Quran və müsəlmanların vəziyyəti
Allah Təala bütün bəşəriyyətə elçi sifətilə göndərdiyi1 axırıncı peyğəmbər2 olan Muhəmməd əleyhissəlam-a düzgünlüyünə dair heç bir şübhə olmayan3 və kəlamların ən gözəli4 olan Qurani-Kərimi hər şeyi izah etmək üçün5 endirmiş, ona Qurana tabe olmağı6 və Quranı təbliğ etməyi7 buyurmuşdur. Əlavə olaraq, Allah peyğəmbərə əgər Qurani-Kərimi təbliğ etməsə, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş hesab olunacağını bildirmişdir; beləliklə, ona bu barədə xəbərdarlıq etmişdir.8
Muhəmməd peyğəmbər (s. a. v.) Allahın əmri ilə ancaq Qurana tabe olacağını demiş9 və axırıncı ayənin10 nazil olduğu gün bütün insanlara müarəciət edərək: “Mən sizə Allahın kitabı olan Quranı qoyub gedirəm. Ondan möhkəm yapışsanız (layiqincə tabe olsanız), yoldan çıxmazsınız (zəlalətə düşməzsiniz)11 ”, – demiş, bütün insanlara Qurani-Kərimi bir peyğəmbər mirası kimi qoyub getdiyini elan etmiş və qısa bir müddətdən sonra vəfat etmişdir.12
Allah nazil etdiyi axırıncı ayədə bizə belə buyurur: “Bu gün sizin dininizi tamamladım. Sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim”.13 Deməli, Qurani-Kərimin axırıncı ayəsinin nazil edilməsi ilə dinimiz tamamlanıb.
Allah Muhəmməd peyğəmbəri Qiyamətə qədər bütün bəşəriyyətə elçi (rəsul) kimi göndərdiyinə görə ona nazil etdiyi kitabı olan Qurani-Kərimin möcüzəliyini və rəhbərliyini də Qiyamətə qədər qoruyacağına dair təminat vermişdir.14
Buna görə də Allah Quranı asanlıqla başa düşülən formada nazil etmiş15 və peyğəmbər Allahın əmri ilə: “Bu Quran mənə vəhy olundu ki, sizi və onun təbliğ edildiyi insanları onunla xəbərdar edim”16 , – demişdir.
Elə buna görədir ki, Allah Qiyamətə qədər dünyaya gələcək bütün insanlara: “Ey insanlar, Rəbbiniz tərəfindən endirilən Qurana tabe olun”17 , – deyərək onlara Qurana tabe olmağı əmr edib. Eyni qaydada: “Budur, bu Quran bizim endirdiyimiz mübarək kitabdır. Buna tabe olun, qarşı çıxmaqdan çəkinin. Elə etsəniz, mərhəmətə nail olarsınız”18 , – deməklə mərhəmətə nail olmaqları üçün Qurana tabe olmağın şərt olduğunu izah etmişdir.
Müsəlmanlar İslamiyyətin ilk dövrlərində həmin şərti yerinə yetirdiklərinə görə, yəni, Qurani-Kərimə tabe olduqları üçün öz əlləri ilə düzəltdikləri bütlərə və özləri kimi olan insanlara qul olmaqdan xilas olublar. Beləcə, şəxsi iradələri və seçimləri ilə azad formada hərəkət etmək və ancaq Allaha ibadət etmək səviyyəsinə çatıblar. Daxili sabitlik də belə təmin olunub. Digər bir tərəfdən bir İslam ümməti meydana gəlmiş, həmin ümmət ətraf ərazilərdə yaşayan insanların ölkələrinə İslam ədaləti və qəlblərinə tövhid nurunu çatdırmaq üçün hər şeylərini üzə çıxartmışlar. Başqa sözlə, həmin insanlar bunun üçün çalışıblar.
Nəticə etibarilə uzun müddət ərzində Cahiliyyə zülmətində yaşayan insanlar müsəlman olmaqla bir çox insanın müsəlman olmasına və bir sıra torpaqların fəth edilməsinə səbəb olublar. Əlavə olaraq, idarə olunma vəziyyətindən idarəetmə halına, alan əl olmaqdan isə verən əl halına yüksəliblər.
Təəssüflər olsun ki, peyğəmbər əleyhissəlam vəfat etdikdən sonra müsəlmanlar öz aralarında ixtilafa düşmüş, müxtəlif qrup və məzhəblərə ayrılmışlar. Hər məzhəbin mənsubları Qurani-Kərimi öz həyatlarına tətbiq etmək və onu Cahiliyyə qaranlığında yaşayan insanlara təbliğ etmək olan əsl vəzifələrini bir kənara qoyub digər məzhəblərin mənsublarından üstün olmaq yarışına girişiblər.
Bunun nəticəsində Allahın: “İzzət (üstünlük) ancaq Allaha, Allahın elçisinə və möminlərə məxsusdur; lakin münafiqlər bunu bilməzlər”,19 – sözündə möminlərə də vəd edilən izzət öz yerini zillətə vermişdir. Beləliklə, yeni ərazilərin fəth olunması bir yana dursun, əvvəllər fəth edilmiş torpaqlar da bir-bir əldən çıxmışdır. Beləcə, müsəlmanlardan qorxub çəkinən düşmənlər müsəlmanları qorxudanlara çevriliblər. “Allah onlara zülm etməyib. Lakin onlar öz-özlərinə zülm ediblər”.20 Çünki Allah: “Əgər mömin olsanız, qətiyyətlə qalib gələnlər siz olarsınız”21 deyə, qalib gəlmək üçün mömin olmağın şərt olduğunu elan edib.
Zaman keçdikcə Qurani-Kərim və müsəlmanlar arasındakı məsafə daha da dərinləşib. Peyğəmbərin vəfatından 200-300 il sonra yazılan kitablar müsəlmanlar üçün həyatın yol göstəricisi halına gəlib. Müsəlmanlar həmin kitablarda yazılanları “bütövlükdə möhkəmcə yapışmaq (həyata keçirmək, tətbiq etmək) lazım gələn prinsiplər” kimi qəbul ediblər. Qurani-Kərim isə isanlar öldükləri vaxt, yas mərasimlərində, qəbristanlıqda və bu kimi müxtəlif mərasimlərdə oxunan bir kitab halına gətirilib.
Hazırki dövrdə yaşayan müsəlmanların vəziyyəti daha acınacaqlıdır. Onların arasında yuxarıda ifadə edilən bütün mənfi cəhətlərə əlavə olaraq yeni fikirlər də meydana gəlib və beləcə, cəmiyyət olaraq zəlalətə doğru gedirlər.
Ən dəhşətlisi isə budur ki, Quranın buyuruqlarına tabe olmaq və insanları buna dəvət etmək dinsizlik və yaxud zəlalət kimi qəbul edilir və digər fikirlərdən möhkəm tutub onları dəstəkləmək “dindarlıq” hesab olunur.
Yuxarıda qeyd edilən xəstəliklərdən xilas olub lazım olduğu kimi müsəlman olmağın, eyni zamanda dünya və axirətdə Allahın mərhəmətinə nail olmağın yeganə yolu peyğəmbəri nümunə götürərək Qurani-Kərimə qayıtmaqdır. Çünki “Bu Quran ən düzgün yola çatdırır”22 , “O, həqiqətən də, üstün, heç bir tərəfi xəta ilə qarışmamış və qarışmayacaq olan kitabdır. O, hikmət ilə iş görən və hər şeyi bilən (Allah) tərəfindən endirilmişdir”.23 “O, qəti bir sözdür. Əsla zarafat deyil!”.24 “O, inanan cəmiyyətə hər şeyi izah edən, düzgün yolu göstərən bir rəhbər və rəhmətdir” .25
Müəllif: ENES ALİMOĞLU
Süleymaniye Vakfı
Türkiyə, İstanbul.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: İslam dini, islam ümməti, müsəlmanlar, müsəlmanların qurandan uzaqlaşmasının səbəbləri, Quran, quran və müsəlmanlar, qurana tabe olmaq, quranın hökmlərinə əməl etmək
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.050 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.195 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.634 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.204 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.212 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.094 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 918 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.584 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 913 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 690 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 702 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 740 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 802 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.839 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 469 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.451 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 771 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 580 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 731 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 879 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 344 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 663 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.731 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 620 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.872 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 338 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 773 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.069 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 594 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 664 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 708 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.166 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 537 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 510 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 666 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.072 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 658 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 763 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 718 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 798 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 922 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.032 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.041 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 530 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.143 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 896 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 563 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 448 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 781 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 605 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 492 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.463 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 581 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 378 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 186 dəfə oxundu |