Müsəlmanlar

Müasir dövrümüzdə halal ticarətlə məşğul olmaq olarmı?

Sual: Müasir dövrümüzdə halal ticarətlə məşğul olmaq olarmı?

Cavab: Halal ticarətlə, dünyanın hər yerində və hər cür şərtlər altında məşğul olmaq olar. Ən keyfiyyətli və rahat iş; halal ticarətdir. Bəzi insanlar, “Günümüzdə halal ticarətlə məşğul olmaq olmaz” deyərək, öz pis əməllərinə müxtəlif bəhanə gətirirlər.

Dünyanın bütün ölkələrində faiz qadağandır. Yəni, sərbəst şəkildə olan faizçiliyin cəzası vardır. Bunu bank sistemi dövlət nəzarəti altında həyata keçirir. Sərbəst buraxıldığı təqdirdə təhlükəsi çox böyük olur.

Allahın bütün qadağaları beynəlmiləldir və dövlətin qanun maddələrində yazılı olaraq vardır. Lakin, dövlət özü istədiyi zaman öz nəzarəti altında bu qadağaları çeynəyir, amma vətəndaşa isə bu qadağaları sərbəst şəkildə icra etməyi qadağan edir.

Qısacası, siz Allahın bu beynəlmiləl qanunlarına, halal və harama rəayət etdiyiniz təqdirdə dünyanın ən hörmətli və ən hüzurlu insanı olursuz.

Halal ticarətlə əlaqəli aşağıdakı linklərdən istifadə edə bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/732.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.