Müsəlmanlar

Darul-hərb (küfr diyarı) sayılan bir ölkədə faiz almaq caizdirmi?

Sual: Bəzi müəllimlər darul-hərbdə faiz alına biləcəyini ifadə edən görüşlərə əsaslanaraq, öz internet saytlarında xaricdə yaşayan müsəlmanların bank krediti ilə ev almalarının caiz olduğunu dedilər. Hətta yeri gəldikcə televiziya və qəzetlərdə də bunu ifadə etdilər. Bu fərqliliyin səbəbi nədir? Allah faizi sərt bir dillə ifadə edəcək amma bu təkcə darul-İslama aid olacaq, darul-hərbdə isə haram olmayacaq! Bu məsələni izah edə bilərsizmi?

Cavab: Bu məsələylə əlaqədar İmam Muhəmməd və Əbu Hənifəyə aid fikirlərin əslini bu video linkdən izləyə bilərsiniz: http://www.fetva.net/goruntulu-fetvalar/darulharpta-faiz-alinabilecegini-soyleyenlerin-delili-nedir.html

Malik, Şafi və Hənbəli məzhəblərinə görə faiz hər yerdə qadağandır. Çünki, faizi qadağan edən ayə və hədislərdə “darul-İslamda haram, darul-hərbdə halaldır” deyə bir ayrıcalıq yoxdur. Əgər bu cür ayrıcalığa gedilərsə, onda müsəlmana haram olan yeyəcəklər məsələn; ölmüş heyvan əti, donuz yemək və qumar oynamaq kimi haramlar da darul-hərbdə haram olub-olmaması mübahisə edilməlidir ki, belə bir şey də mövcüd ayə və hədislərə ümumiyyətlə tərsdir.

Qısacası ayə və hədislər incələndiyi zaman faizin hər-hansı bir yer ayrıcalığı olmadan hər yerdə haram olduğu açıq-aydın görülməkdədir.

Mənbə: Yəhya Şenol, “Bize soruyorlar”, Kitap və Hikmet Dergisi, Nisan-Haziran 2016, Sayı: 13, s. 104-105.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.