Müsəlmanlar
Faizlə mal almaqla lizinqlə mal almaq arasındakı fərq nədir?

Faizlə mal almaqla lizinqlə mal almaq arasındakı fərq nədir?

Sual: Faizlə mal almaqla lizinqlə mal almaq arasındakı fərq nədir?

Cavab: Faizdə birindən borc alırsız və bu borca qarşılıq da mal alırsız. Məsələn, mən bir maşın almaq istəyirəm və bu maşın üçün hər hansı bir bankdan kredit alıram. Bankla mənim əlaqəm borclu və alacaqlı əlaqəsidir. Bank o maşını nə alan deyil, nə də satan. Maşını alan mən, satan isə satıcı bir şirkətdir. Bank, mənə maşın almaq üçün borc verən bir təşkilatdır. Ancaq lizingdə gedib eyni maşını almaq istədiyinizdə, lizing firması bu maşını sizin üçün öz adına almaq məcburiyyətindəndir. Sizə də həmin maşını kiralayır. Əslində bu bir kiralama deyil, vərəsiyə yolu ilə satışdır. Fəqət hər nə qədər lizing sistemi ilə mal almaq faiz deyilsə də siz vaxtında ödəmə etmədiyiniz təqdirdə faizə girər.

Qısacası, aralarındakı fərq budur: Bank, sizə təkcə borc verir və bu borcdan qazanc (yəni faiz) əldə edir. Lizingdə isə bir malı başqasından almaq surətilə sizə vərəsiyə olaraq satır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5947.html

http://www.muselmanlar.com/fitvalar/6235.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []