Müsəlmanlar

Münafiqlər özlərini münafiq olaraq görürlərmi?

Sual: Münafiqlər özlərini münafiq olaraq görürlərmi?

Cavab: Heç kim özünü nə kafir olaraq nə də münafiq olaraq görməz. Onlar özlərini ağıllı görür; hər iki tərəfi də yola verdiklərini, həm Allahı, həm də öz mənfəətlərini təmin etdiklərini düşünürlər. Kafirlərin də münafiqlərin də bir qismi özlərini mömin zənn edərlər. Bu səbəblə mən də inanıram deyən kafirlər özlərini mömin olaraq görsələr də təslim ola bilmədiklərini ifadə edərlər. Bu səbəblə Hicr surəsinin 2-ci ayəsində “Kafirlər, kaş ki, müsəlman olsaydıq deyə arzulayarlar.” Məsələn bəziləri; “Allah nəsib edərsə, mən də namaz qılacam, filan pisliyi atacam”– deyər. Halbuki, Allah hər insanı imtahan etdiyi üçün öz ixtiyarına buraxmışdır. Qazanan da özü itirən də özüdür. Özlərini müsəlman olaraq görüb istədiklərini edənlər, Allahı elə öz əməllərinə alət edənlərdir.

Həm kafir həm də münafiq, etdikləri xətalarının şüurundadırlar. Ancaq öz nəfslərini idarə edə bilmirlər.

Buna bənzər sual-cavab üçün aşağıdakı linki tuşlayın:

Münafiqləri tanımanın bir üsulu varmı?

Kafir və Müşrik kəlimələri arasındakı fərq nədir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.