Müsəlmanlar
Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir?

Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir?

Sual: Şübhəsiz ki, Vaqiə surəsinin 79-cu ayəsindəki Qurana pak olaraq toxunanlar ifadəsi ilə mələklər nəzərdə tutulur. Çünki orada lövhi-məhfuzdakı Qurandan danışılır. Əvvəlki ayələr də onu göstərir. Yəni, bu ayə qəbul olunmuş qənaətin əksinə, Qurana dəstəmazsız əl vurmaqla əlaqədar deyil. Amma Quranın bəzi tərcümə-məallarında mutahhəruun sözü pak olan, bəzilərində isə təmizlənənlər kimi tərcümə olunub. Bu ifadəni “pak olaraq” kimi tərcümə etmək yaxşı olmazmı? Axı mələklər təmizlənmirlər. Onlar onsuz da həmişə təmizdirlər. Quranda həmin sözün dəqiq mənası nədir? Bu ayəni necə tərcümə etmək lazımdır?

Cavab: Mutahhər sözü Ərəb dilində ismi-məful qəlibində olan bir sözdür. Mənası təmizlənmiş, paklanmış, təmiz saxlanmış deməkdir. Vaqiə surəsinin 79-cu ayəsində mələklər ifadəsi açıq-aydın formada işlədilməyib amma ayənin əvvəlinə və ondan sonrakı ayəyə baxdıqda məlum olur ki, mutahhar sözü ilə mələklər nəzərdə tutulur.

Bir şeyin mutahhər olmağı onun əvvəlcə kirli olmağı demək demək deyil. Mutahhər olan şey hər növ murdar və çirkli şeylərdən qorunan şeydir. Bu söz Əbəsə surəsinin 14-cü və Beyyinə surəsinin 2-ci ayəsində də Quran səhifələri və əməl dəftərləri barədə işlədilib.

Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhar sözünü “pak olaraq” kimi tərcümə etmək Ərəb dilinin qayda-qanunları baxımından mümkün deyil. Çünki ayədəki mutahharuun sözü hal deyil, yəməssuhu felinin failidir.  Buna əsasən həmin ayənin mənası belə olmalıdır:

“Ona – lövhi-məhfuzda olan Uca Qurana təmiz saxlanmış olanlardan başqası toxuna bilməz”. (Vaqiə, 56/79)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.