Müsəlmanlar

Rəsulullah (ə.s.), “namaz qılmayan uşağı döyün” demişmi?

Sual: Rəsulullah (ə.s.), “namaz qılmayan uşağı döyün” demişmi?

Cavab: İlk əvvəl bunu qeyd edək ki, belə bir söz heç peyğəmbərin şəxsinə yaraşan bir söz deyil. Qaldı ki, Allaha.

Namaz bir insana büluğ və rüşd çağında fərz olur. Uşaqlara isə fərz deyil.

Bundan əlavə, uşaqlar heç bir iş üçün döyülməzlər. Tərbiyə etmək və onlara gözəl nümunə olmaq lazımdır. Hər bir işi sevdirərək, başa salaraq öyrətmək lazımdır. Hələ bu işlər dinimizin əsasları, namazla əlaqəli isə daha da həssas olmalıyıq. Biz sadəcə namaza təşviq edəcəyik, lakin təzyiq göstərməyəcəyik. Əksi təqdirdə namazı nifrətə və qılan adamı münafiqliyə sövq etmiş olarıq.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5741.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.