Mütə nikahı (siğə)
Müsəlmanlar > Tədqiqatlar Tarix: 07 Mart 2013 Tövsiyə et Çap et

Mütə nikahı (siğə)

Mütə, kişinin qadına verəcəyi bir mal müqabilində,  ondan cinsi əlaqə üçün faydalanmasına imkan verən  bir müqavilədir. Bununla iki tərəf ər-arvad sayılmaz, aralarında aliment, miras, boşanma və s. hökmlər qüvvədə olmaz. Müddət bitəndə də ayrılmış sayılırlar.

Mütənin Peyğəmbərimiz əleyhissəlam dövründə tətbiq edildiyi iddia edilir. Əhli-sünnəyə görə daha sonra qadağan edilmişdir, lakin Cəfərilərə görə mütənin hələ də qüvvədə olduğu iddia edilməkdədir. Hər iki iddia da qəbul edilə bilməz. Çünki Məkkədə nazil olan ayələrdə Allah Təala belə buyurmuşdur:

“Möminlər, fərclərini qoruyan şəxslərdir .1 Onlar sadəcə zövcələrinə və ya hakimiyyətləri altındakı qul-qaravaşa qarşı qınanmazlar.” (Muminun, 23/1-6)

Fərc iki  bud arasına, qadınlarda bu; üz, əl, topuq qismi xaric, hər yerinə verilən isimdir. Ayədə kişi-qadın bir-birilərinə və qul-qaravaşa qarşı fərclərini açıq tutmadakı istisna, hamısı ilə cinsi əlaqədə  ola biləcəyi mənasına gəlməz.  Cinsi əlaqə ancaq kişi və qadın arasında caizdir. Fərc yerləri bir-birilərinə haram olan şəxslər arasında da açıla bilir. Ancaq övrət yerləri təkcə ər və arvad arasında açıla bilir. Yanında övrət yerlərini açmağın qadağan olduğu adamla da cinsi əlaqəyə girilə bilməz.

Qul-qaravaş ev işlərində çalışdırıldığı üçün Nur surəsinin 58-ci ayəsi onları, evin kiçik uşaqları kimi saymışdır. Bunlar evdəkilərdən həddi buluğa çatmış olanların yanına, işa namazından sonra sübh namazından əvvəl  və günorta yuxusunda icazəsiz girə bilməzlər. Çünki həmin vaxtlarda onların övrət (cinsi orqan) yerləri açıq ola bilər. Amma digər vaxtlarda yanlarına icazəsiz girə bilərlər. Ailənin həddi buluğa çatmış fərdləri fərqlidir; onlar bir-birilərinin yanına hər girişdə izin almaq məcburiyyətindədirlər. Bu da onu göstərir ki, qul-qaravaş ayıb yerlərinin bir hissəsini görə bilərlər. Onları digərlərindən ayıran sadəcə budur. Ayıb yerlərinin övrət qismini isə ancaq ər-arvadlar görə bilər. Nur surəsi 58 və 59-cu ayələrin məalı belədir:

“Möminlər! Əllərinizin altında olan qul-qaravaş ilə hələ yetkinlik çağına girməmiş olan uşaqlarınız üç vaxtda; sabah namazından əvvəl, günortanın istisində soyunduğunuzda və işa namazından sonra yanınıza girəcəkləri zaman icazə istəsinlər. Bunlar, övrət yerlərinizin açıq ola biləcəyi üç vaxtdır. Bu vaxtlardan başqa bir-birinizin yanına girib-çıxmaqda sizə də, onlara da bir günah yoxdur. Allah ayələrini sizə beləcə açıqlayır. Allah bilir, doğru qərar verir.”

Cinsi əlaqə evlənməyin əsl məqsədi deyil. Əsl məqsəd, cinsi əlaqənin də caiz olduğu dinc bir mühitə qovuşmaqdır. Allah Təala belə buyurur:

“Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.”(Rum, 30/21)

Mutədə kişi,  cinsi arzusunun təminini, qadın alacağı malı düşünür. Ayədə göstərilən bir-birinə isinmə, sevgi və mərhəmət burada hədəflənən şeylərdən deyildir.

Nisa 22-dən 24-ə qədər evlənilməsi haram olan qadınlar sayılmış və belə buyurulmuşdur:

. وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَٰلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا…

“Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi.  Bunlardan nikahla faydalandığınızın mehirlərini müəyyən etdiyiniz miqdarda verin. …” (Nisa 4/24)

“Mehirlərini” deyə tərcümə etdiyimiz kəlmə; (أجر)  əcrin  cəmi  (أجور) ücurdur. Ecr (أجر)   , istər dünyada istər axirətdə olsun, görülən işə qarşılıq alınan şeyə deyilir.2 Bu kəlmə burada olduğu kimi  Maidə 5, Əhzab 50 və Mumtəhinə 10-cu ayələrdə də qadınların mehirləri mənasındadır. Bu səbəblə evlənilməsi halal olan qadınlardan yararlanmağın tək yolu normal nikahdır.

Vəziyyət belə olduğu halda Nisa 24-cü ayənin bötüvlüyü, digər ayələrlə əlaqəsi və Ərəb dilinin qaydaları nəzərə alınmadan onun bir  hissəsindən mutəyə fətva çıxarılmışdır:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً

Bunlardan nikahla faydalandığınızın mehirlərini müəyyən etdiyiniz miqdarda verin. …”- məalındakı ayəsinə

Cəfərilərdən Muhammed b. Huseyn et-Tabatabâî, “Tefsîr’ul-mîzan”ında  : “… Başdakı “ma” ədatı vaxt bildirmək üçündür”- demiş və مَا yerinə مهما   qoyaraq ayəyə bu mənanı vermişdir:

مهما استمتعتم بالنيل منهن فآتوهن اجورهن فريضة

 “Onları nə vaxt əldə edib faydalanmaq istəsəniz ödənişlərini bir fərz olaraq verin.”

Tabatabai’nin فَمَا اسْتَمْتَعْتُم بِهِ’ dəki هِ= o zamirini ayələrin heç birində olmayan “النيل = əldə etmə” mənasındakı xəyali bir kəlmə ilə bağlaması xətadır. Çünki Nisâ 22-ci ayədən  etibarən qadını əldə etməktən deyil, nikahdan bəhs edilir. Bu səbəbdən  بالنيل  yerinə “بالنكاح = nikah ilə” demək lazımdır.

Tabatabai  daha böyük xəta edərək belə demişdir:

“فما استمتعتم به”  cümləsi, əvvəlki ifadə ilə bağlı olan  bir əlavədir; başında olan “fa” hərfi heç şübhəsiz parçanı bütünə bağlamaqdadır. Çünki Allah’ın; “iffətli olmanız və zina etməmək üzərə mallarınızla əldə etməyiniz” sözü, həm nikahlı arvadı  həm də cariyəni əhatə edir. Belə olunca, “Onlardan faydalandığınız  müddət ərzində  ödənişlərini bir fərz olaraq verin” sözü də yuxarıdakı bütünün bir parçası və ya bölümlərindən bir bölümdür”- deyir.3

Demək istəyir ki, ayə; normal nikah, cariyəsini məşuqəsi kimi istifadə etmə və mutə yolu ilə olmaqla qadınlardan üç şəkildə faydalanmağa icazə verir. Sonra bu nəticəyə gəlir: “Buradakı faydalanmada məqsəd, şübhəsiz mutə nikahıdır.”

Halbuki ayədən, cariyələrin məşuqə kimi istifadə edilə biləcəyinə dair bir məna çıxarmanın imkanı yoxdur. Ayənin əlaqədar hissəsi belədir:

وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ

Əlləriniz altında olanlar xaric, evli qadınları nikahlamanız haram edilmişdir.”

Buna görə əsir qadınlar, evli olsalar belə nikahlana bilərlər. Çünki, Muhəmməd surəsinin 4-cü ayəsinə görə əsirlər qul edilə bilməzlər; onların fidyəsiz ya da fidyə qarşılığında azad edilmələri lazımdır. Buradakı əsir qadınlar, möminlərin əlləri altında olduqlarına görə onlar, fidyəsiz azad edilməyən, fidyələri də ödənməmiş əsirlərdir. Belə bir qadının fidyəsini ödəyəcək malı tapmasının ən qısa yolu mehir qarşılığında evlənməsidir. Onsuz da ayənin davamı bunu şərt qoşmaqdadır. Əri və ya yaxınları onun fidyəsini göndərə bilmədiyi üçün ayə onun mədəni halını dəyişdirərək evləniləbiləcək qadınlar arasına qoşmuşdur ki, azadlıqlarına qovuşma imkanı əldə edə bilsinlər. Evlilik, iki tərəfin razılığı ilə olacağı üçün bu qadınlar evlənməyə məcbur edilə bilməzlər. Bu ayə mövzuya daha da aydınlıq gətirməkdədir:

“Mömin və iffətli azad qadınları nikahlayacaq qədər varlıqlı olmayanlar, əllərinin altında olan mömin cariyələrdən ala bilərlər. İmanınızı ən yaxşı Allah bilir. Hamınız bir-birinizdənsiniz. (Nisə 4/25)4 Onları ailələrinin5 izni ilə nikahlayın və mehirlərini müvafiq qaydaya uyğun olaraq verin. Onlar da iffətli olsunlar, zinadan uzaq dursunlar və gizli dostlar  əldə etməsinlər… Bu, içinizdən çətin vəziyyətə düşməkdən qorxanlar üçündür. Amma səbr etməniz daha yaxşı olur. Allah bağışlayar və mərhəmət edər.” (Nisa 4/25)

Ayə; namuslu mömin qadınlarla evlənməyə gücü çatmayanların namuslu mömin əsirlərlə, cariyələrlə evlənmələrinə icazə vermiş amma onlarla evlənmə yerinə səbr etmələrini tövsiyyə etmişdir. Çünki əsirin, cariyənin bütün arzusu bir an əvvəl azadlığına qovuşmaqdır. Belə birinin yaxşı zövcə olması çox da ümid edilən deyil. Əgər mutə yolu ilə qadından cinsi olaraq faydalanmağa icazə verilsəydi, bu ayədə mütləq ondan bəhs edilərdi və cariyə ilə evlənməyə ehtiyac qalmazdı.

Cəfərilər deyirlər ki, mutənin müddəti  ən azı bir cinsi əlaqə müddəti qədərdir. Bu vəziyyətdə onlar, evlənməyə deyil, evlilikdən kənar cinsi əlaqəyə,  yəni zinaya icazə vermiş olurlar.

“Peyğəmbərimizin Evtas ilində  mutəyə  üç  günlüyünə icazə verdiyi, sonra qadağan edildiyi iddia  edilir.6 Evtas, Huneyn savaşında müşriklərin toplandıqları vadinin adıdır. Müslimdə və bir çox hədis kitabında, Abdullah b. Məsudun belə dediyi rivayət edilir: “Biz peyğəmbərimizlə birlikdə döyüşürdük, yanımızda qadınlarımız yox idi, “Özümüzü xədim etdirsək olmazmı?” dedik; xədimi yasaqladı, sonra bir geyim parça qarşılığında müvəqqəti müddətlə evlənməmizə icazə verdi.”7

Evtasta yaxınları ilə birlikdə əsir tutulan qadınlar azad deyil ki, bir parça qarşılığında özlərini düşmənlərinə təslim etsinlər. Birdə ki, hansı ağlı başında olan döyüş səbəbilə bir neçə gün arvadından uzaq qaldığı üçün özünü xədim etdirmək istəsin? Bu rivayətin tutarlı tərəfi yoxdur.

Ayələr üzərində kifayət qədər hər tərəfli göz gəzdirilmədiyi üçün mutəyə əvvəlcə icazə verildiyi, sonra qadağan edildiyi iddia edilmiş, hətta Maliki, Şafi və Hənbəlilər onun icma ilə Ömərdən sonra (!) haram qılındığı qərarına gəlmişlər.8

Müəllif: Professor Abdulaziz Bayındır9

Azərbaycan dilinə uyğunlaşdıran: Tariyel Xanbabayev10

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Burada cinsi əlaqə nəzərdə tutula bilməz, çünki o mənadakı ayələr, “fuhuş növlərindən uzaq duranlar” şəklində ifadə edilir. Buradakı məna ayıb yerlərinin örtülməsindən başqa bir şey deyil. []
  2. İsfəhani , Müfrədat, (رجأ) mad. []
  3. Muhəmməd  Hüseyin Ət-Tabatabai (1902-1981), əl-Mizan fi təfsiril-Quran, İran-Qum, c. IV, s. 271-276. []
  4. Ey insanlar! Doğrusu biz sizi bir kişi ilə bir qadından yaratdıq. Sizi millətlər və qəbilələr halına qoyduq ki, bir-birinizi asanlıqla tanıyasınız. Şübhəsiz Allah qatında ən dəyərliniz, Ona qarşı gəlməkdən ən çox çəkinəninizdir. Allah biləndir, xəbərdardır. Hucurat 49/13. []
  5. Kölənin ailəsi, tərbiyə edən və fidyəsini, mehrini alacaq olan ailədir. []
  6. Müslim Nikah 18. []
  7. Müslim Nikah 11. []
  8. Bilmen, c. II, s. 25-26, paraqraf 115. []
  9. İstanbul Universitetinin İlahiyyat fakültəsində müəllim []
  10. mühəndis-tədqiqatçı []
Facebook'ta PaylaşTwitter'da Paylaş
9.014 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.278 dəfə oxundu
2 Etikaf 23.06.09 5.259 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.759 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.678 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 6.052 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.884 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.640 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 20.659 dəfə oxundu
9 Donuz dərisi 02.11.09 3.283 dəfə oxundu
10 Talaq: kişinin boşamaq hüququ 18.07.10 8.175 dəfə oxundu
11 İslamda falçılığa münasibət 27.11.10 7.981 dəfə oxundu
12 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.206 dəfə oxundu
13 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.214 dəfə oxundu
14 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 354 dəfə oxundu
15 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 4.128 dəfə oxundu
16 Heyzli qadının ibadəti 24.02.10 49.640 dəfə oxundu
17 Oruc və orucun başlanğıcı 27.08.10 9.896 dəfə oxundu
18 Şəfaət inancı 08.02.11 2.966 dəfə oxundu
19 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.862 dəfə oxundu
20 Uşaqların evləndirilməsi 26.01.15 3.173 dəfə oxundu
21 Quranda Hicab/Başörtüsü. 24.09.18 714 dəfə oxundu
22 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.487 dəfə oxundu
23 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.474 dəfə oxundu
24 Zikrin fəzilət və faydaları 26.11.10 5.096 dəfə oxundu
25 Kəramət nə deməkdir? 15.02.11 3.999 dəfə oxundu
26 Qadınların sünnəti 15.07.12 13.655 dəfə oxundu
27 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.148 dəfə oxundu
28 Xums nədir? 11.01.19 407 dəfə oxundu
29 Qadınların şahidliyi 14.05.09 2.996 dəfə oxundu
30 Quran və müsəlmanlar 29.01.10 4.637 dəfə oxundu
31 Dua 25.11.10 7.119 dəfə oxundu
32 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 6.037 dəfə oxundu
33 Əsl kafir kimdir? 21.07.12 9.218 dəfə oxundu
34 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.155 dəfə oxundu
35 Коран и культурное развитие. 30.01.19 236 dəfə oxundu
36 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.922 dəfə oxundu
37 Dəlillərlə Cümə namazı 12.02.10 6.449 dəfə oxundu
38 Donuz əti və ziyanları 08.12.10 5.873 dəfə oxundu
39 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.511 dəfə oxundu
40 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.461 dəfə oxundu
41 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.678 dəfə oxundu
42 Oruc Kəffarəsi 24.05.19 239 dəfə oxundu
43 Hicabı qadağan edənlər 14.05.09 3.445 dəfə oxundu
44 İnsan cəsədi və avtopsiya 05.02.10 3.562 dəfə oxundu
45 Şirk və küfr 14.07.11 3.660 dəfə oxundu
46 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.224 dəfə oxundu
47 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.219 dəfə oxundu
48 SÜFRƏ MÖCÜZƏSİ 16.09.19 84 dəfə oxundu
49 Nişanlıların kəbini 14.05.09 12.093 dəfə oxundu
50 Qadınlar və Cümə namazı 26.03.10 7.006 dəfə oxundu
51 Quranda əşyaların dili 04.07.11 14.229 dəfə oxundu
52 Mutəvatir hədis 28.09.12 1.948 dəfə oxundu
53 Vəsilə nədir? 27.05.16 2.258 dəfə oxundu
54 Münafiqlərin korluğu 10.04.10 1.995 dəfə oxundu
55 Valideyndən xəbərsiz kəbin 29.06.09 10.306 dəfə oxundu
56 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 3.063 dəfə oxundu
57 Hikmət 09.01.16 4.728 dəfə oxundu
58 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 3.234 dəfə oxundu
59 Nikaha nəzarət 14.05.09 6.671 dəfə oxundu
60 Ölüdən kömək gözləmək 28.03.10 3.852 dəfə oxundu
61 Quranı öyrənmənin üsulu 16.12.15 4.637 dəfə oxundu
62 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.064 dəfə oxundu
63 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.156 dəfə oxundu
64 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.530 dəfə oxundu
65 Faiz 29.03.10 4.663 dəfə oxundu
66 QÜTBÜ ƏZƏM 24.03.14 2.457 dəfə oxundu
67 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.651 dəfə oxundu
68 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.178 dəfə oxundu
69 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.425 dəfə oxundu
70 Namazları cəm etmək 08.04.10 7.122 dəfə oxundu
71 Seyyidlər kimlərdir? 16.10.11 8.655 dəfə oxundu
72 Qəza-qədər məsələsi 24.02.13 4.116 dəfə oxundu
73 Qadınların döyülməsi 29.03.17 1.796 dəfə oxundu
74 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.823 dəfə oxundu
75 Vərdişlər 10.04.10 2.655 dəfə oxundu
76 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.922 dəfə oxundu
77 Mütə nikahı (siğə) 07.03.13 9.014 dəfə oxundu
78 Tağut 28.04.17 4.112 dəfə oxundu
79 İnsan peyğəmbər 06.07.09 3.769 dəfə oxundu
80 Allah, insan və xələf-sələf 12.04.10 2.798 dəfə oxundu
81 Kişinin seksuallığı 09.01.12 16.866 dəfə oxundu
82 Vəhy 12.04.13 1.817 dəfə oxundu
83 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 879 dəfə oxundu
84 Təsbeh 06.07.09 3.695 dəfə oxundu
85 Nəsx və daşqalaq cəzası 27.05.10 4.702 dəfə oxundu
86 Fitr sədəqəsi 20.06.09 3.685 dəfə oxundu
87 İsra və Merac 02.04.16 1.212 dəfə oxundu
88 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.399 dəfə oxundu
89 Hamının bildiyi Namaz. 26.01.18 919 dəfə oxundu
90 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.379 dəfə oxundu
91 Qəndil 30.06.09 8.073 dəfə oxundu
92 Şəfaət 08.04.10 3.212 dəfə oxundu
93 Surroqat analıq 03.02.12 4.891 dəfə oxundu
94 Təvəssül 10.06.13 3.158 dəfə oxundu
95 “Ən zəif ev” 09.03.18 384 dəfə oxundu
96 Ailənin adından bir qurban 26.02.10 3.731 dəfə oxundu
97 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 13.461 dəfə oxundu
98 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.587 dəfə oxundu
99 Piramida və şəbəkə marketinqi 24.02.12 2.619 dəfə oxundu
100 İslamda geyim ədəbi 05.06.13 3.427 dəfə oxundu