Sual: Axşam evə dönəndə yolda probka olur. Gecə namazına çata bilmirəm. Bu səbəblə axşam ilə gecə namazını birləşdirirəm. Belə etməyim doğrudurmu?
Cavab: Uca Allah İsra surəsinin 78-cü ayəsində bildirir ki: “Namazı, Günəşin batmağa meyl etməsindən gecənin qaranlığının/soyuğunun düşməsinə qədər düzgün/mütəmadi qıl!…”
Bir başqa ayəsində isə: “…Çünki, namaz möminlərə vaxtları içərisində fərz qılınmışdır.” (Nisa 4/103).
Qurani Kərimdə, günorta namazının çıxışı ilə ikindi namazının girişi bildirilmədiyi kimi, axşam namazının çıxışı ilə də gecə namazının girişi bildirilməməmişdir. Bunun üçün; Günorta ilə ikindi, axşam ilə də gecə namazı birləşdirilə bilər. Həmçinin peyğəmbər əleyhissəlamın da –çətinlik və vaxt məhdudiyyəti olduğu zaman- bu namazları birləşdirdiyinə dair bir çox hədislər rəvayət edilmişdir.
O cümlədən siz də bu kimi çətinliklərlə üzləşdiyiniz zaman namazlarınızı birləşdirə bilərsiz. Yuxarıdakı ayədə də göstərildiyi kimi; “qaranlıq düşənə qədər” gecə namazını qılıb bitirməlisiniz.
Heç bir əsası olmayan bəzi rəvayətlərə qapılaraq, məsələn: “Gecə namazının vaxtı sübhə qədərdir,” düşüncəsiylə, namaz vaxtlarınızı Allahın buyurduğu vaxtların xaricinə çıxarıb batil etməyin!
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Namaz vaxtları ilə əlaqəli ətraflı məlumatı aşağıdakı linkdə görə bilərsiz:
https://www.muselmanlar.com/tedqiqatlar/5930.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




