Müsəlmanlar
“Namazı tam doğru qılın!” ayəsi bizə nəyi çatdırır?

“Namazı tam doğru qılın!” ayəsi bizə nəyi çatdırır?

Sual: “Namazı tam doğru qılın!” ayəsi bizə nəyi çatdırır?

Cavab: Allah Təala, Bəqərə surəsi 238-ci ayəsində belə buyurur:

“Namazları və orta (axşam) namazı qoruyun və Allah qarşısında mütiliklə durun.”

Bundan sonra isə doğru düzgün qıla bilməyənlərə belə bir izahat verir:

“Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində (qılın)…”

Siz yürüyərək qılanda namazın bütün rükünlərinə normal vaxtı qıldığınız kimi rəayət edə bilərsizmi? Və ya huşu içində ola bilərsizmi? Qibləyə dönə bilmirsiz, alnınız dəymir və s. Ayənin davamında “Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!”- buyurmaqdadır.

Belə bir izahat bizə eyni zamanda namazın təxir edilmədən, vaxtları içərisində qılacağımız bir ibadət olduğunu xatırladır. Ancaq əlimizdə olmayan bir səbəbdən unudarsaq, yatıb qalarsaq o zaman unutduğumuzu yerinə yetirərik. Bunun xaricində namaz qəzası olmaz.

Buna bənzər sual-cavabı aşağıdaki linkdən oxuya bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/6427.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.