Ömər ibn Yəhya babasından belə rəvayət edir:
“Bir gün sübh namazından qabaq Abdulla ibn Məsudun (r. a.) qapısında durmuşduq. Evindən çıxanda hamımız birlikdə məscidə gedəcəkdik. Əbu Musa Əl-Əşari bizim yanımıza gəlib: “Abdulla hələ çıxmadı?”, – deyə soruşdu. Biz də: “Xeyr”, – dedik. O da bizimlə birlikdə Abdullanı gözləməyə başladı. Elə bu dəm Abdulla evdən çıxdı. Biz onu əhatəyə aldıq. Əbu Musa ona: “Ey Abdulla, bayaq məsciddə mənə təəccüblü gələn bir şey gördüm. Ancaq nə yaxşı ki, xeyirli (yaxşı) bir işə oxşayırdı”, – dedi. Abdulla da öz növbəsində: “Nə idi o iş?”, – deyə soruşdu. Əbu Musa: “Yaşasan (gözləsən), sən də görərsən”, – deyə cavab verib sözlərinə belə davam etdi:
“Məsciddə gördüm ki, camaat dövrə vurub oturub. Hər sırada bir adam əlində çınqıl daşları tutub: “Yüz dəfə təkbir!”, – deyə komanda verirdi. Camaat da yüz dəfə təkbir gətirirdi. Sonra eyni adam: “Yüz dəfə la ilahə illəllah!”, – deyir, camaat da onun dediyini yerinə yetirirdi. Sonra o adam: “Yüz dəfə sübhanallah!”, – deyə təzədən komanda verir və camaat bu əmrə tabe olurdu”.
Abdulla ibn Məsud: “Bəs sən onlara bir şey demədin?”, – deyə soruşdu.
Əbu Musa: “Xeyr, heç bir şey demədim. Sənin bu barədə fikrini öyrənmək istədim”, – dedi.
Abdulla: “Sən onlara: “Siz o daşlarla öz günahlarınızı sayın, sizə təminat verim ki, xeyriniz azalmayacaq”, – deyə bilmirdin?”, – deyə soruşdu.
Sonra Abdulla məscidə getdi. Biz də onunla birlikdə getdik. Məscidə daxil olanda orada elə bir camaata rast gəldi və dərhal gedib başlarının üstünü alıb soruşdu:
“Siz nə edirsiniz? Nədir bu?”.
Onlar Abdullanın sualına: “Ay Abdulla, bunlar çınqıl daşlarıdır. Onlarla təkbir, təhlil və təsdiqlərimizi sayırıq”, – deyə cavab verdilər. Abdulla belə dedi:
“Siz o daşlarla öz günahlarınızı sayın, mən də sizə xeyrinizin azalmayacağına dair zəmanət verim. Ey Məhəmməd ümməti! Sizin həlakınız necə də sürətlə yaxınlaşır. Həm də sizin aranızda bu qədər əshabə olduğu halda! Rəsulullahın (s. a. v.) kəfəni hələ nəmlənmədiyi halda! Onun yemək qabı hələ qırılmadığı halda! Məni öz qüdrəti ilə əhatə edən Allah naminə deyin, siz Məhəmməd ümmətindən daha artıq hidayətdə olan bir ümmətsiniz? Yoxsa siz zəlalət qapısını açanlarsınız?”.
Onlar: “Ay Abdulla, and olsun Allaha ki, bizim yaxşı iş görməkdən başqa bir niyyətimiz yoxdur”, – dedilər.
Abdulla: “Neçə-neçə xeyir uman insan var ki, umduğu xeyri tapa bilməyib. Rəsulullah (s. a. v.) Quran oxuyan amma oxuduqları Quran qəlblərinə işləməyən bir cəmiyyətdən bəhs etmişdi. And olsun ki, sanki o tərifə uyğun gələn insanların çoxu sizin aranızdadır” – dedi və sonra onlardan üz döndərib getdi.
Amr ibn Sələmə belə rəvayət edib:
“Nəhrəvan hadisəsində gördük ki, bu adamların çoxu xaricilərlə birlikdə bizə hücum edir”.1
Etiketlər: Darimi, təsbeh, təsbeh çevirmək, təsbeh çəkmək, təsbeh fırlatmaq
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.050 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.195 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.633 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.204 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.212 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.094 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 918 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.584 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 912 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 690 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 702 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 740 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 802 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.839 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 468 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.451 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 771 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 580 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 731 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 879 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 344 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 663 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.731 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 620 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.871 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 338 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 772 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.068 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 594 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 663 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 707 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.165 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 536 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 509 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 665 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.072 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 657 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 762 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 718 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 798 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 922 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.032 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.041 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 530 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.143 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 896 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 563 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 448 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 780 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 605 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 492 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.463 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 581 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 378 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 186 dəfə oxundu |