Quranın savabı ölüyə çatırmı?
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 17 Haziran 2013 Tövsiyə et Çap et

Quranın savabı ölüyə çatırmı?

Arada dünyəvi mənfəət və ya pul olmadığı halda bir adam Quran oxuyub savabını yaxınlarına, yaxud başqa bir möminin ruhuna bağışlayarsa, həmin Quranın savabı ölən adama çatırmı?

Bu məsələ nə Həzrəti Peyğəmbərin yaşadığı dövrdə, nə də səhabələrin yaşadıqları zamanda mübahisə mövzusu olmayıb. Çünki o dövrlərdə ölülər üçün Quran oxumaq, xətm edib savabını bağışlamaq məsələsi yox idi. Xətm etmək isə heç mümkün deyildi, çünki Quran tamamilə gəlməmişdi. Ölülər üçün Quran oxumaq və savabını bağışlamaq adəti səhabənin yaşadığı əsrdən uzaqlaşdıqdan sonra başlanıb və günümüzə qədər gəlib çıxıb. Və belə görsənir ki, cəmiyyətimiz asan və tez bir vaxtda bidət1 sayılan bu vərdişlərindən əl çəkməyəcəklər və ya çəkə bilməyəcəklər.

Məzhəb imamlarından üçü İmam Şafii, İmam Malik və İmam Əhməd ölü üçün oxunan Quranın savabının qəti olaraq ünvanına getməyəcəyini bildirirlər. Çünki insan öləndən sonra onun imtahan müddəti də başa çatır. İmam Əzəm Əbu Hənifə isə ölənin övladları, yaxın qohumları və tələbələri oxuyarsa, yalnız belə olan təqdirdə oxunan Quranın savabının ölüyə getdiyini qəbul edir və sübut olaraq da Həzrəti Peyğəmbərin bu hədisini göstərir: «Adəmoğlu öldüyü zaman onun əməl dəftəri bağlanır, nə savab, nə də günah yazılır. Ancaq ölən üç qrup insanın əməl dəftərləri bağlanmır. Bunlar: 1.Sadaqayi-cariyə sahibləri, 2. Öləndən sonra istifadə edilən elm və əsər qoyan alimlər, 3. Arxasınca xeyir-dua edən, xeyirli övlad yetişdirən valideynlər». Məzhəb imamlarının bu fikirlərinə baxmayaraq, çox böyük ziddiyyətdir ki, insanlar hələ də ölüləri üçün Quran oxudur, xətm etdirir, hətta sifariş belə verirlər. Azərbaycan xalqı arasında adət halına gələn üç, yeddi, adna, qırx, əlli iki və il vermək, Ramazan ayında xətm oxutmaq, bayramları “qara bayram” adlandıraraq ölülər üçün Quran oxutmaq adi hal kimi qəbul edilir.

Quran oxuyan “alimlər”in “nəzir”lə könlünü almaq isə “ən böyük adətdir”. Çünki o sənin ölülərinin ruhuna Quranı pulsuz oxuyası deyil ha! Quran oxuduğuna görə, onun könlü xoşhal edilməlidir ki, ondan gələn savab ölüyə gedib çıxsın (!). Bəzi Quran oxuyanlar da oxuduğu Quranın əvəzində aldığı “nəzir”in doğru olduğunu sübut etmək üçün “Dinimizdə hədiyyə almaq da, vermək də halaldır” və ya “Mən pulu oxuduğum Qurana görə yox, itirilən vaxtıma və əziyyətimə görə alıram”, – deyərək, ölü üçün oxunan Quranın əvəzində mənfəət əldə etməyi özləri üçün müsbət hal kimi qələmə verməyə çalışırlar. Doğrudanmı həqiqət onların dediyi kimidir, yəni mütləq onlara hədiyyə verilməlidir? Yaxud Quran oxuyan və ya xətm edən həmin şəxs onun oxuduğunun əvəzinin verilməyəcəyini bilsə, yenə də həmin adam üçün Quran oxuyarmı? Bu suallara müsbət cavab vermək, “bəli, oxuyardı” demək heç də düzgün cavab olmayacaq. Ölülər üçün Quran oxumaq və ya oxutmaq, Quranı xətm etmək, üç, yeddi, adna, qırx, əlli iki və il mərasimləri təşkil etmək kimi adətlərin hamısı Allah Rəsulunun sağ olduğu dövrlərdə olmayan, lakin sonradan din olaraq çıxarılmış mövhumatlardır. Mövhumatlar qarşısında isə Peyğəmbərin necə hərəkət etdiyi məlumdur. Bununla bağlı Allah Rəsulu belə buyurub:

“Ən xeyirli söz Allahın Kitabıdır. Ən yaxşı yol Muhəmmədin yoludur. Dində ən pis iş bidətlərdir. Hər bidət mərduddur (rədd edilib). Kim onlara sarılarsa onu dindən uzaqlaşdırar”2 Ölülərə Quran oxumaq kimi bidətlərə nə ehtiyac var? Dünyada yaşayanların ölülər üçün edəcəkləri Qurani-Kərimdə və Həzrəti Peyğəmbərin sünnəsində açıq-aşkar bildirilib. Məsələn, Uca Allahın “Həşr” surəsindəki bu ayəsini nümunə göstərə bilərik: “Muhacir və ənsarlardan sonra gələnlər deyərlər: “Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! Ürəklərimizdə iman gətirənlərə bir kin-kudurət qoyma! Rəbbimiz, Sən ki şəfqətlisən, rəhmlisən” (“Həşr» surəsi, 59/10)”. Qurani-Kərimin başqa bir ayəsində də İbrahim ələyhissalamından bir dua nümunəsi verilib: “Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (“İbrahim» surəsi, 14/41).

Həzrəti Peyğəmbərin: “Cənazə namazı qılarkən ölü üçün ürəkdən dua edin!”3 hədisini və oxuduğu bu duanı burada misal kimi veririk: “…Allahım, xüsusilə bu meyit əgər xeyirxah biridirsə, onun yaxşılığını çoxalt, əgər pis adam olubsa, pisliklərindən keç və onu cəzalandırma! Mərhəmətlilərin ən mərhəmətlisi olan Allahım, ona mərhəmətinlə davran və onu əmin-amanlıq, yaxşılıq və yaxınlıq şəraitinə çatdır”.

Allah Rəsulunun həmişə qəbirstanlığı ziyarət edəndə bu duanı oxuduğu rəvayət edilib: “Ey möminlər yurdu, sizə salam olsun. Sizə təyin edilən əcəl gəlib. Allahın istədiyi vaxt yetişəndə biz də sizə qovuşacağıq. Allahım, burda yatan möminlərin gunahını bağışla!”.

Bundan başqa, Həzrəti Muhəmmədə gəlib, “Ey Allahın Rəsulu, anam öldü və ya atam öldü, onun üçün nə etməliyəm?”, – soruşan səhabələrə sədəqə verilməsini, dua edilməsini, imkan daxilində Həccə gedilməsini, qurban kəsilməsini, dost və sevdiklərinin ziyarət edilməsini, hallarından xəbərdar olunmasını tövsiyə etdiyi halda4 , heç bir səhih hədisdə «ölənlərin üçün Quran oxu, “Yasin”, “Fatihə” oxu, xətm et» kimi Həzrəti Peyğəmbərin nə əmrinə, nə tövsiyəsinə, nə də buyruğuna rast gəlmək mümkün deyil. Bəzi doğru olmayan hədislərdə olduğu kimi, əgər ölünün arxasıyla ediləcək işlər arasında Quran oxumaq və ya Qurandan hər hansı bir surəni oxutmaq da olsaydı, Həzrəti Peyğəmbər bunları da bildirməzdimi? Bildirdiyi həmin bu əmrlərə səhabələri də tabe olaraq pulla da olmasa, heç olmasa öz ölülərinə Quran oxumazdılarmı? Məşhur İslam alimlərindən olan Aliyyul-Qari “Fıqhul-Əkbər”in şərhində bunları qeyd edib: “Ölülərə Quran oxumaq Əbu Hənifə, İmam Malik və Əhməd bin Hanbələ görə, məkruhdur, yəni çirkin haldır. Çünki ölülərə Quran oxumaq sonralar ortaya çıxıb. Bununla bağlı heç bir hədis də yoxdur”5

“Səhihi-Buxari”ni şərh edən Ayni: “Dünya malı üçün Quran oxuyanın Quran oxuması qadağan edilir. Bu məsələdə pul və ya başqa bir şey verən də, alan da günahkardır”, – deyib.

Həzrəti Peyğəmbərin ölülər üçün məzarlıqda və ya başqa bir yerdə Quran oxuduğuna dair heç bir hədisi mövcud deyil. Sizə də məlum olduğu kimi, Həzrəti Peyğəmbərin sağlığında üç qızı, üç oğlu, üç xanımı və bir neçə əmisi vəfat edib. Həzrəti Peyğəmbər onlar üçün Quran oxuyubmu? Kim bircə dənə səhih hədis gətirə bilər, buyursun. Həzrəti Peyğəmbərin anasının qəbrini ziyarəti əsnasında da belə hadisə baş verməyib. Həzrəti Peyğəmbərin səhabələrindən heç biri nə Həzrəti Peyğəmbərin vəfatı əsnasında, nə onun qəbri üstündə Quran oxumayıb. Ölülər üçün Quran oxumaq olsaydı və bunun da savabının ölüyə getməsi bildirilsəydi, səhabələr canlarından daha çox sevdikləri Həzrəti Peyğəmbərin vəfatından sonra onun üçün bol-bol Quran oxuyub, xətmlər etməzdilərmi?

Mənbə: davet.az (“Dəvət” jurnalı)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Bidət: Dində olmadığı halda, İslama sonrada daxil edilmiş olan və “din” adı altında tətbiq edilən söz və davranışardır. Başqa bir ifadəylə desək, bidət: “Allah və Rəsulunun əmrlərinin əksini yaşamaqdır”, “şəriətin əslinə uyğun olmayan, Peyğəmbərin hədislərinə zidd gələn” və din olaraq qəbul edilən hər şeydir. (İbnul Əsir, “ən-Nihayə fihqi Qaribul-Hadis”, b-d-a maddəsi). []
  2. Əbu Davud, “Sunən”, Sünnə, 5; Muslim, “Sahih”, Cuma, 43. []
  3. Əbu Davud, “Sunən”, Cənaiz, 60; İbn Macə, “Sunən”, Cənaiz, 23. []
  4. Muslim, 1004, 1630; Buxari, Cənaiz, 95, Vəsayə 19; İbn Macə, 2719; Əbu Davud, 2881, 2882. []
  5. Bax.: Muhəmməd Əhməd Abdussəlam, “Quran nəyə görə göndərildi?”, Fəcr nəşriyyatı, səh. 110. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.444 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Məşiət və iradə 05.07.09 3.214 dəfə oxundu
2 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.492 dəfə oxundu
3 Qəza-qədər məsələsi 24.02.13 4.110 dəfə oxundu
4 Sədəqə malı azaltmır 19.01.14 1.531 dəfə oxundu
5 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.453 dəfə oxundu
6 Quranın ecazı 21.11.11 9.124 dəfə oxundu
7 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.538 dəfə oxundu
8 Lə İlahə İlləllah 20.02.14 2.741 dəfə oxundu
9 Ramazanda Quran oxumaq 29.07.10 5.525 dəfə oxundu
10 Quran ayəli telefon zəngləri 18.01.12 2.830 dəfə oxundu
11 İslam dinində məhbuslara münasibət 24.03.13 1.698 dəfə oxundu
12 Təsbih və Zikr 29.04.16 1.392 dəfə oxundu
13 Pir və ziyarətgahlar 07.12.10 20.215 dəfə oxundu
14 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.601 dəfə oxundu
15 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.556 dəfə oxundu
16 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.147 dəfə oxundu
17 Zəmzəm suyunun sirləri 12.12.10 5.572 dəfə oxundu
18 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.238 dəfə oxundu
19 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.569 dəfə oxundu
20 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.155 dəfə oxundu
21 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.417 dəfə oxundu
22 Əsl kafir kimdir? 21.07.12 9.190 dəfə oxundu
23 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 3.004 dəfə oxundu
24 Tövhid 24.09.16 4.766 dəfə oxundu
25 Qütblərdə namaz vaxtları 07.02.11 2.283 dəfə oxundu
26 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.220 dəfə oxundu
27 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.886 dəfə oxundu
28 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.102 dəfə oxundu
29 Allahın varlığının riyazi isbatı 15.02.11 5.967 dəfə oxundu
30 Müsəlmanın davranışları 23.09.12 1.862 dəfə oxundu
31 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.444 dəfə oxundu
32 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 492 dəfə oxundu
33 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.415 dəfə oxundu
34 İslamda analara münasibət 19.10.12 2.355 dəfə oxundu
35 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.036 dəfə oxundu
36 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 801 dəfə oxundu
37 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.195 dəfə oxundu
38 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
39 İslamda söyüşə münasibət 19.10.12 1.898 dəfə oxundu
40 QÜTBÜ ƏZƏM 24.03.14 2.457 dəfə oxundu
41 Müaviyə kimdi? 10.08.18 445 dəfə oxundu
42 İslamdan İslama qədər 15.10.15 2.675 dəfə oxundu
43 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.362 dəfə oxundu
44 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.671 dəfə oxundu
45 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.337 dəfə oxundu
46 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 347 dəfə oxundu
47 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.704 dəfə oxundu
48 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
49 Qurban qətliam deyil! 23.10.12 1.602 dəfə oxundu
50 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.548 dəfə oxundu
51 Коран и культурное развитие. 30.01.19 233 dəfə oxundu
52 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
53 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.425 dəfə oxundu
54 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
55 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.966 dəfə oxundu
56 Din 31.03.10 2.990 dəfə oxundu
57 QƏNDİLLƏR 13.02.11 2.825 dəfə oxundu
58 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.382 dəfə oxundu
59 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.347 dəfə oxundu
60 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.118 dəfə oxundu
61 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.294 dəfə oxundu
62 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.742 dəfə oxundu
63 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.775 dəfə oxundu
64 Ağıl işlətmək 24.04.10 3.215 dəfə oxundu
65 Quranda şəfaət anlayışı 02.09.15 1.881 dəfə oxundu
66 İslam ümumbəşəri dindir 16.11.12 1.622 dəfə oxundu
67 Nəbi və Rəsul 18.12.13 1.756 dəfə oxundu