Müsəlmanlar

Camaatla namaz qılmaq üçün mütləq məscidə getmək lazımdırmı?

Sual: Camaatla namaz qılmaq üçün mütləq məscidə getmək lazımdırmı? Evdə camaat olmazmı?

Cavab: Müsəlmanların hər gün məscidə gəlmələri son dərəcə əhəmiyyətlidir. Məscidlərin bütün ictimai və sosial fəaliyyətlərin mərkəzi halına gəlməsi lazımdır. Məscid, namaz qılınan, Allahı zikr edən bir məkan olduğu kimi eyni zamanda insanların bir-birilərilə apardığı ünsiyyət və təlim-tərbiyə məkanıdır. Təəssüf ki, dövrümüzdə məscidlər dövlət müəssisələri halına gəlməkdə və namaz qılınıb bittikdən sonra bağlanmaqdadır.

Keçmişdə məscidlər xalqa aid məkanlar olub, təyin etdikləri imamlarının maaşlarını xalq ödəyərdi. İmamlar da xalqla arasındakı ünsiyyəti, birliyi qorumağa, onların övladlarına dini təlim-tərbiyə verməyə çalışırdılar. İndiki imamlar isə özlərini təyin edən dövlət və ya hər hansı bir qurumla əlaqəsini yaxşı saxlamağa çalışmaqda, xalqın tələbatını isə veclərinə almamaqdadır.

Nəticə etibarilə, məscidləri hal-hazırkı vəziyyətdən xilas edib, əvvəlki hala gətirmək lazımdır. Bu məkanları hər cür ictimai, sosial fəaliyyətlərin mərkəzi halına gətirməli, yəni, Rəsulullah əleyhissəlamın məscidi kimi, namazları orda qılınmalı, bir-birimizlə orda ünsiyyət edilməli, ictimai məsələlər müzakirə edilməli, ehtiyacı olanlara köməklik göstərilməlidir. Məscidlər bu səbəblə hər tərəfli, xüsusilə ibadət yönüylə tərk edilməyəcək məkanlardır. Hər-hansı bəhanələrlə; imamı sevməmək, ondan şübhələnmək, günahkar görmək, başqa məzhəbdən olmaq və sair kimi əsasları irəli sürüb məscidi tərk etmək özü bir günahdır, qəbahətdir və insanları fitnəyə salmaqdır. Məscidə gəlməyi Allah əmr etməkdə və hər kəs də öz namazını qılmaqdadır. İmamın namazının arxadakılara dəxli yoxdur. Peyğəmbər əleyhissəlamdan məscidə gəlmənin və orda namaz qılmanın nə qədər əhəmiyyətli olduğuna dair yüzlərlə hədis rəvayət olunmaqdadır. Ancaq məcburiyyət hallarında namaz evdə, işdə və ya başqa yerlərdə, istər camaat, istər fərdi qaydada qılına bilər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5311.html

http://www.muselmanlar.com/fitvalar/6001.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []