Müsəlmanlar

Quran dəstəmazsız oxuna ya da əllə tutula bilərmi?

Sual: Quran dəstəmazsız oxuna ya da əllə tutula bilərmi?

Cavab: Qurana dəstəmazsız toxunmaması barədə Vaqiə surəsinin 79-cu ayəsi dəlil gətirilməkdədir: “Ona ancaq pak olanlar toxuna bilər.” Halbuki, bu ayəni əsas alaraq, “Qurana dəstəmazsız toxunmaq olmaz”- hökmü çıxmaz. Çünki ayənin ərəbcəsində “toxunmasın” yox, istəsə də “toxuna bilməz”- deyə keçər. Eyni zamanda bu ayə bizim hal-hazırda əlimizdə olan Qurandan deyil, Levhi- Məhfuzdan[1] bəhs etməkdədir. Bir də bu ayə Məkkədə endiyi vaxt hələ Quran əlimizdəki şəkliylə mövcud deyildi. Nəhayət bu kitabla əlaqəli “Məknun” ifadəsindən, əl ilə tutulub gözlə görülən kitab qəsd edilməz. Məknun, “hərtərəfli əhatə edilib qorunmuş”– deməkdir. Heç kim ona əl qata bilməz.

Qurana əl dəymək və oxumaq üçün dəstəmaz almaq lazım olduğuna dair  heç bir səhih hədis də yoxdur. Tam tərsinə, dəstəmazsız da Quran oxuna biləcəyinə dair səhih hədislər vardır:

“Mənə ancaq namaza qalxdığım zaman dəstəmazlı olmağım əmr edildi.” (Müslüm, Heyiz, 120; Tirmizi: Etime 40; Əbu Davud, Etime 11).

“Dəstəmazsız Quran oxuna və əllə tutula bilər.” (Buxari, 3773; Müslim, 3890)

Oxşar məlumata aşağdakı linkdən baxa bilərsiniz:

Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Levhi-Mahfuz, əməllərin yazıldığı və muhafizə edildiyi Allah qatındakı bir yer.