Müsəlmanlar

Bekar bir qadının ailəsindən ayrılaraq təkbaşına ayrı bir evə çıxması nə qədər doğrudur?

Cavab: Qadın, güvənə və qorunmaya ehtiyac duyan bir varlıqdır. Qadın üçün əsas olan güvənli bir yer olmasıdır. Güvənli bir yer olduqdan sonra və təkbaşına qalması onu daha rahat, hüzurlu edəcəksə, bunda bir maneə yoxdur.

Əslində istər qadın, istərsə kişi olsun təkbaşına qalması xoş bir hal deyil. Əgər tək qalması (xüsusilə qadın üçün) hər hansı maddi-mənəvi yöndən güvən saxlamırsa, adına ləkə gətirəcəksə, o cür yerdə qalmaması üçün tövsiyə verilməli və bu yola baş vurmaması üçün başqa tədbirlər görülməlidir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/4913.html

https://www.muselmanlar.com/fitvalar/6599.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.