Müsəlmanlar

Yusifin köynəyi, Yaqubun gözü.

Yusifin köynəyi, Yaqubun gözü.

 

Qurana görə; Yaqub əleyhissəlam, oğlu Yusifin həsrətindən görmə qabiliyyətini itirmişdi. Lakin, Yusifə qovuşacağını hiss etdiyi zaman və onun köynəyini alıb iylədiyi anda isə itirdiyi görmə qabiliyyətini yenidən qazanmışdır.[1]

İnsanların bir çoxu Yusif surəsindəki bu ayəyə əsaslanaraq, Yusif öz köynəyini Yaqub əleyhissəlamın gözlərinin açılmasına bir vəsilə olaraq göndərdiyini və bilavasitə təvəssül və təbərrükün haq olduğunu iddia etməkdədir.[2]

Görəsən belə bir şey doğrudurmu? Bunun üçün ilk əvvəl ayələri təqdim edək:

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا أَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ

“(Yaqub) onlardan üz döndərdi və: ‘Heyf Yusufdan!’– dedi. Kədərdən onun gözlərinə ağ düşdü. O, dərdini öz içində saxlayırdı.” (Yusif, 12/84.)

اذْهَبُوا بِقَمِيصِي هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ

“Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılacaq. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin.” (Yusif, 12/93.)

فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ

“Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri təkrar görməyə başladı və o dedi: ‘Məgər sizə deməmişdimmi ki, mən Allah’ın sayəsində sizin bilmədiklərinizi bilirəm?” (Yusif, 12/96.)

Görüldüyü kimi Yəqub əleyhissəlam, Yusifin üzüntüsündən ötrü gözü görməməyə başlayır. Gözlərinə ağ düşür. Amma müjdəçi tərəfindən gətirilən Yusifin köynəyi üzünə qoyulandan sonra gözləri təzədən açılmağa başlayır. Çünki oğlunun ətrini alanda ona təzədən qovuşacağını anlayır. Yəni, üzüntüsü qeyb olur. Yaşadığı bu böyük sevinclə də gözləri yenidən əvvəlki halına gəlir. Yəni görməyə başlayır.

Əlavə olaraq bunu da qeyd etməyi uyğun gördük: Əlbəttə ki, hər şeyə bir vəsiləylə nail oluruq, məsələn; müalicədə dərmanı, biliyə yiyələnməkdə oxumağı, kəsməkdə bıçağı və s. işlərin hər birini digərində bir vəsilə, vasitə edirik (Hal-hazırda yazdığım yazıda da kompyuteri vəsilə etmişəm). Bunların hamısı normal hallardır. Lakin, təriqətçilərin və əhli Şiənin iddia etdikləri kimi; bir insanın başqa birinə qeyri-adi bəşər-üstü ilahi güclə köməklik göstərməsi, vasitəçilik etməsi və buna bir müsəlmanın inanması dinimizcə qəbuledilməzdir.

Bəs Quranın xəbər verdiyi bu hal necə izah edilə bilər? Biz bir həkim olaraq bu vəziyyəti tibbi cəhətdən aydınlaşdırmağa çalışdıq:

Həqiqəti əlbəttə ki, Allah bilir. Eyni zamanda Yəqub əleyhissəlamın bu halı da tibbi cəhətdən izah edilməsi mümkündür. Çünki, onun bu vəziyyətinə bənzəyən həm də eynilə oxşar bir göz xəstəliyi var; “Santral Seröz Koriyoretinopati (SSKR).”

Bu göz xəstəliyi (SSKR), ümumilikdə kişilərdə görülür və çox vaxt da üzüntü/stres sonrasında ortaya çıxır. Belə bir xəstəlik, özünü ani başlayan bir bulanıq görməylə ortaya qoyur və çox vaxtı da öz-özünə düzəlməyə başlayır. Stres faktorunun ortadan qalxmasıyla gözün görmə fonksiyonu yenidən bərpa olur.

Görüldüyü üzrə bu vəziyyət, Yaqub əleyhissəlamın başına gələn hadisə ilə eynilə örtüşür. Amma bu xəstəliyin xarakterik olan bir başqa xüsusiyyəti daha vardır. Biz bu xüsusiyyətini –ayələrdəki ifadə üslubu səbəbiylə- kəşf edirik. Bununla da həm qənaətimiz güclənir həm də Quranın Allah kəlamı olduğunu bir daha şahid olmuş oluruq. Yəni, bir Quran möcüzəsi daha ortaya çıxmış olur. Belə ki;

Quran, korluğu/kor olmağı ifadə edən ayələrdə,[3] ümumiyyətlə أَعْمَى = ama” kəliməsini işlədir. Yəqub əleyhissəlamın görmə problemində isə bu kəlimə heç işlədilmir. Bunun yerinə lüğət anlamı “ağarmaq/ağ düşmək olan “وَابْيَضَّتْ = vebyaddat” ifadəsi işlədilir.[4] Bu ifadənin məcaz olduğunu da düşünmürük. Şünki, belə bir xəstəlik zamanı sözün həqiqi mənasında gözdə “ağarma/ağ düşmə meydana gəlir. Yəni, tam da ayədəki “vəbyaddat” sözüylə ifadə edilən hal yaranır. Şübhəsiz ki, bu bir Quran möcüzəsidir.

Demək ki, Yəqub əleyhissəlam, oğlu Yusifin köynəyini –bəzi qrupların ifadə etdikləri kimi- təvəssül/vəsilə qılmamış, əksinə, özünə çatan bu köynək sayəsində həsrətinin sona yetdiyini anlamış və hüzn səbəbiylə düçar olduğu bu xəstəlikdən xilas olmuşdur. Çünki, Yəqub nəbini SSKR xəstəliyinə düçar edən psikojenik faktör (stres/hüzn) ortadan qalxan kimi xəstəliyin şəfası spontan olaraq həyata keçdi. Bizdəki müasir müalicə üsulu da bu mərhələylə yəni, stres faktorunu ortadan qaldırmaqla aparılır.

İndi bu xəstəliklə əlaqədar tibbi məlumatları bir qədər də təfərrüatlandıraq və Yəqub əleyhissəlamın xəstəliyi ilə necə üst-üstə düşdüyünü birlikdə görək:

Santral Seröz Kortyoretinopati (SSKR)

SSKR, ümumiyyətlə psixososial stersdən sonra güclənən, bulanıq görməylə başlayan, əksəriyyətlə kişilərdə görülən və çox vaxt özbaşına düzələn bir göz xəstəliyidir.[5] Daha çox 25-55 yaşları arasında görülsə də bir az tez və ya gec yaşlarda da rast gəlmək olur.[6]

Bu xəstəlikdə gözün retina bölümündə meydana gələn bir yırtıq (dekolman) və bu yırtığa bağlı olaraq inkişaf edən seröz bir qabarma yaranır. Səbəbi ani başlayan bulanıq görmədir. Retinada meydana gələn bu yırtıq (seröz dekolman) əksər hallarda öz özünə düzəlir. Müalicə 3-4 ay içərisində düzəlməyən hallarda aparılır. Görmə yönündəki nəticələr (vizüel prognoz) ümumiyyətlə yaxşıdır.[7]

Bulanıq görmə və ağarma (Vəbyaddat)

SSKR xəstəliyini ilk kəşf edən və bu xəstəlik üzərinə 1866-cı ildə ilk rapor verən şəxs Albrecht von Graefe olmuşdur. Graefe, gözdəki bu bulanıqlığın incə bəyaz punktat lezyonlarla birlikdə olduğunu müşahidə etmiş və bu barədə rapor vermişdir.[8] Bu hal daha sonrakı çalışmalarda da bir çox mütəxəsis tərəfindən təsdiqlənmişdir. Bəzi mütəxəsislər də SSKR hallarının başlanğıcında görülən bu bəyaz nöqtələrin bir neçə həftə sonra –retinanın arxasına- düzənsiz sarı-bəyaz granülər depozitlər halına gəldiyini, bunların yaxşı prognoz işarəti olduğunu, çünki bunun xronolojik xəstəlikdə görülmədiyini, bunların aktiv xəstəlik müddətinin bitmə işarəti olduğunu düşünməkdədir.[9] Müasir müşahidələr də SSKR dəki BƏYAZ nöqtələri təsdiq etməkdədir.[10]

 SSKR-də Müaicə

SSKR, yuxarıda da ifadə etdiyimiz kimi 3-4 ay içərisində öz özünə sağalan xəstəlikdir.[11] Müalicəsinə, sağalmanın görülmədiyi zamanlarında başlanılır. Amma yenə də bu kimi xəstəliklərdə ilk olaraq konervatif üsullar tətbiq edilr. Bu məqsədlə xəstə üzərində stres səviyyəsinin azaldılması, əgər kafein və ya spirtli içkilər qəbul edirsə, bu kimi zərərli maddələrədən uzaqlaşdırılması kimi tədbirlər görülür. Belə tədbirlər xəstələr tərəfindən qəbul edildiyi təqdirdə, retina dekolman hallarının hardasa 90% – i 1,5 ay içərisində düzəldiyini görürük.[12] Sağalma olmayan hallarda isə digər müalicə üsulları tətbiq edilir. Bir çox hallarda görmə səviyyəsi 20/25 və ya daha yaxşı olur. Ciddi görmə itkisi halları təkcə 5%- ində görülür.[13]

Dəyərləndirmə və Nəticə

Psixoloji stres ilə SSKR arasında yaxın bir əlaqənin olduğunu göstərən bu məlumatlar, Yəqub əleyhissəlamın düçar olduğu göz xəstəliyinin Santral Seröz Koriyoretinopati xəstəliyi olduğunu düşündürməkdədir. Yəqub nəbidəki görmə probleminin VEBYADDAT (ağarma/ağ düşmə) ilə ifadə edilməsi və bu problemin aldığı müjdəli xəbər nəticəsində yox olması da bu qənaətimizi gücləndirməkdə və elmi tədqiqatların daha keçən əsrdə kəşf etdiyi bir xəstəliyi ta o dövrdə xəbər verməsi, Allahın kitabının möcüzəsini bir daha ortaya qoymaqdadır.

Ən doğrusunu isə Allah bilir!

Müəllif: Dr. Zəki Bayraktar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Yusif, 12/83-96.

[2] Təbatabai, əlaqəli ayənin Təfsiri; Əbu Bəkir Sifil, http://ehlisunnetinanci.com/2-hz-yakup-asin-gomlekle-teberruku

[3] 2/18,171,5/71,20/124,125,24/61,48/17,80/2 vd.

[4] Bax: Yusif, 12/84.

[5] Daruich AMatet ADirani A et al. Central serous chorioretinopathy: Recent findings and new physiopathology hypothesis. Prog Retin Eye Res. 2015 Sep;48:82-118. doi: 10.1016/j.preteyeres.2015.05.003. Epub 2015 May 27.

[6] Wang M, Munch IC. Central serous chorioretinopathy. Acta Opthalmol.2008;86:126-145.

[7] Tuncay FY, Gürelik G. Santral Seröz Koryoretinopati. Ret-Vit 2010;18:85-111.

[8] Von Graefe A. Ueber centrale recidivirente Retinitis. Alberecht von Graefes Arch Opthalmol. 1866;12:211-215.

[9] Perkins SL, Kim JE. Clinical characteristics of central serous chorioretinopathy.Opthalmology. 2002;109:262-266.

[10] Ahlers C, Geitzenauer W, Stock, G et al. Alterations of intraretinal layers in acute central serous chorioretinopathy. Acta Ophthalmol. Acta Ophthalmol. 2009 Aug;87(5):511-6. doi: 10.1111/j.1755-3768.2008.01468.x. Epub 2009 Jun 5

[11] Tuncay FY, Gürelik G. Santral Seröz Koryoretinopati. Ret-Vit 2010;18:85-111.

[12] Sharma T, Shah N. Visual outcome after discontinuation of corticosteroids in atypical severe central serous chorioretinopathy. Indian J Opthalmol. 2004;111:1708-1714.

[13] Klein ML, Van Buskirk EM, Friedman E. Experience with nontreatment of central serous choroidopathy. Arch Opthalmol.1974;91:247-250.