Allahın bir əmrini yerinə yetirməmək bizi kafir edir?
Müsəlmanlar > Fitvalar > Tövbə Tarix: 27 Kasım 2014 Tövsiyə et Çap et
Sual: İblis Allahın bir əmrinə itaət etmədiyi üçün kafir oldu. Biz də Onun bir əmrini yerinə yetirməsək kafir oluruqmu?

Cavab: İblis Allahın əmrini yerinə yetirmədi və Adəmə səcdə etmədi. Bəs Adəm neynədi? Adəm də Allahın sözündən çıxmadımı? Əgər Allahın əmrini yerinə yetirməmək bir insanı kafir edirsə, onda Adəmin də kafir olması lazımdır.

Allah Təala İblisə əmrini yerinə yetirmədiyi üçün kafir demədi. Arxasından soruşdu ki, Əraf surəsi 12-ci ayəsindəki ifadəylə: قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ” “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?”. İblis, “Ya Rəbbi üzr istəyirəm”- desəydi, kafir olmazdı. Amma nə dedi? Dedi ki; “أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ” “Mən ondan daha xeyirliyəm. Məni oddan, onu isə palçıqdan yaratdın!” Bir başqa ayədə: “أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا” “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi. İblis Allahın əmrini doğru görmədi və üsyan etdi yəni, kafir oldu. Bəs Adəm Allahın əmrindən çıxdıqdan sonra nə dedi? “رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ” “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər. Əgər Adəm də İblis kimi davranıb Allahın əmrini doğru görməsəydi, o da kafir olurdu. Ancaq Adəm elədiyi günahın cəzasını çəkdi və cənnətdən çıxarıldı. Sadəcə üzr istəməsi və tövbə etməsi də onu cənnətdə saxlamadı. Çünki edilən günah əməl sadəcə sözlə deyil, bir başqa savab əməllə də təmizlənməlidir. Bu səbəblə bir insan yaxıb-yıxdığı bir şeyi gəlib üzr istəməklə düzəltmiş olmaz, eyni zamanda elədiklərini təmir etməsi lazımdır.

Qısacası, insan, Allahın bir əmrini yerinə yetirməməsi ilə deyil, o əmrini qəbul etməməsi ilə kafir olur.

Suala cavab verdi Professor Abdüləziz Bayındır.[1]

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı linklərə də baxın:

“Şeytan” adını alan İblis vaxtilə mələk idi?

İblis elə güman edir ki, onu yoldan çıxardan Allahdır?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.296 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bizim savablarımız puç ola bilər? 09.03.11 1.539 dəfə oxundu
2 Kiçik günahlar əfv olunacaqsa, Allaha yalvarmağın nə mənası var? 08.09.11 2.061 dəfə oxundu
3 Allahın bir əmrini yerinə yetirməmək bizi kafir edir? 27.11.14 1.296 dəfə oxundu
4 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 2.337 dəfə oxundu
5 Nədamət 28.02.12 1.398 dəfə oxundu
6 Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır? 08.07.12 3.984 dəfə oxundu
7 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 9.707 dəfə oxundu
8 Kiçik günahlardan uzaq durmayanlar Cəhənnəmə daxil olacaqlar? 05.01.15 1.599 dəfə oxundu
9 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 1.133 dəfə oxundu
10 Qiyamət saatını görənlərin son andakı imanı qəbul ediləcəkmi? 15.05.17 768 dəfə oxundu
11 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 3.883 dəfə oxundu
12 Peşman olan bir oğru, oğurluğunun kəfarətini necə ödəyə bilər? 06.10.17 223 dəfə oxundu
13 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 3.330 dəfə oxundu
14 Tövbəmizin qəbul olunub olunmadığını hardan biləcəyik? 27.11.17 303 dəfə oxundu
15 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 13.037 dəfə oxundu
16 İnsan nəyə görə günah edir? Hər günahın tövbəsi var? 19.04.10 3.397 dəfə oxundu
17 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 2.178 dəfə oxundu
18 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 2.506 dəfə oxundu