İslamda zorlamağın cəzası
Müsəlmanlar > Cəzalar > Fitvalar > Zina Tarix: 19 Ocak 2011 Tövsiyə et Çap et
Sual: Quran və Sünnəyə əsasən təcavüz edən bir nəfərə necə cəza verilir? İslam hüququnda zorlama halları üçün hansı cəzalar nəzərdə tutulur?

Cavab: Belə bir insana 3 cür cəza verilir:

1) Zina cəzası: Bu, 100 dəyənək vurmaq və namuslu biri ilə evlənməmək qadağasıdır. Belə bir insan özünü tamamilə islah edib düzəldənə qədər abır-həyalı mömin bir insanla evlənə bilməz. Allah Təala belə buyurur:

Zinakar kişi və zinakar qadının hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində [bu işi icra edərkən] ürəyiniz onlara qarşı yumşaq olmasın. Mö’minlərdən bir dəstə də onlara verilən əzaba şahid olsun [öz gözləriylə görsün].”

Zina edən bir kişi ancaq zina edən və ya Allaha şərik qoşan (müşrik) bir qadınla evlənə bilər. Zina edən bir qadın da ancaq zina edən və ya Allaha şərik qoşan bir kişi ilə evlənə bilər. Bu cür evlənmək möminlərə haram qılınıb. (Nur, 24/2-3)

Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, rəhm sahibidir. (Nur 24/5)

2) Təcavüz cəzası: Allah belə deyir:

“(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.” (Nəhl, 16/126)

Bu məsələdə belə bir şəxsə (zorlayan, təcavüz edən) törətdiyi cinayətə müvafiq cəza Allahın qadağan etdiyi bir əməl olduğuna görə tətbiq oluna bilməz (zorlayanı zorlamaq olmaz). Yəni, onun əvəzinə başqa bir cəza, təzminata hökm vermək lazımdır. Bu da o qızın (zorlanan, təcavüzə məruz qalan) özünə tay bir qızın mehri qədər bir mehirin ödətdirilməsi formasında ola bilər.

3) Təzir cəzası: Əgər bu şəxs zorlama aktını tamamən həyata keçirə bilməsəydi belə, (yenə də) tutduğu murdar iş (zorlama) cəzasız qala bilməz. Ona görə də onun halına müvafiq bir cəza verilməlidir. Bu isə səlahiyyətli orqana – məhkəməyə həvalə edilir. Peyğəmbərimizin buna oxşar bir vəziyyətdə tutumu belə olub:

Bir dəfə insanlar peyğəmbərdən ağaclardan meyvə dərib yeməklə əlaqədar bir sual soruşdular.  O da belə cavab verdi:

“Ehtiyacı olduğuna görə ondan yeyən, amma ətəyinə qoyub aparmayana bir şey (cəza tətbiq etmək) lazım deyil. Kim özü ilə aparsa, bunu ikiqat ödəməlidir. Ona əlavə olaraq, bir cəza da verilməlidir”.1

Ağacdakı meyvəni qırıb ətəyinə (cib, çanta və ya başqa bir şeyə) qoyan və özü ilə aparan 3 cinayət törədir: Birini meyvə ağacının yiyəsinə, digərini cəmiyyətə, o birini isə Allaha qarşı. Bu halda ağacın yiyəsinə oğurladığı meyvəni və bir o qədərini ödəməlidir. Başqa sözlə desək, 2 kq meyvə oğurlayıbsa, 4 kq ödəməlidir.

Bu şəxs mülkiyyətin təhlükəsizliyini aradan qaldırdığına görə cəmiyyətə qarşı da cinayət törətmiş hesab olunur. Bu cinayətin cəzası səlahiyyətli orqanın qərarından asılıdır.

Həmin şəxs Allaha qarşı etdiyi günahdan da tövbə etməlidir. Zorlama hallarında namus təhlükəsizliyinə xələl gətirdiyinə görə zorlayan şəxsə cəza olaraq başqa bir cəza da vermək lazımdır. Bu da səlahiyyətli orqana həvalə edilməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, Luqətə, 1. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
4.334 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 10.316 dəfə oxundu
2 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.148 dəfə oxundu
3 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 3.790 dəfə oxundu
4 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 8.301 dəfə oxundu
5 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 9.729 dəfə oxundu
6 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.704 dəfə oxundu
7 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.093 dəfə oxundu
8 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 5.314 dəfə oxundu
9 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.608 dəfə oxundu
10 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.484 dəfə oxundu
11 Zina kəbini pozur? 30.11.10 9.535 dəfə oxundu
12 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.887 dəfə oxundu
13 İslamda zorlamağın cəzası 19.01.11 4.334 dəfə oxundu
14 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 1.974 dəfə oxundu
15 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.241 dəfə oxundu
16 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 1.992 dəfə oxundu
17 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.720 dəfə oxundu
18 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 702 dəfə oxundu
19 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 9.044 dəfə oxundu
20 Zorlanan qadına günah yazılır? 26.03.11 5.134 dəfə oxundu
21 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.367 dəfə oxundu
22 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 11.139 dəfə oxundu
23 Zina edən kafir olur? 02.05.11 6.370 dəfə oxundu
24 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.306 dəfə oxundu
25 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.123 dəfə oxundu
26 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 2.800 dəfə oxundu
27 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 7.262 dəfə oxundu
28 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 6.749 dəfə oxundu
29 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.500 dəfə oxundu
30 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 5.679 dəfə oxundu
31 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.051 dəfə oxundu
32 Flirt də zinadır? 12.04.10 6.007 dəfə oxundu
33 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 6.218 dəfə oxundu