Müsəlmanlar

Evlənmək niyyətiylə olan görüşmələrdə hansı qaydalara rəayət etməliyik?

Sual: İki gənc evlənmək niyyətiylə bir-birini tanımaq istəyirsə, görüş əsnasında hansı qaydalara rəayət etməlidirlər?

Cavab: Burada əsas olan, ailələrin tanıması deyil, evlənmək istəyənlərin bir-birini tanımasıdır. Keçmişdə isə bunun tərsi olaraq;  evlənəcək şəxslər deyil, evləndirən şəxslərin bir-birini tanıması kifayət idi.

Quran, evlənəcək şəxslərin bir-birini tanımasını belə izah etməkdədir: “ Qadınlara müvafiq qayda üzrə öz aralarında (kişi ilə) razılığa gələrsə, ərə getməklərinə mane olmayın.” (Bəqərə 2/232.)

Ayədə də ifadə edildiyi üzərə; qadın və kişinin əlbəttə ki, bir-biri ilə evlənməkləri üçün şəriətə müvafiq qaydada görüşmələri lazımdır. Bu görüşmə və razılıqdan sonra ailələr də dövrəyə girərərək öz üzərlərinə düşən vəzifələrində onlara köməklik edəcək və kim olduqlarını öyrənəcəklər. Daha sonra razılığa gələrlərsə, xeyirli işi birlikdə tamamlayacaqlar.

Buna bənzər məlumat üçün aşağıdakı linklərə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6425.html

Nişanlıların münasibətləri necə olmalıdır?

Yeni suallarınızı:  http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.