Müsəlmanlar

Bankdan kredit götürüb ev almaq olar?

Sual: Mən bankdan kredit götürüb ev ala bilərəm? Bu sualı bir neçə din xadimindən soruşdum. Dedilər ki, zərurət olduğuna görə kredit götürüb ev ala bilərsən. Lakin bu mənim ürəyimə yatmır. Ona görə də bu sualı sizdən də soruşmaq istədim.

Cavab: Kredit faizli borc deməkdir. Faiz isə İslam dininin ən böyük qadağalarından biridir. Durduğu yerdə və heç bir ehtiyacı olmadığı halda, heç kəs başqasından faizlə borc almaz. Əsas odur ki, dara düşdüyün vaxt faizdən uzaq durasan. Başqa sözlə desək, sizin ürəyinizə yatmamağının səbəbi budur. Peyğəmbər (s. a. v.) bu meyarı (ölçü) Vabisəyə (r. a.) müraciət edərək aşağıdakı kimi izah etmişdir:

“Ey Vabisə! İnsanlar sənə bir məsələ barəsində fitva versələr də, sən öz ürəyinlə məsləhətləş. Yaxşı və gözəl olan iş o işi gördüyün vaxt könlünü oxşayan, səni daxilən rahatlaşdıran işdir. Günah isə səni daxilən narahat edən (ürəyini sıxan) şeydir”. ((Darimi, Büyu, 2; Əhməd İbn Hənbəl, Müsnəd, IV, 228.))

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

İştirak banklarından ev və ya maşın krediti almaq doğrudurmu?

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.