Müsəlmanlar

Namazı istəməyərək, tənbəllik edərək qılmaq münafiqlik əlamətidirmi?

Sual: Namazı istəməyərək, tənbəllik edərək qılmaq münafiqlik əlamətidir?

Cavab: İstəməyərək, tənbəllik edərək namaza kimin üçün qalxırsan? Biz, canımız çəkdiyi üçün deyil, Allah əmr etdiyi üçün namaz qılırıq. Yuxu əlbəttə hər hansı bir şey üçün qalxmaqdan daha şirindir. İstəmədən olsa belə, bizi namaza qaldıran gücə təslim oluruq. Bu güc, Allaha olan inancımız və təslimiyyətimizdir. Elə bunun üçün də müsəlman adlanırıq. Nisə surəsinin 142-ci ayəsindəki: “…Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.”– ifadəsi, münafiqlər üçündür. Çünki, münafiqlərin namaz qılmağa niyyətləri yoxdur və qıldıqları namaz da göstəriş üçün, məcburiyyət səbəbiylədir. Qısacası aradakı əsas fərq; Müsəlman, Allah əmr etdiyi üçün; Münafiq isə göstəriş və məcburiyyət üçün namaz qılır.

Buna bənzər sual-cavab üçün aşağıdakı linkə baxa bilərsiniz:

Namazda huşu necə olmalıdır?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.