Müsəlmanlar

Nəml surəsi

Nəml surəsi 93 ayədən ibarətdir. Nəml sözü, “qarışqa” mənasına gəlir. Bu barədə 18-ci ayədə bəhs edilməkdədir.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

 

طس تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ

  1. Ta-Sin![1] Bunlar Quranın,[2] açıq-aydın kitabın ayələridir.[3]

 

هُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ

  1. Möminlər/İnanıb güvənənlər üçün bir rəhbər və bir müjdədir![4]

 

الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

  1. Onlar namazı tam düzgün qılan və zəkatı verən kəslərdir. Onlar axirətə yəqinliklə inanırlar.[5]

 

إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ

  1. Axirətə inanmayanlara isə əməllərini özlərinə gözəl göstərdik. Onlar (azğınlıqları səbəbiylə) çaşqın bir vəziyyətdədirlər.[6]

 

أُوْلَئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ

  1. Onlar çox pis bir əzaba düçar olacaq kəslərdir. Onlar axirətdə də ən çox ziyana uğrayacaq olanlardır.[7]

 

وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ

  1. Şübhəsiz, bu Quran sənə hökm/hikmət sahibi, hər şeyi bilən Allah tərəfindən təlqin olunur/verilir.[8]

 

إِذْ قَالَ مُوسَى لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ

  1. Bir gün Musa ailəsinə belə demişdi: “Mən bir atəş gördüm. Gedib sizə oradan bir xəbər ya da isinməyiniz üçün bir köz gətirəcəyəm.”[9]

 

فَلَمَّا جَاءهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ

  1. Oraya gəlib çatanda ona belə bir nida gəldi:[10] “Bu atəşin içindəki də,[11] ətrafındakılar da mübarək/bərəkətlidirlər. Aləmlərin Rəbbi olan Allah hər cür əksiklikdən uzaqdır.

 

يَا مُوسَى إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ

  1. Ey Musa! Həqiqət budur ki, Mən, Əziz/güc-qüvvət, hökm/hikmət sahibi olan Allaham![12]

 

وَأَلْقِ عَصَاكَ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّى مُدْبِرًا وَلَمْ يُعَقِّبْ يَا مُوسَى لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ

  1. Əsanı yerə at!” (Musa) Əsanın ilan kimi qıvrıldığını görəndə, arxasına baxmadan dönüb qaçdı. (Allah dedi) “Qorxma ey Musa! Elçilər Mənim hüzurumda qorxmazlar.[13]

 

إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ

  1. Ancaq kim haqsızlıq edər,[14] sonra etdiyi pisliyin arxasından yaxşılıq edərsə, bilsin ki, Mən bağışlayanam, mərhəmətliyəm.[15]

 

وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ فِي تِسْعِ آيَاتٍ إِلَى فِرْعَوْنَ وَقَوْمِهِ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

  1. Əlini qoynuna sal, ləkəsiz olaraq ağappaq çıxsın.[16] Bu, Firona və xalqına göstərəcəyin doqquz ayənin/möcüzənin içindədir.[17] Həqiqətən, onlar fasiq/yoldan çıxmış bir xalqdır.[18]

 

 فَلَمَّا جَاءتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ

  1. Möcüzələrimiz/ayələrimiz onlara bütün aydınlığı ilə gəlib ortaya qoyulduğu zaman: “Bu, açıq-aydın bir sehirdir!” – dedilər.[19]

 

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

  1. Möcüzələrimiz haqqında nəfslərində/içlərində heç bir şübhə qalmadığı halda haqsızlıq edərək və özlərindən razı halda onları bilə-bilə inka etdilər.[20] Gör! Fitnə-fəsad törədənlərin aqibəti necə oldu![21]

 

وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ

  1. Əlbəttə, Biz Davuda və Süleymana bir elm verdik.[22] Onlar dedilər: “Bizi mömin bəndələrinin bir çoxundan fəzilətli edən Allaha həmd olsun!”[23]

 

وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنطِقَ الطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَيْءٍ إِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ

  1. Süleyman, Davudun varisi oldu.[24] O dedi ki: “Ey insanlar! Bizə qanadlı canlıların[25] dili öyrədildi və hər şeydən verildi. Əlbəttə, bu açıq-aydın bir lütfdür.”[26]

 

وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ

  1. Cinlər, insanlar və qanadlı canlılardan meydana gələn orduları,[27] Süleymanın qarşısında toplandı. Hamısı nizamlı, cərgə-cərgə düzülmüşdülər.

 

حَتَّى إِذَا أَتَوْا عَلَى وَادِي النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ

  1. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir (kraliçə) qarışqa[28] belə səsləndi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!”

 

فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ

  1. Süleyman onun sözünə[29] gülümsəyib dedi: “Rəbbim! Mənə ilham ver ki,[30] həm mənə, həm valideynlərimə verdiyin nemətlərə şükr edim və Sənin razı olacağın xeyirxah işləri görüm. Məni Öz mərhəmətinlə salih/xeyirxah bəndələrinin arasına qat!”[31]

 

وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ

  1. Süleyman qanadlı canlıları təftiş erdikdən sonra belə dedi: “Hüdhüdü niyə görmürəm? Yoxsa o qeybmi oldu?

 

لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُّبِينٍ

  1. Ona mütləq şiddətli bir əzab verəcəyəm ya da onu kəsəcəyəm. Yaxud da o mənə açıq-aydın bir dəlil gətirəcək!”

 

فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِن سَبَإٍ بِنَبَإٍ يَقِينٍ

  1. Çox keçmədən (Hüdhüd gəlib) dedi ki: “Sənin bilmədiyin bir şey öyrəndim. Sənə Səbədən[32] dəqiq bir xəbər gətirmişəm.

 

إِنِّي وَجَدتُّ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ

  1. Onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var.[33]

 

وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ

  1. Onun və xalqının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm.[34] Şeytan, onlara öz əməllərini gözəl göstərmiş, onları Allahın yolundan yayındırmışdır. Buna görə də onlar doğru yolu tapa bilmirlər.[35]

 

أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ

  1. Göylərdə və yerdə gizli olanı aşkara çıxardan, gizlədiyinizi də üzə çıxartdıqlarınızı da bilən Allaha səcdə etməsinlər/boyun əyməsinlər[36] deyə (Şeytan onları bu hala gətirmişdir).[37]

 

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

  1. Allah, özündən başqa heç bir ilah olmayandır.[38] O, əzəmətli/böyük ərşin[39] Rəbbidir/sahibidir.

 

قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ الْكَاذِبِينَ

  1. Süleyman dedi ki: “Baxıb görəcəyik, doğru söyləyirsən, yoxsa yalancılardansan!

 

اذْهَب بِّكِتَابِي هَذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانظُرْ مَاذَا يَرْجِعُونَ

  1. Bu məktubumu apar onlara at! Sonra bir kənara çəkil, bax gör nə nəticəyə gəlirlər.”

 

قَالَتْ يَا أَيُّهَا المَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ

  1. (Hökmdar qadın) dedi ki: “Ey əyanlar! Mənə əhəmiyyətli bir məktub buraxıldı.

 

إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

  1. Məktub Süleymandandır. “Bismillahir-Rəhmanir-Rahim[40]/Mərhəmətli, Rəhmli Allahın adıyla! (deyə başlayır).

 

اَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ 

  1. Mənə qarşı təkəbbürlük göstərməyin! Mənə təslim olaraq gəlin!

 

قَالَتْ يَا أَيُّهَا المَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّى تَشْهَدُونِ

  1. (Hökmdar qadın) Belə dedi: “Ey əyanlar! Bu işim barəsində mənə fikrinizi bildirin! Mən sizinlə istişarə/məsləhət etmədən heç bir işə qəti qərar verməmişəm.”

 

قَالُوا نَحْنُ أُوْلُوا قُوَّةٍ وَأُولُوا بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانظُرِي مَاذَا تَأْمُرِينَ

  1. Onlar dedilər: “Biz güç, qüvvət sahibiyik və mahir döyüşçülərik. Yenə də hökm sənindir. Bax gör, istədiyin əmri ver!”

 

قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً وَكَذَلِكَ يَفْعَلُونَ

  1. (Hökmdar qadın) dedi ki: “Hökmdarlar bir məmləkətə girdikləri zaman oranı viran qoyar və izzətli/hörmətli adamlarını da zəlil hala gətirərlər. Bax bunlar da belə edərlər.[41]

 

وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ

  1. Mən onlara bir hədiyyə göndərəcəyəm. Sonra da baxacağam görək elçilər[42] nə ilə dönürlər.”

 

فَلَمَّا جَاء سُلَيْمَانَ قَالَ ا تَـُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ

  1. (Elçilər) Süleymanın huzuruna gəldikləri zaman, Süleyman onlara dedi ki: “Mənə mal-mülkmü təklif edirsiz? Allahın mənə verdikləri, sizə verdiklərindən daha xeyirlidir. Üstəlik siz, verdiyiniz hədiyyələrlə fərəhlənirsiniz.

 

ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ

  1. Onlara geri dön! (Təslim olmazlarsa) Qarşı qoya bilməyəcəkləri bir ordu ilə üstlərinə gələrik, şübhəsiz ki onları zəlil-rüsvay və aşağılanmış bir vəziyyətdə oradan çıxardarıq!”[43]

 

قَالَ يَا أَيُّهَا المَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِي مُسْلِمِينَ

  1. (Süleyman) dedi ki: “Ey əyanlar! Onlar mənə təslim olmuş bir vəziyyətdə gəlmədən qabaq hansınız onun (hökmdar qadının) taxtını mənə gətirə bilər?”[44]

 

قَالَ عِفْريتٌ مِّنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ

  1. Cinlərdən bir İfrit[45] dedi ki: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Mən həqiqətən, bu işdə çox güçlü və güvənilən biriyəm.”

 

قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ

  1. Kitabdan[46] elmi olan bir adam isə dedi ki: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman onu (taxtı) yanında hazır durmuş görüncə belə dedi: “Bu, Rəbbimin lütfündəndir. Ona şükürmü edəcəyəm yoxsa nankorluqmu edəcəyəm deyə, məni sınağa çəkir. Kim şükr edərsə, sadəcə özü üçün şükr edər. Kim də nankorluq edərsə, bilsin ki, Rəbbim kimsəyə möhtac deyildir, kərəm sahibidir!”[47]

 

قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ

  1. (Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, baxaq görək onu tanıyacaq, yoxsa tanımayacaq?”

 

فَلَمَّا جَاءتْ قِيلَ أَهَكَذَا عَرْشُكِ قَالَتْ كَأَنَّهُ هُوَ وَأُوتِينَا الْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ

  1. Hökmdar qadın gəldikdə: “Sənin taxtın da beləydi?” – deyə, soruşuldu. O da: “Sanki odur!” – dedi. (Öz taxtı olduğunu başa düşüncə) “Sizdəki elm, bunu görmədən qabaq bizə çatdırıldı və biz artıq təslim olduq.”

 

وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ اللَّهِ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَافِرِينَ

  1. Allah ilə öz aralarına qoyub qulluq etdiyi şey, (Süleymana təslim olmasını) yayındırmışdı.[48] Çünki o, kafir bir xalqdan idi.

 

قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا قَالَ إِنَّهُ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

  1. Ona: “Köşkə daxil ol!” – deyildi. İçinə girincə oranı dərin bir su hövzəsi sandı və ətəyini qaldırdı. (Süleyman) dedi: “Burası billurdan döşənmiş bir köşkdür. Hökmdar qadın: “Rəbbim! Mən özümə zülm etdim. Süleymanla bərabər mən də aləmlərin Rəbbi olan Allaha təslim oldum!”[49] – dedi.[50]

 

وَلَقَدْ أَرْسَلْنَا إِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ

  1. Əlbəttə, Biz Səmuda da “Allaha qulluq edin!” – deyə, qardaşları Salihi elçi olaraq göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə bölündülər.[51]

 

قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

  1. Salih dedi ki: “Ey xalqım! Nə üçün yaxşılıqdan qabaq pisliyin gəlməsini istəyirsiz? Allahdan bağışlanma diləsəniz olmazmı? Bəlkə sizə mərhəmət edilər.”

 

قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ قَالَ طَائِرُكُمْ عِندَ اللَّهِ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ

  1. Onlar dedilər: “Sən və səninlə birlikdə olanlar ucbatından uğursuzluğa düçar olduq.”[52] (Salih) onlara belə qarşılıq verdi: “Sizin uğursuzluğunuzun səbəbi Allah qatındadır. Əslində siz, imtahan[53] edilməkdə olan bir xalqsınız.”

 

وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ

  1. O şəhərdə doqquz dəstə var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, xeyirxah işlər görmürdülər.[54]

 

قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ

  1. Öz aralarında Allaha and içərək belə dedilər: “Ona və ailəsinə gecə mütləq hücum çəkək, sonra da yaxınlarına, “Biz onun ailəsinin öldürüldüyünü görmədik. Biz həqiqətən, doğru deyirik’, deyək.”

 

 وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ

  1. Onlar bir plan qurdular. Biz də bir plan qurduq, amma onlar bunun fərqində deyildilər.[55]

 

فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ

  1. Bax gör onların qurduğu planlarının axırı necə oldu? Biz onları və onların xalqını yerlə-yeksan etdik.[56]

 

فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا إِنَّ فِي ذَلِكَ لَآيَةً لِّقَوْمٍ يَعْلَمُونَ

  1. Bu da etdikləri haqsızlıqlar səbəbilə bomboş/viran qalmış evləri! Həqiqətən, bunda anlayan bir xalq üçün ayə/ibrət vardır.[57]

 

وَأَنجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ

  1. İnanıb güvənən və pis şeylərdən qorunanları (o fəlakətdən) qurtardıq.[58]

 

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ

  1. Lutu da (elçi göndərdik). Bir gün o, öz xalqına belə demişdi:[59] “Siz bir-birinizin önündə[60] pozğunçuluq/trans cinsi əlaqəyə girirsiniz?[61]

 

أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاء بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ

  1. Siz həqiqətən, qadınları qoyub[62] şəhvətlə kişilərəmi yaxınlıq edirsiniz? Əslində siz cahillik edən bir xalqsınız.”[63]

 

فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِّن قَرْيَتِكُمْ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ

  1. Xalqının ona cavabı isə belə oldu: “Lutun ailəsini yurdunuzdan çıxardın![64] Çünki onlar təmiz qalmağa çalışan insanlardır.”[65]

 

فَأَنجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ

  1. Axırda Biz, arvadı istisna olmaqla, onu və ailəsini xilas etdik. Arvadının (həlak edildikdən sonra bədəninin) qalıqları geridə qalanlardan olmasını[66] təqdir etdik.

 

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَاء مَطَرُ الْمُنذَرِينَ

  1. Onların üstünə bir yağmur (bişmiş palçıqdan daş və kül)[67] yağdırdıq. Xəbərdar edilənlərin başına yağan yağmur necə də pisdir!

 

قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَى عِبَادِهِ الَّذِينَ اصْطَفَى آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ

  1. De ki: “Həmd olsun[68] Allaha və salam olsun Onun seçdiyi bəndələrinə![69] Allah xeyirlidir, yoxsa onların şərik qoşduları?”[70]

 

أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاء مَاء فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنبِتُوا شَجَرَهَا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ

  1. Göyləri və yeri yaradan, sizin üçün göydən su endirən və onunla gözəl bitkili baxçalar bitirən kimdir?[71] Siz o bitkilərin gövdələrini belə bitirə bilməzdiniz. Allah ilə bərabər başqa bir ilahmı var? Xeyr, onlar yoldan çıxmış bir xalqdır.

 

أَمَّن جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

  1. Yer üzünü yerləşməyə əlverişli edən,[72] içində çaylar axıdan, orası üçün sabit[73] dağlar meydana gətirən, iki dəniz arasına maneə qoyan[74] kimdir? Allah ilə bərabər başqa bir ilahmı var? Xeyir! Onların çoxu bunu bilmir.

 

أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ

  1. Darda qalan biri Ona dua etdiyi zaman (onun duasını qəbul edib) sıxıntısını aradan qaldıran[75] və sizi əvvəlkilərin yerinə yerləşdirən kimdir?[76] Allah ilə bərabər başqa bir ilahmı var? Siz nə qədər də az düşünürsünüz.

 

أَمَّن يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَن يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ أَإِلَهٌ مَّعَ اللَّهِ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ

  1. Qurunun və dənizin qaranlıqlarında sizə doğru yolu göstərən[77] və küləkləri Öz mərhəmətinin önündə bir müjdəçi kimi göndərən kimdir?[78] Allah ilə bərabər başqa bir ilahmı var? Allah onların şərik qoşduqlarından çox ucadır!

 

أَمَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

  1. Yaradılışı başladan, sonra onu təkrarlayan,[79] sizə göydən və yerdən ruzi verən kimdir?[80] Allah ilə bərabər başqa bir ilahmı var? De ki: “Əgər doğru söyləyənlərsənizsə, dəlilinizi gətirin!

 

قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

  1. De ki: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi/gizli-saxlı məlumatları bilməz![81] Onlar nə vaxt dirildiləcəklərinin şüurunda deyil![82]

 

بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ بَلْ هُمْ فِي شَكٍّ مِّنْهَا بَلْ هُم مِّنْهَا عَمِونَ

  1. Əslində onların elmi axirəti belə dərk edəcək səviyyəyə gəlməmiş, əksinə o barədə şəkk-şübhə içindədirlər.[83] Hətta ona qarşı kordurlar.[84]

 

وَقَالَ الَّذِينَ كَفَرُوا أَئِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ

  1. Kafirlik edənlər belə dedilər: “Biz və atalarımız torpaq olduqdan sonra həqiqətən, (təkrar oradan) çıxardılacağıq?[85]

 

لَقَدْ وُعِدْنَا هَذَا نَحْنُ وَآبَاؤُنَا مِن قَبْلُ إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

  1. Bizə edilən bu təhdid, bizdən əvvəlki atalarımıza da edilmişdir. Bu, əvvəlkilərin cızma-qaralarından başqa bir şey deyildir.”[86]

 

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ

  1. De ki: “Yer üzünü gəzib dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!”[87]

 

وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

  1. Onlara üzülmə, qurduqları plandan ötrü də canını sıxma![88]

 

وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

  1. Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd[89] nə vaxt gerçəkləşəcək?” – deyirlər.[90]

 

قُلْ عَسَى أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ

  1. De ki: “Tez gəlməsini istədiyiniz əzabın bir qismi bəlkə də sizə gəlib çatmaqdadır.”[91]

 

وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ

  1. Şübhəsiz, sənin Rəbbin insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.[92]

 

وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ

  1. Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərində olanı da açığa vurduqlarını da bilir.[93]

 

وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاء وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ

  1. Göylərdə və yerdə gizli-saxlı elə bir şey yoxdur ki, açıq-aydın qeyd edilməsin.[94]

 

إِنَّ هَذَا الْقُرْآنَ يَقُصُّ عَلَى بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ

  1. Bu Quran, İsrail oğullarına ixtilafda olduqları bir çox şeyləri açıqlayır.[95]

 

وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

  1. O, möminlər/inanıb güvənənlər üçün bir rəhbər və rəhmətdir.[96]

 

إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُم بِحُكْمِهِ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ

  1. Əlbəttə, Rəbbin onların arasında Öz hökmü ilə qərarını verəcəkdir.[97] O Əzizdir/güç-qüvvət sahibidir, hər şeyi biləndir.

 

فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ

  1. Elə isə Allaha təvəkkül et/güvən![98] Çünki sən açıq-aydın haqq üzərindəsən![99]

 

إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِينَ

  1. Əlbəttə, sən ölülərə bir şey duyura bilməzsən. Arxalarını dönüb gedən karlara da çağırışı eşitdirə bilməzsən.[100]

 

وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ

  1. Sən o korları tutduqları əyri yoldan çevirib doğru yola yönəldə bilməzsən.[101] Sən ancaq ayələrimizə inanıb təslim olanlara eşitdirə bilərsən.[102]

 

وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِّنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ

  1. Haqlarında qərar verildiyi zaman olduqları yerdən onlar üçün bir dabbə[103] çıxararıq, o, onlara: “İnsanların ayələrimizə tam olaraq inanmadıqlarını” – deyər.

 

وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ

  1. O gün hər ümmətin içindən ayələrimizi yalanlayan bir dəstəni toplayacağıq, sonra hər biri (hesab yerinə) sürüklənərlər.[104]

 

حَتَّى إِذَا جَاؤُوا قَالَ أَكَذَّبْتُم بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ

  1. Nəhayət gəldikləri zaman (Allah) deyər: “Ayələrim barədə tam bir elmə sahib olmadan onları yalanladınızmı?[105] Nədir bu etdiyiniz?”

 

وَوَقَعَ الْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنطِقُونَ

  1. Etdikləri haqsızlıqdan ötrü onlar barədə söz qərara bağlanır,[106] artıq danışa da bilməyəcəklər.[107]

 

أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

  1. Məgər gecəni onlar üçün bir dinlənmə, gündüzü də bir aydınlıq olaraq meydana gətirdiyimizi görmədilərmi? İnanan bir xalq üçün bunda mütləq ayələr/dəlillər vardır.[108]

 

وَيَوْمَ يُنفَخُ فِي الصُّورِ فَفَزِعَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ

  1. Sur üflənəcəyi gün[109] Allahın seçdikləri[110] xaric, göylərdə və yerdə kim varsa qorxu və dəhşətə düşər və hamısı boyun əyərək Onun huzuruna gələr.

 

وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ

  1. Dağlara baxanda onları hərəkətsiz sanırsan. Halbuki onlar buludların hərəkət etdiyi kimi hərəkət edirlər.[111] Bu, hər şeyi sağlam edən Allahın sənətidir. Şübhəsiz ki, O, nə etdiklərinizdən xəbərdardır.

 

مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ

  1. Kim (Allahın huzuruna) yaxşılıqla gələrsə, ona ondan daha xeyirlisi verilər.[112] Onlar, o günün qorxu və dəhşətindən əmin olacaqlar.[113]

 

وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

  1. Kim də pisliklə gələrsə üzüstə atəşə atılar.[114] (Onlara belə deyilər) “Sizə ancaq etdiklərinizin qarşılığı verilir!”[115]

 

إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ

  1. (De ki) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə, oranı harəm/toxunulmaz edənə qulluq etmək əmri verilmişdir. Hər şey Onundur. Mənə, Müsəlmanlardan/Allaha təslim olanlardan olmağım əmr edildi.[116]

 

وَأَنْ أَتْلُوَ الْقُرْآنَ فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنذِرِينَ

  1. Bir də Quranı bağlantıları ilə birlikdə oxumağım[117] əmr edildi. Kim yola gələrsə sadəcə özü üçün yola gəlir. Kim də yoldan çıxarsa, ona de ki: “Mən ancaq xəbərdar edənlərdənəm!”[118]

 

وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

  1. De: “Həmd Allaha məxsusdur![119] O sizə ayələrini göstərəcək, siz də onları tanıyacaqsınız.”[120] Sənin Rəbbin, etdiklərinizdən xəbərsiz deyildir.

 

 

 

 

 

[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur.

[2] Quran, qaraə ( قرأ ) feilinin məsdəri olan “qur ( القُرْء ) veya qar’ ( القَرْء)-dan törəmişdir, mənası “toplama və birləşdirmədir.” Allahın kitabına Quran deyilməsi, bütün surələri toplayıb bir araya gətirməsi səbəbiylədir (Lisanul Ərəb). Ayədə ifadə edilən  ” رْاٰنَ الْفَجْر  Quranəl fəcr” ifadəsi, şərqdə səhər vaxtı aydınlığı ilə Günəşin doğması arasında, üfqün üst tərəfində meydana gələn bəyaz quşağın, üfqün alt tərəfindəki siyah quşağın və bu ikisini ayıran incə xəttin bir araya gəlməsidir (Bəqərə 2/187). Quranəl Fəcr, hər mövsümdə dünyanın hər yerində müşahidə edilə bilər. Dünyanın şimal qütbündə Svalbardda Günəş, üfqün üst tərəfində olanda belə müşahidə edilir. Əgər ayədə təkcə Günəşin doğuşu, batışı və gecənin qaranlığı ifadələri işlədilsəydi, şimal qütb bölgələrində namaz və oruç vaxtlarını müəyyən etmək imkansız olardı.

[3] Hicr 15/1.

[4] Nahl 16/89, 102.

[5] Bəqərə 2/3-4; Tövbə 9/71, Loğman 31/4-5.

[6] Bəqərə 2/212, Ənam 6/108, 122, Əraf 7/186.

[7] Hud 11/22, Kəhf 18/103-106.

[8] Şuəra 26/192-195, Yasin 36/1-5, Nəcm 53/4.

[9] Tə-ha 20/9-10, Qəsas 28/29.

[10] Məryəm 19/52, Tə-ha 20/11-13, Naziat 79/16

[11] Kitabı Müqəddəsin Çıxış 3/2 və Elçilərin İşləri 7/30-34 pasajlarına görə, Allahın bir mələyi atəşin içindən Musa əleyhissəlama görünmüşdü.

[12] Tə-ha 20/12, Qəsas 28/30.

[13] Tə-ha 20/19-20, Qəsas 28/31. Eyni hadisə Tövrat/Misirdən Çıxış 4/2-3 bölümlərində keçər.

[14] Bu ayə Nəbilərə “İsmət/xətadan uzaq” sifətini vermənin doğru olmadığını göstərir (Nisa 4/105-107, Ənfal 8/67-68, Tövbə 9/43, Hud 11/12, İsra 17/73-75, Zümər 39/65 – 66, Tahrim 66/1-2).

[15] İşlənən günah nə olur olsun, onu tərk edib doğru yola girəni Allah bağışlayar (Ali İmran 3/135136; Nisa 4/17, 48, 116; Tə-ha 20/82, Qəsas 28/67)

[16] Tə-ha 20/20-23, Qəsas 28/32.

[17] Əraf 7/133, İsra 17/101.

[18] Zuxruf 43/54.

[19] Yunus 10/76, Qəsas 28/36, Zuxruf 43/47

[20] Kafir, Allahın ayələrini görür və doğru olduğuna da inanır amma mənfəətinə tərs düşdüyü üçün görməməzliyə vurur. Bu səbəblə kafirlik bilinçli bir hərəkətdir (Ali İmran 3/106, Tövbə 9/66, Nahl 16/106, Ankəbut 29/47, Loğman 31/32). Belələri Allahın, mələklərin və insanların lənətini üzərinə alır və tövbə etməzlərsə, dünya və zixirətləri pərişan olur (Ali İmran 3/89-91).

[21] Əraf 7/136.

[22] Ənbiya 21/79.

[23] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).

[24] Sad 38/30.

[25] Yerdə hərəkət edən qanadlı, qanadsız bütün canlılar eyni bizim kimi bir varlıqdır. Qiyamət günü onlar da Allahın huzuruna toplanacaqlar (Ənam 6/38, Şura 42/29, Təkvir 81/5). Ayədə “Bizə qanadlı canlıların dili öyrədildi” deyə, məal verməyimizin səbəbi,  Süleymana bu canlıların dili öyrədilmişdi. Bəzi məallarda “quş dili öyrədildi” deyə tərcümə edilir. Halbuki qarışqa, quş  deyil, biolojik sinifləndirmədə “pərdəqanadlılar” dəstəsinə daxildir

[26] Ənbiya 21/81-82, Səbə 34/12-13, Sad 38/35-39, Nəml 27/40.

[27] Sad 38/36-38.

[28] Ayədə verilən (قَالَتْ نَمْلَةٌ) kəlməsi müənnəs yəni dişi cinsi göstərir, qarışqa dəstəsinin içində olan dişi qarışqa da arılarda olduğu kimi onların anası ya da kraliçəsi sayılır.

[29] Nəml 27/16.

[30] Süleyman əleyhissəlam Allahın verdiyi bu qədər nemət qarşısında kibirlənməməsi üçün Allahın köməyini istəyir (Alaq 96/6-7, Şəms 91/8).

[31] Bənzər dua üçün bax: Əhqaf 46/15.

[32] Yəməndə qurulmuş qədim bir dövlət (Səbə 34/15).

[33] Nəml 27/38.

[34] Fussilət 41/37.

[35] Nahl 16/63.

[36] Səcdənin kök mənası boyun əyməkdir (Müfrədat).

[37] Nisa 4/118-119, Əraf 7/16-17, Hicr 15/39, Sad 38/82.

[38] Ali İmran 3/2.

[39] Ərş, üst idarə məqamını göstərən məcaz ifadədir (Yusuf 12/100; Nəml 27/23). Türk dilində onun yerinə padişahlar üçün “taxt”, digər idarəçilər üçün “qoltuq” kəlməsi işlədilir. Bilavasitə “Allah ərşə istiva etdi” sözü də kainatın idarəsinin Allahın əlində olduğunu ifadə edər (Əraf 7/54; Yunus 10/3; Tə-ha 20/5; Furqan 25/59; Səcdə 32/4; Hədid 57/4).

[40] Quran ayələri məsani, yəni cüt-cüt bir qaydaya bağlı nazil olmuşdur (Zümər 39/23). Quranda 114 ayə vardır. Bu surədə bəsmələnin təkrarlanması, sayını 114 də çıxararaq onların sayısını cüt hala gətirmişdir.

[41] Nəml 27/37.

[42] “Rəsul və ya mursəl” bunlar elçi mənalarına gəlir. Kəlmə Allahın göndərdiyi elçini ifadə etdiyi kimi, bir insanın bir başqaını göndərməsi də bu anlamdadır (Yusuf 12/80). Ayədə keçən “mursəl”, Səbə kraliçəsinin Süleymanın göndərdiyi elçidir.

[43] Nəml 27/34.

[44] Nəml 27/23.

[45] İfrit, Ərəbcə “afr (عفر)” kökündən olub, “hiyləgər, şərli, çətin, qəzəbli biri” mənasındadır. Həmçinin birinə sifət olaraq da verilir. Bu ayədəki İfrit, cinlərin irəli gələnlərindən biridir.

[46] Bu elm, Allahın nazil etdiyi kitablarda olan elmdir.  Allah, Süleyman əleyhissəlama da kitab vermişdir (Ali İmran 3/81, Nisa 4/163, Ənam 6/84-89)

[47] Zümər 39/7.

[48] Nəml 27/31.

[49] Bu ayədə Səbə məlikəsinin öz əyanları ilə istişarə etməsi (Şura 42/38), Süleymanın güçlü olduğunu öyrənincə ölkəsi, xalqı uğruna ölümü gözə alaraq gedib təslim olması, haqqı görüncə də Günəşə sitayiş etməyi buraxıb, Süleyman ilə birlikdə Allaha təslim olması, bunu göstərir ki; bir qadından da yaxşı bir idarəçi ola bilər.

[50] Bu mövzuda ətraflı məlumat üçün bax:  Tövrat 1 Krallar 10/1-19.

[51] Salih əleyhissəlamın hekayəsi barədə ətraflı məlumat üçün bax: Əraf 7/73-79, Hud 11/6168, Hicr 15/8084, Şuəra 26/141159, Fussilət 41/1718, Zariyat 51/4345, Qəmər 54/2331, Haqqa 69/45, Şəms 91/1115.

[52] Elçilərə atılan iftiarlar barədə bax:Əraf 7/131, Yasin 36/18-19.

[53] Fitnə bir şeyi oda atmaqdır (Lisan). Adamlar üçün istifadə ediləndə, bir mədənin real vəziyyətini başa düşmək kimidirsə imtahan («Əraf» surəsi, 7/155), mədəni qızılla qaplamaq kimidirsə aldatmaq («Əraf» surəsi, 7/27), cəmiyyəti oda atmaq kimidirsə müharibə («Bəqərə» surəsi, 2/191), odla cəzalandırmaq üçündürsə cəhənnəm əzabı («Zariyat» surəsi, 51/10-14) mənalarında işlədilmişdir.

[54] Şuəra 26/151-152.

[55] İbrahim 14/46.

 

[56] Əraf 7/78, Hud 11/6768, Hicr 15/83, Şuəra 26/158, Fussilət 41/17, Qəmər 54/31, Haqqa 69/5, Şəms 91/14.

[57] Şuəra 26/158.

[58] Hud 11/66.

[59] Lut əleyhissəlamın hekayəsi barədə bax: Əraf 7/8084, Hud 11/7783, Hicr 15/6177, Ənbiya 21/7475, Şuəra 26/160174, Ənkəbut 29/2835, Saffat 37/133138, Zariyat 51/3137, Qəmər 54/3340.

[60] Tran cisni əlaqə deyə, tərcümə etdiyimiz kəlmə (الْفَاحِشَةَ), leziyanlıq və zina anlamında da keçər (Nisa 4/1516, Ənam 6/151, Əraf 7/33, Şura 42/37, Nəcm 53/32).

[61] O işi toplandıqları yerdə görürdülər (Ənkəbut 29/29).

[62] Ayənin əslindəki «min dunillah» (دون) ifadəsindəki «dun» sözü, «yaxınlaşdırma, üstün ziddi və üstdən aşağı” mənalarına gəlir (Tacul-Arus). Burada kişilər öz arvadlarını tamamilə tərk etmir, lakin daha çox kişilərə meyl edir, onlara yaxınlaşırdılar.

[63] Əraf 7/81.

[64] Lut əleyhissəlamın arvadı da kafirlərdəndi (Təhrim 66/10). Ona ancaq qızları inanmışdı. Onlar da öz atası kimi insanları doğru yola çağırırdı (Şuəra 26/160).

[65] Əraf 7/82, Şuəra 167, Ənkəbut 29/29.

[66] “(bədəninin) qalıntısı qalanlardan oldu” deyə məal verdiyimiz kəlmə “ğabir (غابر) dir (Lisanul Ərəb). Yanardağ külləri altında qalan cəsədlərin içi yox olur amma çölündə bir şeylər qalır (Saffat 37/137-138). Bu kəlmə təkcə yanardağı patlaması nəticəsində lav küllərinin altında qalan Lut əleyhissəlamım arvadı və digər inanmayanlarla əlaqəli olaraq tam yeddi dəfə keçər (Hicr 15/60; Şuəra 26/171; Nəml 2757; Ənkəbud 29/32-33; Saffat 37/135)

[67] Əraf 7/84, Hud 11/82, Hicr 15/74, Zariyat 51/33, Fil 105/1-5.

[68] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).

[69] Saffat 37/181.

[70] Yusuf 12/39.

[71] Bəqərə 2/22, Ənam 6/99, Nahl 16/10-11, Loğman 31/10, Kaf 50/9-10.

[72] Mümin 40/64.

[73] Rad 13/3, Hicr 15/9, Nahl 16/15, Ənbiya 21/31, Loğman 31/10.

[74] İki dənizin qarışmasına mane olan şey, birinin suyu acı, digərinin suyu şirin olmasıdır (Furqan 25/53).

[75] Ənam 6/40-41, Nahl 16/53-54.

[76] Ənam 6/165, Yunus 10/12-14, Fatır 35/39.

[77] Ənam 6/97, Nahl 16/16, Tarıq 86/1-3.

[78] Furqan 25/48, Rum 30/46.

[79] Yunus 10/4, 34, Rum 30/11, 27.

[80] Yunus 10/31, Səbə 34/24, Fatır 35/3, Mülk 67/21.

[81] Ənam 6/59, Hud 11/123, Nahl 16/77, Cin 72/26-28.

[82] Nahl 16/20-21.

[83] Fussilət 41/54, Nəbə, 78/1-3.

[84] Həcc 22/46.

[85] Rad 13/5, Məryəm 19/66, Müminun 23/82, Saffat 37/16, Kaf 50/3.

[86] Ayədə keçən əsatir  (أَسَاطِيرُ) kəlməsi, “bir şeyi hizaya gətirmək, saf tutmaq” mənalarına gələn  (سطر) kökündən törəmiş olan usturə  (اسطورة) kəlməsinin cəmidir (Müüfrədat). Sətara (سَطَرَ) feilinin “yazı yazmaq” anlamına gəlməsi, hərflərin hizaya gətirilməsi, anlamlı şəkildə sıralanması səbəbiylədir. Doqquz yerdə keçən əsatirul-əvvəlin (أَسَاطِيرُ الْأَوَّلِينَ) ifadəsi, Quranda deyilənlərin yeni olmadığını, əvvəlki ilahi kitablarda, yazı və səhfələrdə onsuz da mövcud olduğunu ifadə etmək üçün, kafirlər/ayələri görmək istəməyənlər tərəfində aşağılamaq, lağa qoymaq üçün işlədilən bir ifadə tərzidir. Belə deyərək, Quranın əvvəlki kitabları təsdiq etmə özəlliyini də istismar etmişlərdir (Ənfal 8/31; Nəhl 16/24; Möminun 23/83; Furqan 25/5; Əhqaf 46/17; Qələm 68/15; Mutaffifin 83/13).

[87] Ali İmran 3/137, Ənam 6/11, Nahl 16/36, Rum 30/42.

[88] Ənam 6/33, Yunus 10/65, Hicr 15/97, Nahl 16/127, Kəhf 18/6, Şuəra 26/3.

[89] İnsanların hesaba çəkiləcəyi, doğru yolda olanların cənnətə, yoldan çıxanların isə cəhənnəmə gedəcəyi ilə əlaqəli vəd: (İbrahim 14/2223, Şura 42/18).

[90] Yunus 10/48, Ənbiya 21/38, Səbə 34/29, Yasin 36/48, Mülk 67/25.

[91] Ənfal 8/32.

[92] Yunus 10/60, Mü’min 40/61.

[93] Bəqərə 2/77, Hud 11/5, Nahl 16/23, Nəml 27/25, Qəsas 28/69.

[94] Ali İmran 3/5, Ənam 6/59, Yunus 10/61, Hud 11/6, Həcc 22/70, Fatır 35/11, Hadid 57/22.

[95] Maidə 5/15, Yunus 10/93.

[96] Əraf 7/52, Yunus 10/57, Yusuf 12/111, Nahl 16/64, 89, Loğman 31/3.

[97] Həcc 22/17, Casiyə 45/17.

[98] Furqan 25/58, Şuəra 26/217, Əhzab 33/3.

[99] Yasin 36/3-4, Zuxruf 43/43.

[100] Rum 30/52, Fatır 35/22.

[101] Yunus 10/43, Zuxruf 43/40.

[102] Ənam 6/36, Rum 30/53, Fatır 35/18, Yasin 36/11.

[103] Hərəkət etmə qabiliyyəti olan hər canlı Dabbədir (Müfrədat). Allah bunları göylərə və yerə yerləşdirmişdir (Şura 42/29). Ömrünü tamamlamış birinin öldüyü yerdə qarşısına çıxıb danışan canlı, onun üçün vəzifələndirilmiş ölüm mələyidir (Səcdə 32/11). Həyatını pis, kafir olaraq bitirmiş olanların üzünə və belinə bu mələyin yanında olan mələklər vuraraq belə deyərlər: “Çıxarın ruhlarınızı!” Bu gün, Allaha qarşı həqiqətdən uzaq sözlərinizə və kibirlənərək Onun ayələrindən uzaq durmağınıza görə alçaldıcı bir əzab ilə qarşılaşacaqsınız!” (Ənam 6/93). Onlar özlərinə təkrar vaxt verilməsini diləyərlər, amma verilməz (Müminun 23/99-100).

[104] Hicr 15/43-44, Zümər 39/71-72, Fussilət 41/19.

[105] Yunus 10/39.

[106] Bunlar, axirət qorxusu olmayan, insanları Allahın yolundan əngəlləyən və o yolu əyri göstərməyə çalışanlardır (Əraf 7/44-45).

[107] Məryəm 19/72, Yasin 36/65, Kaf 50/17-26, Mürsəlat 77/34-37.

[108] Yunus 10/67, Qəsas 28/73, Mümin 40/61, Nəbə 78/10-11.

[109] Ənam 6/73, Kəhf 18/99, Tə-ha 20/102, Müminun 23/101, Nəml 27/87, Yasin 36/51, Saffat 37/19, Zümər 39/68, Kaf 50/20, Haqqa 69/13, Nəbə 78/18.

[110] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[111] Dağlar, yerlə birlikdə hərəkət etdiyi üçün biz onları hərəkətsiz sanırıq. Halbuki onlar buludlar kimi keçib gedirlər. Bu ayə bizə, dünyanın öz oxu ətrafındakı dönüşünü başa salır.

[112] Əraf 7/8, Ənbiya 21/101, Nəcm 53/31-32.

[113] Nisa 4/40, Ənam 6/160, Qəsas 28/84, Mümin 40/40.

[114] Əraf 7/9.

[115] Bəqərə 2/81, Ənam 6/160, Yunus 10/27, Qəsas 28/84, Əhzab 33/68, Mümin 40/40, Şura 42/40.

[116] Ənam 6/14, 162-163, Rad 13/36, Zümər 39/11-14, Mümin 40/66, Qureyş 106/3-4.

[117] Tilavət kəlməsinin kökü olan t-l-v (تلو), “birdən çox şeyin, aralarına öz cinslərindən olmayan bir şey qarışmayacaq şəkildə arxa-arxaya sıralanması” mənasındadır (Müfrədat) Buna görə tilavət, bir-biri ilə bağlantılı ayələri birlikdə oxumaqdır (Nəml 27/92, Ənkəbud 29/45).

[118] Ənam 6/104, Yunus 10/108, İsra 17/15, Rum 30/44, Fussilət 41/46.

[119] Nəml 27/59.

[120] Ənbiya 21/37, Fussilət 41/53.