Ənənəvi İslam və həqiqi İslam
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 11 Aralık 2013 Tövsiyə et Çap et

Ənənəvi İslam və Həqiqi İslam

Ənənəvi İslam dedikdə, Peyğəmbər və səhabəsindən sonra müəyyən şəxslərin , alimlərin, siyasətçilərin və s. qrupların Quran və sünnədən öz təfəkkürlərinə, görüş tərzlərinə, istəklərinə görə mənimsədikləri İslam düşüncəsini yavaş-yavaş sistemləşdirib məzhəb halına gətirmələri nəzərdə tutulur.

Həqiqi İslam dedikdə isə; insanların, Qurani-Kərimi Allahın muradına uyğun başa düşmələri, yaşamaları və Rəsulunun bu kitabdan aldığı hikmətləri həyatına sünnə etmələri qəsd edilir.

Hicri 2-ci əsrdən etibarən fərqli şərhlər, hədislər, fətva və əqidə şərtləri yazılmağa başlandı. Artıq hər firqədə dayandıqları mövqeyə, yazdıqları, oxuduqları kitablara və dərs aldıqları müəllimlərə görə bir İslam düşüncəsi formalaşmışdı. Müsəlmanların çoxu İslama indiki kimi Quran və sünnənin deyil, öz qrupunun, məzhəbinin pəncərəsindən baxdı. Əslində Quran və sünnə də bu məzhəblərin prizmasından dəyərləndirilir. Bir alimin dediyi kimi: “İslam günəş kimidir. Bu günəş şüalarını əlinizdəki kristala əks etdirdiyimiz zaman oradan bizə fərqli rənglərdə və formada əks olunur. Müsəlmanların çoxu da, bu kristalın əks etdirdiyinə İslam deyir.”

“Yaxud da vəhyi göydən yağan yağışa bənzətsək; o saf, tərtəmiz yağış dənələri yerə çatana qədər havada hər cür kir və mikrobla bulaşır. Müsəlmanların çoxu da qəbul etdiyi və həq bildiyi firqə və məzhəblərinin bütün görüş və dəyərləndirmələrini; “onlar xəta etməz” və ya “biz onlardan çoxmu bilirik?” deyə, nə vermişlərsə, mənimsəmişlərdir. Hər sektaya, məzhəbə sahib olanlar nəinki məzhəbindəki nöqsana, hətta başqalarının mühakimə etməsinə, başqa məzhəbdəkinin doğru olduğunu deməsinə təhəmmül göstərməzlər. Öz sələflərinə, imamlarına müqəddəslik donu geydirib, onlar adına hər cür əqidəyə və fətvaya din adına yiyələnmişlər. Bu ənənə, ata-anadan alınan bir miras kimi  yüz illərdir davam etməkdədir.

Müsəlman olana mühüm olanı müsəlman qalması, xristian olana xristian, yəhudi olana yəhudi, bütpərəst olana bütpərəst qalması mühümdür. Hər kəs öz dinində necə olması və necə qalmasını öyrənir. Bunu da kitablarından deyil, mənsub olduğu örf-adətlərindən və din adamlarından öyrənirlər. Məsələn, birinin müsəlman olması və müsəlman olaraq qalması üçün müsəlman ata-anadan doğulması, sünnət olması, biraz bu dini yaşayanlar üçün də maraqlı olan hansı məzhəbdən olması, kimlərin onu müsəlman olaraq görüb-görməməsi əhəmiyyətlidir. Yəhudilər yəhudi olmasıyla, xristianlar vəftiz olmasıyla, budistlər də Buddanı qəbul etməsilə dinlərinə bağlılığı və həqq üzrə olduqlarını düşünürlər. Bütün bunlar ənənəvi dinin mənsubları və ya müdafiəçiləridir. Quran belələrini qısaca: “Atalarının yolundan gedənlər” olaraq ifadə edir:

Onlara: “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə bəsdir”, – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (Maidə 5/104)

–  Həqiqət nə ilə ölçülür?

Dini mövzuda din də, həqiqət də bir olduğu halda təəssüf ki, hər kəsin bir dini və hər kəsin özünə xas həqiqətləri vardır. Qurani-Kərimin ifadəsinə görə: “Həqq din İslamdır.” Biz həm din haqda, həm özümüz və həm də dünya haqda əsl həqiqətləri Allahın nazil etdiyi kitabından öyrənirik.

Demək ki, ümumi olaraq hər kim özü, dini və dünyası haqqında həqiqətə yiyələnmək istəyirsə, dinini ona nazil edəndən, dünyanı və özünü yaradandan öyrənəcəkdir.  Bir yəhudi yəhudiliyini, doğru və əyriliyini özü kimi bir yəhudidən və ya yəhudi din adamından deyil, yaradanın ona nazil etdiyi kitabından öyrənməlidir. Əgər kitabı təhrif edilibsə, Allahın bir əvvəlki ya da sonrakılar üçün göndərdiyi kitabdan öyrənməlidir. Çünki atalar məsəlində olduğu kimi: “Heç kim öz ayranına turşdur deməz.” Xristian və müsəlman da o cümlədən…

Ancaq müsəlmanlarda bəla və parçalanma çox olduğundan öz aralarında da bir-birini təkfirlə, dəlalətlə və s. ilə mühakimə edənlər vardır. Bu halda müsəlmanın həm özü, həm də başqaları barəsində tutacağı həqqin ölçüsü nə olmalıdır?

Müsəlmanlarmı?

Məzhəblərimi?

Alimləri, müəllimləri, yoxsa şeyxlərimi?

Əlbətdə xeyr! Ancaq Allah və elçisi…Bunları hardan öyrənə bilərik? Allahın nazil etdiyi kitabı Qurani Kərimdən!

Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab (Tövrat, İncil) oxuyanlardan soruş. And olsun ki, Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma. (Yunus 10/94)

Bütün bəşəriyyət üçün ən ideal həqiqət və yol bu kitabdadır.

Artıq hər hansı bir insanın amalı həqq yolçusu olmaq və cənnəti qazanmaq isə, kimliyini yəhudi, xristian, bütpərəst və müsəlmandan deyil, özlərinə nazil olan kitablarından öyrənməli və nəticə etibarı ilə Qurani-Kərimlə dəyərləndirməlidirlər. Çünki bu kitab bütün əvvəlkilərin bir xülasəsidir.

Həqiqi İslamı yaşayan, mənə məzhəbim və ya başqasının məzhəbi nə deyir deyə düşünməz. Mənə Quran (Allah) nə deyir?

Məni Quran necə görür?

Mən hansı sözlə kimi və hansı əməllə nəyi əldə edib, nəyi itirmiş oluram?

Quran, İslamın özünü, bir insanın həqiqi üzünü göstərən bir güzgüdür! Başqa aynalar, kristallar insanları yanılda bilir…

Əli əleyhissəlamın dediyi kimi: “Əgər həqqi batildən ayırmaq istəyirsənsə, əvvəlcə həqqi öyrən! Sonra batil özü sənə məlum olacaq!

Müəllif: Aydın Mülayim

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.747 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslamdan İslama qədər 15.10.15 2.533 dəfə oxundu
2 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.359 dəfə oxundu
3 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.645 dəfə oxundu
4 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.315 dəfə oxundu
5 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 111 dəfə oxundu
6 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.691 dəfə oxundu
7 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.167 dəfə oxundu
8 Qurban qətliam deyil! 23.10.12 1.571 dəfə oxundu
9 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.537 dəfə oxundu
10 Ramazan təqvimi 27.06.14 3.660 dəfə oxundu
11 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.419 dəfə oxundu
12 Ad qövmünün həlakı 29.10.12 1.513 dəfə oxundu
13 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.915 dəfə oxundu
14 Din 31.03.10 2.957 dəfə oxundu
15 QƏNDİLLƏR 13.02.11 2.795 dəfə oxundu
16 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.054 dəfə oxundu
17 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.337 dəfə oxundu
18 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.103 dəfə oxundu
19 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.257 dəfə oxundu
20 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.727 dəfə oxundu
21 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.747 dəfə oxundu
22 Ağıl işlətmək 24.04.10 3.175 dəfə oxundu
23 Quranda şəfaət anlayışı 02.09.15 1.764 dəfə oxundu
24 İslam ümumbəşəri dindir 16.11.12 1.611 dəfə oxundu
25 Nəbi və Rəsul 18.12.13 1.724 dəfə oxundu
26 Məşiət və iradə 05.07.09 3.198 dəfə oxundu
27 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.262 dəfə oxundu
28 Qəza-qədər məsələsi 24.02.13 3.985 dəfə oxundu
29 Sədəqə malı azaltmır 19.01.14 1.515 dəfə oxundu
30 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.432 dəfə oxundu
31 Quranın ecazı 21.11.11 9.106 dəfə oxundu
32 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.507 dəfə oxundu
33 Lə İlahə İlləllah 20.02.14 2.645 dəfə oxundu
34 Ramazanda Quran oxumaq 29.07.10 5.440 dəfə oxundu
35 Quran ayəli telefon zəngləri 18.01.12 2.768 dəfə oxundu
36 İslam dinində məhbuslara münasibət 24.03.13 1.660 dəfə oxundu
37 Təsbih və Zikr 29.04.16 1.270 dəfə oxundu
38 Pir və ziyarətgahlar 07.12.10 18.144 dəfə oxundu
39 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.550 dəfə oxundu
40 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.521 dəfə oxundu
41 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.063 dəfə oxundu
42 Zəmzəm suyunun sirləri 12.12.10 5.304 dəfə oxundu
43 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.170 dəfə oxundu
44 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.538 dəfə oxundu
45 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.947 dəfə oxundu
46 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.400 dəfə oxundu
47 Əsl kafir kimdir? 21.07.12 8.897 dəfə oxundu
48 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.869 dəfə oxundu
49 Tövhid 24.09.16 3.559 dəfə oxundu
50 Qütblərdə namaz vaxtları 07.02.11 2.278 dəfə oxundu
51 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.099 dəfə oxundu
52 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.864 dəfə oxundu
53 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.839 dəfə oxundu
54 Allahın varlığının riyazi isbatı 15.02.11 5.836 dəfə oxundu
55 Müsəlmanın davranışları 23.09.12 1.832 dəfə oxundu
56 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.305 dəfə oxundu
57 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 453 dəfə oxundu
58 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.410 dəfə oxundu
59 İslamda analara münasibət 19.10.12 2.261 dəfə oxundu
60 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.012 dəfə oxundu
61 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 370 dəfə oxundu
62 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.177 dəfə oxundu
63 Qərbin inkişafının paradiqması 19.02.11 3.336 dəfə oxundu
64 İslamda söyüşə münasibət 19.10.12 1.870 dəfə oxundu
65 QÜTBÜ ƏZƏM 24.03.14 2.429 dəfə oxundu
66 Müaviyə kimdi? 10.08.18 299 dəfə oxundu