Müsəlmanlar
Mənzil borclarına inflyasiya nisbətində edilən artırmalar faizə girərmi?

Mənzil borclarına inflyasiya nisbətində edilən artırmalar faizə girərmi?

Sual: Bir çox firmalar mənzil satışlarında 120 ay vədəli (nisyə) satışlarda hər il ilkin qiymətin üzərinə inflyasiya nisbətində bir artırma edirlər. Bu artırma faizə girərmi?

Cavab:  İnflyasiya, pulun dəyərindəki düşüşə deyilir. Məsələn, bir əlinizdə üzərində 100 rəqəmi yazılan 100 manatınız, digər əlinizdə 10 ədəd qızılınız var. Sabah dövlət bir qərar çıxarıb 100 manatı yürürlükdən qaldırmaq istəsə, əlinizdəki 100 manatın bir dəyəri qalmaz və onun kağızdan bir fərqi də olmaz. Sizə artıq həmin 100 manata qarşılıq bir stəkan su da verilməz. Çünki bu manatların həqiqi dəyəri yoxdur. Ancaq bütün dövlətlər yığılıb əlinizdəki 10 ədəd qızılı və ya 10 ədəd çörəyi yürürlükdən qaldırmaq istəsələr qaldıra bilməzlər.

Bu səbəblə hazırkı malların qiyməti sonradan inflyasiya nisbətində artırıla bilər. Misal üçün, sizə keçən il 10 zənbil taxıl dəyərində olan 100 manatı borc vermişəmsə, bu il mənə 5 zənbil dəyərinə düşən 100 manatı deyil, 10 zənbil dəyərindəki borcu qaytarmalısınız. Çünki Qurani-Kərimdə də: “…ana sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.” (Bəqərə 2/179.)

Belə etməzsəniz sizə borc verənə haqsızlıq etmiş olarsınız.

Nəticə olaraq, bir firma inflyasiya nisbətində bir artırma edə bilər və bu faizə girməz. Çünki bir malın dəyəri nə isə onu istəməkdədir. Yəni həqiqi dəyərini qorumağa çalışır.

Buna oxşar sual və cavablarla aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6464.html

http://www.muselmanlar.com/fitvalar/1868.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.