Müsəlmanlar
Nisə surəsinin 102-ci ayəsi namazların birləşdirilməsinə mane deyilmi?

Nisə surəsinin 102-ci ayəsi namazların birləşdirilməsinə mane deyilmi?

Sual: Nisə surəsinin 101-102-ci ayələrindən döyüş ərəfəsində belə, namazları tərk etməmələri və mütləq vaxtları daxilində qılınması əmr edilməkdədir. Bu ayələrə baxmayaraq namazların birləşdirilməsi hökmü nə dərəcədə doğrudur?

Cavab: Allah Təala bizə Hud 114 və Taha 130- cu ayələrində gündüz iki vaxt namaz qılmağımızı əmr etməkdədir.  Bu iki namaz günorta və ikindi namazlarıdır. Günortanın giriş vaxtı, ikindinin də çıxış vaxtı Quranda bəyan edilməkdədir. Ancaq günortann çıxış vaxtı ilə ikindinin giriş vaxtı Quranda yoxdur. Allahın bu lütfü səbəbilə biz, bu iki namaz arasında hər hansı bir sərhəd olmadığı üçün, günorta ilə ikindi namazlarını birləşdirə bilərik. Bilvasitə əsas olan, gündüz vaxtı iki namazı da qılmaqdır. Ya birləşdirib ya da öz vaxtlarında qılmalıyıq.

Axşam və işa (gecə) namazları da belədir. Quranda axşam namazının giriş vaxtı məlum,[1] ancaq çıxış vaxtı ilə əlaqədar bir şey yoxdur. İşa namazının isə tam tərsinə, giriş vaxtı məlum deyil ancaq çıxış vaxtı bildirilməkdədir.[2] Bu səbəblə bunların arasında da bir mane olmadığı üçün məcburiyyət halarında birləşdirilə bilər. Necə ki, Allah rəsulu da bəzi hallarda günorta ilə ikindiyi, axşamla da işanı birləşdirmişdir.

Bu barədə ətraflı məlumat almaq istəyənlər üçün saytımızın həm yazılı həm də görüntülü video dərsləri vardır. Bu linkləri tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/5930.html

http://www.muselmanlar.com/elanlar-xeberler/6337.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Taha 20/130.

[2] İsra 17/78.