Quranda və sünnədə namaz vaxtları
Müsəlmanlar > Tədqiqatlar Tarix: 11 Eylül 2014 Tövsiyə et Çap et

Quranda və sünnədə namaz vaxtları

Müsəlmanlar yüz illərdir bu iki mühüm xətanı ənənəvi qaydada davam etdirirlər:

1. Həyatlarının ən mühüm sahələrində; elm, incəsənət, siyasət, mədəniyyət, iqtisadiyyat sahələrində Qurana yer verməmələri, xüsusilə də dini sahədə Quranın əksik olduğuna inanmaları.

2. Keçmişdəki üləmalarının, bütün dini məsələlərini düzgün qaydada həll etdiyinə inanaraq, onlara bağlılıqlarını davam etdirmələri və bu səbəblə Quran üzərində düşünməyi tərk etmələri.

Təəssüf ki, müsəlmanlar, Allahın kitabından uzaqlaşmada və xətalı ənənələrini davam etdirmədə əhli kitabı  çoxdan keçmişdir. Biz bu dediklərimizi isbat etmək üçün ilk əvvəl namazdan başlamayı uyğun gördük:

İslamın ən mühüm ibadət şərtlərindən biri olan namaz, müsəlmanlar tərəfindən kortəbii icra edilən və Quranın göstərdiyi vaxtlar içərisində yerinə yetirilməyən ibadətlərdəndir. Bunun səbəbi də yuxarıda göstərdiyimiz iki xətalı ənənənin, yəni baxış tərzinin müsəlmanlar üzərində hakim olmasıdır. Bu baxış tərzinə sahib olanlar belə deyirlər: “Quran namaz vaxtlarından bəhs etməz.”

Günümüzdəki müsəlmanlar namaz vaxtlarını, xüsusilə işa və sübh namazlarını Quranın, Peyğəmbərin, səhabənin, Sünni və Şiə məzhəb imamlarının heç birinin göstərdiyi və qıldıqları vaxtlarda qılmırlar.

Keçən əsrin xətası; Əhməd paşanın Osmanlı Rəsədxanasından ulduzları müşahidədə istifadə etdiyi vaxtları, müsəlmanların namaz vaxtlarına əsaslandırılaraq, “namaz təqvimi”– deyə bir təqvimin, İslam aləminə göndərilməsiylə başladı. Əslində isə, bu təqvim, astronomların ulduzları müşahidə təqvimindən başqa bir şey deyildi. Hazırda bütün İslam aləmi namaz vaxtlarını ulduzları müşahidə təqviminə əsasən qılırlar. Bu vaxtda qılınan işa namazının vaxtı keçmiş olur və sübh namazı da vaxtı hələ girməmiş olur. Qısacası, hər ikisi də təhəccüd vaxtı qılınmış olduğu üçün namazlar batil və Allahın əmri yerinə yetirilməmiş sayılır.

Bu girişdən sonra, Quranda bizə əmr edilən namazlardan və onların həqiqi vaxtlarından bəhs etmək istəyirik.

Allah Təala Nisə surəsi 103-cü ayəsində belə buyurur:

إِنَّ الصَّلاَةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا

“Biz namazları vaxtlarına görə müəyyən etdik.”

Bu vaxtlara və xüsusiylə namazların sayına, yəni 5 vaxt olduğuna, ümumi qaydada Hud surəsi 114-cü ayədə işarət edilməkdədir: وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ

Gündüzün iki bölümündə və gecənin gündüzə yaxın vaxtlarında  namaz qıl. Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, işin şüurunda olanlar üçün bir xatırlatmadır.” 

 “Gündüzün iki bölümündə”– sözündən qəsd edilən nədir? Ayəni daha yaxşı başa düşmək üçün (müsəlmanların çoxunun diqqət etmədiyi), gecə və gündüz bölümlərindən bəhs edək:

 

  Rəsmdən də görüldüyü kimi; Gecə və gündüzün hər biri üç bölümə ayrılır. Bunların ən uzun bölümlərində fərz namazı yoxdur. Gündüzün birinci bölümü günəşin doğmasıyla, təpə nöqtəsinə gəldiyi vaxtdır. İkinci bölüm, Günəşin meylindən ikindiyə, üçüncü ikindidən günəş batana qədərdir. Gecənin birinci bölümü günəşin batması və 18°dərəcəyə enib qaranlığın çökməsinə qədərdir. Bu vaxtda ulduzlar astronomlar tərəfindən açıq müşahidə edilmədiyindən buna “astronomik dan” deyilir.

 

Ayədə “Gündüzün iki bölümündə” ifadəsindən günorta və ikindi namazları; “və gecənin gündüzə yaxın vaxtlarında  namaz qıl.”- ifadəsindən də axşam, işa və sübh namazları olduğu rahat başa düşülür. Ərəbcə bilənlər bilir ki, ayədəki “gündüzə yaxın vaxtlar” mənasındakı زُلَفً kəliməsi cəmdir. Ərəbcədə də cəm ən az üç olur. Bu səbəblə gecə ən az üç dəfə namaz qılınır. Quranda gündüz iki və gecə də üç vaxt göstərildiyinə görə, bütün gün ərzində qılınan namazların sayı 5- dir. Peyğəmbərimiz və səhabə də özlərindən əvvəlki ümmətlərdə gördükəri və Qurandan da öyrəndikləri üzərə gündə 5 vaxt namaz qılırdılar.

Sübh namazı da gecə namazlarına daxildir və günün son namazıdır. Bunu İsra surəsinin 78-ci ayəsindən də başa düşürük:

أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

“Namazı, gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli )(vaxtlarda) və bir də fəcrin topalaşdığı ərəfədə qıl. Fəcrdəki topalaşma gözlə müşahidə edilir.”

 

Fəcr-i Sadiq

Bu ayədən, günün ilk namazının günorta, son namazının da sübh namazı olduğu bilinməkdədir.

Günün iki bölümündə qılınan günorta və ikindi namazlarının vaxtlarını və qılınış qaydasını eyni zamanda peyğəmbərimiz də bilməyənlərə öyrətmişdir. Ancaq peyğəmbərin bunu öyrətməsi namazın vaxtlarının və qılınma qaydasının Quranda olmadığı mənasına gəlməz. (Eyniylə bu günümüzdə olduğu kimi, namaz və qılınış şəkillərinin varlığı, rəkatları İslam aləmində görülməyinə və Quranda olmasına baxmayaraq, bilməyənlər bilənlərdən öyrənməktədir.) Çünki həm Məkkə müşriklərinin həm də yəhudi və xristiyanların çoxunun namaz və qılınma qaydalarından xəbərləri var idi. Ümumiyyətlə, əslində, Adəm əleyhissəlamdan son nəbiyə qədər gələn bütün peyğəmbərlərdə dinin əsasları (namazları, rəkatları, şəriətləri) eyni qaynaqdan gəldiyi üçün eyni olmuşdur.[1] Bu səbəblə nə peyğəmbər nə də o cəmiyyətin insanlarının heç biri: “Namaz da nədir: o nə olan şeydir?”-deyə, belə bir sual verməmişdir.

Peyğəmbər əleyhissəlam günorta namazını “dülüküş-Şəms” (yəni günəş batmağa meyl etməsi) əsnasında qılardı.” Əbu Musa Allah’ın elçisi’ndən rəvayətlə: “Bir adam rəsulullah əleyhissəlama gələrək namaz vaxtlarını soruşdu; cavab vermədi.. günəş qərbə  meyl etdiği əsnada (zəval)  Bilala əmr etdi, qamət gətirdi. Vaxtı  yaxşı bilən biri ona “Gün ortası”  deyərdi… Sonra günəş yüksəkdə ikən əmr etdi, Bilal qamət gətirdi…. Ertəsi gün günortanı dünən  ilkindiyi qıldığımız vaxta yaxın qıldırdı. Sonra ilkindini gecikdirdi. Bir insanın , günəş qızıllaşdı deyəcəyi vaxtda namazdan çıxdı… Adamı çağırdı və “namaz vaxtı bu ikisi arasıdır” dedi.[2]

Günorta namazının çıxışı və ikindi namazının girişi Quranda olmadığı üçün Peyğəmbərimiz bəzən günorta ilə ikindiyi birbirinin vaxtları içərisində qılmışdır. Bunu da ayənin ümumi hökmünə əsasən etmişdir. Ayədə “günəş batmağa meyl edəndə” yəni hər iki vaxt günəşin batışı əsnasında olduğu üçün Peygəmbərimiz, günorta və ikindini birləşrirərək, bəzi hallarda günorta, bəzi hallarda da ikindi vaxtı qıldırmışdı. Abdullah ibn Abbas belə demişdir: “Allahın elçisi Mədinədə bir qorxu və yağış olmadığı halda günorta və ikindini birləşdirdi.”[3]

Axşam namazı ilə əlaqədar Bəqərə surəsinin 238-ci ayəsində Allah belə buyurur:

حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ

Namazları və orta namazı (axşamı) qoruyun və Allah qarşısında mütiliklə durun.”

Demək olar ki, bir çox təfsirlərdə orta namazın ikindi olduğunu yazarlar. Bu xətanın qaynağı müfəssirlərin ilk namazı sübh namazı saymalarından və gecənin gündüzdən əvvəl gəldiyinə inanmalarındandır. Halbuki Allah Təala gecənin gündüzün arxasından gəldiyini və onun gündüzə çata bilməyəcəyini bildirir.

لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

 “Güneş aya yaxlaşa bilməz, Gecə isə gündüzü keçə bilmez! Hər biri öz orbitində üzməktədir!” (Yasin 36/40.)

Yuxarıda İsra surəsinin 78-ci ayəsində verdiyimiz namaz vaxtları sıralamasına görə də bunu başa düşmək mümkündür. Ancaq təəssüf ki, ənənəyə uyanlar nə ayələri, nə hədisləri nəzərə almadan gecəni gündüzdən qabağa alaraq, sübh namazını gündüzün ilk namazı olaraq qəbul edirlər. Eyni zamanda matematik bir xəta da edirlər. Fərz namazlarının rəkat sayısı 2-4 arasındadır. 2-4 arasındakı orta rəqəm 3-dür. Demək ki, matematik olaraq da “orta namazı qoruyun”- ifadəsi axşam namazına işarət edir.

Peyğəmbərimiz əleyhissəlam, (Quranda bildirilən) axşam namazının vaxtını keçirməmələrini ümmətinə belə məsləhət görmüşdür:  “Tələsin ki, axşam namazını ulduz doğmadan qılın.”[4]  “Ümmətim ulduzlar topalaşmadan axşam namazını qılarlarsa fitrət üzərə olmağa davam edərlər.”[5]

Özünə imamlıq edən Cəbrayılın da axşam və işa namazlarını Quranda verilən vaxtda qıldırdığı Peyğəmbərimizdən nəql edilir:“Cəbrayıl  Kə’bənin yanında mənə iki dəfə imamlıq etdi. Birincisində  günəşin batdığı və oruclunun iftar etdiyi saatda axşam namazını qıldırdı. Şəfəqın itdiyi saatda da işa qıldırdı… Cəbrayıl ikinci dəfə imamlıq etdiyi vaxt  axşam namazını ilk günkü vaxtda qıldırdı. İşa namazını isə gecənin üçdə biri keçməkdə olduğu ərəfədə qıldırdı. Sonra Cəbrayıl Peyğəmbər əleyhissəlama dönü belə dedi: “Bu iki namaz (günorta və ikindi, axşam və işa) arasındakı vaxt genişliyi, səndən əvvəlki ümmətlərə də verilmiş bir rahatlıqdır.”[6]

Gecə namazı ilə əlaqədar Allah Qurani Kərimdə belə buyurur:

أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ

“Namazı, gün batmağa meyl edəndən gecənin qaranlığınadək…”

Yəni غَسَق = “Ğəsaq”a qədər. A.b.Ömər, İ. Şafii və Malikilər “Ğəsaq”a; “qırmızılığın getməsi, qaranlığın qalınlaşması”– demişlər[7]. Eyni zamanda “Ğasaq” sərinlik, soyuqluq mənasındadır.[8] İbn Abbasın, “ğəsaqa”; “çox soyuqdur; soyuğu ile yaxar”- dediyi bildirilmiştir.[9] Bu da günəş batmayan yerlərdə işa namazını təyin etməyi rahatlaşdırır.

إِلَّا حَمِيمًا وَغَسَّاقًا . لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا

“Onlar orada (cəhənnəmdə) nə bir sərinlik, nə də (sərinlədici) içki dadacaqlar. Ancaq çox qaynar və soyuq olandan başqa!” (Nəbə, 78/24-25 )

“İşa” namazının son vaxtı gecənin ilk üçdə biri keçənə qədər, yəni “Ğasəqə” “Qaranlıq çökənə” qədərdir. Gecənin bu bölümü keçəndə namazın vaxtı da keçər.  “işa” adından bəllidir, ərəblər “İşa” kəliməsini qaranlıq qarışana qədər olan vaxt üçün işlədirlər. “İşa” qaranlıqla aydınlığın qarışmasına deyilir.

Qurani Kərim və gələn bütün rəvayətlər də daxil, işa namazının müəyyən bir vaxtı olduğuna, ancaq müsəlmanların son 1 əsrdən çoxdur ki, bu vaxtlara rəayət etmədiyi görülür. İmam Şafii, Nəbi əleyhissəlamdan gələn rəvayətlərin hamısı göstərir ki, “gecənin 3/1-nin çıxması “işa” namazı vaxtının çıxması xaricində başqa bir şeyə dəlalət etməz.”[10]

Bu barədə gələn rəvayətlərin bir neçəsi belədir:

Aişə (r.a.) dediyinə görə, “o gün Mədinə’nin xaricində namaz  qılınmazdı. Yatsını şəfəqin itməsindən gecənin ilk üçdə birinin (sonuna) qədər qılardılar.”[11]

Abdullah b. Ömər dedi ki, “bir gecə oturduq, işa namazı üçün Allah’ın elçisini (sav) gözlədik. Gecənin üçdə biri keçmək üzərə ikən və ya daha sonra çıxıb gəldi. İşi varmıydı, yoxmuydu bilmirəm. Dedi ki, bu namazımı gözləyirsiniz? Ümmətimə ağır gəlməsə onlara bu saatda qıldırardım.” Sonra müəzzinə əmr etdi, qamət gətirdi.[12]

Dörd məzhəbin böyük alimlərinə görə işa vaxtı, havanın qaralmasına qədər davam edər.

İbnül-Qasım, biz Malikə “Namazı gecənin üçdə birinə qədər gecikdirirlər” dedik, bunu şiddətlə qınadı və belə dedi: “adam kimi namaz qılsınlar.” İnsanların elədiklərini xor görən kimiydi. Onlar işa namazını qırmızı şəfəqin itməsindən biraz sonra qılmalıdırlar. Sonra belə dedi. “Allahın elçisi (sav) Əbu Bəkr və Ömər bu qədər  gecikdirməmişdi.[13]

Buxari hədisində belə deyilir: Müsəlmanlar “Atəmə”[14] (işa) namazını fəcrin itməsiylə üçdə biri arasında qılardılar.”[15]

Daha sonra gələn Hənəfi, Şafii və Hənbəli alimləri; “İşanın sonu sübh namazına  qədərdir.”[16] – deyə rəvayət edilən uydurma bir sözə əsaslanıb, işanın sübh namazı vaxtına qədər qılına biləcəyinə fətva veriblər. Belə bir fətva işa namazını vaxtsız namaza dönüşdürür ki, bu qəbuledilməzdir. Halbuki, Nur surəsi 58-ci ayədə: “وَمِن بَعْدِ صَلَاةِ الْعِشَاء” “İşa namazından sonra”– deyə bir vaxtdan bəhs edər ki, bu vaxt gecənin ən böyük bölümü olan “təhəccüd” vaxtıdır. Sübhə qədər olan vaxt bu təhəccüd vaxtıdır.

Gecənin 3/1-nin son bölümü səhər vaxtıdır və Günəşin yerin altından 18° dərəcəyə gəldiyi vaxtda girər. Üfqün üst tərəfinə yansıyan aydınlıq insanları aldatdığı üçün ona Fəcri kazib deyilir. Günəşin üfqə yaxınlığı 9° dərəcə olanda üfüqdə üç zolaq: üstdə ağ, ortada qırmızı, altda qara zolaq meydana gəlir ki, buna fəcri sadiq deyilir. Yəni sübh vaxtı girmiş və namaz başlamış sayılır. 0° dərəcədə isə günəş çıxır və namaz vaxtı bitmiş olur. Bunun da ən gözəl tərifini bizə yenə Allah Təala Quranda verməkdədir:

كُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ

 “…(Ortadakı qırmızı) fəcrdən ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için…” (Bəqərə 187)

Fəcri sadiqdə rənglər ayrılır, qatı qaranlıq yer üzünə çəkilir. Üstdə bəyaz işıq qurşağı, ortada qızıl  qurşaq yaxşıca seçilir. Allah’ın elçisi namaz, oruç və həqiqi fəcrin nə zaman başladığını belə izah edir:

“Yeyin, için; yuxarıya doğru yayılan aydınlıq sizi çaşdırmasın, eninə yayılan qızıllığı görənə qədər yeyin, için.”[17]

Bütün bu ayə ve hədislərə görə səhər vaxtında iki fəcr olur:

1. “Fəcri kazib” yəni “yalançı fəcr” bu vaxt hələ təhəccüdün davam etdiyi vaxtdır.

2. “Fəcri sadıq” yəni “həqiqi fəcr” bu vaxt sübh vəya sübh namazı vaxtıdır. (şəkildəki kimi…)

Hənbəlilərdən  İbn Küdamə belə deyir; Sübh vaxtı, ikinci fəcrin doğuşu ilə başlayır; bu mövzuda icma vardır. Vaxtla əlaqəli xəbərlər bunu dəqiq olaraq göstərir. İkinci fəcr, üfüqdə  yayılıb dağılan bəyazlıqdır. Ona fəcri sadiq deyilir.  Çünkü sübh mövzusunda sənə doğru və dəqiq lumat verir. Sübh bəyazlığı və qırmızılığı birləşdirir.[18]

İmam Şafii deyir ki; ikinci fəcr, enləməsinə ortaya çıxan kimi sübh namazı qılına bilir. Fəcr, hələ enləməsinə yaxşıca seçilmədən namaz qılan, secildiyinə dəqiq qənaət gətirəndə iadə edər (təzədən qılar) ki, vaxtında namazını bitirmiş olsun.”[19]

Əhməd b. Hənbəlin oğlu Əbul-Fəzl Salih atasına, orucluya yemə-içmənin haram olduğu fəcr nədir deyə soruşur. Əhməd b. Hənbəl deyir ki; İki fəcr vardır; biri yuxarıya doğru, digəri enləməsinə uzanır. Yeməyi içməyi haram qılan, enləməsinə olan fəcrdir.[20]

Quranda namaz vaxtları və rəkat sayıları verilməmişdir deyənlər bilməllidirlər ki, Allah ən çətin anlarda  milyonda bir insanın başına gələcək hadisədə belə, namazı keçirməməyimizi və necə qılacağımızı Nisə surəsi 101-103 ayələrində ətraflı şəkildə izah edir:

“Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir. Sən (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını (tutsunlar) və silahlarını da (özləri ilə) götürsünlər… Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.”

Bütün bu ayələr savaşda belə namazlarını tərk etməmələri, peyğəmbərlə bərabər bir rəkaat belə qılmaları gərəkdiyini ifadə edir. Bir başqa ayədə isə:

“Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” (Bəqərə, 2/239.)

Bütün bu ayələr bizə namazın nə qədər əhəmiyyətli bir ibadət olduğunu, vaxtlarına riayət edilməsini və heç bir halda tərk edilməyəcəyini öyrədir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1]  Bəqərə, 2/83. Şura, 42/13.

[2] Müslim, Məsacid 178, (614); Əbü Davud, Salât 2, (395); Nəsâî, Muvakît 15, (1, 260, 261). Mətin Müslimə aiddir.

[3]  Müslim, salatul-musafirîn ve kasriha, el-cem’u bıyn’es-salâteyni fî’l-hadar 54- (705)

[4] Əhməd b. Hənbəl (öl. 241 h.), Müsnəd, təhqiq Şuayb əl-Arnaut, Adil Mürşid və başqaları, Müəssəsət’ur-risalə, 2001 m. 1421 h. C. XXXVIII, s. 503.

[5] . Əbu Davud,Salat 6; İbn Macə, Salat 7; Əhməd b. Hənbəl, 4/147,4/117, 422

[6] Sünən əbu Davud salat 393, Tirmizî, Məvâkît, 1

[7] Zəmahşərî, e.g.ə, c. VII, s. 339.

[8] İbrahim b. Əs-Sirrî b. Səhl Əbû İshaq əz-Zəccac, öl. 311 h.

[9] Alauddin Əli b. Muhəmməd b. İbrahim b. Ömər eş-Şeyhi el-Hazin, (öl. 741 h.)

[10] Şafiî, Muhəmməd b. İdris, əl-Um, Beyrut 1393/1973, c. I, s. 74

[11] Buxari, mevaqitus- salah 24.

[12] Ebu Davud, salat 7, hadis no 420

[13] Malik b. Ənəs (öl.179 h.), el-Müdəvvənə, Darul-kutub’il-ilmiyyə, 1415 h./1994m. C. I,s. 156

[14]  Ərəblərdə atəmə: Axşamın qızıllığının itməsiylə başlayıb gecənin qaralmasına qədər sürən vaxtına deyilir.

[15] Buxari, Əzan 162.

[16] Mahmud b. Əhməd əl-aynî, əl-Binayə fî şərhil-Hidayə, Dar’ul-fikr 1980/1400, c. I, s. 808. Hənəfîlərdən Mahmud b. Əhməd əl-Aynî (öl. 855 h.) bu mövzuda belə deyir: “Bu ifadələrlə bizə gəlib çatan heç bir hədis yoxdur. Kitabları şərh edənlərin bu hədisə əsaslanmaları ve hədisi Əbu Hureyrəyə isnad etmələri həqiqətən çox təəccüblüdür. Belə bir şey yoxdur.”

[17] Əbu Davud, vaxtus-sahur, hədis no 2348; Sünənut-Tirmîzî, Macə fî bəyanil-fəcr, hədis no 705

[18] ibn Kudamə (öl. 62 h.) el-Muğnî, Qahirə 1968/1388, c I, s. 279, 529. Paragraf

[19] Şafii, əl-Umm, c. I, s. 93

[20] ƏhmƏd b. Hənbəl, Məsâil’il-İmam Əhməd b. Hənbəll (öl. 241h.) (oğlu Əbil-Fəzl Salihin (203/266 h.)  rivayəti) Hindistan, c. III, s. 202 paragraf 1653

 

Facebook'ta PaylaşTwitter'da Paylaş
6.816 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.278 dəfə oxundu
2 Etikaf 23.06.09 5.258 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.758 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.678 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 6.050 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.883 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.640 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 20.659 dəfə oxundu
9 Qadınların şahidliyi 14.05.09 2.996 dəfə oxundu
10 Quran və müsəlmanlar 29.01.10 4.637 dəfə oxundu
11 Dua 25.11.10 7.119 dəfə oxundu
12 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 6.036 dəfə oxundu
13 Əsl kafir kimdir? 21.07.12 9.217 dəfə oxundu
14 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.155 dəfə oxundu
15 Коран и культурное развитие. 30.01.19 236 dəfə oxundu
16 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.919 dəfə oxundu
17 Dəlillərlə Cümə namazı 12.02.10 6.445 dəfə oxundu
18 Donuz əti və ziyanları 08.12.10 5.871 dəfə oxundu
19 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.511 dəfə oxundu
20 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.461 dəfə oxundu
21 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.676 dəfə oxundu
22 Oruc Kəffarəsi 24.05.19 239 dəfə oxundu
23 Hicabı qadağan edənlər 14.05.09 3.445 dəfə oxundu
24 İnsan cəsədi və avtopsiya 05.02.10 3.562 dəfə oxundu
25 Şirk və küfr 14.07.11 3.658 dəfə oxundu
26 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.224 dəfə oxundu
27 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.219 dəfə oxundu
28 SÜFRƏ MÖCÜZƏSİ 16.09.19 77 dəfə oxundu
29 Nişanlıların kəbini 14.05.09 12.086 dəfə oxundu
30 Qadınlar və Cümə namazı 26.03.10 7.005 dəfə oxundu
31 Quranda əşyaların dili 04.07.11 14.229 dəfə oxundu
32 Mutəvatir hədis 28.09.12 1.948 dəfə oxundu
33 Vəsilə nədir? 27.05.16 2.258 dəfə oxundu
34 Münafiqlərin korluğu 10.04.10 1.995 dəfə oxundu
35 Valideyndən xəbərsiz kəbin 29.06.09 10.301 dəfə oxundu
36 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 3.061 dəfə oxundu
37 Hikmət 09.01.16 4.723 dəfə oxundu
38 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 3.233 dəfə oxundu
39 Nikaha nəzarət 14.05.09 6.671 dəfə oxundu
40 Ölüdən kömək gözləmək 28.03.10 3.851 dəfə oxundu
41 Quranı öyrənmənin üsulu 16.12.15 4.637 dəfə oxundu
42 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.064 dəfə oxundu
43 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.134 dəfə oxundu
44 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.530 dəfə oxundu
45 Faiz 29.03.10 4.656 dəfə oxundu
46 QÜTBÜ ƏZƏM 24.03.14 2.457 dəfə oxundu
47 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.651 dəfə oxundu
48 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.178 dəfə oxundu
49 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.425 dəfə oxundu
50 Namazları cəm etmək 08.04.10 7.119 dəfə oxundu
51 Seyyidlər kimlərdir? 16.10.11 8.645 dəfə oxundu
52 Qəza-qədər məsələsi 24.02.13 4.116 dəfə oxundu
53 Qadınların döyülməsi 29.03.17 1.790 dəfə oxundu
54 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.816 dəfə oxundu
55 Vərdişlər 10.04.10 2.654 dəfə oxundu
56 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.920 dəfə oxundu
57 Mütə nikahı (siğə) 07.03.13 9.011 dəfə oxundu
58 Tağut 28.04.17 4.105 dəfə oxundu
59 İnsan peyğəmbər 06.07.09 3.769 dəfə oxundu
60 Allah, insan və xələf-sələf 12.04.10 2.798 dəfə oxundu
61 Kişinin seksuallığı 09.01.12 16.854 dəfə oxundu
62 Vəhy 12.04.13 1.817 dəfə oxundu
63 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 866 dəfə oxundu
64 Təsbeh 06.07.09 3.695 dəfə oxundu
65 Nəsx və daşqalaq cəzası 27.05.10 4.702 dəfə oxundu
66 Fitr sədəqəsi 20.06.09 3.685 dəfə oxundu
67 İsra və Merac 02.04.16 1.212 dəfə oxundu
68 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.399 dəfə oxundu
69 Hamının bildiyi Namaz. 26.01.18 917 dəfə oxundu
70 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.379 dəfə oxundu
71 Qəndil 30.06.09 8.073 dəfə oxundu
72 Şəfaət 08.04.10 3.212 dəfə oxundu
73 Surroqat analıq 03.02.12 4.891 dəfə oxundu
74 Təvəssül 10.06.13 3.158 dəfə oxundu
75 “Ən zəif ev” 09.03.18 383 dəfə oxundu
76 Ailənin adından bir qurban 26.02.10 3.730 dəfə oxundu
77 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 13.453 dəfə oxundu
78 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.587 dəfə oxundu
79 Piramida və şəbəkə marketinqi 24.02.12 2.619 dəfə oxundu
80 İslamda geyim ədəbi 05.06.13 3.427 dəfə oxundu
81 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 713 dəfə oxundu
82 Donuz dərisi 02.11.09 3.283 dəfə oxundu
83 Talaq: kişinin boşamaq hüququ 18.07.10 8.175 dəfə oxundu
84 İslamda falçılığa münasibət 27.11.10 7.981 dəfə oxundu
85 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.205 dəfə oxundu
86 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.214 dəfə oxundu
87 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 354 dəfə oxundu
88 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 4.128 dəfə oxundu
89 Heyzli qadının ibadəti 24.02.10 49.635 dəfə oxundu
90 Oruc və orucun başlanğıcı 27.08.10 9.896 dəfə oxundu
91 Şəfaət inancı 08.02.11 2.966 dəfə oxundu
92 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.862 dəfə oxundu
93 Uşaqların evləndirilməsi 26.01.15 3.169 dəfə oxundu
94 Quranda Hicab/Başörtüsü. 24.09.18 711 dəfə oxundu
95 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.477 dəfə oxundu
96 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.474 dəfə oxundu
97 Zikrin fəzilət və faydaları 26.11.10 5.092 dəfə oxundu
98 Kəramət nə deməkdir? 15.02.11 3.995 dəfə oxundu
99 Qadınların sünnəti 15.07.12 13.653 dəfə oxundu
100 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.144 dəfə oxundu