İslam ümumbəşəri dindir
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 16 Kasım 2012 Tövsiyə et Çap et

İslam ümumbəşəri dindir

İslam cahanşümul dindir. Bu din mesajlarını tayfa, qəbilə, millət, xalq fərqi qoymadan, indiki, gələcək zaman demədən, Asiya, Avropa, Amerika, Ərəbistan və s.-i nəzərə almadan açıq-aşkar hər kəsə təqdim edir. Dolayısı ilə o bütün bəşərə səslənir.

Bunu Muhəmmədə (s) qədər olan peyğəmbərlərin “ey qövmüm, ey qövmüm…” ifadəsinin Reyğəmbərimizin dövründə “ey insanlar” halına gəlməsində də görmək mümkündür. Həmçinin bunu təsdiq edən bir çox ayə və hədis də göstərmək mümkündür:

“Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” (“Ənbiya” surəsi, 21/107) ayəsi, “hər peyğəmbər öz tayfasına göndərildi. Mən isə bütün bəşəriyyətə göndərildim” hədisi həmin dəryadan ancaq bir damcıdır.

Ancaq İslam dini cahanşümul olduğunu göstərərkən “mən cahanşümul bir sisteməm…” kimi iddia ilə ortaya çıxmayıb. Bəlkə o belə bir iddiadan daha çox ortaya qoyduğu maddi-mənəvi dinamikləri etibarilə cahanşümul olduğunu sübut edib. Yəni İslam dini fərd, ailə və cəmiyyət həyatımıza elə dinamiklər və mesajlar təqdim edib ki, bəşərin təbiəti ilə uyğun gələn, uzlaşan bu mesajlar onun cahanşümul din olduğunun dəlili olub.

İslam bunu qarşısına məqsəd qoyarkən əvvəlcə insanı bütün müsbət və mənfi cəhətləri ilə bir bütöv halında qəbul edib. Hissləri, arzuları, ehtirası, kini, nifrəti, hirsi və məhəbbəti kimi… bütün cəhətləri ilə. Və onun gətirdiyi bu mesajlar qəbul edilən insan təbiətinin dəyərləri ilə heç vaxt toqquşmayıb. Buna görə də insan halal şəkildə axtardığı hər şeyi, hər hansı bir ziddiyyətə məruz qalmadan İslamda tapa bilər. Məsələn, fərd kamil insan olmaq istəyirsə, brahmanizm, mistisizm, buddizmdən heç nə gözləmədən İslama müraciət etməsi kifayətdir. Onun ailə nizamı, uşaq tərbiyəsi, qohumları ilə münasibətində bir problemi varsa, İslamın qaydalarına tabe olması kifayət edər. İqtisadi həyatı çətin vəziyyətdədirsə, Quran və Sünnənin hökmləri hər dərdə dərman olduğu kimi bu dərdə də əlacdır…

Bəli, İslam hər dərdə dərmandır, rububiyyət, uluhiyyət, ubudiyyət tövhidindən tutmuş ailəvi münasibətlərimizə, ictimai əlaqələrimizə kimi hamısına əlacdır. Həm də başqa bir şeyə ehtiyac qoymayacaq tərzdə.

Həmçinin İslamın çox az bir müddət ərzində Ərəbistan Yarımadasında ortaya çıxmasına baxmayaraq, Buxaraya, Sindabada, Çinə, Herakl qalasına (Herkul Bürcünə), Hindistana, Afrikaya, Bizansın qapılarına qədər gedib çıxması, getdiyi hər tərəfdə rəğbətlə qəbul edilməsi də ancaq onun mesajlarının cahanşümul olması ilə izah edilə bilər. Təsəvvür edin ki, etiqadla bağlı yüzlərlə nəzəriyyənin qol-budaq atdığı bu yerlərə İslam qılınc gücü ilə deyil, ardıcıllarının səsi və nəfəsi ilə daxil olur. Uranium atomu kimi hərəkətli, tarixdəki missiyası ilə bəşərin taleyinə hökm edən Türklər İslamla sakitləşərkən, Nirvanaya bağlanmış və ölmədən ölüm qabığına çəkilməyə namizəd olan millətlər də yenə İslamla həqiqi yaradılışı hiss ediblər.

Demək ki, bir-birindən tamamilə fərqli olan bu iki xarakter İslamın müştərək bir əsasında birləşə biliblərsə, bunun səbəbini İslamın qaydalarında axtarmaq lazımdır.

İslamın bu xüsusiyyətini kəşf edən Qərb dünyası bir inadkarlıq uğruna bu inkişafın qarşısını almaq üçün yüz illərdir var gücü ilə çalışır. İndi də bu çalışmasına davam etdiyi kimi… Əslində Avropa bir vaxtlar orta əsrlərdəki zülmətini yaşayarkən, İslam Asiyada intibah dövrünü yaşayırdı. Və bir mütəfəkkirin qeyd etdiyi kimi əgər kilsə təəssübkeşlik edib İslamın qarşısında Qədim Dövrə sığınmasaydı və şərtlə baxmasaydı, təbii ki, dünya bu günkü qaranlığı yaşamayacaqdı. Amma o gedib bütpərəstlik dövrünün düşüncələrinə sığındı və hələ də həmin mütəəssibliyini davam etdirir.

İslamın ümumbəşəriliyini onun bəşəriyyətə gətirdiyi qayda və qanunlarda axtarmaq lazımdır. O qadına, kişiyə, uşağa nə vəd edib? İqtisadi və ictimai çalxantılara qarşı necə bir sistem yaradıb? Bəşəri problemlərə necə həll yolu tapıb? Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıqların qarşısında nələr deyib? Dövlətlərin tarazlığı üçün hansı təkliflər gətirib və s. Bəli, siz bütün bunları tədqiq etdiyiniz vaxt onun fövqəlsistem, aləmşümul bir xüsusiyyətə malik olduğunu görəcək, hər kəsin dərdinə dərman olduğunu müşahidə edəcək və deyəcəksiniz ki, “İslam həqiqətən də cahanşümul dindir”.

Yeri gəlmişkən qeyd etmədən ötə bilməyəcəyim bir məsələ də ondan ibarətdir ki, İslamın cahanşümul din olduğunu təkcə Quranı əsas alaraq söyləmək həqiqətə uyğun deyil. Məncə onun ümumbəşəriliyini Quran ayələri ilə yanaşı, səhih Sünnə və Raşidi xəlifələri ictihadlarının arasında da axtarmaq lazımdır.

Qısası, biz mövcud olduğumuz gündən bugünə kimi həmişə İslamın ümumbəşəriliyinə inanmışıq. Bəli, Quran və Sünnənin kifayət etməsi ilə qarşımızda bir çox “izm”lərlə ifadə edilən fikirlərin mövcudluğuna baxmayaraq, heç vaxt tərəddüd keçirməmişik. Əksinə, bunların İslamı əvəz edə bilməyəcəyinə inanmışıq. Hətta illərlə kommunizmin əsarəti altında əzilən insanların da bir gün eyni cəbhənin insanı olacağına inamımız tamdır. Kifayət edər ki, bizə İslam dinini təbliğ və təmsil etməyə imkan verilsin. Heç bir şeydən narahatçılımız yoxdur. Çünki biz İslamın fərdi, iqtisadi, ictimai, ailəvi, hərbi… yəni həyatımızı maraqlandıran hər sahədə gətirdiyi dinamiklər, təqdim etdiyi mesajlarla cahanşümul din olduğunu bilir, qəbul edir və inanırıq. 14 əsrdən bəri düşmənlərinin əziyyəti, dostlarının da vəfasızlığına baxmayaraq, İslamın hələ də təptəzə əsaslarla ayaq üstə, dimdik qalması bunun bir dəlili deyimli?

Mənbə: din.az

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.610 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.103 dəfə oxundu
2 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.256 dəfə oxundu
3 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.726 dəfə oxundu
4 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.743 dəfə oxundu
5 Ağıl işlətmək 24.04.10 3.174 dəfə oxundu
6 Quranda şəfaət anlayışı 02.09.15 1.759 dəfə oxundu
7 İslam ümumbəşəri dindir 16.11.12 1.610 dəfə oxundu
8 Nəbi və Rəsul 18.12.13 1.716 dəfə oxundu
9 Məşiət və iradə 05.07.09 3.198 dəfə oxundu
10 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.242 dəfə oxundu
11 Qəza-qədər məsələsi 24.02.13 3.973 dəfə oxundu
12 Sədəqə malı azaltmır 19.01.14 1.513 dəfə oxundu
13 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.429 dəfə oxundu
14 Quranın ecazı 21.11.11 9.106 dəfə oxundu
15 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.507 dəfə oxundu
16 Lə İlahə İlləllah 20.02.14 2.642 dəfə oxundu
17 Ramazanda Quran oxumaq 29.07.10 5.436 dəfə oxundu
18 Quran ayəli telefon zəngləri 18.01.12 2.761 dəfə oxundu
19 İslam dinində məhbuslara münasibət 24.03.13 1.658 dəfə oxundu
20 Təsbih və Zikr 29.04.16 1.260 dəfə oxundu
21 Pir və ziyarətgahlar 07.12.10 17.976 dəfə oxundu
22 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.544 dəfə oxundu
23 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.520 dəfə oxundu
24 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.061 dəfə oxundu
25 Zəmzəm suyunun sirləri 12.12.10 5.280 dəfə oxundu
26 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.161 dəfə oxundu
27 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.529 dəfə oxundu
28 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.945 dəfə oxundu
29 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.399 dəfə oxundu
30 Əsl kafir kimdir? 21.07.12 8.871 dəfə oxundu
31 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.857 dəfə oxundu
32 Tövhid 24.09.16 3.497 dəfə oxundu
33 Qütblərdə namaz vaxtları 07.02.11 2.276 dəfə oxundu
34 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.092 dəfə oxundu
35 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.860 dəfə oxundu
36 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.830 dəfə oxundu
37 Allahın varlığının riyazi isbatı 15.02.11 5.827 dəfə oxundu
38 Müsəlmanın davranışları 23.09.12 1.831 dəfə oxundu
39 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.290 dəfə oxundu
40 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 452 dəfə oxundu
41 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.409 dəfə oxundu
42 İslamda analara münasibət 19.10.12 2.254 dəfə oxundu
43 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.010 dəfə oxundu
44 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 346 dəfə oxundu
45 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.177 dəfə oxundu
46 Qərbin inkişafının paradiqması 19.02.11 3.336 dəfə oxundu
47 İslamda söyüşə münasibət 19.10.12 1.867 dəfə oxundu
48 QÜTBÜ ƏZƏM 24.03.14 2.425 dəfə oxundu
49 Müaviyə kimdi? 10.08.18 228 dəfə oxundu
50 İslamdan İslama qədər 15.10.15 2.527 dəfə oxundu
51 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.358 dəfə oxundu
52 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.645 dəfə oxundu
53 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.314 dəfə oxundu
54 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 108 dəfə oxundu
55 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.690 dəfə oxundu
56 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.167 dəfə oxundu
57 Qurban qətliam deyil! 23.10.12 1.571 dəfə oxundu
58 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.533 dəfə oxundu
59 Ramazan təqvimi 27.06.14 3.658 dəfə oxundu
60 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.419 dəfə oxundu
61 Ad qövmünün həlakı 29.10.12 1.513 dəfə oxundu
62 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.909 dəfə oxundu
63 Din 31.03.10 2.957 dəfə oxundu
64 QƏNDİLLƏR 13.02.11 2.795 dəfə oxundu
65 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.040 dəfə oxundu
66 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.336 dəfə oxundu