Ölüm hökmünün bərpa edilməsi nə dərəcədə doğrudur?
Müsəlmanlar > Cəzalar > Tədqiqatlar Tarix: 05 Haziran 2015 Tövsiyə et Çap et
Sual: Ölüm hökmünün bərpa edilməsi nə dərəcədə doğrudur?

Hər dövrün özünəməxsus faciələri olur. Çox vaxtı bu faciələr bir-birinə bənzər formada, müxtəlif yerlərdə təkrarlanır. Bunların bir çoxunu tez-tez eşitdiyimiz üçün adi hal kimi qəbul edir və qulaq ardına vurub keçirik. Bəziləri isə fitrətimizə o qədər tərs gəlir ki, bunları adi hal kimi qəbul etmək ya da qulaq ardına vurub keçmək olmur. (Ölkəmizdə 5 yaşlı qızın təcavüz edilib öldürülməsi kimi…) Bu cür cinayətlər, fitrətimizdə olan insanlıq duyğularını, “vicdan”, “namus”, “ədalət”, “haq-hüquq”, “qanun” və s. kimi məziyyətləri hərəkətə keçirməkdə və bizi çox rahatsız etməkdədir. Belə bir halda “intiqam”, “qisas”, “cəza” – kimi, fəryadı-fəğana səbəb məfhumları, maddələri səsləndirməyə başlayırıq. Bütün bu reflekslər təbiidir. Biz də bu yazımızı qeyri təbii hadisələrə qarşı təbii bir nəticəni əldə etmək üçün qələmə aldıq.

Mövzumuzla əlaqədar məqaləmizi iki bölümə ayırdıq. Birinci bölümdə, ölüm hökmünü qaldırmanın xatalarına və ölüm hökmünü tətbiq etmənin sahəsini genişləndirərək edama dönüşdürmənin xatalarına təmas ediləcəkdir. İkinci bölümdə isə ölüm hökmünün yeganə şərtinin qisas olduğunu izah etməyə çalışacayıq.

  1. Ölüm hökmünün ləğvinin və edamın zərərləri

Əvvəlcə bunu qeyd etməliyik ki; ölkəmizdə qəbul edilib, tətbiq edilən qanun maddələrinin bir çoxu Roma hüququndan (!) və avropanın yeni dünya görüşündən alınmış maddələrdir. Bu maddələrin milli məclis tərəfindən yenidən gözdən keçirilib, milli mentaritetimizə və insan fitrətinə uyğunlaşdırılması lazımdır. Xüsusilə cəza hüququ ilə əlaqədar maddələrin bir çoxu  insan psixologiyasına, təlim-tərbiyyəsinə və cəmiyyətə mənfi təsir göstərməkdədir.

Bir çox ölkələr ölüm hökmünü qaldırmaqla ölkələrinin və özlərinin hümanist olduğunu göstərməyə çalışırlar. Halbuki onların belə bir qanun qəbul etmələri, cinayətlərin çoxalmasına və qeyri-adi hadisələrin artmasına səbəbiyyət verdiyini görməkdəyik. Bunun misalı kobud da olsa: “İti dişli canavara acıyıb, qoyunların yanına buraxmağa bənzəyir.”

Bəzi ölkələr də ölüm hökmünün sahəsini genişləndirərək, öz siyasi hakimiyyətlərini müdafiə etmək, gücləndirmək üçün tətbiq etməkdədir. Nəticədə minlərlə insanın qanı, öz hakimiyyətlərini gücləndirənlər üçün axıdılmaqdadır. Bunun həddən artıq tarixi nümunələri mövcuddur. Məsələn: Stalin öz ideolojiyasını müdafiə etmək və hakimiyyətini qorumaq üçün 100 minlərlə insanı qətl etmiş və milyonlarla insanı da sürgün etmişdir. Ərəb dünyası da ölüm cəzasını istismar edən ölkələr arasındadır. Bu ölkələrin diktatorları, keçmişlərindən bu gününə qədər hələ də öz siyasi məqsədləri, ideologiyaları uğruna qurbanlar verməkdə davam edirlər. Onların bu cür cəzaları qanunlaşdırmadakı ideoloji metodları, peyğəmbərimiz Muhamməd əleyhissəlam adına uydurduqları rivayətlərdir. Bunlardan biri belədir: “Məndən sonra başınıza hidayət və sünnəm üzərə olmayan idarəçilər gələcəkdir. Onların arasında qəlbləri  şeytanların qəlbi, bədənləri isə insan kimi şəxslər olacaqdır. Mən, ey Allahın rəsulu, əgər onların dövrünə qədər yaşasam nə edim deyə soruşdum: Dedi ki, əmrini eşit və itaət et! Əgər belinə vurulur və malın belə alınırsa, yenə də eşit və itaət et!”[1]

Bu cür qanunları və idarəçiləri olan bir dövlətdə elm və fəaliyyət sahibi insanların yaşaması çox çətindir. Təəssüf ki, daha çox dövlət idarəçilərinin istismar etdiyi belə cəzalara din və din xadimləri də alət edilməkdədir. Xüsusilə son günlərdə Misir diktatoru Sisinin verdiyi edam cəzaları, Əzhər üniversitetinin Şeyxinə təqdim edilməkdə və onun əli ilə qanuniləşdirilmək istənilməkdədir.

İndi isə, bir ölkədə və bir cəmiyyətdə ölümlə əlaqədar cinayətlərdə, veriləcək cəzanın ölçüsünün nə olduğunu izah etməyə çalışaq:

  1. Ölüm hökmündə edamla qisasın fərqi

Ölüm hökmünü tələb edən maddələrin sayı hər ölkədə fərqli tətbiq oluna bilər. Bəzi ölkələr bu hökmün sahəsini o qədər genişləndiriblər ki, o ölkəyə getmək belə böyük bir risq tələb etməkdədir. Bu səbəblə ölüm hökmünü iki fərqli kategoriyada analiz etmək məcburiyyətindəyik. Əksi təqdirdə öz əlimizlə kəndiri boğazımıza keçirmiş olarıq. Çünki ölüm hökmünün bərpası üçün tələb edilən edam cəzası, bir çox səbəb və maddələri ehtiva etməkdə və qədimdən bəri diktatorların xeyrinə işləməkdədir. Ancaq qisas cəzası, bir tək səbəbi və maddəsi olan və ancaq zərərçəkənlərin xeyrinə çalışan bir vasitədir. Əgər ölüm hökmünün sahəsini geniş tutan edam cəzası qisasla məhdudlaşdırılmazsa, idarəçilər tərəfindən istismar edilər və qarşısında duran hər şeyi yox etməyə çalışar. Edam, yuxarıda verdiyimiz nümunələrdə olduğu kimi, cinayətlə cəza bərabərliyini gözə almadan, bir çox siyasi və idari işlər səbəbilə alınan qərarları əhatə etməkdədir.[2] Bu səbəblə biz, edam cəzası ilə Quranda ifadə edilən qisası bir-birindən ayırd etməliyik.

Qisas, Qurani-Kərimdə qəsdən adam öldürənə tətbiq edilən cəzanın adıdır.  Bu barədə Allah belə buyurur:

“Ey iman gətirənlər! Adam öldürmə hadisələrində qisas sizə vacib edildi”. (Bəqərə, 2/178)

Qisas eyni zamanda insan təhlükəsizliyinin təminatıdır:

“Ey möhkəm duruşlu şəxslər[3] (ağıl sahibləri)! Qisasda sizin üçün həyat vardır! Bəlkə, qorunasınız”. (Bəqərə, 2/179)

Qisasda, edamdan fərqli olaraq, cinayət və cəzanın arasında bərabərlik şərti vardır. Bir də Quranda belə bir cinayəti törədən şəxsin mütləq öldürülməsi yəni, qatilin qisas edilməsi şərti də yoxdur. Əgər öldürülənin ailəsindən biri əfv edərsə, artıq qisas cəzası qatilə tətbiq edilə bilməz. Quranda bu barədə belə deyilir:

“Allahın toxunulmaz etdiyi insanı haqlı bir səbəb olmadan öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur”. (İsra, 17/33)

Qatili bağışlamaq səlahiyyəti tamamilə öldürülən şəxsin ailəsinə verilir. Çünki zərər və müsibət onlara dəymişdir. İstədikləri zaman bu müsibətin acısını qisas yolu ilə ondan çıxarırlar, istədikləri təqdirdə də əfv edib, çəkdikləri zərəri qatilə ödətdirirlər. (Bütün bunlar əlbəttə isbat edildikdən sonra dövlət və cəmiyyət nəzarətində aparılır.) Beləliklə öldürülən şəxsin yaxınları onlara verilən bu haq-hüquq sayəsində həm maddi həm də mənəvi təskinlik tapmış olurlar. Əlbəttə ölüm cinayətləri qisasla tamamilə ortadan qaldırılacaq deyə bir şey iddia etmirik. Ancaq qeyri-adi (5 yaşlı qıza təcavuz edilib, öldürülməsi kimi) cinayətlərə təşəbbüs edənlərə tətbiq ediləcək qisas heç olmazsa, yaxınlarının qəlbinə düşən atəşi az da olsa söndürmüş olar və eyni zamanda həm qatil üçün həm də digər bəd niyyətli insanlar üçün bir dərs verilmiş olar.

Nəticə etibarilə, ölüm cəzası İslamda ancaq qəsdən adam öldürmə cinayəti işləyənə tətbiq edilir. Bunun da səlahiyyəti ancaq öldürülən şəxsin yaxınlarına verilir. Onlar da əgər istəyirlərsə qisas tətbiq edərlər,  istəyirlərsə də əfv edib, qatilə kəfarət ödətdirirlər.[4] Yoxsa günümüzdə tətbiq edilən və adına mədəni (!) qanun deyilən qanun maddələrində, qatil tamamilə qövlətin zəmanəti altına alınır və işlədiyi cinayətə görə həbs cəzası görür. Bir növ həbsxanada bəslənilir. Həm dövlət öz bütcəsindən həm də öldürülən şəxsin yaxınlarının vergisindən bu qatilə pay ayrılır. Belə bir hal, həm dövlət hüquqlarının qorunmasına, həm demokratiyaya, həm də ailə haqlarına xələl gətirməkdədir. Xüsusilə bütün bunlar, Allah Təalanın bütün bəşəriyyətə lütf etdiyi beynəlxalq ədalətin göz ardı edilib, uydurulan kapitalist qanun maddələrinin, adı müsəlman ölkələrində tətbiq edəlməsinə yol açmaqdadır. Bir müsəlman olaraq bu bizi rahatsız etməkdə və inşallah tezliklə dövlətimiz tərəfindən bu maddələrin gözdən keçirilməsini təmənni etməkdəyik.

Müəllif: Aydın Mülayim.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Sahihi Müslim, “Kitabul-İmara”, bab: 31, 12/238.

[2] Ətraflı məlumat üçün bax: Suad Ərdoğan, Suç və Cəza Uyğunluğu.

[3] Cövhəri, əs-Sihah, l-b-b bəndi, 1-ci cild, s. 216

[4] Adam öldürmədə ödəniləcək kəfarət miqdarı 100 dəvə qiyməti üzərindən hesablanır.

Facebook'ta PaylaşTwitter'da Paylaş

Etiketlər:

1.242 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 5.800 dəfə oxundu
2 Etikaf 23.06.09 4.554 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 11.578 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.394 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.297 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.240 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.063 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 15.846 dəfə oxundu
9 Qadınların şahidliyi 14.05.09 2.648 dəfə oxundu
10 Quran və müsəlmanlar 29.01.10 4.408 dəfə oxundu
11 Dua 25.11.10 6.406 dəfə oxundu
12 Kəramət nə deməkdir? 15.02.11 3.365 dəfə oxundu
13 Qadınların sünnəti 15.07.12 12.599 dəfə oxundu
14 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 1.793 dəfə oxundu
15 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.473 dəfə oxundu
16 Dəlillərlə Cümə namazı 12.02.10 5.579 dəfə oxundu
17 Donuz əti və ziyanları 08.12.10 5.253 dəfə oxundu
18 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 4.615 dəfə oxundu
19 Əsl kafir kimdir? 21.07.12 8.150 dəfə oxundu
20 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.879 dəfə oxundu
21 Hicabı qadağan edənlər 14.05.09 3.173 dəfə oxundu
22 İnsan cəsədi və avtopsiya 05.02.10 3.343 dəfə oxundu
23 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.403 dəfə oxundu
24 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.321 dəfə oxundu
25 Ölüm hökmünün bərpa edilməsi nə dərəcədə doğrudur? 05.06.15 1.242 dəfə oxundu
26 Nişanlıların kəbini 14.05.09 10.106 dəfə oxundu
27 Qadınlar və Cümə namazı 26.03.10 6.202 dəfə oxundu
28 Şirk və küfr 14.07.11 3.152 dəfə oxundu
29 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 2.833 dəfə oxundu
30 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 1.780 dəfə oxundu
31 Münafiqlərin korluğu 10.04.10 1.902 dəfə oxundu
32 Valideyndən xəbərsiz kəbin 29.06.09 8.850 dəfə oxundu
33 Quranda əşyaların dili 04.07.11 13.939 dəfə oxundu
34 Mutəvatir hədis 28.09.12 1.734 dəfə oxundu
35 Vəsilə nədir? 27.05.16 1.546 dəfə oxundu
36 Nikaha nəzarət 14.05.09 6.306 dəfə oxundu
37 Ölüdən kömək gözləmək 28.03.10 3.566 dəfə oxundu
38 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 1.492 dəfə oxundu
39 Hikmət 09.01.16 2.959 dəfə oxundu
40 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 1.407 dəfə oxundu
41 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.307 dəfə oxundu
42 Faiz 29.03.10 4.035 dəfə oxundu
43 Quranı öyrənmənin üsulu 16.12.15 3.997 dəfə oxundu
44 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 842 dəfə oxundu
45 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.370 dəfə oxundu
46 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.319 dəfə oxundu
47 Namazları cəm etmək 08.04.10 5.993 dəfə oxundu
48 QÜTBÜ ƏZƏM 24.03.14 2.324 dəfə oxundu
49 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.169 dəfə oxundu
50 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 841 dəfə oxundu
51 Quranda və sünnədə namaz vaxtları 11.09.14 4.774 dəfə oxundu
52 Vərdişlər 10.04.10 2.454 dəfə oxundu
53 Seyyidlər kimlərdir? 16.10.11 6.471 dəfə oxundu
54 Qəza-qədər məsələsi 24.02.13 3.700 dəfə oxundu
55 Qadınların döyülməsi 29.03.17 464 dəfə oxundu
56 İnsan peyğəmbər 06.07.09 3.517 dəfə oxundu
57 Allah, insan və xələf-sələf 12.04.10 2.587 dəfə oxundu
58 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.612 dəfə oxundu
59 Mütə nikahı (siğə) 07.03.13 6.684 dəfə oxundu
60 Tağut 28.04.17 704 dəfə oxundu
61 Təsbeh 06.07.09 3.407 dəfə oxundu
62 Nəsx və daşqalaq cəzası 27.05.10 4.037 dəfə oxundu
63 Fitr sədəqəsi 20.06.09 3.506 dəfə oxundu
64 Kişinin seksuallığı 09.01.12 13.202 dəfə oxundu
65 Vəhy 12.04.13 1.675 dəfə oxundu
66 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.204 dəfə oxundu
67 Qəndil 30.06.09 7.267 dəfə oxundu
68 Qadının döyülməsi 07.06.10 8.985 dəfə oxundu
69 İsra və Merac 02.04.16 994 dəfə oxundu
70 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.227 dəfə oxundu
71 Ailənin adından bir qurban 26.02.10 3.373 dəfə oxundu
72 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 11.591 dəfə oxundu
73 Şəfaət 08.04.10 2.961 dəfə oxundu
74 Surroqat analıq 03.02.12 4.334 dəfə oxundu
75 Təvəssül 10.06.13 2.819 dəfə oxundu
76 Donuz dərisi 02.11.09 3.067 dəfə oxundu
77 Talaq: kişinin boşamaq hüququ 18.07.10 6.749 dəfə oxundu
78 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.249 dəfə oxundu
79 Piramida və şəbəkə marketinqi 24.02.12 2.368 dəfə oxundu
80 İslamda geyim ədəbi 05.06.13 3.022 dəfə oxundu
81 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.537 dəfə oxundu
82 Heyzli qadının ibadəti 24.02.10 27.668 dəfə oxundu
83 Oruc və orucun başlanğıcı 27.08.10 7.948 dəfə oxundu
84 İslamda falçılığa münasibət 27.11.10 7.169 dəfə oxundu
85 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.656 dəfə oxundu
86 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.099 dəfə oxundu
87 İftida: qadının boşanmaq hüququ 14.05.09 6.586 dəfə oxundu
88 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.341 dəfə oxundu
89 Zikrin fəzilət və faydaları 26.11.10 4.120 dəfə oxundu
90 Şəfaət inancı 08.02.11 2.751 dəfə oxundu
91 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.754 dəfə oxundu
92 Uşaqların evləndirilməsi 26.01.15 2.693 dəfə oxundu