Müsəlmanlar

Haram ayların müasir dövrümüzdə bir hökmü varmı?

Sual: Haram ayların müasir dövrümüzdə bir hökmü varmı? Əgər varsa, müsəlmanlara bu aylarda qadağa edilən şeylər nələrdir?

Cavab: Əlbəttə, Quranda ifadə edilən haram ayların hökmü müasir dövrümüzdə də davam etməkdədir. Ancaq keçmişdə xaricilərlə edilən döyüşlərdə bu haram ayı anlayışı ortadan qalxmışdır. Bu səbəblə ortadan qaldırılan bu haram ayı anlayışını təkrar bərqərar edib, insanların buna rəayət etməsi lazımdır.  Əcnəbilər “dünya barış günü”- deyə, bir termin uydurublar. Əslində İslamda “dünya barış ayları” vardır. Əgər bu üç aylara rəayət edilərsə, dünyadakı bütün ticarətçilər öz mallarını istədikləri yerlərə heç bir maneə olmadan, çox rahatlıqla götürüb sata bilər və istehsalçılar da özlərinə müştəri taparlar. Eyni zamanda hər kəs istədiyi yerə gedər, səyahət edər və öz aralarında mədəni ünsiyyət yaradarlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/1917.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []