Müsəlmanlar
Yanlışların arxasında olanların sayı niyə getdikcə çoxalır?

Yanlışların arxasında olanların sayı niyə getdikcə çoxalır?

Sual: Bütün xəbərdarlıqlara baxmayaraq, uydurulmuş dini dəstəkləyənlərin sayı son dövrlərdə gedərək artdığını görürük. Bunun səbəbi nədir, biz bu vəziyyəti Qələm surəsindəki ayələr işığında başa düşə bilərik?

Cavab: Doğrular say çoxluğu ilə bilinməz. Yanlışların çox olduğu çevrədə doğrulara məhəl qoyan insanların sayı az olur. Bunu peyğəmbərlərin həyatını nümunə göstərən Qurandan görə bilərik. Neynəmək olar, biz əlimizdən gəldiyi qədər Qurandakı ölçüləri insanlara çatdırmağa çalışacayıq. Artıq istəyən qəbul edər istəyən etməz. Vaxtilə peyğəmbərimiz insanların haqqı qulaq ardına vurub, təqlidə davam etdiklərini gördüyü zaman üzülürdü və bu üzüntüsünü görən Allah ona bizə də ibrət olacaq şəkildə belə deyir:

“Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?” (Kəhf, 18/6)

Oxuduğunuz Qələm surəsində də yanlışların arxasına düşənlərin aqibəti barədə belə bildirilir:

“Bu sözü (Quranı) yalanlayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən həlaka sürükləyirik. Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim fəndim çox güclüdür.” (Qəmər, 68/44-45).

Bənzər sual-cavab üçün aşağıdaki linkə baxın:

http://www.muselmanlar.com/dusunce-sahesi/5569.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.