Şəkil çəkmək qadağandır?
Müsəlmanlar > Fitvalar > Şəkil çəkdirmək Tarix: 20 Nisan 2016 Tövsiyə et Çap et
Sual: İslamda şəkil çəkməyin və heykəltaraşlığın haram olduğu bildirilir. Mən uşaqlarıma bu səbəblə oyunçaq almıram və müsəlman olduqdan sonra, uşaqların evdə olan oyunçaqlarını belə qırıb atdım. Sizcə düzgün iş görmüşəm?

Cavab: Rəssamlıq barədə Qurana zidd çox hədislər uydurulmuşdur. Bunlardan biri belədir:

“Qiyamət günü ən şiddətli əzaba məruz qalacaq olanlar rəssamlardır.” (Buxari, “Təsavür”, 89.)

Qurani Kərim bu rəvayətlərin əksinə Davudun (ə.s) şəkil çəkdirdiyini, heykəllər tikdirdiyini və ondan verilən bu nemətlərə, qabiliyyətlərə görə şükr etməsi istənilməkdədir:

“Onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edəni azdır.” (Səbə, 34/13.)

Sualınızı Quran və hədislərdəki ifadələri nəzərə alaraq belə cavablaya bilərik:

Belə məsələlər, yaşadığımız cəmiyyətin əqidəsinə görə dəyişir. Əgər yaşadığımız yerdə öküz bir ilah olsaydı və ona ibadət edilsə idi o zaman oküz şəklini çəkmək böyük bir günah olurdu. Ancaq ölkəmizdə öküzə ibadət edən və onu ilahlaşdıran olmadığı üçün öküz şəklinin də bir təhlükəsi yoxdur.

Müasir dövrümüzdə, Lenin, Atatürk, Xömeyni və digər bunlar kimi şəxslər ilahiləşdirildiyi üçün onların şəklini çəkmək və heykəlini düzəltmək günahdır. Çünki, insanların bir çoxu belə şəxslərin şəkil və heykəllərinə ehtiram bəsləyərək onların qarşısında təzim edir, bəzən də onlara sitayiş edirlər. Ancaq bu cür vəsf verilməyən hər hansı bir insanın şəkli çəkilə bilər. Digər şeylər də belədir…

Bir çoxu belə şeyləri nəzərə almadan öz uşaqlarına nə oyuncaq almırlar nə də şəkil çəkməyə qoymurlar. Verilən nümunəni nəzərə alsanız; nə uşaqlarınızı oyunçaqsız qoymazsız, nə də onların rəssamlıq qabiliyyətini korlamazsınız.

Suala cavab verdi: Aydın Mülayim.[1]

Buna bənzər sual-cavabla aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4238.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Müsəlmanlar.com saytının redaktoru.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Şəkil çəkənlər həmişəlik Cəhənnəmdə qalacaqlar? 18.02.10 2.790 dəfə oxundu
2 Başqalarının şəkil və videosunu çəkib internetə qoymaq olar? 09.06.14 1.824 dəfə oxundu
3 Şəkil çəkmək qadağandır? 20.04.16 1.841 dəfə oxundu