Müsəlmanlar

Övliyaları ya da İmamları vasitəçi edənlərlə müşriklərin günahı eynimi?

Sual: Övliyalarını və İmamlarını vasitəçi edənlərlə müşriklərin günahı eynimi?

Cavab: Allah bizə şah damarımızdan, sinir toxumalarımızdan daha yaxındır. İnsanlar, Allahla özləri arasına vasitəçilər olaraq başqalarını qoyduqları təqdirdə müvahhidlikləri gedər. Belələri özlərini necə vəsf edərlərsə etsinlər və araya kimi istəyirlərsə qoysunlar fərqi yoxdur. Vasitəçilik müşriklərin vəsfidir və bu vəsfə sahib olan hər kəs də müşrikdir. Məsələn, Xristianlar Allahın ən çox dəyər verdiyi şəxslərdən birini İsanı vasitəçi görürlər.

Müsəlmanların da çoxu onlara bənzəyirlər. Yəni, vasitəçi olaraq Muhəmməd əleyhissəlamı araya qoyurlar. Onun mərhəmətiylə, şəfaətiylə cənnətə gedəcəklərini düşünürlər. Belə bir inanç, İsa və Muhəmməd əleyhissəlamın Allahdan daha mərhəmətli olduğunu göstərməzmi? Buna inanan bir insanın müsəlman qalmasının ehtimalı yoxdur.

Allah Quranda bu cür əqidə sahiblərinə belə deyir:
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ 

“O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır! ” (İnfitar, 82/19)

Təəssüf ki, bu kimi ayələrə baxmayaraq məzhəblərin böyük bir qismi məhşər günündə  “şəfaəti uzma=böyük şəfaət”in olacağına inanmaqdadır. Yəni, Mühəmməd əleyhissəlam, günahkar müsəlmanları Allahın əlindən qurtaracaqdır.  Bu əqidələrini əsaslandırmaq üçün də Peyğəmbər adından bir çox rəvayətlər uydurmuşlar.

Halbuki, peyğəmbər öz qızı Fatiməyə: “Ey qızım! Mənim sənə axirətdə bir faydam olmaz. Çalış özün-özünü qurtar!”-deyir.

İndiki məzhəblər içərisində fəaliyyət göstərən sünni və şiə təriqətləri də öz İmamlarını və övliyalarını vasitəçi, şəfaətçi qoymaqda və bu şəxslərin Allaha qarşı advokatlıq edərək özlərini qurtaracaqlarına inanmaqdadırlar. Buna inan insanlar müşriklərlə eyni əqidəni paylaşırlar.

Əlavə məlumat üçün aşağıdaki linki tuşlaya bilərsiz:

http://www.muselmanlar.com/dusunce-sahesi/6397.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.