Müsəlmanlar

Allah, dua edən qullarına nə üçün kömək etmir?

Sual: Allah, dua edən qullarına nə üçün kömək etmir?

Cavab: Uca Allah, bəndələrini imtahan etmək, ağır və çətin vəziyyətlərdə əmrinə və qadağalarına kimin itaət edib etməyəcəyini meydana çıxartmaq üçün yaratmışdır. Allahdan istədiyiniz hər şeyin yerinə yetirilməsi “imtahan” əsasına tərsdir.

Allah Təala belə buyurur:

“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: Allahın köməyi nə vaxt (gələcək)?– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır” (Bəqərə, 2/214).

İstədiyiniz hər şeyin yerinə yetiriləcəyi yer cənnətdir. Bu dünyada isə Allah sizi sınaqdan keçirmədən, necə biri olduğunuzu, necə reaksiya verdiyinizi və hansı əməllərə sahib olduğunuzu meydana çıxarmadan dualarınıza baxılmaz. Əməlləriniz, dualarınızın canlı nümunəsidir.

Bu dünyada sadə işlər belə, böyük əmək tələb edirsə, duaların qəbulu və cənnətin qazanılması bəsit görülməməlidir. Bir də Allahın köməyi, duaların bu dünyada qəbul edilib edilməməsi ilə ölçülməz. İnsana bir şeyin verilib verilməməsi də həmçinin. Əsas qazancımız dünyada xeyrli əməllər, axirətdə isə buna qarşılıq cənnət olmalıdır:

“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.” (Ənkəbut, 29/2-3).

Quranda bəzi insanlara istədiklərinin verilməsi onlar üçün xeyir, bəzilərinə də verilməməsi onlar üçün şər olaraq qəbul etmələrinin xətalı olduğu, bilavasitə bütün bunlarda məqsədin imtahan olduğu bildirilir.

Allah bizi cənnəti qazananlardan eyləsin!

Bənzər sual-cavab üçün aşağıdaki linkə baxın:

http://www.muselmanlar.com/fitvalar/786.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.