Müsəlmanlar

Şuəra surəsi

Şuəra surəsi 227 ayədən ibarətdir. Surənin adı 224-cü ayədə keçən “şuəra” kəlməsindən götürülmüşdür. Mənası “şairlər” – deməkdir.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

طسم

  1. TA! SİN! MİM![1]

 

تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

  1. Bunlar, açıq-aydın[2] Kitabın ayələridir.[3]

 

لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ

  1. (Ey Muhəmməd!) Mömin olmurlar/inanıb güvənmirlər deyə az qalsın özünü həlak edəcəksən.[4]

 

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّن السَّمَاء آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ

  1. Əgər lazım görsəydik,[5] göydən onların üzərinə bir ayə/möcüzə endirərdik, beləcə, boyun əymək məcburiyyətində qalardılar.[6]

 

وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ الرَّحْمَنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ

  1. Onlar, Rəhmandan gələn hər yeni bir zikirdən/doğru bilikdən[7] uzaq dururlar.[8]

 

فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنبَاء مَا كَانُوا بِهِ يَسْتَهْزِئُون

  1. Onlar yalana sarıldılar. İstehza etdikləri şeyin xəbərləri yaxında onlara gələcəkdir.[9]

 

أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ

  1. Məgər onlar yer üzünə heç baxmadılarmı? Onda hər gözəl cütdən neçə cür bitkilər bitirdik.[10]

 

إنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. Həqiqətən bunda bir ayə/dəlil vardır. Amma onların çoxu inanıb güvənməzlər.[11]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin, bil ki, O, Əzizdir/güc-qüvvət sahibidir, Rəhmlidir.[12]

 

وَإِذْ نَادَى رَبُّكَ مُوسَى أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ

  1. Bir zaman Rəbbin Musaya belə səsləndi: “Get o zalım xalqa!”

 

قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ

  1. Fironun xalqına…[13] Pisliklərdən qorunmayacaqlarmı?”

 

قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ

  1. Musa ded ki: “Rəbbim! Məni yalançı yerinə qoyarlar deyə, qorxuram.[14]

 

وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَى هَارُونَ

  1. Ürəyim sıxılar, dilim də söz tutmaz.[15] Buna görə oraya Harunu elçi olaraq göndər![16]

 

وَلَهُمْ عَلَيَّ ذَنبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ

  1. Bir də onların qarşısında mən günahkaram. Bunun üçün məni öldürmələrindən də qorxuram.”[17]

 

قَالَ كَلَّا فَاذْهَبَا بِآيَاتِنَا إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ

  1. Allah: “Əsla! (Onlar səni öldürə bilməzlər) Ona görə də ikiniz ayələrimizlə/möcüzələrimizlə birlikdə gedin.[18] Şübhəsiz, Biz sizinlə bərabərik, hər şeyi eşitməkdəyik.” – dedi.[19]

 

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ

  1. Fironun yanına gedib deyin ki: “Biz, aləmlərin Rəbbinin elçiləriyik![20]

 

أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ

  1. İsrail oğullarını bizimlə bərabər göndər!”[21]

 

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ

  1. (Firon Musaya) dedi: “Biz səni körpə uşaqkən aramıza alıb böyütmədikmi? Sən ömrünün neçə ilini aramızda keçirdin.[22]

 

وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنتَ مِنَ الْكَافِرِينَ

  1. Sonunda edəcəyini də etdin (adam öldürdün)![23] Sən nankorlardansan.”

 

قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ

  1. (Musa) dedi: “Mən o işi o vaxt –yoldan çıxanlardan biri kimi- özümdə olmadan etmişəm.[24]

 

فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ

  1. Sizdən qorxduğum üçün dərhal aranızdan qaçıb getdim.[25] Sonra Rəbbim mənə hikmət bəxş etdi[26] və məni elçilərdən biri etdi.[27]

 

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ

  1. Boynuma minnət qoyduğun o nemət (sarayda böyüməyim) də[28] İsrail oğullarını kölələşdirmənin nəticəsidir.[29]

 

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ

  1. Firon: “Aləmlərin Rəbbi də nədir?” – dedi.[30]

 

قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا إن كُنتُم مُّوقِنِينَ

  1. (Musa) “O, göylərin, yerin və onların arasında olan hər şeyin Rəbbidir!”[31] – dedi. Əgər, Ona həqiqətən inanan kəslərsinizsə…”

 

قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ

  1. (Firon) ətrafındakılara: “Eşitmirsinizmi?” – dedi.

 

قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ

  1. (Musa) dedi: “O, sizin də Rəbbinizdir, sizdən əvvəlkilərin də Rəbbidir!”[32]

 

قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ

  1. (Firon) dedi: “Sizə göndərilən elçiniz, həqiqətən cinlərin təsirindədir!”[33]

 

قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا إِن كُنتُمْ تَعْقِلُونَ

  1. (Musa) dedi ki: “Əgər ağlınızı işlətsəniz (görərsiniz ki), O; şərqin, qərbin və ikisinin arasında olan hər şeyin Rəbbidir/sahibidir!”[34]

 

قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ

  1. (Firon) “Əgər məndən başqasını ilah qəbul etsən,[35] səni mütləq zindandakıların yanına ataram!” – dedi.

 

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُّبِينٍ

  1. (Musa) dedi: “Əgər sənə açıq-aydın bir şey gətirsəm, necə?”[36]

 

قَالَ فَأْتِ بِهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

  1. (Firon) “Əgər doğru söyləyənlərdənsənsə, onda gətr onu!” – dedi.[37]

 

فَأَلْقَى عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌ

  1. Bunun ardından (Musa) əsasını atdı, o da açıq-aşkar böyük bir ilana döndü.[38]

 

وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاء لِلنَّاظِرِينَ

  1. Əlini (qoynundan) çıxartdı, o da baxanlar üçün ağappaq bir hala gəldi..[39]

 

قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَذَا لَسَاحِرٌ عَلِيمٌ

  1. (Firon) ətrafındakı əyanlarına dedi ki: “Bu, həqiqətən çox bilikli bir sehirbazdır!”[40]

 

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ

  1. Sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?”[41]

 

قَالُوا أَرْجِهِ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ

  1. Dedilər ki: “Onu və qardaşını yubandır və şəhərlərə (sehrbazları) yığan adamlar göndər.[42]

 

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ

  1. Bütün bilikli sehirbazları sənin yanına gətirsinlər!”[43]

 

فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ

  1. Nəhayət, sehirbazlar məlum günün (zinət bayramının)[44] müəyyən bir vaxtında yığıldılar.

 

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ

  1. İnsanlara da belə deyildi: “Siz də toplanırsınız?

 

لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِن كَانُوا هُمُ الْغَالِبِينَ

  1. Əgər sehirbazlar qalib gəlsələr, bəlkə, biz də onlara tabe olarıq.”

 

فَلَمَّا جَاء السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ

  1. Sehirbazlar gəldikləri zaman Firona belə dedilər: “Əgər biz qalib gəlsək, əlbəttə, bizə bir mükafat veriləcək, elə deyilmi?”[45]

 

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ الْمُقَرَّبِينَ

  1. (Firon) dedi: “Bəli! O zaman siz, əlbəttə, mənim yaxın adamlarımdan olacaqsınız.”[46]

 

قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ

  1. Musa onlara: “Nə atacaqsınızsa, atın!” – dedi.[47]

 

فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ

  1. Onlar iplərini və əsalarını yerə atıb[48] belə dedilər: “Fironun qüdrətinə andolsun ki, biz qalib gələcəyik!”

 

فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ

  1. Arxasından Musa əsasını atdı. O da (böyük bir ilana çevrilib) onların uydurduqları[49] şeyləri uddu.[50]

 

فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ

  1. Sehirbazlar bir səcdəyə qapandılar.[51]

 

قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

  1. “Biz, aləmlərin Rəbbinə inanıb güvəndik!” – dedilər.[52]

 

رَبِّ مُوسَى وَهَارُونَ

  1. “Musanın və Harunun Rəbbinə!”[53]

 

قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

  1. (Firon) dedi: “Mən sizə izn vermədən ona inandınız? Deməli, sizə sehri öyrədən böyüyünüz o imiş! Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və hamınızı asacağam!”[54]

 

قَالُوا لَا ضَيْرَ إِنَّا إِلَى رَبِّنَا مُنقَلِبُونَ

  1. (Sehirbazlar) “Zərəri yoxdur! Biz Rəbbimizə dönəcəyik” – dedilər.[55]

 

إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَن كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ

  1. “Biz ilk inananlar olduğumuz üçün Rəbbimizin xətalarımızı bağışlamasını ümid edirik.”[56]

 

وَأَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُم مُّتَّبَعُونَ

  1. Biz Musaya: “Bəndələrimi gecə vaxtı təpəyə doğru yola çıxar,[57] çünki siz təqib ediləcəksiniz!” – deyə, vəhy etdik.

 

فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ

  1. Firon şəhərlərə (əsgər) yığan adamlar yolladı.

 

إِنَّ هَؤُلَاء لَشِرْذِمَةٌ قَلِيلُونَ

  1. “Həqiqətən, bunlar az sayıda, dağınıq bir qrup!

 

وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ

  1. Şübhəsiz, onlar bizə qarşı qəzəblidirlər.

 

وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ

  1. Biz isə hazır tədbirli bir cəmiyyətik.” (dedi).

 

فَأَخْرَجْنَاهُم مِّن جَنَّاتٍ وَعُيُونٍ

  1. Nəhayət, onları (Fironu və əyanlarını) bağlardan və çeşmə başlarından çıxartdıq.[58]

 

وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ

  1. Xəzinələrdən və dəyərli yerlərdən də…[59]

 

كَذَلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ

  1. Bax belə! Biz İsrail oğullarını oralara varis etdik.[60]

 

فَأَتْبَعُوهُم مُّشْرِقِينَ

  1. Günəş doğarkən onların arxasınca düşdülər.[61]

 

فَلَمَّا تَرَاءى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَى إِنَّا لَمُدْرَكُونَ

  1. İki dəstə bir-birini gördüyü zaman Musanın səhabəsi: “Biz artıq yaxalandıq!” – dedilər.

 

قَالَ كَلَّا إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ

  1. Musa dedi ki: “Əsla! Çünki Rəbbim mənimlədir, mənə bir yol göstərəcəkdir!”[62]

 

فَأَوْحَيْنَا إِلَى مُوسَى أَنِ اضْرِب بِّعَصَاكَ الْبَحْرَ فَانفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ

  1. Bunun üzərinə Musaya: “Əsanı dənizə vur!” – deyə, vəhy etdik. (Vurunca) dəniz dərhal yarıldı. Hər bir hissə böyük bir dağ kimi oldu.[63]

 

وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ

  1. O birilərini (Firon və ordusunu) də orada onlara yaxınlaşdırdıq.[64]

 

وَأَنجَيْنَا مُوسَى وَمَن مَّعَهُ أَجْمَعِينَ

  1. Musanı və onunla birlikdə olan hər kəsi xilas etdik.[65]

 

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ

  1. Sonra da o birilərini suda boğduq.[66]

 

إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. Şübhəsiz ki, bu deyilənlərdə bir ayə/ibrət vardır. Onların çoxu mömin olmadı/inanıb güvənmədi.[67]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin, əlbəttə, Əzizdir və Rəhmlidir.[68]

 

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ

  1. Onlara İbrahimin xəbərini də oxu![69]

 

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ

  1. Bir gün o, atasına və xalqına belə dedi: “Siz nəyə qulluq edirsiniz?”[70]

 

قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ

  1. Dedilər ki: “Bütlərə qulluq edirik. Onların qarşısında ehtiramla durmağa da davam edəcəyik.”[71]

 

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ

  1. (İbrahim) dedi: “Çağırdığınız zaman sizi eşidirlərmi?

 

أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ

  1. Yaxud sizə faydaları və ya zərərləri toxunurmu?”[72]

 

قَالُوا بَلْ وَجَدْنَا آبَاءنَا كَذَلِكَ يَفْعَلُونَ

  1. Dedilər ki: “Xeyr, amma biz atalarımızın belə etdiklərini gördük.”[73]

 

قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ

  1. Dedi ki: “Bəs heç düşünmürsüz nəyə qulluq etdiyinizi?[74]

 

أَنتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ

  1. Siz və gəlib keçmiş ata-babalarınız?”[75]

 

فَإِنَّهُمْ عَدُوٌّ لِّي إِلَّا رَبَّ الْعَالَمِينَ

  1. Əlbəttə ki, Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir![76]

 

الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ

  1. O, məni yaradan, mənə doğru yolu göstərəndir.[77]

 

وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ

  1. O, məni yedirən və içirəndir.[78]

 

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

  1. Xəstələndiyim zaman O mənə şəfa verir.

 

وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ

  1. O, məni öldürəcək və sonra təkrar dirildəcəkdir.[79]

 

وَالَّذِي أَطْمَعُ أَن يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ

  1. O, din/haqq-hesab günündə xətalarımı bağışlayacağına ümid bəslədiyimdir.[80]

 

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

  1. “Rəbbim! Mənə hikmət/doğru qərar vermə qabiliyyəti bəxş et və məni salehlərin/xeyirxahların arasına qat![81]

 

وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ

  1. Sonra gələn nəsillər arasında mənim doğru yad edilməmi saxla![82]

 

وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ

  1. Məni nəim cənnətinin/nemətlərlə dolu bağın varislərindən et!

 

وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ

  1. Atamı da bağışla, çünki o da haqq yolu azanlardandır.[83]

 

وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ

  1. Təkrar dirildiləcəkləri gün məni rüsvay etmə![84]

 

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ

  1. Malın da övladın da faydasının olmayacağı o gün![85]

 

إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

  1. Allahın hüzuruna səmimi (şirkdən arınmış) bir qəlb ilə gələnlərdən başqa![86]

 

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ

  1. (O gün) Cənnət, günahlardan özünü qoruyanlar üçün yaxınlaşdırılar.[87]

 

وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ

  1. Yandırıcı atəş (cəhənnəm), azğınlar üçün açıq aydın göstərilər.[88]

 

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ

  1. Onlara belə deyərlər: “Qulluq etdikləriniz hardadır?”[89]

 

مِن دُونِ اللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ

  1. Allah ilə aranıza qoyduqlarınız,[90] sizə yardım edirlərmi?[91] Yaxud özlərinə bir köməkləri çatırmı?

 

فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ

  1. Onlar və pis xəyallara dalıb yoldan çıxanlar ora (cəhənnəmə) atılarlar.[92]

 

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ

  1. İblisin bütün əsgərləri də…[93]

 

قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ

  1. Onlar orada bir-birləri ilə münaqişə edərək[94] belə deyərlər:

 

تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍ

  1. “Vallahi! Biz açıq-aşkar bir zəlalət içində olmuşuq![95]

 

إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَ

  1. Çünki biz sizi aləmlərin Rəbbi ilə eyni səviyyədə tuturduq.[96]

 

وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ

  1. Bizi ancaq bu günahkar (rəhbərlər) yoldan azdırdı.[97]

 

فَمَا لَنَا مِن شَافِعِينَ

  1. Artıq bizə şəfaət edəcək heç kimsə yox![98]

 

وَلَا صَدِيقٍ حَمِيمٍ

  1. Cana yanan bir dostumuz da yox![99]

 

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ

  1. Kaş bir də (dünyaya) dönə biləydik, biz də möminlərdən olardıq!”[100]

 

إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. Şübhəsiz ki, bu deyilənlərdə bir ayə/ibrət vardır. Onların çoxu mömin/inanıb güvənmiş deyillər.[101]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin Əzizdir (mütləq üstün gücə sahibdir), Rəhmlidir.[102]

 

كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ

  1. Nuh xalqı elçiləri[103] yalançı saydı.[104]

 

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ

  1. Qardaşları Nuh onlara belə demişdi: “Günahlardan/pis işlərdən özünüzü qorumayacaqsınız?[105]

 

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

  1. Mən sizin üçün əmin/güvənilən bir elçiyəm![106]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. Artıq Allaha qarşı çıxmaqdan qorunun və Mənə itaət edin![107]

 

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ

  1. Bunun qarşılığında sizdən bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbi Allaha aiddir.[108]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. O halda Allaha qarşı çıxmaqdan qorunun və Mənə itaət edin!”[109]

 

قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ

  1. Onlar dedilər: “Sənə ən rəzil kimsələr tabe olmuşkən, heç sənə inanarıqmı?”[110]

 

قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ

  1. (Nuh) dedi: “Onların nə etdikləri ilə bağlı mənim bir bilgim yoxdur.

 

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَى رَبِّي لَوْ تَشْعُرُونَ

  1. Onları haqq-hesaba çəkmək yalnız Rəbbimə aiddir![111] Kaş başa düşəydiniz.

 

وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَ

  1. Mən möminləri/inananları yanımdan qovası da deyiləm![112]

 

إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ

  1. Mən ancaq açıq-aydın xəbərdar edənəm!”[113]

 

قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ

  1. Onlar dedilər: “Ey Nuh! Əgər bu işdən əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”[114]

 

قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ

  1. (Nuh) dedi ki: “Rəbbim! Xalqım məni yalanladı.[115]

 

فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَن مَّعِي مِنَ الْمُؤْمِنِينَ

  1. Mənimlə onların arasını tamamilə aç! Məni və bərabərimdəki möminləri, bunlardan qurtar!”[116]

 

فَأَنجَيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ

  1. Bunun üzərinə Biz, onu və onunla birlikdə yüklü gəmidə olanları qurtardıq.[117]

 

ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَ

  1. Sonra da arxada/yerdə qalanları suda boğduq.[118]

 

إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. Şübhəsiz, bu deyilənlərdə bir ayə/ibrət vardır. Ancaq onların çoxu mömin olmadı/inanıb güvənmədi.[119]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin, bil ki, O, Əzizdir/güc-qüvvət sahibidir, Rəhmlidir.[120]

 

كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ

  1. Ad xalqı da elçiləri[121] yalanladı.[122]

 

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ

  1. Qardaşları Hud onlara belə demişdi: “Günahlardan/pis şeylərdən qorunmayacaqsınızmı?[123]

 

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

  1. Mən sizin üçün əmin/güvənilən bir elçiyəm.[124]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. Allaha qarşı çıxmaqdan qorunun və mənə itaət edin![125]

 

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ

  1. Bunun qarşılığında sizdən bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbi Allaha aiddir.[126]

 

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَ

  1. Siz boş işlərlə məşğul olub, hər təpəyə bir əlamətmi (heykəl) yüksəldirsiniz?

 

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ

  1. Bir də içində daim qalacaqsınız kimi böyük/möhkəm binalar tikirsiniz.[127]

وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ

  1. Birini yaxaladığınız zaman da qəddarcasına yaxalayırsınız.[128]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. Artıq Allaha qarşı çıxmaqdan qorunun və mənə itaət edin![129]

 

وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَ

  1. Bildiyiniz nemətləri sizə verən Allaha qarşı çıxmaqdan qorunun![130]

 

أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَ

  1. O sizə, ənam (qoyun, keçi, inək və dəvə)[131] cinsi heyvanlar və övladlar verdi,[132]

 

وَجَنَّاتٍ وَعُيُونٍ

  1. Bağlar və bulaqlar…[133]

 

إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

  1. Şübhəsiz, mən sizə əzəmətli bir günün əzabının gəlməsindən qorxuram.”[134]

 

قَالُوا سَوَاء عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ الْوَاعِظِينَ

  1. Dedilər ki: “Bizə öyüd versən də verməsən də bizim üçün fərqi yoxdur![135]

 

إِنْ هَذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ

  1. Bu sadəcə öncəkilərdən qalma xəbərdarlıqlar.[136]

 

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

  1. Biz əzaba məruz qalası deyilik!”[137]

 

فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. Beləcə, onlar onu (Hudu) yalançı saydılar. Biz də onları həlak etdik.[138] Şübhəsiz, bu deyilənlərdə mütləq bir ayə/ibrət vardır. Ancaq onların çoxu mömin olmadı/inanıb güvənmədi.[139]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin, bil ki, O, Əzizdir/güc-qüvvət sahibidir, Rəhmlidir.[140]

 

كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ

  1. Səmud xalqı da elçiləri[141] yalançı saydı.[142]

 

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ

  1. Qardaşları Salih onlara belə demişdi: “Günahlardan/pis şeylərdən qorunmayacaqsınızmı?[143]

 

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

  1. Mən sizin üçün əmin/güvənilən bir elçiyəm.[144]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. Allaha qarşı çıxmaqdan qorunun və mənə itaət edin![145]

 

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ

  1. Bunun qarşılığında sizdən bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbi Allaha aiddir.[146]

 

أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ

  1. Məgər siz burada əmin-amanlıq içində buraxılacaqsınız?

 

فِي جَنَّاتٍ وَعُيُونٍ

  1. Bağlarda, bulaq başlarında,

 

وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ

  1. Əkinlər və salxımları sallanmış xurmalıqlar içində…[147]

 

وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ

  1. Bir də məharətlə evlər yonub düzəldirsiniz.[148]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. Artıq Allaha qarşı çıxmaqdan qorunun və mənə itaət edin.[149]

 

وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ

  1. İsrafçılıq edənlərin əmrinə itaət etməyin!

 

الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ

  1. Onlar yer üzündə fəsad çıxaran və xeyirxah əməllər işləməyənlərdir.”[150]

 

قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ

  1. Onlar dedilər: “Sən sadəcə ovsunlanmışlardan birisən.[151]

 

مَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

  1. Sən yalnız bizim kimi bir bəşərsən. Əgər doğru söyləyənlərdənsənsə bizə bir möcüzə gətir![152]

 

قَالَ هَذِهِ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ

  1. (Salih) dedi: “Bu bir dişi dəvədir! Su içmək haqqı; müəyyən bir gün onun, müəyyən bir gün də sizindir.” – dedi.[153]

 

وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ

  1. “Ona bir pislik etməyin! Yoxsa əzəmətli bir günün əzabı sizi yaxalayar.”[154]

 

فَعَقَرُوهَا فَأَصْبحُوا نَادِمِينَ

  1. Amma onlar onun ayaqlarını kəsərək öldürdülər, sonra da peşman oldular.[155]

 

فَأَخَذَهُمُ الْعَذَابُ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. O əzab dərhal onları yaxaladı.[156] Şübhəsiz, bunda mütləq bir ayə/ibrət vardır. Ancaq onların çoxu mömin olmadı/inanıb güvənmədi.[157]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin, bil ki, O, Əzizdir/güc-qüvvət sahibidir, Rəhmlidir.[158]

 

كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ

  1. Lutun xalqı da elçiləri,[159] yalanladı.[160]

 

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ

  1. Qardaşları Lut onlara belə demişdi: “Günahlardan/pis şeylərdən qorunmayacaqsınızmı?[161]

 

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

  1. Mən sizin üçün əmin/güvənilən bir elçiyəm.[162]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. Allaha qarşı çıxmaqdan qorunun və mənə itaət edin![163]

 

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ

  1. Bunun qarşılığında sizdən bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbi Allaha aiddir.[164]

 

أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ

  1. Siz bu aləmin kişilərinəmi yanaşırsınız?

 

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِنْ أَزْوَاجِكُم بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ

  1. Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi buraxırsınız?![165] Əslində, siz həddi aşan bir xalqsınız!”

 

قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ

  1. (Xalqı) “Ey Lut! Əgər işimizə qarışmaqdan əl çəkməzsən, mütləq buradan qovulanlardan olacaqsan!” – dedilər.[166]

 

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَ

  1. O da belə dedi: “Mən sizin bu əməllərinizdən nifrət edənlərdənəm.[167]

 

رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَ

  1. Rəbbim! Məni və ailəmi bunların etdiklərindən qurtar!”[168]

 

فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ

  1. Bunun üzərinə Biz onu və bütün ailəsini qurtardıq,[169]

 

إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ

  1. Geridə (bədəninin qalıntısı) qalacaq olan[170] yaşlı bir qadından (Lutun arvadı) başqa![171]

 

ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ

  1. Sonra digərlərini yerlə bir etdik.[172]

 

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَاء مَطَرُ الْمُنذَرِينَ

  1. Üzərlərinə bir yağmur (kül və lav) yağdırdıq. Xəbardar edilənlərin üzərinə yağan yağmur necə də pisdir![173]

 

إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. Şübhəsiz, bu deyilənlərdə bir ayə/ibrət vardır. Ancaq onların çoxu mömin olmadı/inanıb güvənmədi.[174]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin, bil ki, O, Əzizdir/güc-qüvvət sahibidir, Rəhmlidir.[175]

 

كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ

  1. Eykə xalqı da[176] elçiləri yalan saydı.[177]

 

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ

  1. Şüeyb onlara belə demişdi: “Günahlardan/pis şeylərdən qorunmursunuzmu?[178]

 

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

  1. Mən sizin üçün əmin/güvənilən bir elçiyəm.[179]

 

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

  1. Allaha qarşı çıxmaqdan qorunun və mənə itaət edin![180]

 

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ

  1. Bunun qarşılığında sizdən bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbi Allaha aiddir.[181]

 

أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ

  1. Ölçünü düz tutun və əksik ölçənlərdən olmayın![182]

 

وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ

  1. Düz tərəzi ilə çəkin![183]

 

وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

  1. İnsanlara mallarını, haqlarını əksik verməyin[184] və fitnə-fəsad törədərək, yer üzündə qarışıqlıq salmayın![185]

 

وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ

  1. Sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun![186]

 

قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ

  1. Onlar dedilər: “Sən sadəcə ovsunlanmışlardan birisən.[187]

 

وَمَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ

  1. Sən yalnız bizim kimi bir bəşərsən.[188] Sənin, həqiqətən, yalançılardan biri olduğunu düşünürük.

 

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ السَّمَاء إِن كُنتَ مِنَ الصَّادِقِينَ

  1. Əgər, doğru söyləyənlərdənsənsə, o zaman göyü parça-parça üstümüzə endir![189]

 

قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ

  1. (Şüeyb) dedi: “Rəbbim nə etdiyinizi çox yaxşı bilir.”[190]

 

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ

  1. Beləcə, onu yalançı saydılar. Bu səbəblə kölgəli günün əzabı onları yaxaladı. O, əzəmətli bir günün əzabı idi.[191]

 

إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

  1. Şübhəsiz, bu deyilənlərdə bir ayə/ibrət vardır. Ancaq onların çoxu mömin olmadı/inanıb güvənmədi.[192]

 

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Şübhəsiz, sənin Rəbbin, bil ki, O, Əzizdir/güc-qüvvət sahibidir, Rəhmlidir.[193]

 

وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ الْعَالَمِينَ

  1. Əlbəttə ki, onu (Quranı) aləmlərin Rəbbi nazil etmişdir.[194]

 

نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ

  1. Onu Ruhül-əmin/güvənilən Ruh (Cəbrayıl) endirdi.

عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ

  1. Sənin qəlbinə endirdi ki, xəbərdar edənlərdən olasan![195]

 

بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ

  1. Açıq-aydın ərəb dilində…[196]

 

وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَ

  1. Bu, əlbəttə, əvvəlkilərin zəburlarında[197]/kitablarında vardır.[198]

 

أَوَلَمْ يَكُن لَّهُمْ آيَةً أَن يَعْلَمَهُ عُلَمَاء بَنِي إِسْرَائِيلَ

  1. İsrail oğullarının bunu bilmələri onlar üçün bir ayə/dəlil deyilmi?

 

وَلَوْ نَزَّلْنَاهُ عَلَى بَعْضِ الْأَعْجَمِينَ

  1. Əgər onu ərəb olmayanlardan birinə nazil etsəydik,[199]

 

فَقَرَأَهُ عَلَيْهِم مَّا كَانُوا بِهِ مُؤْمِنِينَ

  1. O da onu (Quranı) onlara oxusaydı, yenə də ona inanıb güvənməzdilər.[200]

 

كَذَلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ

  1. Biz onu (inancsızlığı) günahkarların qəlbinə[201] belə salarıq.[202]

 

لَا يُؤْمِنُونَ بِهِ حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ

  1. Onlar, acı dolu əzabı görənə qədər ona (Qurana) inanıb güvənməzlər.[203]

 

فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

  1. Onlar fərqində olmadan, əzab onlara qəflətən gəlir.[204]

 

فَيَقُولُوا هَلْ نَحْنُ مُنظَرُونَ

  1. O zaman deyərlər: “Bizə möhlət verilərmi?”[205]

 

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

  1. Əzabımızın təcili gəlməsinimi istəyirlər?[206]

 

أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ

  1. Heç düşündünmü onları illərlə nemətlərlə yararlandırsaq,

ثُمَّ جَاءهُم مَّا كَانُوا يُوعَدُونَ

  1. Sonra vəd olunan (əzab) onlara gəlsə,

 

مَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ

  1. Yararlandırıldıqları nemətlərin onlara bir faydası olmaz![207]

 

وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ

  1. Xəbərdarlıq edilməyən heç bir şəhəri məhv etmədik.[208]

 

ذِكْرَى وَمَا كُنَّا ظَالِمِينَ

  1. Öyüd vermək üçün (xəbərçilər göndəririk). Biz zalımlıq/haqsızlıq edənlərdən deyilik.[209]

 

وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِين

  1. Quranı şeytanlar nazil etmədi.[210]

 

وَمَا يَنبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ

  1. Bu onlara layiq bir iş də deyil və buna gücləri də çatmaz!

 

إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ

  1. Çünki onlar (Mələyi-Əlaya) qulaq asmaqdan kənar edilmişdilər.[211]

 

فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ

  1. Elə isə, Allahla yanaşı başqa bir ilahı yardıma çağırma, yoxsa əzaba düçar edilənlərdən olarsan![212]

 

 وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ

  1. Sən, yaxın qohum-əqrabalarını[213] xəbərdar et![214]

 

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

  1. Sənə tabe olan möminləri qanadının altına al![215]

 

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ

  1. Əgər sənə asi olsalar, de ki: “Mən sizin etdiklərinizdən uzağam!”[216]

 

وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ

  1. Sən, Əziz/güclü-qüvvətli, Rəhmli olana təvəkkül et/güvən![217]

 

الَّذِي يَرَاكَ حِينَ تَقُومُ

  1. Qalxdığın zaman səni görənə,

 

وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ

  1. Səcdələr arasında dönüb-dolaşdığını görənə![218]

 

إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

  1. Çünki O, daim dinləyəndir, biləndir![219]

 

هَلْ أُنَبِّئُكُمْ عَلَى مَن تَنَزَّلُ الشَّيَاطِينُ

  1. Şeytanların[220] kimə nazil olduqlarını sizə xəbər verimmi?[221]

 

تَنَزَّلُ عَلَى كُلِّ أَفَّاكٍ أَثِيمٍ

  1. Onlar hər bir günahkara, iftiraçıya nazil olarlar.[222]

 

يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ

  1. Bu günahkarlar, şeytanları dinləyirlər. Onların isə, çoxu yalançıdır.[223]

 

وَالشُّعَرَاء يَتَّبِعُهُمُ الْغَاوُونَ

  1. Şairlərə[224] gəlincə, onlara da xam xəyallara düşənlər tabe olarlar.

 

أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ

  1. Onların hər vadidə sərgərdan gəzib dolaşdıqlarını görmədinmi?[225]

 

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ

  1. Etmədikləri şeylərə dair söhbət açırlar.[226]

 

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانتَصَرُوا مِن بَعْدِ مَا ظُلِمُوا وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ

Ancaq inanıb güvənən, xeyirxah işlər görən, Allahı çox zikr edən/xatırlayan və bir də haqsızlığa məruz qaldıqdan sonra ona qarşı çıxaraq haqqını alanlar[227] bundan istisnadır. Haqsızlıq edənlər yaxında hara qayıdacaqlarını, necə bir aqibətlə üzləşəcəklərini biləcəklər.

[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində  Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).

[2] Qurani Kərim, möhkəm/hökm bildirən və mütəşabih/möhkəmlərin bənzəri olub onları təfsilatlı izah edən ayələrdən ibarətdir. Allahın bildirdiyi bu metod sayəsində Quran tamamilə müfəssəl olaraq izah edilmişdir (Ali İmran 3/7, Ənam 6/114, Hud 11/1, Zümər 39/23, Fussilət 41/3).

[3] Yusuf 12/1, Kasas 28/1-2

[4] Ən am 6/35, Nəhl 16/37,Kəhf 18/6, Fatır 35/8.

[5] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[6] Yunus 10/99, İsra 17/59.

[7] Zikir, bağlantıları ilə birlikdə düşünülüb öyrənilən doğru bilik və o biliyi istifadəyə hazır halda tutmaq, ağla ya da dilə gətirməkdir (Müfrədat). Doğru biliyin qaynağı Allahın ayələridir. Bunlar, yaradılan ayələr və nazil edilən ayələr olaraq iki yerə ayrılır. Hər birindən əldə edilən doğru bilik zikirdir (Ənam 6/80, Ənbiya 21/24). İnsanı ancaq bu bilik tətmin edər/rahatladır (Rad 13/28). Allahı zikr etmək; Onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxartmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildyi qədər sorumludur (Bəqərə 2/286).

[8] Ənbiya 21/2-3, Qəmər 54/2, Müddəssir 74/49

[9] Ənam 6/5.

[10] Hicr 15/19, Loğman 31/10, Yasin 36/36, Kaf 50/6-8, Zariyat 51/49.

[11] Bu ifadə surədə səkkiz dəfə təkrarlanmış: Şuəra 26/67, 103, 121, 139, 158, 174, 190.

[12] Bu ifadə surədə səkkiz dəfə təkrarlanmış: Şuəra 26/68, 104, 122, 140, 159, 175, 191

[13] Yunus 10/75, Hud 11/96-97, Müminun 23/45-46.

[14] Qasas 28/34   

[15] Tə-ha 20/25-28.

[16] Tə-ha 20/29-32. Tövratın Çıxış 4/13 bölümündə Musa əleyhissəlam başda Allahın elçilik vəzifəsini qəbul etmək istəməmiş, başqasını vəzifələndirməsini istəmişdir.

[17] Tə-ha 20/40; Qasas 28/15-21, 33.

[18] Buradakı “ayələr” kəlməsi cəmdir. Ərəbcədə cəm ən az üçü göstərir. Allah, nazil etdiyi kitabların hər cümləsinə ayə dediyi kimi, möcüzəyə də ayə deyir (İsra 17/59)

[19] Tə-ha 20/43-46.

[20] Əraf 7/104.

[21] Əraf 7/105; Tə-ha 20/47, Duhan 44/17-18.

[22] Tə-ha 20/39; Qasas 28/8-9.

[23] Qasas 28/15.

[24] Qasas 28/16-17

[25] Qasas 28/18-21.

[26] Bütün Nəbilərə kitab ilə bərabəh hikmət də verilmişdir (Ali İmran 3/81, Ənam 6/89).

[27] Tə-ha 20/11-16

[28] Qasas 28/7-13.

[29] Bəqərə 2/49; Qasas 28/4-13.

[30] Tə-ha 20/49.

[31] Sad 38/66, Duxan 44/7.

[32] Saffat 37/126, Duxan 44/8.

[33] Hər Nəbiyə ağlını itirdiyi, cinlərin təsirində qaldığı iftirası yazılmışdır (Hud 11/87, Hicr 15/6). Muhamməd əleyhisselama da atılan iftiralar ayələrlə çürüdülmüşdür (Əraf 7/184, Müminun 23/70, Səbə 34/46, Tur 52/29, Qələm 68/2, Təkvir 81/22). Nəbilər vəhy alanda yanına şeytanların yaxlaşdırılmadığını və mələklərlə qorunduğu bildirilməkdədir (Cin 72/26-28).

[34] Saffat 37/5, Rəhman 55/17, Məaric 70/40, Müzzəmmil 73/9.

[35] Qasas 28/38, Naziat 79/23-24.

[36] Nuh, Salih və Şüeyb əleyhissəlam da öz xalqına bənzər sözlər demişlər (Hud 11/28, 63, 88).

[37] Əraf 7/106.

[38] Əraf 7/107

[39] Əraf 7/108.

[40] Əraf 7/109, Mümin 40/23-24, Zariyat 51/38-39.

[41] Əraf 7/110, Tə-ha 20/57

[42] Əraf 7/111, Tə-ha 20/60

[43] Əraf 7/111-112.

[44] Tə-ha 20/58-59.

[45] Əraf 7/113.

[46] Əraf 7/114, Tə-ha 20/64

[47] Əraf 7/110, Yunus 10/80, Tə-ha 20/66

[48] Yunus 10/81.

[49] “Uydurma” mənası verdiyimiz kəlmə ifk (إفك) kökündəndir. İfk, yalan və əsilsiz şeylərlə birini bir şeydən çevirməkdir (Əl-Ayn). Sehirbazların qurduqları oyunlar, aldatmacalar bu kəlmə ilə ifadə edilməkdədir.

[50] Əraf 7/117, Tə-ha 20/69

[51] Əraf 7/120, Tə-ha 20/70.

[52] Əraf 7/121.

[53] Əraf 7/122.

[54] Əraf 7/123-124, Tə-ha 20/71

[55] Əraf 7/125, Tə-ha 20/72.

[56] Əraf 7/264, Tə-ha 20/73.

[57] “Təpəyə çıxar” deyə verilən məna “əsri (أَسْرِ)” əmri, “hər şeyin ən yüksəyi” mənasına gələn “sərah (سَرَاة) kökündən törəmişdir (Müfrədat). Qızıldəniz ilə Qahirə arasında yüksəkliyi 2000 metrəni keçən sıra dağlar vardır. Musa əleyhissəlama verilən əmr, İsrail oğullarını oraya çıxarması əmridir. Çünki o dağları aşmadan Qızıl dənizə çatmaq olmaz (Tə-ha 20/77, Duxan 44/23).

[58] Duxan 44/25

[59] Duxan 44/26-27.

[60] Əraf 7/137, İsra 17/104, Duhan 44/28.

[61] Yunus 10/90.

[62] Tə-ha 20/77.

[63] Bəqərə 2/50, Yunus 10/90, Duxan 44/24.

[64] Tə-ha 20/78.

[65] Saffat 37/115.

[66] Bəqərə 2/50, Əraf 7/136, Ənfal 8/54, İsra 17/103, Tə-ha 20/78, Zuxruf 43/5455, Zariyat 51/40.

[67] Şuəra 26/8.

[68] Şuəra 26/9.

[69] Ənam 6/74-81, Məryəm 19/41-50, Ənbiya 21/51-73, Ənkəbut 29/16-27.

[70] Ənam 6/74, Ənbiya 21/52, Saffat 37/85, Mümtahinə 60/4.

[71] Məkkə müşrikləri də bənzər ifadələr işlədiblər (Furqan 25/42, Sad 38/6).

[72] Məryəm 19/42.

[73] Ənbiya 21/53.

[74] Saffat 37/86.

[75] Ənbiya 21/54.

[76] Ənbiya 21/54, Zuxruf 43/26, Mümtəhinə 60/4.

[77] Zuxruf 43/27

[78] Ənam 6/14.

[79] Bəqərə 2/28, Hac 22/66, Rum 30/40, Casiyə 45/26.

[80] Tə-ha 20/82.

[81] İbrahim əleyhissəlam, yetkinlik çağına gələndə müşriklərlə mübahisəyə girişdi (Ənam 6/75-80). O zaman hələ Nəbi deyildi. Əgər Nəbi olsaydı Allah ona bir kitab və hikmət verəcəyinə görə, “mənə kitab və hikmət ver!” deyə, dua etməzdi.

[82] Məryəm 19/50.

[83] Tövbə 9/114, Məryəm 19/47, Mümtəhinə 60/4.

[84] Oxşar dua üçün bax: Ali İmran 3/194.

[85] Loğman 31/33, Mümtahinə 60/3, Məaric 70/11-14, Abəsə 80/33-37.

[86] Səbə 34/37, Kaf 50/33.

[87] Kaf 50/31, Təkvir 81/13.

[88] Kəhf 18/100, Naziat 79/36.

[89] Ənam 6/22, Nəhl 16/27, Qasas 28/62, 74, Mümin 40/73, Fussilət 41/47.

[90] Mümin 40/74, Fussilət 41/48.

[91] Saffat 37/25.

[92] Duxan 44/47, Kaf 50/24, Haqqa 69/30-31.

[93] İsra 17/63-64.

[94] Zümər 39/31.

[95] Müminun 23/106.

[96] Bəqərə 2/163.

[97] Əraf 7/38, Furqan 25/27-29, Əhzab 33/67, Səbə 34/31.

[98] Ənam 6/70, Əraf 7/53, Rum 30/13, Səcdə 32/4, Mümin 40/18

[99] Haqqa 69/35, Məaric 70/10.

[100] Ənam 6/27, İbrahim 14/44, Müminun 23/99-100, Səcdə 21/12, Əhzab 33/66, Fatır 35/36-37, Zümər 39/5859, Fəcr 89/24.

[101] Şuəra 26/8.

[102] Şuəra 26/9.

[103] “Elçilər” deyə məna verdiyimiz “mürsəlin (الْمُرْسَلِينَ) kəlməsi cəmdir. Allah o xalqa Nuh əleyhissəlamı göndərmiş, digər elçilər də Nuha göndərilən kitabı öz xalqlarına təbliğ edən möminlərdir (Furqan 25/37).

[104] Nuh qissəsi haqqında ətraflı məlumat üçün baxın: Əraf 7/59-64, Yunus 10/71-73, Hud 11/25-48, Muminun 23/23-30, Saffat 37/7582, Qəmər 54/9-16, Nuh 71/1-28.

[105] Nuh Əleyhissəlam kimi Hud Əleyhissəlam (Şuəra 26/124), Salih Əleyhissəlam (Şuəra 26/142), Lut Əleyhissəlam (Şuəra 26/161), Şuayb Əleyhissəlam (Şuəara 26/177) ve İlyas Əleyhissəlam (Saffat 37/124) da öz xalqlarını xəbərdar etmişdir..

[106] Əraf 7/61.

[107] Bu və əvvəlki ayədə, qeydsiz şərtsiz itaətin rəsula/elçiyə ediləcəyi başa düşülür. Çünki, elçi Allahın sözünü olduğu kimi çatdırmaqla mükəlləfdir (Maidə 5/99). Bu səbəblə, elçiyə itaət Allaha itaətdir (Nisa 4/80).

[108] Yunus 10/72, Hud 11/29.

[109] Şuəra 26/108.

[110] Hud 11/27.

[111] Ənam 6/52.

[112] Hud 11/29.

[113] Hud 11/25.

[114] Bu hədələmənin eynisi İbrahim Əleyhissəlam (Məryəm 19/46), Şuayb Əleyhissəlam (Hud 11/91), Əshabı Kəhf (Kəhf 18/20) və İsa əleyhissəlamın göndərdiyi ülçilə üçün də edilmişdir (Yasin 36/18).

[115] Qəmər 54/9.

[116] Müminun 23/26, Qəmər 54/10, Nuh 71/26.

[117] Ənbiya 21/76-77, Saffat 37/75-76.

[118] Əraf 7/64, Yunus 10/73, Ənbiya 21/77, Furqan 25/37, Saffat 37/82.

[119] Şuəra 26/8.

[120] Şuəra 26/9.

[121] Elçilərlə əlaqəli olaraq Şuəra 26/105-ci ayənin dipnotuna baxın.

[122] Hud qissəsi haqqında ətraflı məlumat üçün bax: Əraf 7/65-72,  Hud 11/5160, Fussilət 41/1516, Əhqaf 46/2125, Qəmər 54/1821, Zariyat 51/4142, Haqqa 69/68, Fəcr 89/68.

[123] Hud Əleyhissəlam kimi, Nuh Əleyhissəlam (Şuəra 26/104), Salih Əleyhissəlam (Şuəra 26/142), Lut Əleyhissəlam (Şuəra 26/161), Şuayb Əleyhissəlam (Şuəara 26/177) ve İlyas Əleyhissəlam (Saffat 37/124) da öz xalqlarını xəbərdar etmişdir..

[124] Əraf 7/67, Hud 11/50, Şuəra 26/107, 143, 162, 178.

[125] Şuəra 26/108.

[126] Hud 11/51, Şuəra 26/109.

[127] Fəcr 89/6-8.

[128] Fussilət 41/15.

[129] Şuəra 26/108.

[130] Əraf 7/65.

[131] Ənam 6/143-144.

[132] Əhqaf 46/26.

[133] Əraf 7/69, Hud 11/52.

[134] Əhqaf 46/21.

[135] Hud 11/53.

[136] Əraf 7/66.

[137] Əraf 7/70, Əhqaf 46/22.

[138] Əraf 7/72, Hud 11/58, Fussilət 41/16, Əhqaf 46/2425, Qəmər 54/1820, Zariyat 51/4142, Haqqa 69/68.

[139] Şuəra 26/8.

[140] Şuəra 26/9.

[141] Elçilərlə əlaqəli olaraq Şuəra 26/105-ci ayənin dipnotuna baxın.

[142] Salih əleyhissəlamın qissəsi haqqında ətraflı məlumat üçün: Əraf 7/73-79, Hud 11/6168, Hicr 15/8084, Nəml 27/4553, Fussilət 41/1718, Zariyat 51/4345, Qəmər 54/2331, Haqqa 69/45, Şəms 91/1115.

[143] Daha əvvəl Nuh Əleyhissəlam (Şuəra 26/106), Salih Əleyhissəlam (Şuəra 26/142), Lut Əleyhissəlam (Şuəra 26/161), Şuayb Əleyhissəlam (Şuəara 26/177) ve İlyas Əleyhissəlam (Saffat 37/124) da öz xalqlarını xəbərdar etmişdir..

[144] Şuəra 26/107, 125, 162, 178.

[145] Şuəra 26/108.

[146] Şuəra 26/109.

[147] Əraf 7/74.

[148] Hicr 15/82, Fəcr 88/9.

[149] Şuəra 26/108.

[150] Nəml 27/48.

[151] Hud 11/62.

[152] Əraf 7/77, Qəmər 54/24.

[153] Şəhərin suyunu bir gün xalq bir gün də dəvə içirdi. Bir dəvənin, şəhərin bütün suyunu içə biləcək bir cüssəyə sahib olması, onun bir möcüzə olduğunu göstərirdi. Bu möcüzə, Salih əleyhissəlamın elçiliyinin bir əlaməti idi (Əraf 7/73, Qəmər 54/2728, Şəms 91/13).

[154] Hud 11/64.

[155] Əraf 7/77, Hud 11/65, İsra 17/59, Qəmər 54/29, Şəms 91/14.

[156] Əraf 7/78, Hud 11/6768, Hicr 15/83, Nəml 27/5152, Fussilət 41/17, Qəmər 54/31, Haqqa 69/5, Şəms 91/14.

[157] Şuəra 26/8.

[158] Şuəra 26/9

[159] Lut əleyhissəlama zövcəsi daxil, xalqından inanan olmamışdı. Təkcə qızları inanırdı. (Əraf 7/83, Hud 11/81, Hicr 15/59-60, Nəml 27/57, Ənkəbut 29/32-33).

[160] Lut əleyhissəlamın qissəsi haqqında ətraflı məlumat üçün: Əraf 7/8084, Hud 11/7783, Hicr 15/6177, Ənbiya 21/7475, Şuəra 26/160174, Nəml 27/5458, Ənkəbut 29/2835, Saffat 37/133138, Zariyat 51/3137, Qəmər 54/3340.

[161] Daha əvvəl Nuh Əleyhissəlam (Şuəra 26/106), Salih Əleyhissəlam (Şuəra 26/142), Lut Əleyhissəlam (Şuəra 26/161), Şuayb Əleyhissəlam (Şuəara 26/177) ve İlyas Əleyhissəlam (Saffat 37/124) da öz xalqlarını xəbərdar etmişdir..

[162] Şuəra 26/107, 125, 143, 178.

[163] Şuəra 26/108

[164] Şuəra 26/109.

[165] Əraf 7/81, Nəml 27/55, Ənkəbut 29/28.

[166] Əraf 7/82, Nəml 27/56, Ənkəbut 29/29.

[167] Hud 11/78, Ənbiya 21/74.

[168] Ənkəbut 29/30.

[169] Əraf 7/83, Hicr 15/59, Ənbiya 21/74, Ənkəbut 29/3233, Saffat 37/134.

[170] “Bədəninin qalıntısı qalacaq” deyə məna verdiyimiz kəlmə “ğabir (غابر)” dir. Ğabir, geridə qalmaq deməkdir (Lisanul Ərəb). Bu kəlmə təkcə Lut xalqı və Lutun arvadı barədə tam yeddi dəfə keçər. Onların hamısı, volkanik dağların patlaması nəticəsində lav külləri altında qalmışlar (Əraf 7/83-84, Hicr 15/60, Şuəra 26/171-174, Ənkəbut 29/3235, Saffat 37/135-138). Quranda volkanik patlama ilə həlak olan xalqdan digər biri “Əshabul-Fil”dir. Orada “ğabir” yerinə “içi yeyilib qalan qabıq kimi” ifadəsi işlədilmişdir (Fil 105/5).

[171] Əraf 7/83, Hicr 15/60, Hud 11/81, Nəml 27/57, Ənkəbut 29/32, Saffat 37/135.

[172] Saffat 37/136, Zariyat 51/3234, Qəmər 54/3839.

[173] Əraf 7/84, Hud 11/82, Hicr 15/74, Nəml 27/58.

[174] Şuəra 26/108

[175] Şuəra 26/109.

[176] Ərəb dilində bir-birinə girmiş sıx ağaclıqlar anlamına gələn Eykə (أَيْكَةِ ) (LisanuL əRƏB), Şüeyb əleyhissəlamın elçi göndərildiyi Mədyənin (Əraf 7/85) bir başqa adıdır. (Şuəra 26/176-189, Sad 38/13, Kaf 50/14). Şüeyb əleyhissəlam, onları tərəzidə aldatmamağa, insanların haqlarına girməməyə çağırmış və onlara bu günahları tərk etmələri üçün xəbərdarlıq etmişdi (Əraf 7/85-86; Hud 11/84-87). Ancaq onlar Şüeyb əleyhissəlama qulaq asmamış və nəticədə ilahi əzab, şiddətli zəlzələ və qorxunc bir gürültü ilə həlak edilmişlər (Əraf 7/85-92, Hud 11/84-95, Hicr 15/78-79, Ənkəbut 29/36-37)

[177] Elçilərlə əlaqəli Şuəra 26/105-ci ayənin dipnotuna baxın.

[178] Daha əvvəl Nuh Əleyhissəlam (Şuəra 26/106), Salih Əleyhissəlam (Şuəra 26/142), Lut Əleyhissəlam (Şuəra 26/161), Şuayb Əleyhissəlam (Şuəara 26/177) ve İlyas Əleyhissəlam (Saffat 37/124) da öz xalqlarını xəbərdar etmişdir..

[179] Şuəra 26/107, 125, 143, 162 .

[180] Şuəra 26/108

[181] Şuəra 26/109.

[182] Hud 11/84.

[183] Əraf 7/85.

[184] “İnsanların mallarını əksik verməyin!” əmri, səlahiyyətli orqanları və hər kəsi əhatə edər.

[185] Hud 11/85.

[186] Əraf 7/86-87, Ənkəbut 29/36.

[187] Şuəra 26/153.

[188] İsra 17/94.

[189] Muhəmməd əleyhissəlama da müşriklər bənzər şəkildə meydan oxumuşdular (İsra 17/92).

[190] Ali İmran 3/5.

[191] Əraf 7/91, Hud 11/94, Hicr 15/78-79, Ənkəbut 29/37.

[192] Şuəra 26/8.

[193] Şuəra 26/9.

[194] Tə-ha 20/4, Furkan 25/6, Səcdə 32/1-2, Yasin 36/5, Mümin 40/2, Casiyə 45/2, Haqqa 69/43.

[195] Bəqərə 2/97.

[196] Yusuf 12/2, Rad 13/37, Tə-ha 20/113, Zümər 39/28, Fussilət 41/3, Şura 42/7, Zuxruf 43/3.

[197] Zəburlar deyə məal verdiyimiz kəlmə əz-Zübür (الزُّبر ), ‘zəburun cəmidir. Hikmət dolu kitablar mənasına gəlir. Ali İmran 3/81-ci ayədə bütün nəbilərə kitab və hikmət verildiyi üçün bu ayədəki “Zubur” kəlməsi də hikmət dolu kitablar anlamına gəlir. Bu zəburlardan biri də Davud əleyhissəlama verilmişdir (Nisa 4/163, İsra 17/55). Ənbiya 21/105-ci ayədə buyurulduğu kimi, Davud əleyhissəlam daxil, bütün Nəbilərə verilən kitabların ümumi adı həmçinin Zəburdur.

[198] Əla 87/18-19.

[199] Nəhl 16/103, Fussilət 41/44.

[200] Quranın ərəbcə olması və əvvəlki kitabları ərəb dili ilə təsdiq edici olması qaçınılmaz bir haldır (Əhqaf 46/12). Çünki, o kitablar son Nəbinin İsma İsmayıl əleyhissəlamın nəslindən olacağını (Tövrat /Təsniyə 18:18-19, İncil /Elçilerin İşləri 3:21-23) və Məkkədən çıxacağını bildirir (Əraf 7/157-158, Tövrat /Təsniyə 18:18-19, Məzmurlar 84:5-6, 118:22-26; İncil /Matta 21:42-44). 

[201] Fussilet 41/52-53.

[202] Hicr 15/12.

[203] Ənam 6/25, 109, 111, Əraf 7/146, Yunus 10/97, Hicr 15/1315, Qəmər 54/2.

[204] Ölüm ilə yenidən diriliş arasında keçən zaman ani bir zamandır (Ənam 6/31, Əraf 7/187)

[205] Zümer 39/58.

[206] Yunus 10/50, Nahl 16/1, Saffat 37/176.

[207] Yunus 10/105.

[208] Nisa 4/165, Tövbə 9/115, İsra 17/115, Tə-ha 20/134, Şuəra 26/208, Qasas 28/59.

[209] Nisa 4/40, Hud 11/101-102.

[210] İnsanların və cinlərin yoldan çıxanına şeytan deyilir (Ənam 6/112). Quran hər hansı bir şeytanın sözü deyildir (Təkvir 81/25). Məkkəlilər, Muhəmməd əleyhissəlamın cinlərin təsirində qaldığını deyirdilər (Təkvir 81/22). Cinlər, birinci qat səmaya çıxarlar və dostluq etdiyi insanlara Mələyi Əladan xəbər gətirərdilər. Muhəmməd əleyhissəlam rəsul olduqdan sonra cinlər Mələyi Əlaya yaxınlaşdırılmadılar (Cin 72/6-9).

[211] Mələyi Əla, böyük mələklərin toplanma yeridir (Sad 38/69). Orası ulduzların olduğu qatdır. Quranın yazılı olduğu ana kita olan “Lövhi Məhfuz” da məhz bu qatdadır (Saffat 37/6-10, Vaqiə 56/75-78). Şeytanlar oraya yaxlaşdırılmaz (Hicr 15/17, Mülk 67/5).

[212] Yunus 10/106, Qasas 28/88.

[213] “Əşirət” kəlməsindən, insanın qohum-əqrabasını, çevrəsində yaşadığı insanlar qəsd edilir.

[214] Müddəssir 74/1-2.

[215] Hicr 15/88, Kəhf 18/28.

[216] Yunus 10/41, Hud 11/35, Qasas 28/55, Səbə 34/25, Şura 42/15.

[217] Nəml 27/79, Əhzab 33/3.

[218] Muhamməd 47/19.

[219] Ənam 6/13, 115, Yunus 10/65, Ənbiya 21/4.

[220] Şeytanlar, doğru yoldan çıxmış olan və üstəlik başqalarını da yoldan çıxarmaq üçün doğru yolun üstündə oturan insanlar və cinlərdir (Bəqərə 2/102, Ənam 6/71, 112, Əraf 7/30, Nas 114/16).

[221] Məryəm 19/83, Zuhruf 43/36-37.

[222] Casiyə 45/7.

[223] Casiyə 45/8-9.

[224] Şuəra, şairlər mənasına gəlir. Bunlar söz sənəti ilə məşğul olanlardır. Şeirlərin bir çoxu reallıqdan uzaq olduğu üçün insanları xam xəyallara düşürmə gücü var. Bu sənətdən pis məqsədlərlə istifadə edilməsi qınanır.

[225] Loğman 31/6.

[226] Saff 61/2-3.

[227] Nisa 4/148, Şura 42/39-41.