Müsəlmanlar

Qurana əsasən qadın işləyə bilər?

Sual: Quranın Əhzab surəsinin 34-cü və Nisa surəsinin 32-ci ayələrini birlikdə mütaliə etsək, Qurana əsasən qadının işləməyinin problemli olduğunu deyə bilərik? Quranda ailənin dolanışığını təmin etmək öhdəliyi kişiyə verilib? Mən bir qadınam. 6 il Ərəb dilini öyrəndim. Quranın təfsirindən də xəbərim var. Hal-hazırda işləməklə əlaqədar bir qərara gəlmək istəyirəm. İxtisasım baytarlıqdır. Mənə yaxşı bir iş təklif olunub. Əgər bu təklifi qəbul etsəm, ət kombinatında 10 qəssaba rəhbərlik edəcəyəm. Dinə əsasən qadının işləməyi məqbuldur, yoxsa yox?

Cavab: Quranda, eləcə də peyğəmbərimizin (s. a. v.) hədislərində qadının işləməyini qadağan edən hansısa bir hökm yoxdur. Hətta rəvayətlərdə qeyd edilir ki, peyğəmbərimizin (s. a. v.) xanımlarından biri olan Zeynəb dəri işi ilə məşğul olub. Yəni, dərini aşılayıb hazırladıqdan sonra bazara apararaq satıb. Onun bir qədər gəliri olduğuna görə bir dəfə bal almış, peyğəmbərimiz (s. a. v.) ona baş çəkdiyi vaxt da şərbət hazırlayıb içirtmişdir. Digər xanımlar da bu hadisəyə görə onu qısqanıblar. Hətta bu səbəbdən müstəqil bir surə (Təhrim) nazil oldu.

Nəticə olaraq, İslamda qadınların işləməyini qadağan edən bir hökm yoxdur. Bununla belə, burada vacib bir məqam var: İslam dini qadını işləmək məcburəyyətinə salmır. Qadının dolanışıq xərclərini təmin etməyi onun ərinə həvalə edir. Beləcə, qadına öz evində rahat hərəkət etmək imkanı verir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/qadinin-islemeyi

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.