Əcəli müsəmma uzana bilməz, amma qısala bilər. Allah Təala belə buyurur:
“Özünə bir ömür biçilənin, ömrünün sonuna qədər yaşadılmasının da ömrünün qısaldılmasının da mütləq yazılı bir qeydi saxlanılır. Bu Allah üçün çox asandır.” (Fatir 35/11)
Bəzi yanlış davranışlar əcəli müsəmmanı qısaldır. Bunun örnəyi Yunus əleyhissəlam və qövmüdür. Allah Təala belə buyurur:
“Əlbəttə Yunus da elçi olaraq göndərilənlərdəndi. Bir gün o, dolu bir gəmiyə qaçdı. Püşk çəkdi və gəmidən atılanlardan oldu. Həmən onu balıq uddu, o sırada özünü qınayırdı. Əgər o, boyun əyənlərdən olmasaydı (insanların) dirildiləcəkləri günə qədər qətiliklə balığın qarnında qalardı. Sonra onu, xəstə çılpaq halda bir yerə atdıq. Onun üzərinə balqabaq növündən (özünü örtəcək) bir bitki bitirdik. Onu (təkrar) yüz min hətta daha çox adama elçi göndərdik. (Yunusun geri dönməsindən) Sonra ona inandılar. Biz də onları bir müddət nemətlərdən yararlandırdıq.” (Saffat 37/139-148)
Sonra Yunus əleyhissəlam qövmünə geri döndü. Daha öncə ona inanmayan qövmü bu dəfə inandı və yox olmaqdan qurtuldu. Bunu da bu ayələr xəbər verməkdədir:
“Kaşki (əzab gəlib çatmadan) iman edib imanının faydasını görən bir kənd olsaydı! Bunun tək istisnası Yunusun xalqıdır. İman etdiklərində rəzil edici əzabı dünya həyatında üstlərindən qaldırdıq və onları bir müddət nemətlərdən yararlandırdıq.” (Yunus 10/98)
Əcəl mövzusunu Allahın bütün elçiləri ümmətlərinə bu şəkildə anladmışdır. Bir ayə belədir:
“Elçiləri belə dedilər:”Göyləri və yeri bölünmə qanunu ilə yaradan Allah haqqında şübhə olarmı! O, günahlarınızı bağışlamaq və bəlli bir müddətə qədər yaşatmaq üçün sizi dəvət edir.” Onlar isə “Siz də eynilə bizim kimi bir bəşərsiniz. Atalarımızın qulluq etdiyi şeylərdən bizi uzaqlaşdırmaq istəyirsiniz, o halda bizə boyun əydirəcək açıq bir dəlil /möcüzə gətirin!” demişdilər.” (İbrahim 14/10)
Ayələr açıq olmasına rəğmən əmələ gətirdikləri qədər bataqlığında boğulan məzhəblər, əcəl mövzusunda da fərqli bir anlayış içindədirlər. Bunu Diyanet Vakfı İslam Ensiklopediyasında belə izah edirlər:
“Sələfiyyə, Maturidiyyə və Əşariyyədən meydana çıxan Əhli-sünnə alimlərinə görə əcəl daha çox “Allahın canlıların öləcəyini bildiyi zaman” kimi tərif edilir. Buna görə əcəl, həyat müddəti və ölüm üçün təqdir edilən zamanı ifadə etdiyindən qədərlə əlaqədar bir mövzudur. Bu səbəblə canlıların hər birinin yaşayacağı əcəl tək olub qətiliklə dəyişməz (66).”
NƏTİCƏ
Qədər, Allahın hər bir şeyə qoyduğu ölçü, qanun və qaydalardır. Bu ölçülərə uyğun davranmanın tək yolu, Qurana tabe olmaqdır. Allah Təala belə buyurur:
“Rəbbinizdən /Sahibinizdən sizə endirilənə tabe olun; Allah ilə aranıza qoyduğunuz dostlara tabe olmayın. Doğru bilgiləri nə az istifadə edirsiniz!” (Əraf 7/3)
Allah, sistemini imtahan üçün qurmuş, müvəffəqiyyətin ölçülərini qoymuş və belə demişdir:
“Biz, içinizdən cihad edənləri və səbirli davrananları bilənə qədər, iç üzünüzü ortaya çıxarana qədər sizi, hökmən çətin bir imtahandan keçirəcəyik.” (Muhamməd 47/31)
İmtahan, bilgi imtahanı deyil, səbir və cihad imtahanıdır. Bu səbəbdən Allah, bir çox ayədə, nəticəni öncədən bilmədiyini açıq söyləmişdir. Amma Allahın təyin etdiyi qədəri /ölçünü boş verib özlərinə bir qədər /ölçü əmələ gətirənlər, bunları qəbul etməzlər. Maturidi məzhəbinin qurucusu Əbu Mansur əl-Maturidi (ölümü 333/944) təfsirində belə deyir:
“Allahın insanı imtahan etmək ehtimalı yoxdur. Çünki olacaq şeyləri əzəldən bilir, onların nə zaman olacağını da əbədiyyətə qədər bilir (67).”
Əşari məzhəbinin kəlam və təfsir alimlərindən Fəxrəddin ər-Razi (ölümü 606 hicri) də belə deyir:
“İmtahan, təcrübə və sınamaq kimi şeylər bizdə olar; çünki əmr verdiyimiz adamın nə edəcəyini bilmərik. Bizim örfümüzdə belə istifadələr çox olduğu üçün Allahın, öz əmr və qadağalarını, məcaz olaraq imtahan deyə sinifləndirilməsi uyğun olmuşdur. Necə ki, bir şeyin iç-üzünü öyrənmə cəhdi və imtahan Allaha yaraşdırıla bilinməz. Çünki o, əzəldən əbədə, məhdudiyyətsiz bütün bilgiləri, detalları ilə birlikdə bilir (68).”
Bunlar qədəri; “insanların məsuliyyət yaradan hərəkətlərini, Allahın əzəldə iradə edib vaxtı gəldikdə yaratması (69)” kimi tanıtdıqları üçün çıxılmaz vəziyyətə düşmüşlər və Allahı da özlərinə görə tanıtmaq məcburiyyətində qalmışlar. Bir şey, ona bənzər şeylərlə tanıdıla bilinər. Allahın bir bənzəri olmadığı üçün o özünü necə tanıtmışsa ancaq elə tanıya bilərik. Əlaqədar ayələr belədir:
“Heç bir baxış Allahı tam olaraq qavraya bilməz amma o, bütün baxışları qavrayar. O, lütfkardır və hər şeyin iç üzünü bilir. Rəbbinizdən sizə, özünü tanıdan əlamətlər gəlmişdir. Kim onları görərsə öz lehinə olar. Kim də korluq edərsə öz əleyhinə olar. (Onlara de ki: ) Mən sizin üstünüzdə gözətçi deyiləm.” (Ənam 6/103-104)
Allah sistemini imtahan üçün qurduğunu, nəticəni öncədən bilmədiyini söyləyirsə ona inanmaq məcburiyyətindəyik. Yanlış qədər anlayışını müdafiə edənlər, Allaha alim deməyə çalışarkən zalim dediklərini bilmirlər. Bunların zehinləri, Allahın hər şeyi bildiyinə dair ayələrlə qarışdırılır. Allah əlbəttə hər şeyi bilir. Ərəb dilində “şey” varlıq mənasını verir (70). Olmayana şey deyilməz. İmtahan bilgi imtahanı deyil, cihad və səbir imtahanıdır. Cihad, düşmənin, şeytanın və arzularının təzyiqinə var gücü ilə dirənmək (71), səbir isə şərtlər necə olsa da qərarlı davranıb duruşunu pozmamaqdır (72). Bədir döyüşü ilə əlaqədar ayələrdə görüldüyü kimi bunlar, imtahanla üz-üzə gəlmədən bilinə bilinməz.
Yanlış qədər anlayışını müdafiə edənlər bu ayəni də özlərinə dəlil götürür:
Yer üzündə və ya özünüzdə meydana gələn hər şeyin, biz onu ayrı bir varlıq olaraq yaratmadan öncə mütləq yazılı bir qeydi aparılır. Bu, Allah üçün asandır. (Hədid 57/22)
Bu ayə, ənənəvi qədər inancı ilə əlaqədar deyildir. Çünki Allah, bir şeyi öncə qeydiyyata alır, sonra yaradır.
“De ki: “ Allahın (təsdiqləyib) yazmadığı bir şey əsla başınıza gəlməz. O bizim mövlamız /ən yaxınımızdır.” Möminlər yalnız Allaha güvənib arxalansınlar.” (Tövbə 9/51)
Bizimlə əlaqədar qeydiyyatın gözəl olması üçün belə dua etməmiz öyüd olunmuşdur:
“Bu dünyada da Axirətdə də bizə gözəl şeylər yaz; biz sənə yönəldik.” (Əraf 7/156)
Qədərçilərin iddia etdikləri kimi hər şey əzəldən bəlli olsa idi Quranda bu ayə olmazdı:
“Ey Rəbbimiz! Endirdiyinə inandıq və bu elçiyə tabe olduq. Bizi (buna) şahid olanlarla birlikdə yaz.” (Ali İmran 3/53)
Yanlış qədər anlayışını qəbul etdirməyə çalışanlar, bəzi ayələrə də yanlış məal vermişlər. O ayələrdən biri belədir:
Allah diləsəydi, sizi tək bir ümmət edərdi. Fəqət O, dilədiyini azdırır, dilədiyini də doğru yola yönəldir. Etməkdə olduğunuz şeylərdən mütləq sorğuya çəkiləcəksiniz (73). (Nəhl 16/93)
Bu yanlış məallar üçün şaə felinin mənası dəyişdirilmişdir. Felin kökü, “var etmək” mənasında olan “şey” kəlməsidir (74). Onun, açıq zikr edilməyən amma cümlənin axışından anlaşılan bir məfulu yəni tamamlığı mütləq olur. Əgər fel, imtahanla əlaqədar ayələrdə keçər, mübtədası da Allah olarsa mənası “(qulunun seçim etdiyini) var etdi” şəklindədir. Mübtəda insan olarsa o zaman da “(seçim etdiyini) etdi” mənasına gəlir. Şaə felinin mənasını pozanlar, ona “istəmək və diləmək” mənası vermişlər və bunu, lüğətlərə belə salmağı başarmışlar. Məna dəyişdikdə mübtədalar da dəyişmiş və Quran, ziddiyyətli bir kitab vəziyyətinə gətirilmişdir (75). Yuxarıdakı ayənin doğru mənası belədir:
“Seçimi Allah etsəydi hamınızı tək bir ümmət halına gətirərdi (76). Amma Allah, (azğınlığı) seçim edəni azğın sayar, (doğru yolu) seçim edəni də yoluna qəbul edər. Etdiklərinizdən əlbəttə sorğuya çəkiləcəksiniz.” (Nəhl 16/93)
Bütün bunlar, İsrailoğullarının, Nəbimiz hələ həyatda ikən başlatdıqları və daha sonra qəbul etdirdikləri Quransız din anlayışının çağımızdakı davamından ibarətdir. Onlar, dünyanın hər yerində qurduqları tədris qurumları ilə bu fəaliyyətlərini davam etməkdə, Quransız İslam anlayışı ilə yetişdirdikləri gəncləri, akademik sifəti ilə Müsəlmanların universitetlərinə göndərməkdədirlər. Etməmiz gərəkən tək şey, Allahın rizasına fokuslanmaq, O nə deyirsə onu etməkdir. Onun nə dediyini öyrənəcəyimiz tək qaynaq da Qurandır.
Müəllif: Prof. Abdulaziz BAYINDIR
Azərbaycan türkcəsinə çevirdi: Tariyel Xanbabayev.
- Ahmed b. Faris b. Zekeriyya, Mucemu mekayisul-luğa, Beyrud, tarixsiz md
- Rağib əl-İsfahani, əl Müfrədat, Tahkik: Safvan Adnan Davudi, Dəməşq və Beyrud 1412/1992 md
- əl Müfrədat md
- Bəqərə 2/153, 155, 249, Ali İmran 3/17, 146, Ənfal 8/46, 66, Ənbiya 21/85, Saffat 37/102
- Təhrif, iki tərəfə verilə bilinəcək bir mənanı, asanlıqla başa düşülməyəcək tərzdə, sözün axınına uyğun olmayan tərəfə çəkməkdir. Təhrif, mətində deyil mənada olduğu üçün Quran, öncəki kitabların əsas mətnlərini təsdiq edər. Amma təhrif kəlməsi də təhrif edilib ona “tədbil” yəni mətni dəyişdirmək mənası verildiyi üçün həm Quranın öncəki kitabları təsdiq etdiyi unutdurulmuş həm də Quran ayələrində edilən məna dəyişdirilmələrinin üstü örtülmüşdür. Ən çox təhrif, Yəhudiləri narahat edən ayələrdə olmuşdur. Necə ki, bu ayədəki təhrif, məal və təfsirlərdə Quran ilə deyil Tövrat ilə əlaqələndirilmişdir.
- Ömer Nasuhi Bilmen, Büyük İslam İlmihali, s. 30-31, paragraf 67-71’in özeti. İstanbul 1986.
- Diyanet İlmihali c. I, s. 135, Kaza ve Kadere İman, (Kader bölümünün yazarı Ahmet Saim KILAVUZ) İlmi Müşavere ve Redaksiyon Heyeti, Hayrettin KARAMAN, Ali BARDAKOĞLU, Telif Heyeti, Hüseyin ALGÜL, Ali BARDAKOĞLU, İbrahim Kafi DÖNMEZ, Mehmet ERKAL, Ömer Faruk HARMAN, Ahmet Saim KILAVUZ, Süleyman ULUDAĞ, İrfan YÜCEL. İstanbul 1998.
- Diyanet İlmihali c. I, s. 133.
- Müslim, “İman”, 1; Əbu Davud, “Sünnə”, 15; İbn Macə, “Müqəddimə”, 9.
- Muhamməd əleyhissalam 610-cu ildə nəbi olaraq vəzifələndirildi. Nəbiliyinin 5-ci ilinə düşən 614-cü ildə Farsların Qüdüsü aldığı bildirilir (Meydan Larousse, Sasani, sf. c. 11, s. 24 1981) Herakleiosun Bizans İmperatoru olmasından sonra İranlılara qarşı Xəzərlər ilə anlaşdığı və tam doqquz il sonra, 622-ci ildə Sasaniləri məğlub etdikləri bildirilir. (Meydan Larousse, Qüdüs md. c7, s. 612 1981) . Bədir döyüşü də 624-cü ildə olmuşdur. Burada iki illik bir fərq vardır. Bunu araşdırıb gerçəyi ortaya çıxarmalarını tarixçilərimizdən gözləyirik.
- Ahmet Turan Yüksel, Nebi Bozkurt, Kervan, DİA, Ankara, 2002, c. 25. s, 298-299.
- Ahmet Turan Yüksel, Nebi Bozkurt, Kervan,DİA.
- Mustafa Fayda, “Bedir Gazvesi”, DİA, İstanbul, 1992, c. 5. s. 325-327.
- Zəfər, mələklərin yardımı ilə olmaz. Allah zəfəri doğru seçim edənə verir (Baxın Ali İmran 13) Hər şey Allahın qoyduğu ölçülərə görədir.
- Bu surənin 10-cu ayəsinə görə Allah Təala mələkləri, kafirləri öldürsünlər deyə deyil, möminlər üçün müjdə olsun və qəlblərinin sakitləşməsi üçün göndərmişdir. Bədir döyüşündə müşriklərin sayı mindən az idi. Gəlmiş min mələk onların boyunlarına və barmaq uclarına vursaydı, heç bir müşrik ayaq üstdə dayana bilməzdi. Bu səbəbdən ayədəki “boyunlarının üstünə və barmaq uclarına vurun” əmri mələklərə deyil, müsəlmanlara verilmişdir.
- Ömer Nasuhi BİLMEN, Büyük İslam İlmihali, Allah’ın Sıfatları.
- Bəqərə 2/7, 114, Ali İmran 3/105, 176, Maidə 5/33, Nəhl 16/106, Casiyə 45/10.
- Maidə 5/41, Tövbə 9/101.
- Ənfal 8/68, Nəhl 16/94, Nur 24/11, 14, 23.
- əl-Müfrədat توب
- Ayədə keçən cəhalət kəlməsi cahillik və ya cahillik etməkdir. Cahillik, bilməmək, cahillik etmək də yanlış iş görməkdir. Züleyxa və digər qadınların onu əldə etməyə çalışmaları qarşısında Yusif əleyhissalamın söylədiyi bu sözlər, cahillik etmək mənasına uyğun gəlməkdədir: “Rəbbim! Bu qadınların istədiklərinə uymaqdansa həbsi seçərəm. Onların oyununu məndən uzaqlaşdırmasan onlara qarşı uşaq kimi davranar və cahillik edənlərdən olaram.” (Yusif 12/33). Yusif ə.s. nəfsinə hakim ola bilməməkdən qorxurdu. Allah Təala heç kimə gücü çatmayacağı məsuliyyət yükləmədiyi üçün (Bəqərə 2/286) bu ayədə keçən cəhalət kəlməsinə “bilmədən” mənası verilə bilinməz.
- Muhammed HAMİDULLAH, Casim AVCI, Uhud Gazvesi, DİA, , İstanbul 1-2012, c.42. s. 54-57.
- Allah sizə ölümü göstərdi ki, sıtmaya razı olasınız.
- Qalib vəziyyətə gəlmişkən geri çəkilən Məkkəlilərin, yeni bir hücum üçün toplandıqları xəbəri yayılırdı.
- Mustafa ÖZKAN, Medine Vesikası, DİA, İstanbul 2016, Ek 2 cilt, s. 212-215.
- Ahmet Özel, Esir, DİA, İstanbul 1995, c. 11, s. 382-389. Bu rəvayətlər Sahih-i Müslim, Tirmizi, Nəsai, Sünən-i Əbi Davudda yer alır. Ayrıntılı açıqlama üçün bax. http://www.hablullah.com/?p=2100
- Sünni qaynaq: İbn Kudame Cemalüddin Yûsuf b. Hasen el-Makdisî (909/1503), el-Muğnî, c. 11, s. 393-394, Dar’ul-fikr, Beyrut, 1405 h. Şii kaynak: el-Hasen b. Yusuf b. el-Mutahhar (öl. 726 h.), Tahkik ve neşr, Müessesetü âl-i Beyt, c. 9, s. 148. İran, Kum 1414 h.
- əl- Müfrədat, قتل
- Bəqərə 2/65, Ali İmran 3/21, 112, 181, 182, Nisa 4/155.
- Kəlmənin daha çox yayılmış olan qiraəti tələmunə şəklindədir (Təbəri). Məal, bu qiraətə görə verilmişdir.
- Salime Leyla GÜRKAN, Talmud, DİA, c.39, s.550. 2010 .
- Baki ADAM, Yahudi Kaynaklarına Göre Tevrat, s.169, Pınar yay.
- Mustafa FAYDA, Ömer, DİA.
- İbnu Ebî’l-Hadîd, Şerhu Nehc’il-Belâğa, c. I, s. bab 76 (Mektebet’u-şia eş-Şâmile).
- Ayədə keçən şaə felinin kökü, “var etmək” mənasında olan “şey”-dir (əl-müfrədat شيء md). Allah hər şeyi, bir ölçüyə görə yaradır. (Qəmər 54/49, Rad 13/8) İmtahanla əlaqədar şeyləri yaxşı və pis deyə iki yerə ayırmışdır. (Ənbiya 21/35) Allah, hər kəsin doğru yolda olmasını istər (Nisa 4/26) amma sadəcə yaxşı işlər görəni doğru yolda sayar. (Nur 24/26) Etdiyi əməlin yaxşı yoxsa pis olduğunu da quluna ilham edər. (Şəms 91/7-10) Buna görə şaə felinin mübtədası Allah olarsa “gərəkəni etdi”, insan olarsa “seçiminin gərəkənini etdi” mənasına gəlir.
- Ömer Nasuhi BİLMEN, Büyük İslam İlmihali, s. 30-31, paragraf 67-71’in özeti. İstanbul 1986.
- “Sizin ilahınız tək bir ilahdır. O, göylərin, yerin və ikisinin arasındakıların Sahibidir. Günəşin çıxdığı nöqtələrin də Sahibidir. Biz, ən yaxınınızdakı göyü (birinci qatı) bir bəzəklə; ulduzlarla bəzədik. Onu, hər inadcıl şeytana qarşı qoruduq. Onlar, Məlai Əlanı (böyük mələklərin toplantısını) dinləyə bilməz; hər tərəfdən daşlanarlar. Daima qovulurlar; əzab yaxalarını buraxmaz. Onlardan kim bilgi oğurluğu edəcək olsa, dəlici bir göy daşı dərhal onun arxasınca düşər.” (Saffat 37/5-10)
- Ölüm ilə yuxu, insan baxımından eynidir (Zümər 39/42). Yatarkən qapanan göz, oyandıqda açılır. Ölərkən qapanan göz də yenidən dirildikdə açılır. Hər ikisi də gözü qapayıb açmaqdır. İnsan bu arada keçən müddətin fərqində olmaz (Bəqərə 2/259, Kəhf 18/19, Yasin 36/51-52).
- (مرقد) Mərqad, qısa amma şirin bir yuxu yatılan yer mənasını verir (Baxın əl-Müfrədat).
- Fahreddin er-Razi, Et- Tefsiru’l-Kebir, Daru İhyai’t-Turasi’l-Arabi, Beyrut-Lübnan, 1999/1420, c. 2, s. 31.
- İmam Maturidi, Tevilat, Bakara 124. ayetin tefsiri.
- Övliya, vəli kəlməsinin cəmidir. Vəli, aralarında özlərindən başqa bir şey olmayan iki və ya daha çox şeyə deyilir (Müfrədat). Allah ilə arasına başqa birini qoymayan hər kəs Allahın vəlisi, yəni dostudur. Araya başqasını qoyan isə Allah ilə bağlılığını qoparmış olur. (Bəqərə 2/21-22, Rad 13/21-25)
- İmam Maturîdî, Tevilâtu’l-Kur’an, Muhammed 31’in tefsiri, Thk: Murteza Bedir, Kontrol: Bekir Topaloğlu, İstanbul, 2008, c. 13 s. 411-412.
- Şaə (شاء)’ nin əsli şa-yə-ə (شَيَأَ)’dir. Ya (ي)’dan öncə fəthə olduğu üçün ya əlifə dönmüş, şaə (شاء) olmuşdur.
- Daha geniş bilgi üçün baxın: Cemalü’d-Din EbiAbdillah Muhammed b. Abdilllah b. Malik et-Tâî’l-Ceyyânî, Şerhu’l-Kafiyeti’ş-Şafiyye, thk: Abdül Mün’imAhmed, Daru’lMe’munli’Türas, Mekke, 1406/1986, c. 1, s. 103.
- Ahmed b. Muhammed b. Ali el-Mekarri’l-Feyyûmi, Misbah’l Münir fi Ğaribi’ş-Şerhi’l-Kebir, Matbaatü’lYemeniyye, c. 1, s. 159. “وَالشَّيءُ فِي اللُّغَةِ عِبَارَةٌ عَن كُلِّ مَوجُودٍ إمَّا حِسًّا كَالأَجسَامِ أَو حُكمًا كَالأَقوَالِ”
- Ənam 80-ci ayədə (شاء)’in məf’uluشَيئًا olaraq keçməkdədir:
- Hira dağı, Kəbənin ətrafında binalar olmayan vaxtı rahatlıqla görünürdü. Allah Təala belə buyurmuşdur: O, söylədiyini öz arzusuna görə söyləmir. (Söylədiyi) söz, özünə gələn vəhydən başqa bir şey deyil. Bunu ona, gücü sağlam olan (Cəbrail) öyrədir. Sağlam quruluşlu olan (Cəbrail) göründü. (O zaman) Muhamməd, (Məkkəyə görə) ən yüksək üfüqdə (Hira Dağında) idi. Sonra (Cəbrail) yaxınlaşdı və aşağıya süzüldü. (Muhamməd ilə) iki yayın üst-üstə gələn iki yarısı kimi oldular; hətta bir-birilərinə daha da yaxınlaşdılar. (Cəbrail Allahın) özünə vəhy etdiyini, (Allahın) quluna (Muhammədə) vəhy etdi. (Muhammədin) gördüyünü könlü yalanlamadı. Onun gördüklərinə yenə də şübhə ilə baxacaqsınız? (Nəcm 53/3-12)
- “Bütün gizli bilgiləri (qeybi) bilən Odur. O, qeybini heç kimə açmaz; uyğun gördüyü bir elçi olarsa başqa. Onun da önünə və arxasına gözətçilər qoyar. (Beləcə) O elçi bilsin ki, Rəbbi tərəfindən göndərilənləri, mələklər ona tam olaraq çatdırmış, o da onlarda olanın hamısını almış və hər şeyi tək-tək qavramışdır.” (Cin surəsi 72/26-28)
- 22-ci ayəyə görə Məkkəlilər Muhamməd əleyhissəlamın cinlərin təsirində olduğunu söyləyirdilər. Cinlər birinci qat göyə çıxar, Məlai Əladan bəzi dostlarına xəbərlər gətirirdilər (Cin surəsi 72/1-12). İnsanların və cinlərin yoldan çıxmış olanına şeytan deyilir (Ənam 6/112). Muhamməd əleyhissəlam o sözləri, belə bir şeytandan almamışdır.
- Zikir, beyinə yerləşmiş istifadəyə hazır olan bilgidir. Allahın zikri, Allahın ayələrindən öyrənilir. Onu ağıla və dilə gətirmək də zikirdir. Ağıldan çıxarılmaması gərəkən zikir, yəni doğru bilgi Allahın Kitabında olandır. Bu səbəblə ilahi kitabların ortaq adı Zikirdir (Ənbiya 21/24). Bir ayə belədir: “Bilin ki, qəlblər ancaq Allahın zikri (doğru bilgi) ilə rahatlıq tapır.” (Rad 13/28)
- Burada Ərəb dilində tez-tez istifadə olunan iltifat sənəti vardır. Zehinləri oyaq saxlayıb mövzunun daha yaxşı başa düşülməsi üçün təsriflənən fel, təsriflənməyən vəziyyətə gətirilmişdir. İltifat sənəti diqqətə alınmadan məal verildikdə belə olur: “Allah yükünüzü yüngülləşdirmək istər; çünki insan zəif yaradılmışdır.” Diqqətlə düşünməyən bir türk bu cümlədən, insanı Allahdan başqa birinin yaratdığını sana bilər. Yanlış anlamağa fürsət verməmək üçün məal, bu iltifat sənətinin Türkçədə olmadığı nəzərə alınaraq edilmişdir.
- Əlaqədar ayələrdən biri də belədir: “Biz, Nuha və ondan sonra gələn nəbilərə necə vəhy etdiksə sənə də elə vəhy etdik. İbrahimə, İsmayıla, İshaqa, Yaquba, onun nəvələrinə, İsaya, Eyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda bir kitab vermişdik.”(Nisa 4/163)
Din fitrətdir (Rum 30/30). Adəmdən Nuha qədər olan dövrdə fərqli din və təbiət qanunlarının (fitrətin), Nuhdan bu günə qədər isə mövcud din və təbiət qanunlarının keçərli olduğu anlaşılmaqdadır. Nuh Tufanı, elmdə buz dövrünün sona çatması olaraq bilinməkdədir. Buz dövrü ilə indiki dövran arasındakı bu fitrət və din fərqliliyi insanların yaşam qaydalarına (şəriətinin) dəyişməsi nəticəsini əmələ gətirmişdir.
- Şədid, sıx bağlı deməkdir (Müfrədat). Allahın mükafatı və ya cəzası qulun hərəkətinə bağlıdır:”Kim bir yaxşılıqla gələrsə ona, on qatı verilir. Kim də pisliklə gələrsə sadəcə bir qatı ilə cəzalandırılır. Heç kimə haqsızlıq edilməz.”(Ənam 6/160)
- Rəsul “göndərilən” deməkdir. Bir bilgini çatdırmaq üçün göndərilən elçiyə rəsul deyildiyi kimi, onunla göndərilən bilgiyə də rəsul deyilir (Müfrədat). Qurandakı rəsul kəlmələri ya elçi ya da Allahın kitabı mənasındadır. Elçi ölümlü, Kitab qalıcıdır. Uhud döyüşündə Nəbimizin öldüyünə dair xəbərlərin yayılmasının üstündən Allah Təala belə demişdir: “Muhamməd sadəcə elçidir. Ondan öncə də elçilər gəldi. O ölsə və ya öldürülsə, çevrilib geri dönəcəksiniz?” (Ali İmran 3/144). Ayə, Allahın kitabının, hər topluma öz dilində çatdırılması gərəkdiyini bildirməkdədir. “Quluna bu Furqanı (Quranı), bütün bir aləmin (bütün dünyanın) xəbərdar edicisi olsun deyə endirən Allah, bərəkətin və yaxşılığın mənbəyidir.” (Furqan 25/1)
- Bu ayədə iltifat sənəti istifadə olunmuşdur. Bu sənətlə əlaqədar olaraq 52-ci qeydə baxa bilərsiz.
- Şaə شاء felinin kökü, “var etmək” mənasında olan şey شيء’ dir (Müfrədat). Allah hər şeyi bir ölçüyə görə yaradır (Qəmər 54/49, Rad 13/8). İmtahanla əlaqədar şeyləri yaxşı və pis olmaqla ikiyə ayırmışdır (Ənbiya 21/35). Allah, hər kəsin doğru yolda olmasını istər (Nisa 4/26), amma sadəcə yaxşı əməllər edəni doğru yolda sayar (Nur 24/46). Etdiyi əməlin yaxşı yoxsa pis olduğunu da quluna ilham edər (Şəms 91/7-10). Buna görə şaə شاء felinin mübtədası da Allah olarsa “gərəkəni etdi”, insan olarsa “seçiminin gərəkənini etdi” mənasına gəlir. Bir ayə belədir: “Gərəkəni Allah etsəydi hamınızı tək bir toplum halına gətirərdi. Amma Allah, (azğınlığın) gərəkənini edəni azğın sayar, (doğru yolda olmanın) gərəkənini edəni də yoluna qəbul edər. Etdiklərinizdən əlbəttə məsul tutulacaqsınız” (Nəhl 16/93).
Quranda olmayan qədər inancını İslama yerləşdirmək istəyənlər, böyük bir çaşdırma edərək şaə شاء felinə iradə, yəni istəmək və diləmək mənası vermiş, bu yanlış mənanı, təfsirlərə hətta lüğətlərə belə yerləşdirərək bir çox ayənin məalını pozmuşlar. Yuxarıdakı ayənin məalı belə olmuşdur:
“Allah diləsəydi sizi tək bir ümmət edərdi. Amma O, dilədiyini azdırır, dilədiyini doğru yola çatdırır. Bütün etdiklərinizdən əlbəttə məsul tutulacaqsınız.” Bunu edənlər Quranı, ziddiyyətli bir kitab kimi göstərməyi də başarmışlar. Ayrıntı üçün baxın: http://www.suleymaniyevakfi.org/akaid-arastirmalari/kuranda-sey-meset-irade-ve-fitrat.html
- Bu yalan, insanların iradəli varlıqlar olmadığı, Allah nəyi əmr etdisə onu robot kimi etdikləri yalanıdır. Bu tip insanlar, etdikləri xətaları Allaha bağlamaq üçün hər şeyin əzəldən yazılı olduğu, Allahın zaman və məkana tabe olmadığı kimi bir neçə iftira düzəldərək bambaşqa bir din əmələ gətirməyə çalışırlar. Qasas 28/68 ayəyə görə insanların və mələklərin seçim haqqı vardır. Bu düşüncənin təməlində öz qəbahətini Allaha yükləmək məqsədi vardır. Ənam 148 və 149-cu ayələrə verilən ənənəvi məalı yaxşı düşünənlər görür ki, qədər inancı, müşriklərin inancıdır. Bu inancı müsəlmanların arasına salanlar, kəlmələrlə oynadıqları üçün iki ayəni bir-birinə tərs olacaq şəkildə məal verərək Quranı ziddiyyətli bir kitab kimi göstərmişlər. Bu ayələrə verilən ənənəvi məal belədir: “Müşrik olanlar deyəcəklər ki, Allah diləsəydi nə biz müşrik olardıq nə də atalarımız. Bir şeyi haram da qılmazdıq, bunlardan öncəkilər də eyni şəkildə yalanladılar və sonunda əzabımızı daddılar. De ki, yanınızda bizə açıqlayacağınız bir bilgi varmı? Siz sırf bir zənnin arxasınca gedirsiniz və siz ancaq atırsınız. De ki, qəti dəlil, ancaq Allahındır. Allah diləsəydi əlbəttə hamınızı doğra yola gətirərdi.”
- Baxın. Ənam 138-139 ləv şəəllahu (لَوْ شَاء اللّهُ) ifadəsinin əvvəlindəki (لَوْ ), “ikincisi olmadığı üçün birincinin ola bilməyəcəyini göstərən şərt ədatıdır.” Bu, şərt və cəzanın müsbət, yəni təsdiq olduğu durumlardır. Buradakı kimi cəza “مَا أَشْرَكْنَا = şirkə düşməzdik” şəklində mənfi, yəni inkar isə o zaman ləv (لَوْ ), ikinci olduğu üçün birincinin olmadığını göstərən ədat olur. Təsdiq olan (لَوْ شَاء اللّهُ) ifadəsinə “Allah əmr etməsəydi” şəklində inkar mənası verməyimiz bu səbəbdəndir. Bu, müşriklərin xüsusiyyətidir; öz günahlarının məsuliyyətini Allaha ataraq işin içindən sıyrılmağa çalışırlar. Bir ayə belədir: “Bir ədəbsizlik etdilərmi “atalarımızdan belə gördük. Allah bizdən belə istəmişdir” deyərlər. De ki, “Allah ədəbsizlik istəməz. Allah haqqqında bilmədiyiniz şeylərmi söyləyirsiniz?” (Əraf 7/28)
- Nəhl 16/35.
- Bu gün eyni çuxura düşmüş olan müsəlmanlar uydurduqları qədər inancının zərərli basqısından qurtula bilmirlər.
- Maidə 5/35
- Birinizi digərinizdən ayırmaz, hamınızı mömin edərdi. Baxın Maidə 5/48
- http://www.kuranikerim.com/mdiyanet/nahl.htm
- Yediyimiz qidaların əmələ gəlməsi, su ilə torpağın birləşməsinə bağlıdır. Bu səbəblə sadəcə Adəm və Həvva deyil, bizim də əsas maddəmizi əmələ gətirən şey, palçıqdır. “Yaratdığı hər şeyi gözəl yaradan və o insanı (Adəmi) yaratmağa palçıqdan başlayan Odur. Sonra onun soyunu bir özdən; zəif bir sudan yaratmışdır. Sonra (orqanlarını tamamlayaraq) tarazlığını qurmuş və ona ruhundan üfləmişdir. (Ruhu üfləməsi ilə birlikdə) sizə dinləmək, irəli görüşlü olmaq (bəsirət) qabiliyyəti və könüllər vermişdir. (Bu qabiliyyətləri) Nə qədər az dəyərləndirirsiniz!” (Səcdə 32/7-9)
“İnsanı palçıqdan süzülən bir özdən yaratdıq. Sonra onu, qərari-məkində (qalaraq inkişaf edə biləcəyi rəhn tüpündə) nütfə (döllənmiş yumurta) halına gətirdik. Sonra nütfəni, ələq halına (rəhn divarına yapışmış hala) gətirdik. Ələqi bir çeynəm ət kimi etdik. O ət parçasını sümüklərə döndərdik və sümükləri ətlə örtdük. Sonra da onu başqa bir varlıq halına gətirdik. Yaradanların ən gözəli olan Allah, bərəkətin və yaxşılığın mənbəyidir.” (Muminun 23/12-14)
- Cihat TUNÇ, Ecel, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, İstanbul 1994.
- Ebu Mansur el-Maturîdî, Te’vîlât, Thk: Ertuğrul Boynukalın, Kontrol: Bekir Topaloğlu, İstanbul, 2006, Bakara 124. âyetin tefsiri, c. 1, s. 226.
- Fahreddin er-Razi, Et- Tefsiru’l-Kebir, Daru İhyai’t-Turasi’l-Arabi, Beyrut-Lübnan, 1999/1420, Bakara 124. âyetin tefsiri, c. 2, s. 31.
- Yusuf Şevki Yavuz, “Kader”, TDV İslâm Ansiklopedisi (DİA), c. 24. s. 58-63, 2001, İstanbul.
- əl-Müfrədat شيء
- əl-Müfrədat, جهد
- əl-Müfrədat صبر
- Diyanet Meali http://www.kuran.gen.tr/?x=s_main&y=s_middle&kid=1&sid=16
- Ərəb dilində “şey =شيء” həm isim, həm məstər olur. İsim olaraq varlıq, məstər olaraq da var etmək anlamına gəlir. (əl-Müfrədat شيء)
- Şaə = شاء feli ilə əlaqədar detallı bilgi bu linkdədir: https://www.suleymaniyevakfi.org/akaid-arastirmalari/kuranda-sey-mesiet-irade-ve-fitrat.html
- Birinizi digərinizdən ayırmaz, hamınızı mömin edərdi. Bax. Maidə 5/48.