Müsəlmanlar

Qeyri-müsəlmanlarla evlənmək olarmı?

Sual: Qeyri-müsəlmanlarla evlənmək olarmı?

Cavab: Qeyri-müsəlmanlarla evlənmək haram olmamasına baxmayaraq, Allah Təala belə bir evliliyi tövsiyə də etməz. Bəqərə 221-ci ayəsində belə buyurmaqdadır:

“Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.”

Ayədə ifadə edilən “daha xeyirlidir” kəliməsi belə bir evliliyin haram olmadığını göstərir. Yəni, haramlığı qəti olan şeylərdə bu cür müqayisəyə yol verilməz. Bilavasitə, burada qəti bir haram yox, evlənməmələrinə dair bir tövsiyə var. Lakin Allah Təala belə bir evliliyi tövsiyə etmədiyi üçün, biz də tövsiyə edə bilmərik.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2785.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []