Sədəqə malı azaltmır
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 19 Ocak 2014 Tövsiyə et Çap et

Sədəqə malı azaltmır

Allahın elçisi Muhəmməd peyğəmbər (s) buyurub:

“Sədəqə malı azaltmır. Əfv edən qulu Allah izzətləndirər. Kim Allah üçün təvazökar olarsa, Allah onu yüksəldər”.1

Hədisin şərhi:

Bu hədis sədəqənin, əfvin və təvazökarlığın fəzilətini özündə cəm etmiş, onların dünya və axirətdəki səmərələrini açıqlamışdır. Sədəqənin malı azaltdığını, əfvin izzətə, təvazökarlığın isə qürura zidd olduğunu düşünmək yanlışlıq və yalan üzərində qurulmuş zəndir.

Əslində sədəqə malı azaltmır. Malın məbləğini azaltdığını fərz etsək, başqa cəhətdən onu artırdığını görərik. Sədəqə mala bərəkət verir, ondan ziyanı uzaqlaşdırır, onu artırır, onu verən şəxsə başqa ruzi qapıları açır. Malın məbləğinin azacıq azalması belə qiymətli səmərələrə dəymirmi?!

Allah üçün lazımi yerə verilən sədəqə qəti olaraq malı azaltmır. Bu, peyğəmbərdən (s) nəql edilən rəvayətlərlə və eləcə də müşahidə və məlum təcrübə yolları ilə öz təsdiqini tapıbdır. Bu məziyyətdən əlavə mal sahibi üçün Allah dərgahında böyük savab, xeyir və ucalıq vardır.

Cinayətkarların söz və əməllə etdikləri günahları əfv etmək özünü alçaltmaq deyil. Əksinə bu, izzətdir. Əsl izzət, rəqibinə və düşməninə qalib gəlmək iqtidarında ola-ola, Allah dərgahında və yaradılanlar qarşısında yüksəlməkdir.

Əfv edənin insanlar qarşısında qazandığı xeyir və tərif, düşmənin dosta çevrilməsi, adamların əfv edənə olan münasibətin dəyişməsi və ona düşməninə qarşı söz və əməllə kömək etmələri hamıya məlumdur. Allah belə insanla onun əməlinə müvafiq davranar. Kim Allahın qullarını əfv edərsə, Allah da onu əfv edər. Həmçinin Allah və Onun qulları üçün təvazökar olanın dərəcəsi qaldırılar. Allah bu növ yüksəlişi belə vəsf etmişdir:

“Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mömin qardaşlarınıza) yer verin!” – deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!” («Mucadələ” surəsi, 11).

Elmin və imanın ən dəyərli səmərələrindən biri də təvazökarlıqdır. O, haqqa kamil şəkildə boyun əymək, əmri yerinə yetirib qadağadan çəkinməklə Allaha və Onun elçisinə itaət etmək, eləcə də Allahın qulları ilə təvazökar davranmaq, onların halına acımaq, böyüyün və kiçiyin qayğısına qalmaqdır. Bunun əksi isə təkəbbürlükdür. O, haqqa qarşı saymazlıq və insanları təhqir etməkdir.

Hədisdə qeyd olunan bu üç növ muhsinlərin (yaxşı əməl sahiblərinin) ilkin simalarıdır. Biri ehtiyaclılara maddi kömək etməklə malı ilə yaxşı əməl sahibi olur. Digəri pis işlərə yol verənləri əfv etməklə yaxşı əməl sahibi ola bilir. Sonuncusu isə, insanlarla həlim, təvazökar və gözəl əxlaqlı davrandığına görə yaxşı əməl sahibi olur. Onlar öz əxlaqları və yaxşılıqları ilə insanlara rahatlıq vermişlər. Allah da onları yüksəltmişdir. Nəticədə onlar axirət savabı ilə yanaşı bu dünyada insanlar arasında ən hörmətli yerə layiq görülmüşlər.
Peyğəmbərin (s) “Kim Allah üçün təvazökar olarsa” kəlamında insanın məqsədinin yaxşı, təvazökarlığının isə ixlaslı olması qeyd olunur. Əksər insanlar imkanlı şəxslərdən dünya malı qoparmaq və ya başçılardan istədiklərini almaq üçün özlərini təvazökar kimi aparırlar. Bəzi hallarda isə təvazökarlıq riyakarcasına edilir. Bütün bu hallar fəsadlı sayılırlar. Bəndəyə yalnız Allaha yaxınlaşmaq, Onun verdiyi savabı qazanmaq və insanlara yaxşılıq üçün göstərdiyi təvazökarlıq xeyir verər. Yaxşılığın kamilliyi və ruhu isə, Allah üçün ixlaslı olmaqdadır.

Hazırlayan: Abdurrahim MURADLI

Mənbə: davet.az (19/01/2014)

  1. Müslim: Xeyirxahlıq, qohumluq və ədəb № 2588. Tirmizi: Xeyirxahlıq və qohumluq № 2029. Əhməd: 2/386. Malik: Cəmi № 1885. Darimi: Zəkat № 1676. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.530 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Pir və ziyarətgahlar 07.12.10 19.792 dəfə oxundu
2 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.592 dəfə oxundu
3 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.550 dəfə oxundu
4 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.139 dəfə oxundu
5 Zəmzəm suyunun sirləri 12.12.10 5.551 dəfə oxundu
6 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.232 dəfə oxundu
7 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.565 dəfə oxundu
8 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.139 dəfə oxundu
9 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.414 dəfə oxundu
10 Əsl kafir kimdir? 21.07.12 9.144 dəfə oxundu
11 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.980 dəfə oxundu
12 Tövhid 24.09.16 4.576 dəfə oxundu
13 Qütblərdə namaz vaxtları 07.02.11 2.283 dəfə oxundu
14 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.206 dəfə oxundu
15 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.882 dəfə oxundu
16 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.025 dəfə oxundu
17 Allahın varlığının riyazi isbatı 15.02.11 5.948 dəfə oxundu
18 Müsəlmanın davranışları 23.09.12 1.856 dəfə oxundu
19 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.437 dəfə oxundu
20 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 490 dəfə oxundu
21 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.415 dəfə oxundu
22 İslamda analara münasibət 19.10.12 2.341 dəfə oxundu
23 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.035 dəfə oxundu
24 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 741 dəfə oxundu
25 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.194 dəfə oxundu
26 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
27 İslamda söyüşə münasibət 19.10.12 1.893 dəfə oxundu
28 QÜTBÜ ƏZƏM 24.03.14 2.451 dəfə oxundu
29 Müaviyə kimdi? 10.08.18 413 dəfə oxundu
30 İslamdan İslama qədər 15.10.15 2.654 dəfə oxundu
31 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.361 dəfə oxundu
32 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.654 dəfə oxundu
33 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.337 dəfə oxundu
34 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 340 dəfə oxundu
35 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.702 dəfə oxundu
36 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
37 Qurban qətliam deyil! 23.10.12 1.590 dəfə oxundu
38 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.548 dəfə oxundu
39 Коран и культурное развитие. 30.01.19 229 dəfə oxundu
40 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
41 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.425 dəfə oxundu
42 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
43 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.960 dəfə oxundu
44 Din 31.03.10 2.986 dəfə oxundu
45 QƏNDİLLƏR 13.02.11 2.823 dəfə oxundu
46 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.347 dəfə oxundu
47 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.343 dəfə oxundu
48 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.116 dəfə oxundu
49 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.290 dəfə oxundu
50 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.741 dəfə oxundu
51 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.774 dəfə oxundu
52 Ağıl işlətmək 24.04.10 3.211 dəfə oxundu
53 Quranda şəfaət anlayışı 02.09.15 1.867 dəfə oxundu
54 İslam ümumbəşəri dindir 16.11.12 1.621 dəfə oxundu
55 Nəbi və Rəsul 18.12.13 1.750 dəfə oxundu
56 Məşiət və iradə 05.07.09 3.213 dəfə oxundu
57 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.462 dəfə oxundu
58 Qəza-qədər məsələsi 24.02.13 4.088 dəfə oxundu
59 Sədəqə malı azaltmır 19.01.14 1.530 dəfə oxundu
60 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.449 dəfə oxundu
61 Quranın ecazı 21.11.11 9.123 dəfə oxundu
62 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.515 dəfə oxundu
63 Lə İlahə İlləllah 20.02.14 2.722 dəfə oxundu
64 Ramazanda Quran oxumaq 29.07.10 5.522 dəfə oxundu
65 Quran ayəli telefon zəngləri 18.01.12 2.830 dəfə oxundu
66 İslam dinində məhbuslara münasibət 24.03.13 1.692 dəfə oxundu
67 Təsbih və Zikr 29.04.16 1.373 dəfə oxundu