Müsəlmanlar
Tualetdən çıxıb dəstəmazdan qabaq əlləri sabunla yumaq lazımdır?

Tualetdən çıxıb dəstəmazdan qabaq əlləri sabunla yumaq lazımdır?

Cavab: Peyğəmbərin (s. a. v.) dövründə şərait başqa cür idi, indiki kimi deyildi. Onlar təmizlik üçün sabun,  şampun və xlor kimi şeylər istifadə etmirdilər. Lakin öz şəraitləri baxımından təmizlik üçün nə lazımdırsa, onu yerinə yetirirdilər.

Hədis kitablarında qeyd edilən rəvayətlərə əsasən peyğəmbərimiz (s. a. v.) ayaqyolundan çıxdıqdan sonra əllərini təkcə su ilə deyil, sudan əvvəl torpaqla da yuyurmuş.

Əbu Hüreyrə (r. a.) deyib:

“Peyğəmbər ayaqyoluna getmək istəyəndə ona təvr (yaxud da rəkvə) deyilən qabda su aparırdım. Peyğəmbər onunla təmizlənir və əlini toprağa silirdi. Sonra mən başqa bir qabda su gətirirdim. O suyla da dəstəmaz alırdı”. ((Əbu Davud, Təharət (təmizlik), 24; Nəsai, Təharət, 43; İbn Macə, Təharət, 29.))

Belə rəvayət də var ki, peyğəmbər (s. a. v.) qüsl etməzdən əvvəl daha təmizləyici olduğuna görə əllərini toprağa sürtürdü. ((Buxari, Qüsl, 7-8; Müslim, Heyz (aybaşı, menstruasiya), 37 (317).))

O dövrdə necə deyərlər, torpağın gördüyü işi indiki dövrdə sabunlar görür. Başqa sözlə desək, ayaqyolundan çıxdıqdan sonra əlləri sabunla yaxşı-yaxşı yumaq həm sağlamlıq baxımından vacibdir, həm də peyğəmbərimizin (s. a. v.) bir sünnəsidir.

Odur ki, insan istər müsəlman olsun, istər qeyri-müsəlman, təmizliyə fikir verməlidir. Xüsusilə də müsəlman bir şəxs təmizlik məsələsində çox diqqətli (başqalarına nümunə olacaq dərəcədə) olmalıdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.