Müsəlmanlar
İnsanları səhv məlumatlandıran müəllimlərə qarşı nə etməliyik?

İnsanları səhv məlumatlandıran müəllimlərə qarşı nə etməliyik?

Sual: Bəziləri özlərində ya da öz minhəclərində/məzhəblərində olanlardan başqasına qulaq asmamağı, bəziləri Qurandan başqa kitab oxumamağı tövsiyə edir. Düzü bizi də çaş-baş salıblar. Bu tip dəvətçilərə, müəllimlərə qarşı hansı yolu seçməliyik?

Cavab: Hər bir sahədə insanları doğru ya da səhv məlumatlandıran rəhbərlər və müəllimlərə rast gəlmək olar. Bunun qarşısını biz ala bilmərik. 

Siz müsəlman olaraq hər şeydə Allah’ın kitabını ölçü almalı və bilmədiyinizi də o işin əhlindən soruşmalısız. Bu mütodu bizə bildirən Allahdır.[1] Başqa bir yolumuz yoxdur. Tez-tez sizə deyirəm: “Allah’ın əmrlərini doğru başa düşmək üçün müəllim olmağa ehtiyac yoxdur. Amma insanları yoldan çıxarmaq və bu işdə pul qazanmaq üçün müəllim olmaq şərtdir.”

Başqa şeylərdə ağlınızı bir dəfə çalışdırdığınız halda dini məslələrdə ağlınızı min dəfə çalışdıracaqsınız.

Din adına aldadanlarla əlaqədar aşağıdaki video dərsi izləməyiniz məsləhətdir:

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Yunus, 10/94; Nəhl, 16/43.