Qurana və ənənəyə görə dindən dönmənin cəzası
Müsəlmanlar > Tədqiqatlar Tarix: 03 Aralık 2014 Tövsiyə et Çap et

Qurana və ənənəyə görə dindən dönmənin cəzası

1. Giriş

Şəriətdə ardıcıllıq vardır. Muhəmməd əleyhissəlam ilk peyğəmbər deyildir.[1] Ona nazil olanlar daha əvvəlkilərə də nazil olanlardır.[2] Bütün ilahi kitablar özündən əvvəlkiləri təsdiq edir. Quran da əvvəlki ilahi kitabları təsdiq etdiyini ifadə edir.[3] Allahın elçisi, haqqında vəhy nazil olmayan mövzularda əvvəlki şəriətlərə görə hökm vermək və tətbiq etməklə əmr olunmuşdur.[4] Quran özündən əvvəlki kitabların böyük bir qismini misliylə, bir qismini də daha xeyirlisi ilə nəsx etmişdir.[5] Bir ayə insanlar üçün daha xeyirli olan bir başqa ayə ilə nəsx ediləndə əvvəlki tətbiqatlar ortadan qalxır. Məsələn, Allahın elçisi, özünə mövzuyla əlaqədar bir vəhy endirilmədiyi üçün, zina günahını işləyənlərə Tövrat və İncilə uyğun olaraq bir müddət rəcim cəzasını tətbiq etmişdir. Quranın mövzuyla əlaqədar hökmü gəlincə köhnə hökm qalxmış və yeni hökm icra edilməyə başlanmışdır. Dindən dönənin cəzası mövzusunda da oxşar bir vəziyyət olduğu qənaətindəyik. Tövrat və İncildə mövzunun ələ alınması, Allahın elçisindən nəql edilən bəzi rivayətlər və Quranın məsələyə baxışı bu mövzudakı qənaətimizi gücləndirmkdədir.

2. Ənənəyə görə dindən dönənin cəzası

Fıkıhda insanın İslam dinindən dönməsinə irtidad, dindən dönənə də mürtəd deyilir. Ənənədə irtidad edən insanın öldürülməsi gərəkdiyi xüsusunda ittifaq vardır. Hənəfilər, irtidad edən qadını bundan istisna edərlər.[6] İrtidad edən şəxsə öldürülmədən qabaq tövbə etməsi təklif edilir. Bunun Hənəfilərə görə müstəhab, digərlərinə görə vacib olduğu deyilir.[7] Ənənəyə görə irtidad edən şəxs; ölür, öldürülür və ya ölkə xaricinə qaçarsa, sahib olduğu mallar mülkiyətindən çıxar. Borcları ödəndikdən sonra malları müsəlmanlar üçün qənimət sayılaraq beytul-mala təhvil verilir.[8] Hənəfilərin iki böyük imamına görə  dindən dönənin malı mirasçılarına verilir. İrtidad edən insanın nikahı pozulur, Şafiilərə görə isə irtidad edən şəxsin arvadı boşanmaq üçün iddə gözləməlidir. Ancaq ənənənin və icmanın əksinə, sadəcə Əbu Hənifə, dindən dönənlərin öldürülməsini doğru görməmişdir. (İbn Əbi Şeybə, Kitabul- İman, thk., Nasuriddin el-Əlbani, əl- Məktəbətul- İslami, Beyrut, 1983, 8/574.)

Ənənə, irtidad edənin öldürülməsinin kitab, sünnə və icma ilə əsaslandırmaya çalışmışdır. İndi bu dəlillərə qısaca göz gəzdirək:

a. Kitab dəlili

Bu iki ayə dindən dönənlərin öldürülməsinə dəlil olaraq alınmışdır.

قُلْ لِلْمُخَلَّف۪ينَ مِنَ الْاَعْرَابِ سَتُدْعَوْنَ اِلٰى قَوْمٍ اُوۨل۪ي بَاْسٍ شَد۪يدٍ تُقَاتِلُونَهُمْ اَوْ يُسْلِمُونَ فَاِنْ تُط۪يعُوا يُؤْتِكُمُ اللّٰهُ اَجْرًا حَسَنًا وَاِنْ تَتَوَلَّوْا كَمَا تَوَلَّيْتُمْ مِنْ قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا اَل۪يمًا

“Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcək­­siniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”. (Fetih 48/16)

Yuxarıdakı ayədə keçən “əv yüslimun =  اَوْ يُسْلِمُونَ= və ya Müsəlman olacaqlar” ifadəsindən yola çıxaraq, dindən dönənin öldürülməsinə hökm edilmişdir.[9]

يَسْـَٔلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ ف۪يهِ قُلْ قِتَالٌ ف۪يهِ كَب۪يرٌ وَصَدٌّ عَنْ سَب۪يلِ اللّٰهِ وَكُفْرٌ بِه۪ وَالْمَسْجِدِ الْحَرَامِ وَاِخْرَاجُ اَهْلِه۪ مِنْهُ اَكْبَرُ عِنْدَ اللّٰهِ وَالْفِتْنَةُ اَكْبَرُ مِنَ الْقَتْلِ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتّٰى يَرُدُّوكُمْ عَنْ د۪ينِكُمْ اِنِ اسْتَطَاعُوا وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ د۪ينِه۪ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَاُوۨلٰۤئِكَ حَبِطَتْ اَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْاٰخِرَةِ وَاُوۨلٰۤئِكَ اَصْحَابُ النَّارِ هُمْ ف۪يهَا خَالِدُونَ

“Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin (insanları) Allah yolundan sapdırmaq, Onu inkar etmək, (müsəlmanları) Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. (Kafirlər )bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.”

Bu ayə dindən dönənlərin öldürülməsinə bu şəkildə dəlil gətirilməkdədir: “Ayədə keçən “fəyəmut= فَيَمُتْ = və ölürsə” hərfinin başındakı “fa” hərfi təqibiyyədir. Bunun mənası, ölümün irtidadın arxasından birbaşa gəlməsidir. Bununla birlikdə hər kəs bilir ki, irtidad edən irtidad etdiyi üçün anında ölməz. O halda təqibiyyə mənası yəni, ölümün irtidadın o anda gəlməsi, ancaq şəri bir cəza olaraq irtidad səbəbiylə cəzalandırılmaları yoluyla olur. Beləliklə ayə, mürtədin öldürülməsinin vacibliyinə dəlil olur.”[10]

b. Sünnə dəlili

من بدل دينه فاقتلوه‏

“Kim dinini dəyişdirərsə onu öldürün”[11]

روى البخاري وغيره عَنْ عِكْرِمَةَ قَالَ : { أُتِيَ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ بِزَنَادِقَةٍ فَأَحْرَقَهُمْ ، فَبَلَغَ ذَلِكَ ابْنَ عَبَّاسٍ ، فَقَالَ : لَوْ كُنْت أَنَا لَمْ أَحْرِقْهُمْ لِنَهْيِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَا تُعَذِّبُوا بِعَذَابِ اللَّهِ ، وَلَقَتَلْتهمْ لِقَوْلِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ بَدَّلَ دِينَهُ فَاقْتُلُوهُ } .رَوَاهُ الْجَمَاعَةُ إلَّا مُسْلِمًا ، وَلَيْسَ لِابْنِ مَاجَهْ فِيهِ سِوَى : { مَنْ بَدَّلَ دِينَهُ فَاقْتُلُوهُ }

Buxari və digərlərinin İkrimədən aldıqları rivayətə görə, xəlifə Əli əleyhissəlama zındıqlar gətirildi və o da onları yandırdı. İbn Abbas vəziyətdən xəbərdar olduqda belə dedi: “Mən olsaydım onları yandırmazdım. Çünki rəsulullah bunu qadağan etdi və belə dedi: “Allahın əzabıyla cəzalandırmayın. Mən olsaydım onları öldürərdim. Rəsulullah belə demişdir: “Dinindən dönəni öldürün.”[12]

لا يحل دم امرئ مسلم إلا بإحدى ثلاث: الثيب الزاني، والنفس بالنفس، والتارك لدينهالمفارق للجماعة

“Müsəlman bir insanın öldürülməsi halal deyildir. Ancaq zina edən seyyib[13], cana qarşı can və dinini tərk edib camaatdan ayrılan xaric”[14]

أيما رجل ارتد عن الإسلام فادعه فإن عاد وإلا فاضرب عنقه وأيما امرأة ارتدت عن الإسلام فادعها فأن عادت وإلا فاضرب عنقها

“Hər hansı bir kişi İslam dinindən dönərsə onu İslama dəvət et. Təkrar müsəlman olarsa oldu, olmazsa boynunu vur. Hər hansı bir qadın İslam dinindən dönərsə onu İslama dəvər et. Təkrar müsəlman olarsa oldu, olmazsa boynunu vur.”[15]

c. İcma dəlili

Mürtədin öldürülməsi xüsusunda icma vardır deyirlər.[16]

3. Tövrat və İncildə dindən dönənin cəzası

a. Tövratda dindən dönənin cəzası

Təsniyə, bab 13

1. “Doğma qardaşın, oğlun, qızın, sevdiyin arvadın ya da ən yaxın dostun səni gizlicə qandıraraq, sənin və atalarının əvvəlcədən bilmədiyiniz, dünyanın bir ucundan o bir ucuna qədər uzaqda, yaxında, çevrənizdə yaşayan xalqların ilahları üçün, “Gəlin gedək bu ilahlara ibadət edək deyərsə, ona uymayacaq, ona qulaq asmayacaqsınız. Ona acımayacaq, iltifat göstərməyəcək, onu qorumayacaqsınız.

2. Onu mütləq öldürəcəksiniz. Onu əvvəl sən, sonra bütün xalq daşa tutsun. Onu daşlayaraq öldürün. Çünki Misirdən qul olduğunuz ölkədən sizi çıxaran Tanrınız Rəbbdən sizi azdırmağa çalışdı. Beləliklə bütün İsrail bunu eşidib qorxacaq. Bir daha aranızda buna bənzər pis bir şey etməyəcəklər.”

b. İncildə dindən dönənin cəzası

Pavlusun İbranilərə məktubu 10-cu bölüm

 Yuhanna bab 15

1. “Musanın yasasını heçə sayan bir kimsə iki ya da üç şahidin sözü üzərinə acımasız   şəkildə öldürülür.

2. Bir kimsə məndə qalmazsa, çomaq kimi çölə atılıb quruyar. Belələrini toplayıb, atəşə atıb yandırarlar.”

4. Qurana görə dindən dönənin cəzası

Quranda irtidad kəliməsi fel halında səkkiz yerdə keçir. Bunların dördü müxtəlif kəlimələrlə birlikdə təzədən görməyə başlamaq[17], izi təqib edərək geri dönmək[18], göz qırpmaq[19] kimi mənalara gəlir. Mövzumuzla əlaqəli olaraq isə, ikisi “dübür” kəliməsiylə birlikdə arxasını dönmək,[20] ikisi də “din” kəliməsiylə birlikdə dindən dönmək[21] mənasına gələn terminlərdir.

Bu ayələri incələmədən əvvəl, Tövrat və İncildə keçən dindən dönənin öldürülməsinə dair Qurandakı izinə baxmaq istəyirik:

وَاِذْ قَالَ مُوسٰى لِقَوْمِه۪ يَا قَوْمِ اِنَّكُمْ ظَلَمْتُمْ اَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوۤا اِلٰى بَارِئِكُمْ فَاقْتُلُوۤا اَنْفُسَكُمْ ذٰلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ اِنَّهُ هُوَ التَّوَّابُ الرَّح۪يمُ

“O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.” (Bəqərə 2/54)

İsrail oğulları Musanın rəhbərliyində bir çox çətinliklərdən xilas oldular. Bu onlara Allahın böyük bir lütfü idi. Onlara olan bu böyük lütfün qarşılığı olaraq dinlərindən dönmələrinin də cəzası böyük olmalıdır. Bu cəza Tövrat və İncildə verilən və Quranda da təsdiq edilən ölüm cəzasıdır. Quranı Kərimdəki bu ayə isə bu hökmün bizdən qaldırıldığını göstərməkdədir:

وَلَوْ اَنَّا كَتَبْنَا عَلَيْهِمْ اَنِ اقْتُلُوۤا اَنْفُسَكُمْ اَوِ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ اِلَّا قَل۪يلٌ مِنْهُمْ وَلَوْ اَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِه۪ لَكَانَ خَيْرًا لَهُمْ وَاَشَدَّ تَثْب۪يتًا

“Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– (deyə) buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisə 4/66)

Bu hökmün qaldığıldığına dair bir çox ayə vardır. Dindən dönənlərlə əlaqədar olaraq Quranda keçən ayələrdən biri də budur:

يَاۤ اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ د۪ينِه۪ فَسَوْفَ يَاْتِي اللّٰهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۤ اَذِلَّةٍ عَلَى الْمُؤْمِن۪ينَ اَعِزَّةٍ عَلَى الْكَافِر۪ينَ يُجَاهِدُونَ ف۪ي سَب۪يلِ اللّٰهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَاۤئِمٍ ذٰلِكَ فَضْلُ اللّٰهِ يُؤْت۪يهِ مَنْ يَشَاۤءُ وَاللّٰهُ وَاسِعٌ عَل۪يمٌ

“Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sev-diyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) əhatə edəndir, Biləndir. (Maidə 5/54)

Yəni, insanlar dinlərindən dönmələri öz seçimlərinə bağlıdır. Bu dünyada öz seçimləri ilə yaşayır və bir gün də ölürlər. Hesabları axirətə qalır. Onların ardından Allahın qoyduğu qaydalara görə onlardan daha xeyrili olanlar gəlir.

Mikatil b. Süleymanın (ö. 150/767) bildirdiyinə görə müsəlmanlardan 12 nəfər kafir olmuş, sərbəst bir şəkildə Mədinədən çıxmış, Məkkə yolunu tutmuş və gəlib Məkkə kafirlərinə qatılmışdılar. Sonra onların içindən Haris b. Süveyd peşman olub geri döndü və qardaşı Cülasa xəbər göndərdi: “Mən tövbə edərək geri döndüm, Peyğəmbərdən öyrən görək, tövbəyə haqqım varmı, yoxsa Şama gedəcəm”- dedi. Cülas vəziyyəti Allahın elçisinə bildirdi amma cavab ala bilmədi. Sonra bu ayələr endi:[22]

كَيْفَ يَهْدِي اللّٰهُ قَوْمًا كَفَرُوا بَعْدَ ا۪يمَانِهِمْ وَشَهِدُوۤا اَنَّ الرَّسُولَ حَقٌّ وَجَاۤءَهُمُ الْبَيِّنَاتُ وَاللّٰهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِم۪ينَ  اُوۨلٰۤئِكَ جَزَاۤؤُۨهُمْ اَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّٰهِ وَالْمَلٰۤئِكَةِ وَالنَّاسِ اَجْمَع۪ينَ  خَالِد۪ينَ ف۪يهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ  اِلَّا الَّذ۪ينَ تَابُوا مِنْ بَعْدِ ذٰلِكَ وَاَصْلَحُوا فَاِنَّ اللّٰهَ غَفُورٌ رَح۪يمٌ

“İman gətirdikdən, Elçinin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir. Onlar (bu lənətə) həmişəlik gömüləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. Yalnız bundan sonra tövbə edib (öz əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” (Əli İmran 3/86-89)

88-ci ayədə keçən “الْعَذَابُ = əl-əzab” kəliməsi, 87-ci ayədə keçən Allahın, mələklərin və bütün insanların lənətini göstərməkdədir. Kəlimənin başındakı “ال = əl” marifədir (bilinən) və əhd üçündür; 87-ci ayədəki mahuda işarət etməkdədir.

Tövbə surəsinin 74-cü ayətində dindən dönmə günahı işləyənlərlə əlaqəli əzab kəliməsi nekrə (bilinməyən) olaraq “عَذَابًا اَل۪يمًا = əzabən əlimən” şəklində ifadə etmişdir. Ayə belədir:

يَحْلِفُونَ بِاللّٰهِ مَا قَالُوا وَلَقَدْ قَالُوا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوا بَعْدَ اِسْلَامِهِمْ وَهَمُّوا بِمَا لَمْ يَنَالُوا وَمَا نَقَمُوۤا اِلَّاۤ اَنْ اَغْنٰيهُمُ اللّٰهُ وَرَسُولُهُ مِنْ فَضْلِه۪ فَاِنْ يَتُوبُوا يَكُ خَيْرًا لَهُمْ وَاِنْ يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللّٰهُ عَذَابًا اَل۪يمًا فِي الدُّنْيَا وَالْاٰخِرَةِ وَمَا لَهُمْ فِي الْاَرْضِ مِنْ وَلِيٍّ وَلَا نَص۪يرٍ

“Allaha and içirlər ki, (nala-yiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.” (Tövbə 9/74)

Ayədə keçən “فِي الدُّنْيَا وَالْاٰخِرَةِ” ifadəsi, bu əzabın dünyada və axirətdə olacağını göstərməkdədir. Əli İmran surəsində keçən və marifə olan “əl-əzab” isə o əzabın dünyadaki qismini bildirir. 88-ci ayədəki خَالِد۪ينَ ف۪يهَا  ifadəsi onların həyatları boyu lənət içində qalacaqlarını göstərir. Çünki 89-cü ayədə onlara tanınan tövbə fürsəti əzabın sona çatma  ehtimalını göstərməkdədir ki, bu da əzabın dünyada olmasını tələb edir. Ayədə tövbədən sonra gələn islah ifadəsi isə, məzhəblərin dediyi kimi tövbə müddətinin bir neçə günü ərzindəki zamanı deyil, insanın öz halını düzəldib əvvəlki halına qayıtmasını ifadə etməkdədir. Çünki başı qarışan və bundan ötrü irtidad edən bir insanın özünü ələ alıb vəziyətini düzəltməsi ümumiyətlə çox vaxt alır.

Dindən dönüb kafir olana insanların tətbiq edəcəyi bir cəza yoxdur. Onun cəzası, Allahın, mələklərin və bütün insanların lənətidir. Dünyadakı lənət bu insanların təcrid edilməsi, iç işlərinə qarışdırılmamaları, bir çox imkanlardan məhrum edilmələri olaraq qəbul edilə bilir. Tövbə edən olarsa lənətdən xilas olur. Hökm bu olduğu halda məzhəblərin dindən dönənləri öldürmə mövzusunda ittifaq etmələrinin səbəbini siyasi təzyiqlərdə axtarmaq lazımdır.

Əli İmran surəsinin 90 və 91-ci ayələri belə davam etməkdədir:

اِنَّ الَّذ۪ينَ كَفَرُوا بَعْدَ ا۪يمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَنْ تُقْبَلَ تَوْبَتُهُمْ وَاُوۨلٰۤئِكَ هُمُ الضّاَۤلُّونَ  اِنَّ الَّذ۪ينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يُقْبَلَ مِنْ اَحَدِهِمْ مِلْءُ الْاَرْضِ ذَهَبًا وَلَوِ افْتَدٰى بِه۪ اُوۨلٰۤئِكَ لَهُمْ عَذَابٌ اَل۪يمٌ وَمَا لَهُمْ مِنْ نَاصِر۪ينَ

“İman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır. Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.”

Ayələrdə inandıqdan sonra kafirlik edən və küfrünü artıranlardan bəhs edilməkdədir. Bunlar tövbə etməyib o hal üzərə ölürlərsə aqibətləri cəhənnəm olacaqdır. Deməli, tövbə bu insanları xilas edəcəkdir. Ancaq tövbənin də bir vaxtı vardır. Vaxtı keçən tövbənin də təsiri olmayacağına dair ayə belədir:

وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذ۪ينَ يَعْمَلُونَ السَّيِّـَٔاتِ حَتّٰىۤ اِذَا حَضَرَ اَحَدَهُمُ الْمَوْتُ قَالَ اِنّ۪ي تُبْتُ الْـٰٔنَ وَلَا الَّذ۪ينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ اُوۨلٰۤئِكَ اَعْتَدْنَا لَهُمْ عَذَابًا اَل۪يمًا           

“Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.” (Nisə 4/18)

Firovunun tövbəsi də eyni səbəbdən qəbul edilməmişdi.[23]

Mikatıl b. Süleymandan gələn rivayətdə adı keçən Haris b. Süveydin irtidad etdikdən sonra öldürülmə qorxusu yaşamasının arxasında, o günki cəmiyyətdə dindən dönənlərin öldürüldüyünə dair məlumat və tətbiqatın olduğu ağla gələ bilər. Rivayət doğru isə, Rəsulullahın bir müddət cavab verməyib gözləməsi mövzuyla əlaqəli yeni bir hökmün gəlməməsi və əvvəlki hökmün davam etməsi ilə əlaqədar ola bilər.

Bir başqa ayə belədir:

يَسْـَٔلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ ف۪يهِ قُلْ قِتَالٌ ف۪يهِ كَب۪يرٌ وَصَدٌّ عَنْ سَب۪يلِ اللّٰهِ وَكُفْرٌ بِه۪ وَالْمَسْجِدِ الْحَرَامِ وَاِخْرَاجُ اَهْلِه۪ مِنْهُ اَكْبَرُ عِنْدَ اللّٰهِ وَالْفِتْنَةُ اَكْبَرُ مِنَ الْقَتْلِ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتّٰى يَرُدُّوكُمْ عَنْ د۪ينِكُمْ اِنِ اسْتَطَاعُوا وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ د۪ينِه۪ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَاُوۨلٰۤئِكَ حَبِطَتْ اَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْاٰخِرَةِ وَاُوۨلٰۤئِكَ اَصْحَابُ النَّارِ هُمْ ف۪يهَا خَالِدُونَ

“Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin (insanları) Allah yolundan sapdırmaq, Onu inkar etmək, (müsəlmanları) Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. (Kafirlər )bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.” (Bəqərə 2/217)

Ayədə İslam dinindən dönən və bu hal üzərə yəni kafir olaraq ölənin dünyada və Axirətdə əməllərinin boşa çıxacağı bildirilməkdədir. Ancaq insan elədiyi xətadan dönər, tövbə edər və halını düzəldirsə dünyadaki əməllərini və axirətini qurtarmış olar.

Ayədə keçən  “فَيَمُتْ = və ölürsə” ifadəsinin başındaki “fa” hərfi təqibiyyə deyildir. Bənzər bir ayə belədir:

هُوَ الَّذ۪ي خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَمِنْكُمْ مُؤْمِنٌ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ بَص۪يرٌ

“Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.” (Təğabün 64/2)

Əgər yuxarıdakı ayədə keçən “fa” təqibiyyə olsa, hər insanın doğulduğu anda mömin ya da kafir olması lazımdır ki, bu əqli cəhətdən mümkün deyildir.

Dindən dönmə mövzusu Quranda irtidad kəliməsindən əlavə başqa ifadələrlə də keçməkdədir:

“اَمْ تُر۪يدُونَ اَنْ تَسْـَٔلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسٰى مِنْ قَبْلُ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْا۪يمَانِ فَقَدْ ضَلَّ سَوَاۤءَ السَّب۪يلِ وَدَّ كَث۪يرٌ مِنْ اَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ ا۪يمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ اَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُوا وَاصْفَحُوا حَتّٰى يَاْتِيَ اللّٰهُ بِاَمْرِه۪ اِنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

“Yoxsa (bundan )əvvəl Musadan tələb olunduğu kimi siz də Peyğəmbərinizdən (möcüzə) tələb etmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır. Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, pa-xıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər (onları) bağışlayın və (onlara) baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir.” (Bəqərə 2/108-109)

5. Qurana görə din hürriyyəti

Quran insanlara din barəsində azadlıq vermişdir.[24] Dində məcburiyyət yoxdur.[25] Allahın elçiləri təbliğlə vəzifəlidirlər.[26] Xəbərdar edir, müjdələyir[27] və xatırladırlar[28] amma təzyiq göstərməzlər.[29] Allah elçisinə belə deyir:

“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.” (Qasas 28/56)

Uca Allah özü ilə əlaqədar olaraq bəndələrinin həddi aşması və təhqir etmələrinə baxmayaraq onlara həyat haqqı tanımaqda, hesabı axirətə buraxmaqdadır.[30] Quranda insanların tez-tez küfrə düşə biləcəkləri bildirilməkdə,[31] doğruları göstərərək və gözəl sözlə onların təzədən Allahın yoluna dəvət edilməsi əmr edilməkdədir.[32] Dünyadakı imtahan zərurəti olaraq əhli kitabdan və müşriklərdən təhqir edici sözlər eşidiləcəyi, bunlara səbr edib elm və hikmətlə cavab verilməsi və nəhayət “bizim əməllərimiz bizə sizin əməlləriniz sizə,” “sizin dininiz sizə mənim dinim mənə”– deyilməsi istənilir.[33] Quranın istədiyi nümunəvi bir cəmiyyətin meydana gələ bilməsi üçün etiqad hürriyyətinin olması, inanmayanların açıq şəkildə dilə gətirə bilmələri lazımdır. İnanc hürriyyətinin olmadığı bir cəmiyyətdə, insanların inandıq demələrinin mənası və dəyəri olmayacağı kimi bir də münafiqlərin çoxaldığı bir cəmiyyət meydana gələcəkdir. Nəticə olaraq, Quranın tövsiyə etdiyi iman, təzyiq ilə deyil, təfəkkür, təzəkkür və tam bir təminat nəticəsində meydana gələn imandır.[34]

Tövrat və İncildə də Qurandakı kimi din hürriyyətinin olduğu ehtimalını nəzərə alarsaq, dindən dönənlərin öldürülmələrinə dair hökmün, yer üzündə pozğunçuluq törətmənin qarşısını almaq məqsədiylə olduğunu deyə bilərik. Necə ki, Maidə surəsinin 32-ci ayəsində yer üzündə fəsad törətmək, öldürülmələrinin səbəbi olaraq görülməkdədir. Bir başqa yöndən baxarsaq, Tövratdakı bu hökmün, onlara verilən bir çox lütüf səbəbiylə İsrail oğullarına məxsus olduğu da ehtimal daxilindədir.

6. Nəticə

Tövrat və İncilə görə dindən dönənlər öldürülür. Allahın elçisi vəhy gəlməyən mövzularda əvvəlki şəriətlərə uymaqla əmr olunduğu üçün, müəyyən müddət dindən dönənlərin öldürülməsinə dair hökm vermişdir. Bu barədə rivayət edilən hədislər buna dəlil təşkil edir.  Ancaq daha sonra bu hökm Quran ilə nəsx edilmişdir. Ancaq ənənə bunu nəzərə almadan, rəcmdə olduğu kimi dindən dönənin öldürülməsi haqqında da əvvəlki şəriətlərin hökmünü davam etdirirlər. Bunun kökündə məsələlərə Quran mərkəzli baxmama ənənəsi yatır. Ənənəyə görə sünnə, müstəqil bir qaynaq qəbul edildiyi üçün, hədislər Quran əhatəsində dəyərləndirilməməkdə, Quranda yoxdur dedikləri bir çox şeylərin sünnəylə yerinə yetirildiyi qəbul edilməkdədir. Beləliklə Quran və sünnədə bir birindən fərqli iki hökmün olduğu, biri digərinin yerini əvəz edəcəyinə qənaət gətirirlər. Ənənədə Quran-sünnə bağı qopmuş, sünnə müstəqil bir qaynaq qəbul edilmiş, mürtədin öldürülməsində olduğu kimi bir çox məsələdə tarixi arxa plan göz ardı edilərək, Qurana tərs hökmlər çıxarmışlar. Bu hərəkət müsəlmanları ictimai birlikdən də uzaqlaşdırmışdır.

Müəllif: Fatih Orum

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 



[1]  Əhqaf, 46/9.

[2]  Şura, 42/13.

[3]  Əli-İmran, 3/2-3, 50.

[4]  Ənam, 6/90.

[5]  Bəqərə, 2/106.

[6]  Səraxsi, Əl-Məbsud, 10/98; Kəsani, Bədai, 7/134.

[7]  Meydani, əl-Lübab, 4/148; İbn Rüşd, Bidayətül-müctəhid, 2/448; Şirbinî, Muğnil-muhtac, 149 vd.;İbn Kudamə, əl-Muğni, 7/124.

[8]  Muğnil-muhtac, 149 vd.; Muğni, 7/124.

[9]  Sərahsi, əl-Məbsud, 10/98.

[10] İbn Aşur, ət-Tahrir vət-tənvir, 2/272.

[11] Buxari, Cihad 149; Əbu Davud, Hüdud 1; Tirmizi, Hüdud 25; Nəsai, Təhrim 14; İbn Macə, Hüdud 2; Əhməd b. Hənbəl, 1/2, 7, 28, 282.

[12] Buxari, İstibanə, 2.

[13] Evli və ya dul.

[14] Buxari, Diyət, 6; Müslim, Kəsamə, 6.

[15] Zeylai, Nəsbur-Rayə, 3/457.

[16] əl-Muğni, 10/72.

[17] Yüsif 12/96.

[18] Kəhf 18/64.

[19] İbrahim 14/43, Nəml 27/40.

[20] Maidə 5/21; Muhəmməd 47/25.

[21] Bəqərə 2/217.

[22] Təfsirul Mukatil b. Süleyman, Təhqiq: Əhməd Fərid, Beyrut 1424/2002, 1/180-181.

[23] Yunus 10/90-91.

[24] Kəhf 18/29.

[25] Bəqərə 2/256.

[26] Nəhl 16/35.

[27] Maidə 5/19.

[28] Gaşiyə 88/21.

[29] Gaşiyə 88/21-26.

[30] Əli İmran 3/181; Yasin 36/47; Məryəm 19/88.

[31] Nisə 4/137.

[32] Nəhl 16/125.

[33] Əli İmran 3/186; Kafirun 109/1.

[34] Ənam 6/149.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.736 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 5.998 dəfə oxundu
2 Etikaf 23.06.09 4.726 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 12.495 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.512 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.665 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.541 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.334 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 17.558 dəfə oxundu
9 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.410 dəfə oxundu
10 Faiz 29.03.10 4.165 dəfə oxundu
11 QÜTBÜ ƏZƏM 24.03.14 2.401 dəfə oxundu
12 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.238 dəfə oxundu
13 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.051 dəfə oxundu
14 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.383 dəfə oxundu
15 Namazları cəm etmək 08.04.10 6.319 dəfə oxundu
16 Seyyidlər kimlərdir? 16.10.11 6.960 dəfə oxundu
17 Qəza-qədər məsələsi 24.02.13 3.855 dəfə oxundu
18 Qadınların döyülməsi 29.03.17 839 dəfə oxundu
19 Quranda və sünnədə namaz vaxtları 11.09.14 5.278 dəfə oxundu
20 Vərdişlər 10.04.10 2.547 dəfə oxundu
21 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.736 dəfə oxundu
22 Mütə nikahı (siğə) 07.03.13 7.254 dəfə oxundu
23 Tağut 28.04.17 1.562 dəfə oxundu
24 İnsan peyğəmbər 06.07.09 3.641 dəfə oxundu
25 Allah, insan və xələf-sələf 12.04.10 2.703 dəfə oxundu
26 Kişinin seksuallığı 09.01.12 14.030 dəfə oxundu
27 Vəhy 12.04.13 1.749 dəfə oxundu
28 Təsbeh 06.07.09 3.541 dəfə oxundu
29 Nəsx və daşqalaq cəzası 27.05.10 4.238 dəfə oxundu
30 Fitr sədəqəsi 20.06.09 3.607 dəfə oxundu
31 İsra və Merac 02.04.16 1.096 dəfə oxundu
32 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.318 dəfə oxundu
33 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.293 dəfə oxundu
34 Qəndil 30.06.09 7.419 dəfə oxundu
35 Şəfaət 08.04.10 3.071 dəfə oxundu
36 Surroqat analıq 03.02.12 4.604 dəfə oxundu
37 Təvəssül 10.06.13 2.919 dəfə oxundu
38 Ailənin adından bir qurban 26.02.10 3.490 dəfə oxundu
39 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.099 dəfə oxundu
40 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.408 dəfə oxundu
41 Piramida və şəbəkə marketinqi 24.02.12 2.443 dəfə oxundu
42 İslamda geyim ədəbi 05.06.13 3.154 dəfə oxundu
43 Donuz dərisi 02.11.09 3.153 dəfə oxundu
44 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.092 dəfə oxundu
45 İslamda falçılığa münasibət 27.11.10 7.410 dəfə oxundu
46 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.799 dəfə oxundu
47 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.174 dəfə oxundu
48 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.748 dəfə oxundu
49 Heyzli qadının ibadəti 24.02.10 34.556 dəfə oxundu
50 Oruc və orucun başlanğıcı 27.08.10 8.657 dəfə oxundu
51 Şəfaət inancı 08.02.11 2.828 dəfə oxundu
52 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.821 dəfə oxundu
53 Uşaqların evləndirilməsi 26.01.15 2.841 dəfə oxundu
54 İftida: qadının boşanmaq hüququ 14.05.09 7.460 dəfə oxundu
55 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.415 dəfə oxundu
56 Zikrin fəzilət və faydaları 26.11.10 4.316 dəfə oxundu
57 Kəramət nə deməkdir? 15.02.11 3.498 dəfə oxundu
58 Qadınların sünnəti 15.07.12 12.897 dəfə oxundu
59 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 1.922 dəfə oxundu
60 Qadınların şahidliyi 14.05.09 2.760 dəfə oxundu
61 Quran və müsəlmanlar 29.01.10 4.498 dəfə oxundu
62 Dua 25.11.10 6.648 dəfə oxundu
63 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 4.952 dəfə oxundu
64 Əsl kafir kimdir? 21.07.12 8.535 dəfə oxundu
65 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.989 dəfə oxundu
66 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.604 dəfə oxundu
67 Dəlillərlə Cümə namazı 12.02.10 5.785 dəfə oxundu
68 Donuz əti və ziyanları 08.12.10 5.450 dəfə oxundu
69 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.466 dəfə oxundu
70 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.408 dəfə oxundu
71 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.345 dəfə oxundu
72 Hicabı qadağan edənlər 14.05.09 3.284 dəfə oxundu
73 İnsan cəsədi və avtopsiya 05.02.10 3.439 dəfə oxundu
74 Şirk və küfr 14.07.11 3.307 dəfə oxundu
75 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 2.963 dəfə oxundu
76 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 1.934 dəfə oxundu
77 Nişanlıların kəbini 14.05.09 10.576 dəfə oxundu
78 Qadınlar və Cümə namazı 26.03.10 6.435 dəfə oxundu
79 Quranda əşyaların dili 04.07.11 14.064 dəfə oxundu
80 Mutəvatir hədis 28.09.12 1.832 dəfə oxundu
81 Vəsilə nədir? 27.05.16 1.877 dəfə oxundu
82 Münafiqlərin korluğu 10.04.10 1.967 dəfə oxundu
83 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.258 dəfə oxundu
84 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 1.857 dəfə oxundu
85 Hikmət 09.01.16 3.452 dəfə oxundu
86 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 1.957 dəfə oxundu
87 Nikaha nəzarət 14.05.09 6.436 dəfə oxundu
88 Ölüdən kömək gözləmək 28.03.10 3.676 dəfə oxundu
89 Quranı öyrənmənin üsulu 16.12.15 4.247 dəfə oxundu
90 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 939 dəfə oxundu
91 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.663 dəfə oxundu