Müsəlmanlar

Ticarətdə nəğd pul çətinliyindən ötrü bankdan kredit çəkilə bilərmi?

Sual: Biz tacirik. Bu il pul barədə çətinliyimiz var və kredit çəkmək istəyirik. Mən kreditə möhtac olmamaq üçün Allaha dua edirəm. Bu vəziyyətdə nə edə bilərik? Təəssüf ki, kredit çəkmədən işimizi həll edə bilmirik.

Cavab: Ticarət asan bir iş deyil. Bir çox problemlərin olması normaldır. Əlbəttə ki, bu cür işlərdə birinci növbədə pul sıxıntısı olur. Çətinə düşməyən, ağlı başında olan heç bir insan öz keyfinə görə faizlə borc almaz. Faizli borc axtaran, alan, əslində çətinə düşmüş insandır. Buna baxmayaraq, Allah Təala, sərt bir dillə faizdən uzaq olmağı əmr etmiş və bunu bilə-bilə alanların, özünə və rəsuluna müharibə elan etdiyini xəbər verməkdədir.[1] Deməli, heç bir surətdə faizə girməməliyik.

Ticarətlə məşğul olanların nəğd pul çətinliklərinin daim olacağını göz önünə almaları və ayaqlarını yorğanlarına görə uzatmaları lazımdır. Bu cür ticari çətinliklər qarşısında tez faizə yönəlmənin və bu yolla problemlərinin həll olacağını düşünmələri doğru deyildir. Mümkün olan hər cür vasitələrə əl atmalı və səbr etməli olduqlarını unutmamalıdırlar. Bunun, bir dünya imtahanı olduğu və seçimi, bu imtahandan necə qazanclı çıxacağı yönündə olmalıdır.

Mənbə: Yahya Şenol, “Bize Soruyorlar”, Kitap ve Hikmet Dergisi, Nisan-Haziran 2016, Sayı: 13, s. 104.

Faiz barədə ətraflı məlumat üçün aşağıdakı linkə baxın:

http://www.muselmanlar.com/fitvalar/1887.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bəqərə, 2/279.