Müsəlmanlar

Möminlər cənnətdə Allahın yanında olacaqlar?

Sual: Qəmər surəsi 54-55- ci ayələri oxuduğumuz zaman cənnətliklərin, qadir hökmdarın, yəni, Allahın yanında olacaqları buyurulur. Bu ayələrdən cənnətliklərin cənnətdə Rəbbimizi görəcəğini başa düşə bilərik?

Cavab: Bu ayələrin ərəb dilindəki yazılışı və azərbaycan dilindəki mənası belədir:

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ

“Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, qadir Hökmdarın qatındakı haqq məclisində olacaqlar!” (Qəmər 54/54-55)

Bu ayələrdə müttəqilərin (Allahdan layiqincə qorxanların, dürüstlərin) Allahın xüsusi bir qatında olacaqlarından və orada zövq-səfa sürəcəklərindən bəhs edilməkdədir. Yoxsa, bəzilərinin başa düşdüyü kimi, Allahın yanında, Onun qarşısında oturduqları mənasına gəlməz.

Əlbəttə, Allah Təala hər zaman bizi müşahidə etdiyini və bizə şah damarımızdan daha yaxın olduğunu bildirməkdədir.[1] Ancaq bu bizim Onun yanında olmamız, məclisində oturmamız mənasına gəlməz.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5592.html

http://www.muselmanlar.com/fitvalar/5001.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Qaf 50/16.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []